Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3542/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “qiymətləndiriliyi 02.07.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial X4 Agentliyinin 18 nömrəli Bakı şəhər Birləşmiş Xəstəxanasının BOŞ 0082003AAD5F nömrəli göndərişi əsasında 02.07.2021-ci il tarixində qiymətləndirmiş və diagnozun əllillik əlaməti təyin edilməsi bərədə gərarın ləgv edilməsinə və əlilliyin təyin edilməsi və Qarabağ gazisi statusumun bərpası üçün qərar verilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, birinci Qarabag müharibəsində aktiv iştirak edib. Fizuli rayonu ərazisində Aşağı Seyidəhmədli, Qorgan kəndləri arasında gedən döyüşlərdə iştirak edib agır yaralanıb, sonradan səhhəti yol vermədiyi üçün ordudan tərxis olunub. 25 il ərzində pensiya təminatından imtna edib, kirayədə yaşasa da, hətta kirayə haqqını almayıb. 6 il öncə məcburiyət qarşısında pensiya təminatı bərpa edib. İllərlə müalicə xərclərini şəxsi hesabı ilə ödəyib. 3-cü dərəcəli əlillik dərəcəsi var idi, minimum dolanışığını bu vəsaitlə təmin edirdi.
3. Əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövləl Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bildirilmişdir ki, onun əlillik vəziyyəti “18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” PHŞ-nin 0082003AAD5F nömrəli göndərişi əsasında 02.07.2021-ci il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlamətini təyin etməməsi (Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) barədə qərar qəbul edilmişdir. Gələcəkdə səhhətində ağırlaşmalar əmələ gələrsə, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam ətraflı əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir.
4. Məhkəmənin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövləl Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bildirilmişdir ki, İddiaçı aid 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0082003AACC5 nömrəli göndərişi 25.02.2016-cı il tarixdə qiymətləndirilmiş və “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar verilmişdir. Ş.Fərziyevin əlillik vəziyyəti 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0082003AACF1 nömrəli göndərişi əsasında 10.05.2016-cı il tarixində ilkin olaraq qiymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə (10.05.2021-ci il tarixinədək) üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı aid 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 22.06.2021-ci il tarixli, 0082003AAD5F nömrəli göndərişi əsasında əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədi ilə 11.08.2021-ci il tarixində əlavə əyani müayinənin araşdırılması aparılmışdır. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silahla yaralanmadan sonra sağ mil bilək oynağının ön-tış nahiyəsində çapıq toxumaları. Əl barmağının dırnaq lövhəciyinin zədələnməsi olmadan açıq yarası, sağ mil bilək oynağında hərəkət məhdudluğu, ağrı sindromu ilə, sol dirsək oynağının bayır hissəsində çapıq toxumalar, sol dirsək oynağında bükücü-açıcı kontraktura. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir.
5. İddiaçı tərəfindən təqdim edilən ərizə əsasında məhkəmənin 26.01.2022-ci il tarixli qərardadı əsasında iddia tələbinin “əlilliyin qiymətləndirildiyi 02.07.2021-ci il tarixdən 3cü qrup əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 25.02.2016- cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 06.05.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00-X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silahla yaralnmadan sonra sağ mil bilək oynağının ön-tış nahiyəsində çapıq toxumaları. Əl barmağının dırnaq lövhəciyinin zədələnməsi olmadan açıq yarası.sağ mil bilək oynağında hərəkət məhdudluğu, ağrı sindromu ilə, sol dirsək oynağının tış hissəsində capıq toxumalar, sol dirsək oynağında bükücü acıcı kantraktura. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0.G83.2)” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 22.06.2021-ci il tarixli 0082003AAD5F saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00-X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, .Odlu silahla yaralnmadan sonra sağ mil bilək oynağının ön -tış nahiyəsində capıq toxumaları (1994) Biləyin və əlin digər hissələrinin açıq yarası, .sağ mil bilək oynağının ön-tış nahiyəsində capıq toxumaları Digər oynaqların poşttravmatik artrozu. Sol dirsək oynağının artrozu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
8. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iştirak edən cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədən yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi eyni zamanda şifahi vəsatət verərək iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün məhkəmə-tibb ekspertizasının təyin olunmalı olduğunu bildirdi. İİ. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
11. İddiaçı məhkəməyə müraciət etdiyi 02.11.2021-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı 02.07.2021-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.
12. İddiaçının şikayəti əsasında cavabdeh qurum tərəfindən 19.10.2021-ci il tarixdə bildirilmişdir ki, onun əlillik vəziyyəti “18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” PHŞ-nin 0082003AAD5F nömrəli göndərişi əsasında 02.07.2021-ci il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlamətini təyin etməməsi (Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) barədə qərar qəbul edilmişdir.
13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
14. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
15. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
16. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
17. İddia prosessual qanunvericiliyə müvafiq dəyişikliyin qüvvəyə mindiyi 01.10.2021-ci il tarixə qədər təqdim edildiyindən Bakı İnzibati Məhkəməsi işə baxmağa səlahiyyətli məhkəmədir.
18. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
21. Əlillik altsistemdən çıxarışdan görünür ki, iddiaçıya 10.05.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00-X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silahla yaralnmadan sonra sağ mil bilək oynağının ön-tış nahiyəsində çapıq toxumaları. Əl barmağının dırnaq lövhəciyinin zədələnməsi olmadan açıq yarası.sağ mil bilək oynağında hərəkət məhdudluğu, ağrı sindromu ilə, sol dirsək oynağının tış hissəsində capıq toxumalar, sol dirsək oynağında bükücü acıcı kantraktura. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0.G83.2)” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
22. İddiaçının əlillik vəziyyəti Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 22.06.2021-ci il tarixli 0082003AAD5F saylı göndərişi əsasında baxılmış və “X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00-X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Odlu silahla yaralnmadan sonra sağ mil bilək oynağının ön -tış nahiyəsində capıq toxumaları (1994) Biləyin və əlin digər hissələrinin açıq yarası, .sağ mil bilək oynağının ön-tış nahiyəsində capıq toxumaları Digər oynaqların poşttravmatik artrozu. Sol dirsək oynağının artrozu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.
23. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər Baş Səhiyyə İdarəsi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən bildirilmişdir ki, ünvan 1 ünvanında yaşayan 1965-ci il təvəllüdlü İddiaçı, 18 nömrəli BŞX-nın poliklinika şöbəsində 2016-cı il tarixdən ARƏBM-i ilə əlaqədar səbəbi ilə İİİ dərəcəli əlil kimi qeydiyyatdadır. Təqdim etdiyi sənədlərə əsasən 1994-cü ildə hərbi xidmətə çağırılıb, hərbi xidmətdə döyüş zamanı sağ qolundan güllə yarası almışdır. 21.01.2016- u; il tarixli 30 nömrəli MN. MHHK-nm qərarında aldığı travma ARƏBM-si ilə əlaqədar səbəbi ilə şəhadətləndirilib. 26.04.2016-cı il tarixdə xəstə ETTOİ-da müayinə olunmuş, 2016-cı ildə TSEK-sı tərəfindən 5 il müddətinə İİİ dərəcə ARƏBM ilə əlaqədar səbəbi ilə əlillik təyin edilib. Əlillik müddətinin bitməsi ilə əlaqədar İddiaçı 1915/4412 nömrəli, 10.09.2020-ci il tarixli El TOl-nun arayışında “Odlu silahla yaralanmasından sonra sağ mil bilək oynağının ön-tış nahiyyəsində çapıq toxumalar (1994), Sol dirsək oynağının bükücüaçıcı kəskin kontrakturası (açma ltd dərəcə, bükmə 100 dərəcə), sağ mil-bilək oynağının yarımbükülmüş vəziyyətdə açıcı-bükücü küiıirakturası, hissiyyatın zəifliyi ilə. Sol dirsək oynağının artrozu, əzələ atrofiyası, daimi ağır sindromu \ ə funksiyasının pozulması” diaqnozu ilə müayinə olunmuşdur. Əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar, poliklinikada HMK-a müraciət edib, ETTOİ-nun arayışına əsasən ƏƏSMN TSEK-sı göndərişlərin reysterinə 22.06.2021-ci il tarixində F88 (0082003AAD5F) göndərilib. İddiaçı DTSERA-də əyani müayinə olunub və 02.07.2021-ci il tarixli DTSERA-nın qərarı ilə xəstəyə diaqnoz və ağırlaşmaların əlilliyin təyininə əsas vermədiyi üçün “diaqnoz əlillik təyin etmir” qərarı verilib.
24. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı Şahhüseyn oğlu barədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 21.01.2016-ci il tarixli, 30 saylı qərarın təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd edilən qərara əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nizami RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və 11.12.2015-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sağ ənsə nahiyyəsində iki ədəd, üst dodağın bayır səthində bir ədəd, çənəaltı nahiyədə bir ədəd və sol dirsək oynağının arxa səthində, bazunun aşağı 1/3-i səviyyəsində bir ədəd çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Nizami rayon idarəsinin 03.09.2015-ci il tarixli 1948 nömrəli göndərişi, 25.12.2015-ci il tarixli 318 nömrəli araryışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş 11.12.2015-ci il tarixli 33 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən: 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3, Q74, M20.0, M24.5, Z89.0);
26. Məhkəmə qeyd edir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən təqdim edilən 22.06.2021-ci il tarixli Forma 88 arayış №0082003AAD5F ilə müəyyən edilir ki: -status localis qrafasına əsasən, Xəstə 1994-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır. 2016-cı ildən Azərbaycan Respublikası Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlildir. 21.01.2016 tarixində MHHK-nın təsdiqlədiyi 30 nömrəli qərarına əsasən aldığı travma Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. 10.09.2020 tarixində ETTOl-nun verdiyi 1915/4412 nömrəli arayışda "Odlu silahla yaralnmadan sonra sağ mil bilək oynağının ön - tış nahiyəsində capıq toxumaları (1994), Sol dirsək oynağının bükücü- açıcı kəskin kontrakturası(açma 110 dərəcə, bükmə 100 dərəcə), sağ mil -bilək oynağının yarımbükülmüş vəziyyətdə açiçi-bükücü kontrakturası hissiyatın zəifliyi ilə, Sol dirsək oynağının artrozu, əzələ atrofiyası, daimi ağrı sindromu və funksiyanın pozulması" diaqnozları təsdiqlənmişdir. Əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar sınıdləri DTSERX-a göbdərilir - 2016-cı ildən Azərbaycan Respublikası Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlildir. 21.01.2016 tarixində MHHK-nın təsdiqlədiyi 30 nömrəli qərarına əsasən aldığı travma Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. 10.09.202-tarixində ETTOİ-nun verdiyi 1915/4412 nömrəli arayışda "Odlu silahla yaralnmadan sonra sağ mil bilək oynağının ön-tış nahiyəsində capıq toxumaları (1994), Sol dirsək oynağının bükücü-açıcı kəskin kontrakturası(açma 110 dərəcə, bükmə 100 dərəcə), sağ mil-bilək oynağının yanmbükülmüş vəziyyətdə açiçi-bükücü kontrakturası hissiyatın zəifliyi ilə, Sol dirsək oynağının artrozu, əzələ atrofiyası" diaqnozu təsdiq edilmişdir. -02.06.2021-ci il tarixdə M24.5 Oynaqların kontrakturası Sol dirsək oynağının bükücüaçıcı kəskin kontrakturası diaqnozu ilə travmotoloq ortoped tərəfindən müayinə olunmuşdur.
27. Bakı Şəhər Baş Səhiyyə İdarəsi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən təqdim edilən 22.06.2021-ci il tarixli Forma 88 arayış №0082003AAD5F ilə müəyyən edilir ki: Əsas diqanoz: W33 - Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş . Odlu silahla yaralnmadan sonra sağ mil bilək oynağının ön -tış nahiyəsində capıq toxumaları (1994) Ağırlaşması: S61.8 Biləyin və əlin digər hissələrinin açıq yarası .sağ mil bilək oynağının ön -tış nahiyəsində capıq toxumaları M19.1 Digər oynaqların posttravmatik artrozu . Sol dirsək oynağının artrozu R52.2 Digər daimi ağrı. Daimi ağrı sindromu və funksiyanın pozulması M24.5 Oynaqların kontrakturası. Sol dirsək oynağının bükücü-açıcı kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə), sağ mil-bilək oynağının yarımbükülmüş vəziyyətdə açiçi-bükücü kontrakturası hissiyatın zəifliyi ilə G12 Spinal əzələ atrofiyası və oxşar sindromlar Sol yuxarı ətrafın əzələlərinin atrofiyası
28. Məhkəmə qeyd edir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən təqdim edilən 22.06.2021-ci il tarixli Forma 88 arayış №0082003AAD5F məzmunu və mahiyyəti baxımından Bakı Şəhər Baş Səhiyyə İdarəsi 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən daha əvvəl 10.05.2016-cı il tarixdə verilmiş xxxxxxx0002 nömrəli göndərişdən (Forma 88) (həmin göndəriş əsasında əlillik təyin edilmişdir) fərqlənmir. Cavabeh 10.05.2016-cı il tarixdə təyin edilmiş əlilliyin etibarsız olduğunu və ya həmin diaqnozun əlillik təyin etmədiyini bildirmir.
29. 22.06.2021-ci il tarixli Forma 88 arayış №0082003AAD5F XBT 10-a əsasən göstərilmiş M24.5 Oynaqların kontrakturası diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5.1-ci maddəsində göstərilmiş xəstəliklərdən oynaqların kəskin kontrakturası xəstəliyinə (M24.5) uyğundur və üçüncü dərəcə əlillik təyin edir. Həmin xəstəlik Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 21.01.2016-ci il tarixli, 30 saylı qərarı ilə təsdiq olunmuşdur, qeyd edilən qərar qüvvədədir və sonuncu 22.06.2021-ci il tarixli Forma 88 arayışına əsasən həmin xəstəlik diaqnostik müayinələrlə (travmotoloq ortoped tərəfindən aparılmış obyektiv müayinə) təsdiq olunmuşdur. Buna baxmayaraq, iddiaçının 02.07.2021-ci il tarixdə qiymətləndirildiyi tarixdə əlilliyinin növbəti müddətə təyin olunmasından imtina olunmuşdur ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
30. Məhkəmə qeyd edir ki, iddiaçıya 10.05.2016-cı il tarixdə əlillik təyin edilən zaman Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 21.01.2016-ci il tarixli, 30 saylı qərarı qüvvədə idi və həmin qərara əsasən iddiaçıda mövcud olan xəstəlik qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən 3-cü dərəcə əlilliyin müddətsiz olaraq təyininə əsas idi (Əsasnamənin 2.5.1-ci maddəsinə əsasən). Odur ki, məhkəmə hesab edir ki, iddiaçının əlillik təyin edən həmin xəstəliyi qüvvədə olan inzibati aktla (Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 21.01.2016-ci il tarixli, 30 saylı qərarı) təsdiq edildiyindən həmin halın əlavə olaraq məhkəmə tibb-ekspertizasının rəyi ilə təsdiq və ya təkzib olunması zərurəti yoxdur.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı 02.07.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi 02.07.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva