Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-354/2020 25.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Ağayava Gülçöhrə Mabud qızının, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 3-cü şəxslər “Azərbaycan X5” QSC Sosial İnkşaf İdarəsi MDX X7 hissəsi və “Azərbaycan X5” QSC işə cəlb edilməklə əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona verilmiş əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-354/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə “Azərbaycan X5” QSC iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona “Azərbaycan X5” QSC Sosial İnkşaf İdarəsi MDX X7 hissəsinin göndərişi (Forma 88) əsasında xx.xx.2017-ci il tarixdən 5 illik müddətinə ikinci dərəcəli əlillik verilmişdir. Həmin tarixdən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin, xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə əlilliyə görə əmək pensiyasının hansı əsaslarla dayandırılmasını müəyyənləşdirmək üçün müraciət etdikdə isə əlillik dərəcəsinin etibarsız hesab edilməsini bildirmişdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə hansı əsaslarla əlillik dərəcəsinin etibarsız hesab edilməsini müəyyənləşdirmək üçün ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti cavab məktubu ilə “Azərbaycan X5” QSC Sosial İnkşaf İdarəsi MDX X7 hissəsinin 4405003AABMQ saylı göndərişin əsassız verilməsi barədə məktubu əsasında əlilliyin müayinə **********1 saylı xidməti məruzə ilə Əlillik altsistemində etibarsız hesab edilməsi bildirilmişdir. “Azərbaycan X5” QSC Sosial İnkşaf İdarəsi MDX X7 hissəsinə müraciət etdikdə isə belə bir məktubun tərəflərindən göndərilmədiyi ona bildirilmişdir. Hesab edir ki, cavabdehin qeyd edilən əsaslarla müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, “Azərbaycan X5” QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli Tibb sanitar hissəsinin qanuni əsaslarla tərəfindən göndərdiyi göndəriş (Forma 88) əsasında ona əlillik dərəcəsi verildiyindən və tərəflərindən heç bir əsassız göndərişin verilməsi barədə cavabdehə məktub göndərilmədiyindən əlillik dərəcəsi bəra olunmalıdır. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyəti X5 QSC-nin Sosial inkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsinin 4405003AABMQ saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və "Kəllə beyinin Vertebro-bazilyar arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları. Hipertenziv ensefalopatiya. Hıpertenzıv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arteriya hövzəsində xroniki beyin qan dövranı çatmamazlığı. Sağtərəflı diskogen radikulopatiya" xəstəliyi ilə "ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “Azərbaycan X5" QSC-nin 29.01 2019-cu il tarixli, MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 44005003AABMQ saylı göndəriş əsassız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemındə İddiaçı aid müayinə etibarsız edilmişdir 3-cü şəxs “Azərbaycan X5” QSC Sosial İnkşaf İdarəsi MDX “X7 hissəsi” MMC iddia tələbinə dair öz mövqeyini göstərərək bildirmişdir ki, X7 hissəsi xx xxxx 2018-ci ilə qədər Azərbaycan X5nin tabeliyində olmuş, gəmiçilik işçilərinə və onların ailə üzvlərinə, habelə poliklinikanın ətrafında yerləşən, 24200 nəfər əhalisi olan əraziyə tibbi xidmət göstərmişdir. xx xxxxxx 2018-ci ildən “X7 Hissə” MMC təsis edildiyi üçün (əmr № 272) “xxxx” QSC-lə əlaqələr dayandırılmış, lakin ərazidə yaşayan sakinlər polikinikada müayinə və müalicələrini fərdi qaydada davam etdirmişlər. xx xxxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək poliklinika “X8” ASC-nin nəzdində fəaliyyət göstərmişdir. Ərazidə yaşayan xəstə 1982-ci il təvəllüdlü İddiaçı, 2016-2017-ci illərdə dəfələrlə stasionar və ambulator müalicədə olmuş, dispanser qeydiyyata götürülmüş və xəstəliyin uzun müddətli müalicəyə ehtiyacı olmasını, habelə proqnozun qeyri-kafi olmasını nəzərə alaraq, 2017-ci ildə o, əlilliyin təyini məqsədi ilə HƏEK-na göndərilmiş və ona 5(beş) il müddətinə 2(ikinci) qrup əlillik təyin edilmişdir. 2017-ci ildə Əhmədli TSH ərazisində yaşayan sakinlərə tibbi xidmət göstərirdi və xəstələrin HƏEK-na göndərilməsi işlərinin tərkib hissələrindən biri idi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi iddiaya qarşı yazılı mülahizəyə uyğun izahat verərək iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq 3-cü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, xx.xx.2019cu il tarixli, **********5 nömrəli imtina məktubun surətindən görünür ki, iddiaçının əlillik vəziyyətinin araşdırılması barədə müraciətinə baxılan zaman müəyyə olunmuşdur ki, onun əlillik vəziyyəti Bakı Azərbaycan X5 QSC Sosial İnkişaf İdarəsi MDX X7 Hissəsinin 4405003AABMQ saylı göndərişin əsassız verilməsi barədə məktubu əsasında onun əlilliyi barədə müayinə **********1 saylı xidməti məruzə ilə Əlillik altsistemində etibarsız edilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə TSERAS üzərindən qiymətləndirilərək, ona "Kəllə beyinin Vertebro-bazilyar arteriyası hövzəsində keçirilmiş işemik insultundavamlı qalıqları. Hipertenziv ensefalopatiya. Hıpertenzıv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arteriya hövzəsində xroniki beyin qan dövranı çatmamazlığı. Sağtərəflı diskogen radikulopatiya" xəstəliyi ilə "ümumi xəstəlik” səbəbindən xx.xx.2022-ci il tarixədək ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İşdə olan X8 ASC X7 Hissəsi tərəfindən verilmiş 15 nömrəli, xx xxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Əhmədli tibbi-sanitar hissənin qulluq etdiyi ərazidə yaşamış, ona lazım olan tibbi müayinə və müalicə tədbirləri göstərilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən “Azərbaycan X5” QSC tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə əsas olmuş xx xxxxxx 2019-cu il tarixli, MC 02/02-45 nömrəli məktubdan görünür ki, “Azərbaycan X5” QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə “rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi barədə” məktub ünvanlanaraq bildirilmişdir ki, təqdim etdikləri siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün, sözügedən məktublarına əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəflərindən uyğun hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən iddiaçı Ağazadə X2 tibbisanitar hissənin qulluq etdiyi ərazidə yaşamış, ona lazım olan tibbi müayinə və müalicə tədbirləri göstərilmişdir. Sonuncu tərəfindən onun barəsində 4405003AABMQ saylı göndəriş göndərilmiş, həmin göndəriş əsasında cavabdeh tərəfindən iddiaçının əlilliyi xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ona "Kəllə beyinin Vertebro-bazilyar arteriyası hövzəsində keçirilmiş işemik insultundavamlı qalıqları. Hipertenziv ensefalopatiya. Hıpertenzıv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arteriya hövzəsində xroniki beyin qan dövranı çatmamazlığı. Sağtərəflı diskogen radikulopatiya" xəstəliyi ilə "ümumi xəstəlik” səbəbindən beş il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar verilmişdir. Sonradan “Azərbaycan X5” QSC-nin xx.xx.2019-cu il tarilxi, MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 44005003AABMQ saylı göndərişin əsassız hesab edildiyi bildirilmiş və bununla əlaqədar əlillik altsistemində iddiaçıya aid müayinə etibarsız hesab edilmişdir. İddiaçının hüquqları yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcəli əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin normalarına və işin hallarına əsasən hesab edir ki, iş materiallarında iddiaçıya “Azərbaycan X5” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli Tibbi- Sanitar Hissəsinin 4405003AABMQ saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək "Kəllə beyinin Vertebro-bazilyar arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları. Hipertenziv ensefalopatiya. Hıpertenzıv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arteriya hövzəsində xroniki beyin qan dövranı çatmamazlığı. Sağtərəflı diskogen radikulopatiya" xəstəliyi ilə "ümumi xəstəlik” səbəbindən beş il müddətinə (xx.xx.2022-ci ilədək) təyin edilmiş ikinci dərəcəli əlillik dərəcəsinin etibarsız hesab edilməsi üçün mötəbər əsaslar müəyyən edilmədiyindən, əlilliyin göndərişin etibarsız hesab edilməsi əsası ilə X6 etibarsız hesab edilərək ləğv edilməsi barədə cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, məhkəmə Azərbaycan X5” QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə əsas olmuş sözügedən məktubu mötəbər hesab etməyərək, həmin məktubla bağlı ayrıca olaraq bildirir ki, sözügedən məktubda göndərişləri rəsmiləşdirilmiş şəxslərin, göndərişlərinin əsaslılığına dair şübhələr olduğuna istinad edilsə də, həmin göndərişlərin əsassızlığını təsdiq edən mötəbər sübutlar nə sözügedən məktubda göstərilməmiş, nə də ki, məhkəmə icraatı araşdırması zamanı məhkəməyə təqdim edilmişdir. Əksinə məhkəmə araşdırması zamanı işdə olan sənədlərlə (3-cü şəxsə məxsus sənədlər və s.) müəyyən olunmuşdur ki, 3-cü şəxs “Azərbaycan X5” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli Tibbi-Sanitar Hissəsi iddiaçı barəsində göndərişin rəsmiləşdirilməsində səlahiyyətli olmuş, Əhmədli Tibbi-Sanitar Hissəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişin etibarsız hesab olunması üçün heç bir əsas olmamışdır. Beləliklə qeyd edilən səbəblərdən, məhkəmə hesab edir ki, sözügedən məktub əlilliyin etibarsız sayılması üçün əsas qəbul edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən Əsasnamədə şəxsə təyin edilmiş əlilliyin sonradan göndərişin əsassız hesab edilməsi əsası ilə əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin elektron sistemə nəzarət edilməsi, onun idarə edilməsi və s. bu kimi səlahiyyətlərin cavabdehə məxsus olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçı sonuncu müayinənin nəticələrinə əsasən əlil kimi tanındığından, ona xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin elektron sistemdə bərpa olunması vəzifəsi də məhz cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Əsasnaməsinin 3-cü bəndi Xidmətin vəzifələrini əks etdirir. Həmin vəzifələrdən biri 3.1.2-ci bəndə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etməkdən ibarətdir. “Tibbi-sosial Ekspert Komissiyası haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 5.3-cü bəndinə əsasən həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslər təkrar müayinəyə cəlb edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi məhkəmə vasitəsi ilə verilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı verilmiş əlillik dərəcəsinin bərpa edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-354/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-354/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver