Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3539/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, N39C ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.N969-cu il təvəllüdlü İddiaçı N987- N989-cu illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir.N2-ci ildə N saylı hərbi hissənin tərkibində təlim keçmiş, N saylı hərbi hissəyə göndərilmiş, xx.xx.N6-cı ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Göstərilən tarixdə xəstə olmuşdur.Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi MərkəziArxivinin xx.xx.20N9-cıı il tarixli 9/2- N4603 saylı arxiv arayışında İddiaçı N saylı hərbi hissənin komandirinin xx.xx.N4-cii il tarixli NN6 saylı nizami hissə üzrə əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Komissiya xx.xx.2020 - ci il tarixli, N/H - 4N7 saylı məktubu ilə ona imtina cavabı verilmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N4-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakultativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iş materiallarının tam və hərtəfli araşdırılması, həmçinin məhkəmənin 2-N(NN2)- 3539/2020 nömrəli sorğusunun icrasını təmin etmək məqsədi ilə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müvafiq sorğu verilmişdir. Mərkəzi arxivin 23 iyun 2020-ci il tarixli 9/2- 6935 nömrəli arayışına əsasən iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N fevral N4-cü il tarixli əmrinə əsasən hərbi hissə komandirinin N mart N4-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmçinin fərarilikdən qayıtmış, Qazax Qarnizonu hərbi prokurorluğunda qeydiyyatdan keçmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin əmri ilə qumbaraatan vəzifəsinə təyin edilmiş, hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə nazirinin 30 yanvar N6-cı il tarixli əmrinə əsasən hərbi hissə komandirinin N8 fevral N6-cı il tarixli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır (arxiv arayışı etiraza əlavə edilir). Bu isə qüvvədə olan “Veteranlar haqqında” qanunvericiliyin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini birbaşa istisna edir. Bununla da Komissiyanın imtinası qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 02 oktyabr 20N9-cu il tarixli, 9/2-N4603 saylı məktubundan görünür ki, iddiaçının sorğusuna cavab olaraq bildirilmişdir ki, N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Qazax RHK-dan çağırılmış, xx.xx.N969-cu il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N4 saylı əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və hərbi hissəni özbaşına tərk etdiyi üçün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N4-cü il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 27 saylı əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N saylı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N4 saylı əmri və xx.xx.N4-cü il tarixli 27 saylı əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Hərbi hissəni uzun müddət tərk etdiyi üçün sürücü sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 50 saylı əmrilə ştatdan kənar edilmişdir. Fərarilikdən qayıtmış, Qazax Qarnizonu hərbi prokurorluğunda qeydiyyatdan keçmiş sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli NN6 saylı nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi Hətəmov XN nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən N saylı hərbi hissə komandirinin N8.2.N6-cı il tarixli 49 saylı nizami hissə üzrə əmrilə xx.xx.N6-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu Qazax Hərbi Prokurorluğu tərəfindən verilmiş 08 noyabr 20N9-cu il tarixli, HP-N2N5N04 saylı məktubdan görünür ki, Qazax hərbi prokurorluğunda N969-cu il təvəllüdlü, N2-N6-cı illərdə N () nömrəli hərbi hissədə hərbi xidmətdə olduğu göstərilən İddiaçı barəsində təqsirləndirici material olmamışdır. Qazax hərbi prokurorluğunda xx.xx.20N0-cu il tarixədək olan dövrdə hərbi hissəni özbaşına tərk etmə və fərariliklə bağlı olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar və ona dair yazışmalar, həmin tarixədək olan ərizə və şikayətlərin qeydiyyat kitabı saxlama müddətinin başa çatması ilə əlaqədar xx.xx.20N5-ci il tarixdə məhv edildiyindən, onun barəsində araşdırma materiallarının olubolmaması və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilibedilməməsi haqqında məlumat vermək mümkün deyildir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş N3 yanvar 2020-ci il tarixli, N/H-4N7 saylı imtina məktubundan görünür ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göstərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Bildirilmişdir ki, Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2- N4603 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissənin xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Məhkəmə araşdırması dövründə İddiaçı məhkumluğunun olub-olmaması barədə məlumatın verilməsi sorğu əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 25 mart 2020-ci il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə tərəfindən İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə əmrlər sorğu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsindən tələb edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən 22 may 2020-ci il tarixli, 573 saylı məktubla məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, İdarədə hərbi qeydiyyatda olan xx.xx.N969-cu il təvəllüdlü İddiaçı Sovet Ordusu sıralarında 0467N saylı hərbi hissənin tərkibində xx.xx.N987-ci il tarixdən xx.xx.N989-cu il tarixədək hərbi xidmətdə olmuşdur. SSR MN-nin NN7 saylı 28 mart N989-cu il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. Milli Ordunun sıralarında isə N saylı hərbi hissənin tərkibində xx.xx.N3-cü il tarixdən xx.xx.N6-cı il tarixədək xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26 saylı, 24 yanvar N6-cı il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçının qənaətinə görə onun N2-ci ildən 02 fevral N6-cı il tarixdək hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirak etməsi, həmçinin barəsində hər hansı bir cinayət işi və yaxud təqsirləndirici material olmadığından ona «Müharibə Veteranı» adı vəsiqəsi verilməlidir. Halbuki işdə olan arxiv arayışı əsasında iddiaçının uzun müddət hərbi hissəni özbaşına tərk etməsi və hərbi hissəni özbaşına tərk etməsi nəticəsində şəxsi heyətin siyahısından çıxarılması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N4 saylı əmrilə şəxsi heyətin siyahısına daxil edilsə də, hərbi hissəni özbaşına tərk etdiyi üçün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N4-cü il tarixli əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 27 saylı əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmçinin hərbi hissəni uzun müddət tərk etdiyi üçün N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 50 saylı əmrilə ştatdan kənar edilmişdir. Fərarilikdən qayıtdıqdan sonra xx.xx.N4-cü il tarixli NN6 saylı nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 49 saylı nizami hissə üzrə əmrilə xx.xx.N6-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçının barəsində Azərbaycan Republikasının Hərbi Prokurorluğundan hər hansı bir cinayət işi və yaxud təqsirləndirici materialın olmasını müəyyən etmək mümkün olmamışdır. Buna səbəb isə Qazax hərbi prokurorluğunda xx.xx.20N0-cu il tarixədək olan dövrdə hərbi hissəni özbaşına tərk etmə və fərariliklə bağlı olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar və ona dair yazışmalar, həmin tarixədək olan ərizə və şikayətlərin qeydiyyat kitabı saxlama müddətinin başa çatması ilə əlaqədar xx.xx.20N5-ci il tarixdə məhv edildiyindən, iddiaçı barəsində araşdırma materiallarının olub-olmaması və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib-edilməməsi haqqında məlumatın olmaması göstərilmişdir. Bununla belə arxiv arayışında olan məlumatlar əsasında iddiaçının hərbi hissəni özbaşına tərk etməsi, buna görə də şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması təsdiq olunur. İddiaçının hərbi xidmətdə olduğu dövrdə uzun müddət hərbi hissəni özbaşına tərk etdiyi müəyyən edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin N-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən NN-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N7-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 3-cü maddəsinin qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının hərbi xidmətdə olduğu dövrdə hərbi hissədən qanuni əsaslarla deyil, uzun müddət özbaşına tərk etdiyi müəyyən edildiyindən, göstərilən halın mövcud olması arxiv arayışı ilə təsdiq edildiyindən, qanunvericliyin tələblərinə əsasən göstərilən halın mövcud olması ona müharibə veteranı adının verilməsini istisna etdiyindən, hazırki halda onun göstərilən əməlinə görə həmin dövrdə məsuliyyətə cəlb olunub-olunmamasının müəyyən edilə bilməməsi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinə əsas hesab edilə bilməz. Beləliklə, iddiaçının tələbi əsassız olduğundan məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3539/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3539/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver