Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3548/2024 12.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş idarəsinə qarşı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş idarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-1410/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilmiş, "xxxx" MMC-nin dövlət büdcəsinə xx.xx.2020-ci il tarixə 110.618,17 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə "xxxx" MMC-nin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. "xxxx" MMC vergi ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş, 2018-ci ildə 3.270.1450,80 manat məbləğində mal ixrac etmiş, həmin malların satışına görə 2018-ci ildə 196208,75 (3270145,80 x 6%) manat dövlət büdcəsinə vergi ödənilmişdir. Gömrük bəyannamələrinin xx.xx.2018 və xx.xx.2018-ci il tarixdə gömrük rəsmiyyətindən keçirildiyi, həmin malların MMC tərəfindən 2018-ci ilin 4-cü rübündə satıldığı, müvafiq dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində bəyan edildiyi müəyyən edilmişdir. Lakin həmin bəyannamələrin arxivləşməsi 2019-cu ilin yanvar ayına düşmüş, ona görə də uyğunsuzluq yaranmışdır. Uyğunsuzluğun nəzərə alınması barədə müraciətə vergi orqanı tərəfindən baxılmış və uyğunsuzluqlar aradan qaldırılmışdır. Bundan əlavə çoxsaylı şikayətləri əsasında inzibati araşdırma aparılmış və xx.xx.2020-ci il tarixdə inzibati şikayətin təmin edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********388200, xx.xx.2020-ci il tarixli **********680500 və xx.xx.2020-ci il tarixli **********000500 nömrəli qərarı ləğv edilmiş, Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinə qərarın icrası ilə bağlı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi tapşırılmışdır. Beləliklə MMC-nin heç bir vergi borcunun olmadığı öz təsdiqini tapmışdır. Eyni zamanda MMC-nin fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Lakin xeyli vaxt keçməsinə və iddiaçının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmür. İddiaçı cavabdeh tərəfindən müraciətinin təmin edilməməsi ilə razılaşmayaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, "xxxx" MMC-nin 2019-cu ilin sentyabr ayı üzrə ƏDV və mənfəət vergisi bəyannaməsi üzrə cəmi 112.360,51 manat ŞHV-nin “kameral yoxlanılmalı məbləğ sətirində əks olunmuşdur. Belə ki, vergi orqanları tərəfindən uçot və hesabat məlumatlarının yoxlanılması, əlaqəli məlumatların təhlil edilməsi zamanı vergi ödəyicisi tərəfindən əmtəəsiz (və ya riskli) əməliyyatların aparıldığı müəyyən olunmuşdur. "xxxx" MMC-nin riskli vergi ödəyicisi qrupunda olduğu müəyyən edildiyi üçün, kameral yoxlanılmalı məbləğin aradan qaldırılması təmin edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclаsındа iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Qarayeva iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququna aid edilmişdir. Həmin məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin Əsasnaməsinin: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X2 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək; İş materiallarından görünür ki: "xxxx" MMC xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyatdan keçmiş, qanuni təmsilçisi olaraq İddiaçı göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə olan ümumilikdə 110618,17 manat vergi borcunun ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1410/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə vergi orqanın ərizəsi təmin edilərək, İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. "xxxx" MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə şikayət ərizəsinə Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə baxılaraq, MMC tərəfindən 2018-ci ildə idxal olunmuş 318.468,76 manat dəyərində mallara görə tərtib edilmiş gömrük bəyannamələri üzrə məlumatların xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə gömrük orqanları tərəfindən kompyuter informasiya bazasında daxil edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən qeyd olunan gömrük bəyannamələrinin xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə gömrük rəsmiyyətindən keçirildiyi, həmin malların MMC tərəfindən 2018-ci ilin 4-cü rübündə satıldığı və müvafiq dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində bəyan edildiyi müəyyən edilmişdir. Beləliklə, kameral vergi yoxlaması zamanı qeyd olunan yük gömrük bəyannamələrinin məlumatlarına istinad olunaraq, hesablama aparıldığını, inzibati araşdırma zamanı vergi ödəyicisinin bu bəyannamələr üzrə müəyyən edilən dövriyyə məbləğinin 2018-ci ilin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində bəyan etdiyini və uyğun olaraq hesablanmış vergi məbləğini dövlət büdcəsinə ödədiyini, 2019-cu il ərzində hər hansı malların alınması, idxal əməliyyatlarının aparılmasının müəyyən edilmədiyini, MMC-nin ƏDV və mənfəət vergisi bəyannamələri üzrə hər hansı vergi öhdəliyinin inzibati araşdırma ilə müəyyən etmək mümkün olmadığını, Vergi Məcəlləsinin 3.5-ci maddəsinin tələblərini nəzərə alaraq, "xxxx" MMC-nin inzibati şikayətinin təmin edilməsi, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********388200, xx.xx.2020-ci il tarixli **********680500 və xx.xx.2020-ci il tarixli **********000500 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinə qərarın icrası ilə bağlı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini təmin etməsi barədə xx.xx.2020-ci il tarixli **********35590 nömrəli qərar qəbul edilmişdir. "xxxx" MMC xx.xx.2019-cu il tarixdə fəaliyyətinin dayandırılması barədə vergi orqanına müraciət etmiş və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlə Departamenti tərəfindən cavab məktubunda fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmasının təmin edildiyi bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət edərək, "xxxx" MMC-nin vergi borcunun olmadığını və fəaliyyət göstərmədiyini nəzərə alaraq, onun ölkədən getmək hüququnun məhdudlaşıdırlmasının götürülməsini xahiş etmişdir. Bununla bağlı vergi orqanı tərəfindən cavab məktubunda "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə 110.618,17 manat məbləğində vergi borcu olduğu bildirilərək, müraciəti təmin edilməmişdir. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisinin vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. İş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə 110.618,17 manat vergi borcunun olması MMC-nin direktoru olan iddiaçı barəsində məhdudiyyətin tətbiqinə çıxış etsə də, sonradan vergi ödəyicisinin şikayəti əsasında vergi orqanı tərəfindən aparılmış inzibati araşdırma ilə MMC-nin 2018-ci il üzrə hesablanmış vergi məbləğini dövlət büdcəsinə ödədiyi, 2019-cu il ərzində isə MMC tərəfindən hər hansı malların alınmadığı, idxal əməliyyatlarının aparılmadığı və müvafiq olaraq da vergi öhdəliyinin də yaranmadığı müəyyən edilmişdir. Həmçinin iş materialları ilə MMC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Qeyd olunanlardan "xxxx" MMC-nin 2018-ci ildə fəaliyyət göstərdiyi və həmin dövr üçün vergiləri ödədiyi, sonra isə fəaliyyətini dayandırdığı və nəticədə vergi borcunun olmadığı aydın olsa da, cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığını göstərmişdir. Cavabdeh inzibati orqan iddiaya etirazında "xxxx" MMC-nin 2019-cu ilin sentyabr ayı üzrə ƏDV və mənfəət vergisi bəyannaməsi üzrə cəmi 112.360,51 manat ŞHV-nin “kameral yoxlanılmalı məbləğ sətirində əks olunduğuna istinad etsə də, nəzərə alınmalıdır ki, Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş idarəsi tərəfindən xx.xx.2020-ci il tarixli qərarda Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinə qərarın icrası ilə bağlı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi tapşırılmışdır. Həmin düzəlişlərin vergi orqanı tərəfindən aparılmaması və şəhsi hesab vərəqəsində hələ də vergi borcunun görünməsi vergi orqanın öz vəzifəsini icra etməməsinin nəticəsidir və bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas kimi çıxış etməməlidir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş tələb vergi orqanın diskresion səlahiyyəti yox, borcudur. Başqa sözlə, həmin normada nəzərdə tutulmuş şərtin baş verdiyi hər bir halda, vergi orqanı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onun tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2ardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3548/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3548/2024
12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver