Məhkəmə qərarları › İş №2-1(112)-3540/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3540/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3540/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialın nümayəndəsi və vəkili X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə ( hazırki X5 üzrə Mərkəzi Filialı) qarşı ““müharibə veteranı” statusuna görə “Kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştli müavinətin”, “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4 maddəsinə əsasən, pensiyasının baza hissəsinin 10% məbləğində əlavənin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək hesablanaraq iddiaçıya birdəfəyə ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə (hazırki X5 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı” statusuna görə “Kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştli müavinətin”, “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4 maddəsinə əsasən, pensiyasının baza hissəsinin 10% məbləğində əlavənin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixinədək hesablanaraq iddiaçıya birdəfəyə ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3540/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialına qarşı iddiası “sosial müavinətin ödənilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xidmət müddətində və sentyabr 2005-ci il tarixində pensiya çıxdıqdan sonra da xx.xx.2012-ci il tarixinədək qeyd olunan müavinətlərdən yararlanmışdır. Pensiyanın baza hissəsinin 10% məbləğində əlavəni isə almamışdır. Qeyd olunanlar barədə Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə müraciətinə İdarə **********6 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə imtina etmişdir. İmtinaya səbəb kimi “Sosial müavinətlər haqqında” qanunun 7.0.6-cı maddəsinə və “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixinədək qüvvədə olan 19.1.6 maddəsinə istinad edilmişdir. Cavabdehin imtinasının mövcud tələblərinə ziddir. Belə ki, “Kommunal, nəqliyyat və digər güzəştlərə görə” pul ilə əvəz olunmuş və bu xx.xx.2001-ci il tarixli 613 №-li Prezidentin Fərmanında təsbit edilmişdir və bu barədə ləğv və ya dəyişiklik edilmişdir. Hər iki müavinət Azərbaycan Respublikası Prezidentinin 257 №-li xx.xx.2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Fərmanında da əksini tapmışdır. Bu Fərman xx.xx.2019-cu il tarixinədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsi” barədə Sərəncamının 1.11-ci bəndinə əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, müharibə veteranı statusuna görə müavinət və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində təqaüdün təyin edilməsi bir daha qeyd olunmuş müavinətlərin iddiaçıya ödənilməsini sübuta yetirir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X3 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, X2 2005-ci ildən hərbi qulluqçu kimi yaşa görə pensiya ödənilir və bu zaman da ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonraki artımlar nəzərə alınmaqla hesablanır. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsinin mətni xx xxxx 2017-ci il tarixdən qüvvədən düşmüş və həmin Qanunu 19.1.6-cı maddəsi ilə əvəz edilmişdir. xx xxxxx 2019-cu il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununa əsasən Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilmiş, iddiaçının istinad etdiyi həmin Qanunun 19.1.6-cı maddəsi ləğv edilmişdir. Göründüyü kimi, qanunverici də hərbi qulluqçulara əlavələrin artıq həmin Qanunun 20.14-cü maddəsinə qeyd edildiyindən həmin 19.1.6-cı maddəni ləğv etmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanının 2.2-ci və 4-cü bəndlərinə əsasən, 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət X8 həvalə edilmişdir. Fərmanın icrası İdarənin səlahiyyətləri daxilində deyil və bununla əlaqədar Fərmanda qeyd edilən şəxslər qeydiyyatda olduqları yer üzrə müvafiq DSMF-nun rayon Şöbələrinə müraciət etməlidirlər. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili S.S.Əliyev etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan sənədlərdən: - AZE-******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-ci il təvəllüdlüdür, Bbakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaş/sah, ev 42, mənzil 36 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi tərəfindən verilmiş 849/1738 saylı , xx xxxxxxxx 2005-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 2005-ci il tarixdən xidmət ilinə görə Azərbaycan Respublikasının “hərbi qulluqçuların pensiya təminatı” qanununa uyğun olaraq pensiya təyin olunub. - Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, **********6 saylı məktubundan görünür ki, cavabdeh öz imtanasında bildirmişdir ki, iddiaçının əmək pensiyası aşağıdaki tərkibdən ibarət olmaqla cəmi 1.082,41 manat məbləğində müəyyən edilmişdir: əmək pensiyasının sığorta hissəsi – 199,19 manat; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxx 2019-cu il tarixinədək qüvvədə oan 19.1.6-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavəsi -11 manat; qulluq stajına görə əmək pensiyasına əlavə isə 872,22 manat. x xxxxxx 2006-cı il tarixindən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilmir. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş 00546 pensiya işindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx xxxxxxxx 2005-ci il tarixdən ömürlük olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan məlumat vərəqələrindən görünür ki, İddiaçı xx xxxx 2008-ci il ildən xx xxxxxxx 2008-ci ilədək 546,20 manat (kommunal müavinət nəzərə alınmaqla) məbləğində, xx xxxxxx 2008-ci ildən xx xxxxxx 2010-cu ilədək 752,50 manat (kommunal müavinət nəzərə alınmaqla), xx xxxxxxxx 2010-cu ildən ömürlük olaraq 805 manat (kommunal müavinət nəzərə alınmadan) məbləğində əmək pensiyası təyin olunmuşdur. İddiaçının hərbi qulluqçu olduğu və ona 2005-ci ildə istefaya buraxıldıqdan sonra ona hərbi qulluqçu kimi pensiya təyin olunduğu işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsində nəzərdə tutulan yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi miqdarında əlavənin cavabdeh tərəfindən onun pensiyasına hesablanmadığını qanunsuz sayır və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək həmin əlavələrin ödənilməsini tələb edir. Məhkəmə aşağdaki əsaslara görə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasəen isə təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları ilə aqşağıdakılar müəyyən edilmişdir:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X8 təqdim olunması qaydalarını müəyyən edir.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.4-cü bəndinin 2-ci abzasına əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar həmin şəxslərin və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur və Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə təqdim edilir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası məlumat vərəqəsi əsasında hesablanmış, cavabdeh tərəfindən ona qanunvericiliyin tələblərinə uyğun olaraq kommunal xərclər üzrə müavinət, hətta pensiya işi materiallarından da görünür ki, iddiaçıya yeni redaksiyada verilən “Əmək pensiyaları haqqında” Qanunun 19.1.6-cı maddəsinə müvafiq olaraq 11 manat ödənilmiş, lakin cavabdeh tərəfindən xx xxxx 2017-ci ilə qədər “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsinə uyğun olaraq əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə ödənilməmişdir. Bununla əlaqədar Məhkəmə onu qeyd edir ki, iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsi xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir və yeni redaksiyada Qanunun 19.1.6cı maddəsinə əsasən döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliiyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində əlavənin hesablanması nəzərdə tutulur. Bu dəyişiklik xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Qanunun iddiaçının istefaya buraxıldığı və ona pensiya təyin olunduğu 2005-ci ildən xx xxxx 2017-ci ilə (19.1.6-cı maddəyə redaksiya edilənədək) qədər olan dövrdə qüvvədə olan 19.2.4cü maddəsində isə nəzərdə tutulurdu ki, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara-yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanır. Şərh olunan maddələrin normalarına görə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına, habelə hərbi qulluqçulara müvafiq əlavələr ödənilir. Baza hissəsinin 10 faizi məbləğində əlavənin hesablanması məsələsinə gəldikdə isə, nəzərə almaq lazımdır ki, həmin norma məhz xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuşdur. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinə müraciət edərək, ona xx.xx.2006-xx.xx.2019-cu ilə tarixədək əmək pensiyasının baza hissəsinin 10% məbləğində əlavənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, dövrlər üzrə əmək pensiyasının baza hissəsinin 10% məbləğində əlavənin ödənilməsi, yalnız həmin maddənin qüvvədə olan vaxtadək tələb edilməsi mümkündür. Nəzərə alsaq ki, iddiaçı hazırki mübahisə ilə bağlı xx xxxxxxxx 2019-cu il tarixdə müraciət etdiyindən, həmçinin iddiaçının iddiasının əsasında duran norma xx xxxx 2017-ci il tarixədək qüvvədə olduğundan, Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddiaçıya əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavənin ödənilməsinin yalnız geriyə üç il şamil olunmaqla, sözügedən maddənin qüvvədə olan vaxtadək ödənilməsinin mümkün olduğunu bildirir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyasının baza hissəsinin 10 % məbləğində əlavənin xx xxxxxxxx 2016-cı il tarixdən (müraciət tarixindən geriyə üç il) xx xxxx 2017-ci il tarixədək (19.2.4-cü maddəsinin qüvvədə olan tarixi) ödənilməməsi, iddaçının hüquqlarını pozur. Odur ki, cavabdehin imtinası qismən əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1.-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. orqanın üzərinə düşür. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının baza hissəsinin 10% məbləğində əlavənin ödənilməsi” barədə iddia tələbi qismən təmin edilməli, ona əmək pensiyasının baza hissəsinin 10 % məbləğində əlavənin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34.1-ci, 68-ci, 69-cu, 73-cü, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı:

İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı əmək pensiyasının baza hissəsinin 10 % məbləğində əlavənin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar