Məhkəmə qərarları › İş №2-1(112)-3541/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3541/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3541/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya hüququ yarandığı 55 yaşı olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə isə 1983-cü ildə başlamışdır. Belə ki, xx.xx.1983-cü ildən xx.xx.2008-ci ilədək H.Z.Tağıyev adına TTSK ASC-nin toxuculuq sexində darama toxuma (toxucu) maşınlarda operator peşəsində işləmişdir. Bu fakt öz təsdiqini Azərbaycan Respubliksı H.Z.Tağıyev adına ASC-nin Kadrlar Şöbəsi tərəfindən verilmiş 157 nömrəli xx.xx.2022-ci il tarixli arayışla da tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26-cı bəndində toxuculuq sahəsi də göstərilmişdir ki, iddiaçının işlədiyi vəzifə darama-toxuma avadanlığının operatorları da siyahıda birbaşa qeyd edilmişdir. Əmək kitabçasından da, göründüyü kimi, onun bu sahədə 25 ildən çox güzəştli iş stajı mövcuddur. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, onun güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. Bu səbəblə, ona əmək pensiyasının təyin edilməsi üçün cavabdehə 12 sentyabr 2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Lakin, sözügedən inzibati orqan həmin ərizəyə 13 oktyabr 2022-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə cavab vermişdir. İmtina məktubunda göstərilmişdir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı güzəştli şərtləlrə pensiya təyin edilməsi üçün kifayət deyil. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 6 dekabr 1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətində onun xx.xx.1983-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına TTS İK ASC-nin toxuculuq istehsalatının toxucu sexində toxucu vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının təqdim etdiyi "xxxx" ASC-nin 25 avqust 2022-ci il tarixli 187 nömrəli arayışında iddiaçının işlədiyi vəzifə darama-toxuma avadanlığının operatoru vəzifəsi göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunan sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluq vardır. İddiaçının təqdim etdiyi "xxxx" ASC-nin 25 avqust 2022-ci il tarixli 186 nömrəli arxiv arayışında xx.xx.1992ci ildən xx.xx.1993-cü illərdə 26 nömrəli texniki peşə məktəbində təhsil alması, oxuduğu müddətdə sexə praktaya gəlməsi, xx.xx.1993-cü ildə isə 5-ci dərəcə toxucu işinə qəbul edildiyi qeyd olunmuşdur. Qeyd olunan fakta münasibətdə bildirirlər ki, 1. İddiaçı təhsil illərini təsdiq edən sənədi (diplom) inzibati orqana təqdim etmədiyi üçün təhsil illərini müəyyən etmək mümkün olmamışdır. 2. 25 avqust 2022-ci il tarixli 187 nömrəli arayışdan görünür ki, iddiaçı təhsil aldığı müddətdə sexə praktikaya gəlmiş, xx.xx.1993-cü ildə isə 5-ci dərəcə toxucu işinə qəbul edilmişdir. Lakin, 25 avqust 2022-ci il tarixli 187 nömrəli arayışıda xx.xx.1983-cü il tarixdən xx.xx.2008-ci il tarixədək sexdə işlədiyi qeyd olunmuşdur. Bununla da, hesab edirlər ki, qeyd olunan məlumatlar iddiaçının əmək fəaliyyətinin mötəbərliyini şübhə altına alır. 3. İddiaçı 25 il əmək fəaliyyəti olduğunu iddia etdiyi halda, arayışda yalnız 1983-cü ilə dair əmək haqqı göstərilmişdir. İşin halları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun filiala təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan toxucu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yüngül bölməsində nəzərdə tutulmadığına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası vətəndaşının AA******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür.

9. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli **********8 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığort ahissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 52320.00 manat (minimum əmək pensiyasının məbləğinin artımı ilə əlaqədar) hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32786,54 manat təşkil edirdi. Buna görə də, həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Sözügedən Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək penasiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

10. "xxxx" ASC Kadrlar Şöbəsi tərəfinədn verilmiş 186 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həqiqətən H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Leninadına Toxuculuq kombinatı) toxuculuq istehsalatının toxucu sexində şəxsi işinə əsasən xx.xx.1992-xx.xx.1993-cü illərdə 26 nömrəli texniki peşə məktəbində təhsil almışdır. Oxuduğu müddətdə toxucu sexinə praktikaya gəlmiş və əmək haqqı cədvəlindən göründüyü kimi əmək haqqı hesablanmışdır. 1983-cü il üçün əmək haqqı cədvəlində mart -13 -03 qəpik, aprel – 15 – 37 qəpik, may – 30- 06 qəpik, iyun – 27 – 91 qəpik, iyul – 41 – 26 qəpik əmək haqqı almışdır. Peşə məktəbini tam qutarıb xx.xx.1983cü ildə toxucu sexinə 5-ci dərəcə toxucu işinə qəbul edilib. xx.xx.2008-ci ildə öz xahişi ilə işdən azad edilib.

11. "xxxx" ASC Kadrlar Şöbəsi tərəfinədn verilmiş 187 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1965-ci ildə anadan olmuş xx.xx.1983-cü ildən xx.xx.2008-ci ilədək İddiaçı qız həqiqətən H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) toxuculuq istehsalatının toxucu sexində, darama toxuma (toxucu) maşınlarında operator peşəsində işləmişdir. İşin xüsusiyyətləri – toxucu dəzgahlarında parça istehsalı əriş və arğac saplarının qırılmalarının aradan qaldırılması, kəsici mexanizminin dəyişdirilməsi, parçadakı qüsurların qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi, toxunma raportunun bərpa edilməsi, parçanın sıxlığına, əriş və arğac saplarının keyfiyyətinə nəzarət, lamel cihazlarının, daraq, kəsici mexanizmlərin və toxunan parçanın keyfiyyətinə nəzarət, düyünlənmiş və dəzgaha doldurulmuş sapların emal edilməsi, növbə ərzində işin planlaşdırılması və xidmət maşınlarının seçilməsi, dəzgahların təmirdən qəbul edilməsində iştirak etmək, avadanlıqları və iş yerini qaydaya salmaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən güzəştli şərtlərlə pensiya alması üçün əsasdır. 26 səhifə, 18.1. Darama toxuma avadanlığının operatoru.

12. Notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1982-xx.xx.1983-cü illərdə təhsil almış, əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983-cü ildə H.Z.Tağıyev Adına BTTB-yə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdə "xxxx" MMC-də təmizlik üzrə texnik vəzifəsinə qəbul edilmiş xx.xx.2008-ci il tarixdə öz xahişi ilə işdən azad olunub. xx.xx.2008-ci ildə "xxxx" MMC-də təmizlik üzrə texnik vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2009-cu il tarixdə “Unibank” Kommersiya Bankında xadimə vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə xadimə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında X3 Ştatdankənar mütəxəssis-xadimə vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir.

13. Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən verilmiş Б nömrəli 699828 nömrəli dipoma əsasən İddiaçı 01 sentyabr 1982-ci il tarixdən 18 iyul 1983-cü il tarixədək təhsil almışdır.

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 14 dekabr 2022-ci il tarixli **********5 nömrəli məktubla İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqidm edilmişdir.

15. "xxxx" ASC Kadrlar Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış 211 nömrəli 09 mart 2022-ci il tarixli məktuba əsasən İddiaçı xx.xx.1983-cü ildə H.Z.Tağıyev adına X2 (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı) toxuculuq istehsalatının toxucu sexinə toxucu peşəsinə qəbul edilişdir. xx.xx.1995xx.xx.1996-cı il tarixlərində 1.6 ay əmək haqqı qismən ödənilməklə xx.xx.1996xx.xx.1998-ci illərdə 1.6 ay əməkhaqqı qismən ödənilməklə, uşağın 3 yaşı tamam olanadək əlavə məzuniyyət verilmiş, xx.xx.2001-ci il tarixli əmrə əsasən körpə uşağa qulluq etməsi ilə əlaqədar olaraq xx.xx.2001-xx.xx.2004-cü ilə kimi əmək haqqı qismən ödənilməklə uşağa qulluq, analıq məzuniyyətinə buraxılmışdır.

16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 214 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.1983-cü ildə H.Z.Tağıyev adına Toxucutikişsənaye Kombinatı ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı) Toxuculuq Fabrikasının toxucu sexinə 5-ci dərəcə toxucu-darama toxuma operatoru peşəsinə işə qəbul edilib. xx.xx.2008-ci ildə öz xahişi ilə işdən azad edilib. Güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi barədə 12 nömrəli qərarın təsdiq edilmiş siyahısının 26. Yüngül sənaye bölməsində 26.1, səhifə 181.Darama-toxuma opeatorları, avadanlıq operatorları peşələri öz əksini tapmışdır. 32.Bölmədə səhifə 197-də Toxuculuq istehsalatı-bölməsində, səhifə 200-də toxucular; metal və sintetik tor toxuyan toxucular peşəsi öz əksini tamışdır. SSR Nazilər Sovetinin 10 noyabr 1967-ci il tarixli, 1021 nömrəli qərarında toxucular, metal və tor toxuyan toxucular öz əksini tapmışdır. Arayışa qərarlar və əmək haqqı ödənilməsinə dair arayışlar əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ona xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinin tələblərinə əsasən 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pesiya kapitalının həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə istinad edilməklə imtina edilmişdir. Əlavə olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda iddiaçının əmək kitabçasında xx.xx.1983-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına TTS İK ASC-nin toxuculuq istehsalatının toxucu sexində toxucu vəzifəsində işlədiyi qeyd edilməsinə baxmayaraq, müəssisə tərəfindən verilmiş 187 nömrəli 25 avqust 2022-ci il tarixli arxiv arayışında isə iddiaçının işlədiyi illər xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək qeyd edilməsinə, iddiaçının 25 il əmək fəaliyyəti olduğu iddia etdiyi halda, arayışda yalnız 1983-cü ilə dair əmək haqqı göstərilməsinə istinad edilmişdir.

24. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinasında və etiraz ərizəsində göstərilən dəlillər əsassızdır.

25. Belə ki, hazırki işdə mübahisə predmetini iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının güzəştli və ümumi iş stajının olmaması təşkil edir.

26. Məhkəmə ilk öncə iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçının hazırki tələbi ona xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi olduğundan, həmin dövrdə qüvvədə olmuş sözügedən maddənin redaksiyasına əsasən (Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.) iddiaçıya 20 il ümumi iş stajı zəruri olduğundan, iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla (əmək kitabçasında olan müvafiq qeydlər, diplom, əmək haqqı barədə arayış, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayış və əmrlərlə) sübuta yetirilir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək 20 ildən artıq ümumi iş stajı olmuşdur. Belə ki, həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

27. Eləcə də, məhkəmə qeyd edir ki, işin təkzibolunmaz halları ilə (iş materiallarında olan iddiaçınn təhsil aldığı müəssisə tərəfindən verilmiş diplomun surəti) müəyyən edilir ki, iddiaçı barəsində işlədiyi müəssisə tərəfindən verilmiş 186 nömrəli xx.xx.2002-ci il tarixli arayışda onun təhsil aldığı illər texniki səhv nəticəsində xx.xx.1982ci ildən xx.xx.1983-cü il tarixədək göstərilmək əvəzinə xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək göstərilmişdir.

28. Məhkəmə iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı cavabdehin etirazında və imtinasında göstərilən dəlillərlə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı göndərilmiş sorğulara iddiaçının işlədiyi müəssisə - H.Z.Tağıyev adına Toxucutikişsənaye kombinatı” ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı sözügedən müəssisədə 5-ci dərəcəli toxucu-darama toxuma operatoru peşəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 26.1-ci bəndində (Yüngül sənaye bölməsi) darama-toxuma avadanlığının operatorları öz əksini tapmış, əlavə olaraq həmin Siyahının 32-ci bəndində (Toxuculuq istehsalı) toxucular: metal və sintetik tor toxuyan toxucular öz əksini tapmışdır.

29. Göründüyü kimi, iddiaçının mübahisəli dövrdə işləyi peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında öz əksini tapmışdır.

30. Bundan əlavə məhkəmə iddiaçının tələb olunan sığorta stajını xx.xx.2017-ci il tarixədək yığdığından, həmin dövrədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona 52 yaşından pensiya təyin edilməsi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Göstərilən mövqe iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-766/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında öz əksini tapmışdır.

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ümumi və zərərli iş stajını xx.xx.2017-ci il tarixədək yığması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçı 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquna malikdir.

32. Eləcə də, məhkəmə iddiaçının təhsil aldığı müddətində onun ümumi iş stajına daxil edilməsi məsələsinə münasibətdə qeyd edir ki, iş materiallarında diploma əsasən iddiaçının həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR X4 Təshili Komitəsində toxucu peşəsi üzrə təhsil alması öz təsdiqini tapdığından, həmin müddətdə onun ümumi iş stajına daxil edilməlidir.

33. Belə ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

34. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

35. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur.

36. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir.

37. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

38. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

39. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

40. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

42. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşından, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar