Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3540/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X29 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X16 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla arayışın (çıxarışın) verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mərhum X15 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ masivində yerləşən 3536 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeyydiyata alınmasından xx.xx.2021-ci il tarixli **********19 saylı imtina məktubunun qanunsuz sayılması və sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeyydiyyata alınması vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 1773,0 kv. metr olan, 3262 №-li (əvvəlki 3536 №-li) bağ sahəsinə mülkiyyət hüququnun mərhum babası X15 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X20 xx.xx.1981-ci ildə öldükdən sonra ondan qalan əmlaka o, vərəsəlik hüququ almışdır. Bundan sonra o, ölmüş babasından ona vərəsəlik yolu ilə qalan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları adlanan ünvanda yerləşən 0,25 ha sahəsi olan 3536 saylı bağ evini vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək üçün DƏDRX 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin sözügedən İdarədən müraciətindən imtina olunaraq, ona bildirmişlər ki, onun mərhum atası X15 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ masivində yerləşən 3536 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılarkən, müəyyən olunmuşdur ki, idarənin arxivində (kötüyündə) Ləhiş qəsəbəsində yerləşən 3536 №li bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X33 ilə X38 (sənəddə olduğu kimi) bağlanmış xx.xx.1972-ci il tarixli 12962 №li müqavilə mövcuddur. Arxiv qovluğunda mövcud olan xx.xx.1993-cü il tarixdə tərtib edilmiş inventarlaşdırma aktında 12962 №li müqavilə əsasında X9 icarəsində olan bağ sahəsinin nömrəsi 3262 kimi qeyd edilmişdir. Göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “3261” və “3263” saylı bağ sahələrinə uyğun gəlir. Bundan əlavə “X40” ilə “X20”nun eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair Sabunçu Rayon Məhkəməsinin qətnaməsi İdarəyə daxil olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəməyə daxil olmuş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********81 №li xx.xx.2022-ci il tarixli iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, koordinatlarla göstərilən bağ sahəsi ilə İdarənin arxivində olan yerləşmə cizgisi arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən bağ sahəsinin bir hissəsi 3261, digər hissəsi 3263 saylı bağ sahələrinin ərazisinə düşür. Həmçinin arxiv məlumatlarına əsasən 3536 nömrəli bağ sahəsi digər müqavilə əsasında başqa fiziki şəxsə (X21) verilmiş və həmin müqavilə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyət hüququ ilə X6 məxsusdur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı müvafiq torpaq sahəsinin faktiki olaraq 1773,4 kv. metr təşkil etdiyi müəyyən olmuşdur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Üçüncü şəxs X5 iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X23 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iş materiallarında olan; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı-xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 404 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli 4-Ə273 reyestr nömrəli notariat işinin surətindən müəyyən olunur ki: - Mamedov Əli-Övsəd Əli-Mərdan oğlu xx.xx.1944-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1944-cü ilin avqust ayının 16-da 33 № ilə qeyd edilmiş, atası qismində Əli-Mərdan Əbdül oğlu, anası qismində Ruqiyyə Seid-Baba qızı qeyd olunmuşdur. - İddiaçı xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1977-ci ilin noyabr ayının 09-cu günündə 338 № ilə qeyd olunmuş, doğum haqqında şəhadətnamədə atası qismində X10, anası qismində X3 qeyd olunmuşdur (Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsinin AZ-T seriyalı, 078762 №-li xx.xx.2019-cu il tarixli şəhadətnaməsi). - X20 xx.xx.1981-ci ildə Bakı şəhərində ölmüş, onun ölümü haqqında xx.xx.1981-ci ildə 39 №-li akt qeydi tərtib olunmuş, ölümü Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbə icra nümayəndəliyində 303622 №-li şəhadətnamə ilə qeydə alınmışdır (Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 106 №li arayışı). - X11 xx.xx.1998-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci ilin mart ayının 10-cu günündə 60 nömrə ilə qeyd edilmişdir (Sabunçu RİH Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 10 mart 1998-ci il tarixli V- ЖГ seriyalı, 291321 №-li ölüm haqqında şəhadətnaməsi). - X4 X3 ilə olan nikahı ləğv olunmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 1999-cu ilin 06-cı ayının 29-cu günündə 100 № ilə qeyd olunmuşdur (Sabunçu rayon VVAQ şöbəsinin İİ ЖГ seriyalı 331238 №-li, xx.xx.1999-cu il tarixli boşanma haqqında şəhadətnamə). - X10 xx.xx.2000-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2000-ci ilin 10-cu ayının 24-cü günündə 184 nömrə ilə qeyd olunmuşdur (Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı 070758 №-li, xx.xx.2000-ci il tarixli ölüm haqqında şəhadətnamə). - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 350 №-li xx.xx.2019-cu il tarixli arayışında- İddiaçı Əlövsət oğlunun babası mərhum X12 Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, döngə 2, ev 8-də daimi pasport qeydiyyatında ailəsi ilə birlikdə yaşadığı, xx.xx.1981-ci ildən vəfat etdiyi günə kimi qeydiyyatda olduğu Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, döngə 2, ev 8 ünvanının daimi pasport qeydiyyatından silindiyi; mərhumun arvadı mərhum X1 Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, döngə 2, ev 8-də daimi pasport qeydiyyatında ailəsi ilə birlikdə yaşadığı, xx.xx.1998-ci ildən etibarən vəfat etdiyi günə kimi qeydiyyatda olduğu Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, döngə 2, ev 8 ünvanının daimi pasport qeydiyyatından silindiyi; həmçinin mərhumun oğlu mərhum X2 Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi döngə 2, ev 8-də daimi pasport qeydiyyatında ailəsi ilə birlikdə yaşadığı, xx.xx.2000-ci ildən vəfat etdiyi günə kimi qeydiyyatda olduğu Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, döngə 2, ev 8 ünvanının daimi pasport qeydiyyatından silindiyi; hal-hazırda bu ünvanda olan evi X12 nəvəsi İddiaçı Əliövsət oğlunun faktiki idarə etdiyi, həmin ünvanda pasport qeydiyyatında ailə üzvləri ilə birlikdə yaşadığı qeyd olunmuşdur. - 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvan 3 ünvanlanmış 571 №-li, xx.xx.2019-cu il tarixli məktubda -İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında 15 yanvar 1981-ci ildə ölmüş babası X12 adına vərəsəlik işinin açıldığı qeyd olunmuşdur. - RX seriyalı, ******* №-li çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,02475 kv.m torpaq sahəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X12 adına Daşınmaz əmlakın dövlət reyestrində 875 nömrəli reyestr kitabının 82896 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri, Maştağa qəsəbəsi, AX.M.Əbdülkərim küçəsi, ev 818 ünavnında qeydiyyatda olan X17 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizə təqdim edərək, xx.xx.1981-ci il tarixdə vəfat etmiş mərhum atası X12 ölümündən sonra miras qalmış əmlakın ona düşən miras əmlak payını faktiki qəbul etmədiyini, etmək niyyətində olmadığını və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. - “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.1981-ci il tarixdə ölmüş X12 vərəsəsi oğlu-X10-Bakı Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, Dön. 2, ev 8-də olmuş, lakin onun xx.xx.2000-ci il tarixdə ölməsi ilə əlaqədar miras onun təmsilçisi İddiaçı (Bakı, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, Döngə 2, ev 8) keçmiş və o, miraz əmlakdan 1/1 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X15 verilmiş **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.02475 ha olan torpaq sahəsindən ibarətdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408/2020 saylı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məktuba əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 408/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş Bakı şəhər İcra Hakimiyyətinin X33nin Ləhiş bağ massivində yerləşən, sahəsi 0,25 ha-dan ibarət olan 3536 saylı bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə 15 dekabr 1972-ci il tarixli 12962 nömrəli müqavilənin 05 aprel 1914-cü ildə doğulmuş, 15 yanvar 1981-ci ildə ölmüş X15 məxsus olması və X12 15 dekabr 1972ci il tarixli 12962 nömrəli müqavilə üzrə istifadəsində 0.25 ha-dan ibarət torpaq sahəsi olan bağ sahəsinin 3536 nömrəli bağ sahəsi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-408/2020 saylı qətnaməsi ilə ərizə təmin olunaraq keçmiş Bakı şəhər İcra Hakimiyyətinin X33nin Ləhiş bağ massivində yerləşən, sahəsi 0.25 ha-dan ibarət olan 3536 saylı bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə 15 dekabr 1972-ci il tarixli 12962 nömrəli müqavilənin 05 aprel 1914-cü ildə doğulmuş, 15 yanvar 1981-ci ildə ölmüş X15 məxsus olması və keçmiş Bakı şəhər İcra Hakimiyyətinin X33nin Ləhiş bağ massivində yerləşən, sahəsi 0.25 ha-dan ibarət olan 3536 saylı bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə 15 dekabr 1972-ci il tarixli 12962 nömrəli müqavilədə göstərilən X34 ilə 15 yanvar 1981-ci ildə ölmüş X12 eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsinin qət etdi hissəsində qeyd olunmuş "keçmiş Bakı şəhər İcra Hakimiyyətinin X33nin Ləhiş bağ massivində yerləşən, sahəsi 0.25 ha ibarət olan 3536 saylı bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə 15 dekabr 1972-ci il tarixli 12962 nömrəli müqavilənin 05 aprel 1914-cü ildə doğulmuş, 15 yanvar 1981-ci ildə ölmüş X15 məxsus olması və keçmiş Bakı şəhər İcra Hakimiyyətinin X33nin Ləhiş bağ massivində yerləşən, sahəsi 0.25 ha-dan ibarət olan 3536 saylı bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə 15 dekabr 1972-ci il tarixli 12962 nömrəli müqavilədə göstərilən X40 ilə 15 yanvar 1981-ci ildə ölmüş X12 eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" sözlərinin “keçmiş Bakı şəhər İcra Hakimiyyətinin X33nin Ləhiş bağ massivində yerləşən, sahəsi 0.25 ha ibarət olan 3536 saylı bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə 15 dekabr 1972-ci il tarixli 12962 nömrəli müqavilənin 05 aprel 1914-cü ildə doğulmuş, 15 yanvar 1981-ci ildə ölmüş X15 məxsus olması və keçmiş Bakı şəhər İcra Hakimiyyətinin X33nin Ləhiş bağ massivində yerləşən, sahəsi 0.25 ha ibarət olan 3536 saylı bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə 15 dekabr 1972-ci il tarixli 12962 nömrəli müqavilədə göstərilən Mərdan Əbdül oğlunun eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi sözləri kimi oxunması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********33 №-li, xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3261 və 3263 saylı bağ sahələrinə dair müvafiq məlumatın və 3536 saylı bağ sahəsinin X5 mülkiyyətinə verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi barədə sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxıldığı, bununla əlaqədar olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3261 saylı bağ sahəsinin (0.25 hektar) icarəyə verilməsinə dair keçmiş Bağlar Təsəsrrüfatı İdarəsi ilə X32 arasında bağlanılmış xx.xx.1982-ci il tarixli 11711 nömrəli müqavilə, 3263 saylı bağ sahəsinin (0.25 hektar) icarəyə verilməsinə dair Xədicə Ələkbər qızı ilə bağlanılmış xx.xx.2004-cü il tarixli, 15351 nömrəli müqavilə iki nüsxədə (həmçinin möhürlə təsdiq edilmiş nüsxə) İdarənin arxivində mövcud olduğu bildirilmişdir. Ləhiş bağ massivi, 3261 və 3263 saylı bağ sahələrinin dövlət reyestrində qeydiyyata alınması, həmçinin bununla bağlı müraciət olunması barədə məlumat aşkar olunmadığı, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3536 saylı bağ sahəsi (0,12 hektar) 5 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat kontorunda bağlanılmış xx.xx.2019-cu il tarixli, 4Ə-1723 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldındığı qeyd olunmuşdur. Eyni zamanda məktubla 3261 və 3263 saylı bağ sahələrinə dair idarənin arxivində mövcud olan müqavilələrin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş aşağıdakı; - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X46 İnkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 10871 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsindən görünür ki, Birliyin xx.xx.2004-cü il tarixli 08 saylı protokolu əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0,12 ha torpaq sahəsi olan 3536 saylı bağ sahəsi X13 istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2004-cü il tarixli 10871 nömrəli icarə müqaviləsinə əsasən X18 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3536 saylı bağ sahəsinə dair xx.xx.2016-cı il tarixdə Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən plan ölçü hazırlanmışdır. Bağ sahəsi sənəd üzrə 0.12 ha, faktiki sahə 0,12 ha qeyd olunmuşdur. - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0.12 ha torpaq sahəsindən ibarət 3536 saylı bağ sahəsi xx.xx.2016-cı il tarixdə **********49 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 617 № reyestr kitabının 58436 №-li vərəqində X13 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. - 5 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 4ə-1723 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X21 ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə özünə məxsus daşınmaz əmlakı X6 satmış və bunun əsasında sonuncunun adına xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən plan ölçü hazırlanmışdır. Bağ sahəsi sənəd üzrə 0.12 ha, faktiki sahə 0.12 ha qeyd olunmuşdur. - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində, 0,12 ha torpaq sahəsindən ibarət 3536 saylı bağ sahəsi xx.xx.2019-cu il tarixdə **********49 reyestr, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 617 nömrəli reyestr kitabının 58436 nömrəli vərəqində X5 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır (478523 №-li çıxarış). Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı Birliyi ilə X32 arsında bağlanmış xx.xx.1982-ci il tarixli 11711 saylı müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0.25 ha torpaq sahəsi olan 3261 saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X46 İnkişafı Departamentinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 15351 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsi ilə Birliyin xx.xx.1994-cü il tarixli 13 saylı protokolu əsasənda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0.25 ha torpaq sahəsi olan 3263 saylı bağ sahəsi Xədicə Ələkbər qızının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx/xx-2798/11 №-li, xx.xx.2022-ci il tarixli məktubunda 1915-ci il təvəllüdlü Xədicə Ələkbər qızının, 1920ci il təvəllüdlü X22 adına açılmış vərəsəlik işinin surətinin istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılığı, xx.xx.2007-ci il tarixdən fəaliyyətə başlamış “Elektron notariat” informasiya sisteminə baxış keçirilərkən adları qeyd olunan şəxslərin hər hansı miras əmlakına dar vərəsəlik işinin açıldığı barədə məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Akatlarının Reyestri Xidmətinin 05/2-3276/13 №-li, xx.xx.2022-ci il tarixli məktubunda X32 (1920-ci il təvəllüdlü) və Xədicə Ələkbər qızı (1915- ci il təvəllüdlü) barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dair məlumatın istənilməsi ilə bağlı müraciətə baxıldığı, M.Əliyev 01,04.1950-ci ildə Qaradağ rayon qeydiyyat şöbəsində Əliyeva (Dadaşeva) Zərxanım Əlihəsən qızı ilə nikaha daxil olduğu, həmin nikahdan xx.xx.1951-ci ildə Hüseyn Əliyev, xx.xx.1953-cü ildə Çeşmalı Əliyev, xx.xx.1957-ci ildə X60, xx.xx.1959-cu ildə Şahnaz Əliyeva, xx.xx.1961-ci ildə Almaz Əliyeva, xx.xx.1963-cü ildə Solmaz Əliyeva, 31,05.1966cı ildə Nuranə Əliyeva, xx.xx.1968-ci ildə İslam Əliyev, xx.xx.1972-ci ildə isə Güləndam Əliyevanın doğulduğu, M.Əliyevin ölümü xx.xx.1996-cı ildə Abşeron rayonunun Qobu icra nümayəndəliyində qeydə alındığı, xx.xx.1915-ci il təvəllüdlü Xədicə Ələkbər qızının adına isə xx.xx.2012-ci ildə adıçəkilən qurumda ölüm haqqında akt qeydi tərtib edildiyi,’’Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən “Xədicə Ələkbər qızı” adı ilə bir neçə şəxsə dair məlumatlar aşkar olunduğu. Həmin akt qeydlərində şəxsin doğum tarixi qeyd olunmadığında hansı aktların sorğu edilən şəxsə aid olduğunu müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********29 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində göstərilən bağ sahəsinin sənəd üzrə 2500,0 kv. metr olsa da, faktiki hasar daxili 1773,0 kv. metr təşkil etdiyi, arxiv əsaslarından göründüyü kimi 3536 bağın əvvəlki nömrəsi, 3262 isə bağın indiki nömrəsi olduğu, 3262 saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsindən İddiaçı Əliövsət oğlunun və ailəsinin istifadə etdiyinin məlum olduğu, bağ sahəsinin naturada yerləşməsinin arxiv cizgisi və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, arxiv cizgisində sahənin (25 x 100) metr ölçüdə olması göstərilsədə faktiki sahə mürəkkəb konfiqurasiyalı olmaqla cənub və şimal hissəsindən qonşu olan 2 (iki) bağın ərazisinə düşdüyü qeyd olunmuşdur. Mütəxəssis rəyinə əlavə olunmuş aşağıdakı: Bağ sahəsinin və tikililərin uzun müddət icarəyə verilməsi üçün 15 dekabr 1972-ci il tarixli 12962 №-li müqavilənin surətindən müəyyən olunur ki, gələcəkdə “Trest adlandırılacaq Bakı şəhər İcraiyyə Komitəsinin X33 ilə Bakı şəhər İcraiyyə Komitəsinin 1966-cı il 10 №-li protokolu (sıra № 53) əsasında hərəkət edən gələcəkdə “İcarəçi” adlandırılacaq X57 arasında Ləhiş qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan 3536 №li bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. - Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında 11 avqust 1996-cı il tarixli 12962 №-li müqavilənin surətindən müəyyən olunur ki, Bir tərəfdən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti, digər tərəfdən isə vətəndaş X57 arasında Ləhiş qəsəbəsində 0,25 ha sahəsi olan bağı, 9,00 kv. metr yaşayış sahəsi olan bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. - Ləhiş ərazisində yerləşən 12962 №-li müqaviləyə əsasən 3262 №-li bağ sahəsinə dair cizgi hazırlanmışdır. Eyni zamanda rəyə əlavə olunmuş cizgidə 3536/3262 saylı bağ sahəsinin qonşuları 3372/3111 saylı, 3535/3261 saylı, 3537/3262 saylı bağlar qeyd olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş aşağıdakı: - **********29 №li, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilən ərazinin bağların bölgüsünə dair sxemtaik xəritəyə uyğun hasarlanmadığı, faktiki göstərilən ərazinin bir hissəsinin sxematik xəritəyə əsasən “3261” və “3263” saylı bağ sahələrinə uyğun gəldiyi, bundan əlavə “X40” ilə “X20”nun eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair Sabunçu Rayon Məhkəməsinin qətnaməsinin daxil olmadığı bildirilmişdir. - **********19 №li, xx.xx.2021-ci il tarixli cavab məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5356 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli ********** nömrəli təkrar müraciətinə tərəflərindən baxıldığı, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********97 nömrəli xx.xx.2021-ci il tarixli məktubda cavab verildiyi, lakin qeyd qeyd olunan çatışmazlıqların aradan qaldırılmadığı bildirilmişdir. - **********94 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda X7 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3536/3262 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2022-ci il tarixli müraciətinə baxıldığı, göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, torpaq sahəsinin bir hissəsinin digər bağ sahələrinin ərazisinə uyğun gəldiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Cavabdeh inzibati orqan tərəfindən həm iddiaçının müraciətinə cavab olaraq verilmiş imtina bildirişində, həm iddiaya dair yazılı etirazda göstərilmiş dəlillərə (koordinatlarla göstərilən bağ sahəsi ilə İdarənin arxivində olan yerləşmə cizgisi arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən bağ sahəsinin bir hissəsi 3261, digər hissəsi 3263 saylı bağ sahələrinin ərazisinə düşür. Həmçinin arxiv məlumatlarına əsasən 3536 nömrəli bağ sahəsi digər müqavilə əsasında başqa fiziki şəxsə (X21) verilmiş və həmin müqavilə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda mülkiyyət hüququ ilə X6 məxsusdur. İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı müvafiq torpaq sahəsinin faktiki olaraq 1773,4 kv. metr təşkil etdiyi müəyyən olmuşdur) gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər hazırki iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli bağ sahəsi sənəd üzrə 2500,0 kv. metr olsa da, faktiki hasar daxili 1773,0 kv. metr təşkil edir ki, iddiaçı da iddia tələbində məhz faktiki sahəyə uyğun 1773,0 kv. metr bağ sahəsinə mülkiyyət hüququ ilə məxsusluq barədə arayışın (çıxarışın) verilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bundan əlavə arxiv əsaslarından göründüyü kimi bağın əvvəlki nömrəsi 3536, hazırki nömrəsi isə 3262-dir ki, qeyd olunan bağ sahəsi kimi göstərilən torpaq sahəsindən məhz İddiaçı Əliövsət oğlu və ailəsi istifadə edir və digər 2 (iki) bağın ərazisinə düşən sahə ilə bağlı isə iddiaçı tərəfindən hazırda heç bir iddia irəli sürülməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 1773,0 kv. metr olan, 3262 №-li (əvvəlki 3536 №-li) bağ sahəsinə mülkiyyət hüququnun mərhum X15 məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3540/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3540/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver