Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3539/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********4 №li xx.xx.2022-ci il tarixli Qərarı ilə ona 14 yanvar 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının “Quluq stajına görə əlavə” (7,42 faiz – 109,07 manat olmaqla) hissəsində onun ümumilikdə 34 il 02 gün dövlət qulluğu stajının nəzərə alınmaqla, yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müxtəlif vəzifələrdə işləmiş və 35 ildən çox dövlət qulluqçusu kimi çalışmışdır. 14 yanvar 2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə 1460,86 manat məbləğində əmək pensiyası təyin edilib. Pensiyanın yenidən hesablanması üçün cavabdeh inzibati orqana 10 mart tarixdə rəsmi müraciət edilmişdir. Lakin cavababdeh **********5 nömrəli, 05 aprel 2022-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki,-14 yanvar 2022-ci il tarixindən “Əmək Pensiyaları haqqında" AR Qanunun 20.1.7- ci naddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470 manat, qulluq stajına görə əlavəsi 109.07 manat, ixtisas dərəcəsinə görə əlavə 100.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 147.00 manat olmaqla orta aylıq əmək haqqı 1826,07 manat təşkil edir. Əmək pensiyası “Əmək Pensiyaları haqqında" AR Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1826,07) 80% - 1460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Pensiyanın təyin edilməsinə dair cavabdehin inzibati aktda qanuna zidd olmuş və hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb və ona pensiya məbləği az hesablanıb. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 14 yanvar 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat qulluq stajına görə əlavə 109.07 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 147.00 manat olmaqla orta aylıq əmək haqqı 1826,07 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqı (1826,07 manat) 80 faizi-1460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş yazlı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1952-ci il təvəllüdlü İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 09955951 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1973-cü ildə Maştağa südçülük-tərəvəzçilik sovxozunda baş iqtisadçı vəzifəsinə təyin olunmuş (əmr № 100, xx.xx.1973-cü il) xx.xx.1973-cü ildə tutduğu vəzifədən azad olunmuşdur (əmr № 134 xx.xx.1973-cü il); xx.xx.1974-cü ildə Azərbaycan Korlar Cəmiyyətinin Mərkəzi İdarə heyətində Əmək və əmək haqqı şöbəsinin rəisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 131, xx.xx.1974-cü il); xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir (AzKC MİH-nin Əmr № 76, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə Həmkarlar İttifaqı Respublika Komitəsinin istehsalatkütləvi iş və əmək haqqı təlimatçısı vəzifəsinə təyin olunmuşdur (Əmr № 44, xx.xx.1982-ci il); xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 52, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə 6 saylı qeyd etibarsız hesab edilmişdir (Əmr №52, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 52, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə Azərbaycan SSR Mənzil Kommunal Təsrrüfat Nazirliyində-Yerli sənaye və kommunal-məişət müəssisələri işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsində keçirilmə qaydasında kadrlar, əmək və əmək haqqı idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur (Əmr № 69, xx.xx.1985-ci il); Kadrlar, əmək və əmək haqqı idarəsinin adı dəyişdirilib Sosial İnkişaf, kadrlar, əmək və əmək haqqı idarəsi adlandırılmışdır (Əmr № 4, xx.xx.1988-ci il); Sosial inkişaf, kadrlar, əmək və əmək haqqı idarəsinin adı dəyişdirilib Əməyin mütərəqqi üsullarının tətbiqi, kadrların hazırlanması və sosial müdafiə adlandırılmışdır (Əmr № 124, xx.xx.1991-ci il); Əməyin mütərəqqi üsullarının tətbiqi, kadrların hazırlanması və sosial müdafiə idarəsi əmək və sosial müdafiə idarəsi adlandırılmışdır (Əmr № 07, xx.xx.1993-cü il); ИТ seriyalı, ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1996-cı ildə AHİK-in təşkilat işləri və məlumat şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir (Sərəncam № 126, xx.xx.1996-cı il); xx.xx.1997-ci ildə AHİK-in təşkilat işləri və məlumat şöbəsinin baş mütəxəssis vəzifəsinə keçirilmişdir (Sərəncam № 14, xx.xx.1997-ci il); xx.xx.1998-ci ildə tutduğu vəzifədən azad edilmişdir (Sərəncam № 4, xx.xx.1998-ci il); xx.xx.1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X1 Nəzarət şöbəsinin müfəttişi vəzifəsinə 1 (bir) il müddətində təyin edilmişdir (Əmr № 54, xx.xx.1998-ci il); xx.xx.1998-ci ildə tutduğu vəzifədən azad olmuşdur (Əmr № 861, xx.xx.1998-ci il); xx.xx.1998-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər İstehlak Bazarı və Xidməti Departamentinə “İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsi”nə mütəxəssis vəzifəsinə qəbul olunmuşdur (Əmr 92, xx.xx.1998-ci il); xx.xx.1999-cu ildə tutduğu vəzifədən azad olunmuşdur (Əmr № 44, xx.xx.1999-cu il); xx.xx.1999-cu ildə MKTK-nın “İstilikkommunal enerjisazlama” RİB Birliyinə baş iqtisadçı-direktor vəzifəsinə təyin olunmuşdur (Əmr № 10, xx.xx.1999-cu il); xx.xx.1999-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 37, xx.xx.1999-cu il); xx.xx.1999-cu ildə Nizami rayon Statistika şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir (Əmr № 170, xx.xx.1999-cu il); xx.xx.2003-cü ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № 113, xx.xx.2003-cü il); xx.xx.2003-cü ildə Azərbaycan Dövlət Statistika Komitəsi Baş Hesablama mərkəzi Sosial Statistikası məlumatları şöbəsinə iqtisadçı vəzifəsinə qəbul edilmişdir (Əmr № 225, xx.xx.2003-cü il) xx.xx.2003-cü ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № 275, xx.xx.2003-cü il); xx.xx.2003-cü ildə Suraxanı rayon statistika şöbəsinin rəsisi müavini vəzifəsinə təyin edilmişdir (Əmr №11, xx.xx.2003-cü il); xx.xx.2007-ci ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № 11, xx.xx.2007-ci il); xx.xx.2007-ci ildə Üç ay sınaq müddəti müəyyən olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur (Əmr № 67-k, xx.xx.2007-ci il); xx.xx.2007-ci ildə Sınaq müddətinin bitməsi ilə əlaqədar həmin vəzifəyə təyin olunmuşdur; xx.xx.2022-ci il tarixdən pensiyaya çıxması iə əlaqədar tutduğu vəzifədən azad edilərək dövlət qulluğuna xitam verilmişdir (xx.xx.2022-ci il) xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyyasının Maliyyə və təminat şöbəsinin təsərrüfat müdiri vəzifəsinə təyin olunmuşdur (Əmr № 3, xx.xx.2022-ci il). İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********5 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 mart 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən 14 yanvar 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə əlavə 109,07 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 147,00 manat olmaqla orta aylıq əmək haqqı 1826,07 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1826,07 manat) 80 faizi-1460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə iddiaçının işlədiyi vəzifələrinin dövlət qulluğunda xidmət illəri kimi hesab olunub-olunmaması, həmçinin, onun dövlət qulluqçusu kimi dövlət qulluqçularının reyestrində qeydə alınması ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara müraciət olunmuşdur. Sorğulara cavab olaraq verilmiş; Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid 034904 №-li pensiya işinə əlavə olunmuş Əmək pensiyasının yenidən hesablanması haqqında **********4 №-li xx.xx.2022-ci il tarixli qərarın surtindən müəyyən olunur ki, İddiaçı Dövlət qulluğuna xitam verilməsi ilə bağlı xx.xx.2015-ci il tarixdə 762 manat 82 qəpik pensiya təyin olunmuşdur Pensiyanın yenidən hesablanması zamanı vəzifə maaşı 1480,0 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, qulluq stajına görə əlavə faizlə -7,42 -109,07 manat, mükafatlar faizlə-600 manat, məbləğ 147,00 manat, cəmi 1826 manat, 07 qəpik (pensiya faizi 80,00) olmaqla yenidən hesablanmış pensiya məbləği 1460 manat 86 qəpik təşkil etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən onun dövlət qulluğundakı stajı 34 il 02 gün hesablanmışdır. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 9-3-465/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Siyahısının 1 -ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X2 baş əmək müfəttişi vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 28 aprel tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X3 haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X3 vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş əmək hüquqlarının müdafiəsini təmin edən və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqandır. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən X3 və onun yerli orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. Yuxarıda adıçəkilən Siyahının 2.11-ci bəndinə əsasən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.Qeyd edilənlərə əsasən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X2 baş əmək müfəttişi vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İddiaçının xx.xx.1999-xx.xx.2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhəri Nizami rayon statistika şöbəsinin rəisi vəzifəsində və xx.xx.2003-xx.xx.2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhəri Suraxanı rayon statistika şöbəsinin rəis müavini vəzifəsində iş müddətilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Komitə Azərbaycan Respublikası mərkəzi icra orqanları sistemində fəaliyyət göstərən, statistika və uçot işinə rəhbərlik edən müstəqil mərkəzi iqtisadi dövlət idarəetmə orqanıdır. Yuxarıda qeyd edilən Siyahının 2.12-ci bəndinə əsasən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu’’nun 2.1.6-cı yarımbəndinin 10-cu abzasına əsasən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri inzibati vəzifələrin beşinci təsnifatına, 2.1.7-ci yarımbəndinin 5ci abzasına əsasən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərlərinin müavinləri inzibati vəzifələrin altıncı təsnifatına aiddir. Qeyd edilənlərə əsasən, iddiaçının xx.xx.1999-xx.xx.2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhəri Nizami rayon Statistika şöbəsinin rəisi vəzifəsində və xx.xx.2003-xx.xx.2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhəri Suraxanı rayon statistika şöbəsinin rəis müavini vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İddiaçının xx.xx.2007-xx.xx.2022-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsində böyük məsləhətçi (iqtisadçı) vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə’’nin 1-ci hissəsinə əsasən Nazirlik qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun 2.1.6-cı yarımbəndinin 2-ci abzasına əsasən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların aparatlarında böyük məsləhətçi vəzifəsi inzibati vəzifələrin beşinci təsnifatına aiddir.Qeyd edilənlərə əsasən, iddiaçının xx.xx.2007-xx.xx.2022-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsində böyük məsləhətçi (iqtisadçı) vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. İddiaçının iddia tələbindən müəyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 63 yaşdan, yəni xx.xx.2015-ci il tarixdə yaranmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya işindən də göründüyü kimi iddiaçının xx.xx.2022-ci il tarixədək dövləq qulluğunda ümumi iş stajının 34 il 02 ay olması tərəflər arasında mübahisə doğurmayan bir haldır. Tərəflər arasında mübahisə açan məsələ iddiaçıya qulluq stajına görə hesablanmış əlavələr ilə bağlı olmuşdur ki, iddiaçının qənaətinə görə cavabdeh tərəfindən qulluq stajına görə əlavələr müəyyən edilərkən onun dövlət qulluğunda olduğu müddət tam nəzərə alınmamışdır. Cavabdeh isə tam əksinə, qulluq stajına görə əlavənin düzgün müəyyən edildiyini, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ardıcıllıq dövlət qulluğunda olan 60 ayını (xx.xx.1988-xx.xx.1993) nəzərə aldığını, bununla da düzgün olaraq qulluq stajına görə əlavənin 7,42% = 109,07 manat təşkil etdiyini bildirmişdir. “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nda götərilmişdir ki; - bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir (bənd 1). Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır (bənd 2). - Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal (bənd 8.1); 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar (bənd 8.2.); 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır (bənd 8.3). Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır (bənd 9). İlk növbədə məhkəmə qeyd edir ki, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin olunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusunun statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik, icra və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. İddiaçının dövlət qulluqçusu kimi pensiya hüququ xx.xx.2022-ci il tarixdən yarandığından ona münasibətdə hesablanmalı olan qulluq stajına görə əlavə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun redaksiyasına əsasən tənzimlənir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa əsasən: - 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçıya qulluq stajına görə əlavə hesablanarkən əlavənin faiz dərəcəsi İddiaçı yalnız xx.xx.1988-xx.xx.1993 dövrlərdə dövlət qulluğunda işlədiyi müddət əsasında müəyyən edilmişdir. Halbuki, hazırda qüvvədə olan qanunvericilik qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün şəxsin təkcə dövlət qulluğunda olan son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı nəzərə alınmalı olması ilə bağlı məhdudiyyət tətbiq etməmişdir. Əksinə həmin müddətdən başqa dövlət qulluğundaki illərin hər il üçün dövlət məvacibinin orta aylıq məbləğinə faiz dərəcələri müəyyən etmişdir. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, dövlət qulluqçusuna əmək pensiyası təyin edilərkən dövlət məvacibinin hesablanmasını tənzimləyən digər normativ hüquqi akt məhz Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarıdır. Həmin Qaydalara əsasən:
1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
4. Əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir.
5. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.
6. Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.
10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır.
11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.
12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Məhkəmə qeyd edir ki, istərsə “Əmək pensiyaları haqqında” Qanunu, istərsə də dövlət məvacibinin hesablanmasını tənzimləyən “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalar qulluq stajına görə əlavənin hesablanması üçün şəxsin ümumi dövlət qulluğu stajının nəzərə alınmaması üçün imperativ qaydada hər hansı bir məhdudiyyət nəzərdə tutmamışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, hazırki iş üzrə söhbət sabiq dövlət qulluqçusundan gedir. Nəzərə alınmalıdır ki, dövlət qulluqçuların qəbuluna, əmək fəaliyyətini aparmasına, dövlət qulluğuna xitam verilməsinə dair xüsusi tələblər vardır. Ona görə ki, onlar xüsusi xarakter daşıyır. Nəzərə alınmalıdır ki, həmin şəxslər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun ilə müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşlarıdır. Məhkəmə qeyd edir ki, hazırda söhbət sabiq dövlət qulluqçusundan getdiyindən və həmin şəxsin dövlət qulluğunda stajı 34 il 02 gün təşkil etdiyindən, ona əmək pensiyası hesablanması zamanı qulluq stajına görə əlavələr məhz ümumi dövlət qulluğu stajı əsasında aparılmalıdır. Çünki bir daha qeyd olunur ki, qüvvədə olan qanunvericilik qulluq illərinə görə əlavənin müəyyən edilməsi zamanı ümumi dövlət qulluğu stajının nəzərə alınmaması ilə bağlı hər hansı müddəa nəzərdə tutmamışdır. Qanunvericilikdə belə bir normanın olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibinə daxil olan ödəmələrin müəyyən olunması zamanı, həm də Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.5 və 20.14-cü maddələrinin şərh olunmasına dair 15 may 2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe də nəzərə alınmalıdır. , Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə aldığı və məcburi dövlət sosial sığortasına cəlb edilən əmək haqqının haqqının təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qeyd edilmişdir. İddiaçı dövlət qulluğu, yəni 34 il 02 gün dövlət qulluğu müddətində əmək haqqı aldığından, həmin əmək haqqından, eyni zamanda aldığı digər əlavələrdən məcburi sosial sığorta haqları tutulduğundan (bu hal işin mübahisələndirilməyən hallarına aiddir), iddiaçı qulluq stajına görə əlavələrin hesablanması zamanı ümumi dövlət qulluğu müddətinin nəzərə alınmasını tələb etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının dövlət qulluğunun 34 il 02 ay olduğu halda, qulluq stajına görə əlavələri məhz onun xx.xx.1988xx.xx.1993-cü illərdəki dövrlərdə dövlət qulluğunda işlədiyi müddət əsasında aparmışdır ki, bu da inzibati orqan tərəfindən aparılmış hesablamanın əsassız olmasını və vətəndaşın pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda göstərilənlər əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, İddiaçı ümumilikdə 34 il 02 gün dövlət qulluğu stajı olduğundan, həmçinin, onun yaşa görə əmək pensiya hüququ 63 yaşı tamam olduğu vaxtan yarandığından, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cu maddəsində göstərilən əlavələr nəzərə alınmaqla yenidən hesablanmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci maddəsinə əsasən İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən təyin edilsə də, sonuncunun həmin dövrə olan ümumilikdə 34 il 02 gün dövlət qulluğu stajının nəzərə alınmadan “Quluq stajına görə əlavə” kimi 7,42 faiz – 109,07 manat olmaqla hesablanması həm “Dövlət qulluğu haqqında”, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmaqla, iddiaçının pensiya ilə bağlı hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının yaranmış hüquqlarının pozulmasına səbəb olduğundan, iddia tələbi təmin olunmalı, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********4 №li xx.xx.2022-ci il tarixli Qərarı ilə iddiaçıya 14 yanvar 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının “Quluq stajına görə əlavə” (7,42 faiz – 109,07 manat olmaqla) hissəsində sonuncunun ümumilikdə 34 il 02 gün dövlət qulluğu stajının nəzərə alınmaqla, yenidən hesablanması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********4 №li xx.xx.2022ci il tarixli Qərarı ilə İddiaçı 14 yanvar 2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının “Quluq stajına görə əlavə” (7,42 faiz – 109,07 manat olmaqla) hissəsində İddiaçı ümumilikdə 34 il 02 gün dövlət qulluğu stajının nəzərə alınmaqla, yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev