Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3549/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X22 Ağa qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X17 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının tutulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020ci il tarixli, Ə86-001-20 saylı əmri və bunun əsasında verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Ə5ş/h-029-20 saylı, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16 ilə yaxındır ki, DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Azərbaycan Hospitalında tibb bacısı işləyir. Xidməti fəaliyyəti zamanı bir dəfə də olsun barəsində intizam tənbeh tədbiri görülməmiş, nümunəvi işçi kimi həvəsləndirmə tədbiri olaraq, təşəkkür və pul mükafatları almışdır. Həyat yoldaşı ilə nikahı pozulduqdan sonra birgə nikahdan doğulan 3 uşağı onun himayəsi altındadır və ailəni dolandıracaq tək əmək qabiliyyətli şəxsdir. Lakin, bütün bunlara baxmayaraq demək olar ki, bütün ömrünü həsr etdiyi DİN-nin Tibb İdarəsinin rəhbərliyi heç bir əsas olmadan “X10 xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən onu işdən xaric etmişlər. Belə ki, sonuncu oğlu X13 xx.xx.2018-ci il tarixdə dünyaya gəldikdən sonra 3 uşağa təkbaşına baxmaq eyni vaxtda işləmək çətin olduğu üçün həmin ildə öz arzusu ilə müvafiq əmrlə qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Bir müddət keçdikdən sonra dövlət əhəmiyyətli tədbir olan Avropa oyunları respublikada keçirildiyindən və işçi çatışmamazlığı olduğundan müvafiq əmrlə müzuniyyətdən geri çağrıldmış və oyunlar bitdikdən işlər qaydasına düşdükdən sonra yenidən xx.xx.2019-cü il tarixdən öz arzusu ilə müvafiq əmrlə qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. 2020-ci ilin yanvar ayının sonlarında övladının səhhəti ilə bağlı Rusiya Federasiyasında olduğu zaman işlədiyi DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Azərbaycan Hospitalından iş yoldaşları ona işdən xaric olunması barədə söz-söhbətlərin getdiyini bildirmişlər. 2020-ci ilin fevral ayının 20-də hospitala gedib əmrin sürətini götürmüşdür. O, qanunvericiliyin tələblərinə uyğun olaraq öz arzusu və müvafiq əmrlə qismən ödənişli sosial məzuniyyətdə olduğu halda, heç bir əsas olmadan DİN-nin xx.xx.20120-ci il tarixli, Ə86.001-20 nömrəli əmri əsasında DİN-nin Tibb İdarəsinin xx.xx.2010-ci il tarixli, Ə5ş/h-029-20 nömrəli əmri ilə “X10 Xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (DİO əməkdaşları adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmə kobud pozuntudur və qeyd olunan əmrlər ləğv edilməli və o, işə bərpa olunmalı və müəcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ona ödənilməlidir. İddia tələbi “X10 Xidmətkeçmə haqqında” Əsasnamənin 87-1, 125-ci maddələrinə, Əmək Məcəlləsinin 300-cü maddəsinə, Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə, İPM-nin 2.2.1, 8.1.3, 14.1, 32.1, 38.-ci maddələrinə və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə istinad edilməklə əsaslandırılmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət bildirilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürərək tanışı Qızılgül Hüseynovaya Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vasitəsilə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəciyi adı ilə xx.xx.2019-cu il tarixdə sonuncudan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmışdır. xx.xx.2018-ci il təvəllüdlü övladı Əziz Hüseynova 3 yaşı tamam olanadək qulluq edilməsi ilə əlaqədar tibb xidməti baş serjantı İddiaçı xx.xx.2019-cu il tarixli raportu nəzərə alınaraq sonuncu DİN-nin Tibb İdarəsinin müvafiq əmri ilə xx.xx.2019-cu il tarixdən sosial məzuniyyətə buraxılmış, xidməti təhqiqat prosesində tibb bacısı İddiaçı azyaşlı oğlu Ə.Hüseynovu keçmiş həyat yoldaşı Ç.Hüseynovun himayəsində saxlayıb, xx.xx.2019-cu il tarixdə “Samur” X12 vasitəsilə ölkə hüdüdlarını özbaşına tərk edib geri qayıtmaması müəyyən edilmiş və o, DİN-nin Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli Ə7-029-20 nömrəli əmri ilə məzuniyyətdən geri çağırılmışdır. Yol verdiyi qəbahətlərə görə tibb xidməti baş serjantı İddiaçı DİN-in xx.xx.2020-ci il tarixli, Ə86-001-20 nömrəli əmri ilə “Azərbaycan Respublikasının X10 xidmətkeçmə haqqında” Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X10 xidmətdən xaric edilmişdir. Beləliklə, DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı barəsində qəbul olunmuş qərar əsaslıdır və onun dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. Göstərilənlərdən aydın olur ki, tibb xidməti baş serjantı İddiaçı “DİN-nin xx.xx.2020-ci il tarixli Ə86-001-20 nömrəli əmrinin və həmin əmr əsasında elan olunmuş DİN-nin Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə5ş/h- 029-20 nömrəli əmrlərinin ləğv edilməsi” barədə qaldırdığı iddiasında göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. Yuxarıda göstərilənləri, eləcə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48,2-ci, Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq İddiaçı “DİN-in xx.xx.2020-ci il tarixli Ə86-001-20 nömrəli əmrinin və həmin əmr əsasında elan olunmuş DİN-in Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli Ə5ş/h-029-20 nömrəli əmrinin ləğv edilməsi" tələbi ilə bağlı iddiasının rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, Ə82Ş/H-029-19 nömrəli əmrin surətindən görünür ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı, tibb xidməti serjantı İddiaçı 2019-cu ilin dekabr ayının 2-dən 2021-ci ilin aprel ayının 14-dək uşağına qulluqla əlaqədar (3 yaşı tamam olanadək) sosial məzuniyyət verilmişdir. Əmrə əsas kimi İddiaçı xx.xx.2019-cu il tarixli raportu və xx.xx.2018-ci il tarixli, AZ-İV-116910 nömrəli doğum haqqında şəhadətnamənin surəti göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə7-02Q-20 nömrəli əmrin surətindən görünür ki, xidməti təhqiqat zərurəti ilə əlaqədar olaraq, barəsində DİN-in X6 tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı, tibb xidməti baş serjantı İddiaçı xx xxxxxx 2020-ci il tarixdən uşağına qulluqla əlaqədar verilmiş sosial məzuniyyətdən geri çağırılmışdır. Əmrə əsas kimi DİN-in X2 xx.xx.2020-ci il tarixli, 023-225-1220 nömrəli məktubu əsas göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası daxili İşldər Naziri general - polkovnik Vilayət Eyvazov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, Ə86-001-20 nömrəli “DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalı əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması barədə” əmrdən görünür ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürərək tanışı Qızılgül Hüseynovaya Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vasitəsilə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə xx.xx.2019-cu il tarixdə sonuncudan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmışdır. xx.xx.2018-ci ci il təvəllüdlü övladı Əziz Hüseynova 3 yaşı tamam olanadək qulluq etməsilə əlaqədar tibb xidməti baş serjantı İddiaçı xx.xx.2019-cu il tarixli raportu nəzərə alınaraq sonuncu DİN-in Tibb İdarəsinin müvafiq əmri ilə xx.xx.2019-cu il tarixdən sosial məzuniyyətə buraxılmış, xidməti təhqiqat prosesində tibb bacısı İddiaçı azyaşlı oğlu Ə.Hüseynovu keçmiş həyat yoldaşı C.Hüseynovun himayəsində saxlayıb xx.xx.2019-cu il tarixdə “Samur” X12 vasitəsilə ölkə hüdudlarını özbaşına tərk edib hazıradək qayıtmaması müəyyən edilmiş və o, DİN-in Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli Ə7-029-20 nömrəli əmri ilə məzuniyyətdən geri çağırılmışdır. Tanışı İddiaçı tərəfindən aldadılaraq 25.000 manat pulunun ələ keçirilməsi barədə vət. Qızılgül Hüseynovanın müraciəti əsasında Yasamal RPİ 29-cu PŞdə araşdırma aparılaraq xx.xx.2019-cu il tarixdə toplanmış material öyrənilməsi üçün Yasamal Rayon Prokurorluğuna göndərilmişdir. DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi Sirac Qasımov tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətmişdir. Göstərilənləri, nəzərə alaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında” Əsasnamənin 5.3.19-cu bəndini rəhbər tutub, “Polis haqqında” Qanunun 3, 5 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının X19”nin 1, 2, 3, 4, 13 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürüb xx.xx.2019-cu il tarixdə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə tanışı Q.Hüseynovadan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratdığına, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək xx.xx.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etdiyinə, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı “Azərbaycan Respublikasının X10 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X10 xidmətdən xaric edilmiş, “İntizam Nizamnaməsi”nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəis vəzifəsini müvəqqəti icra edərkən tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizamintizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı X9 ciddi xəbərdar edilmiş, DİN-in Tibb İdarəsinin rəhbərliyindən (M.Yusifov) tabelikdəki əməkdaşlar tərəfindən qanunçuluğa və DİNin müvafiq əmr, göstəriş və Kollegiya qərarlarının tələblərinə dönmədən əməl olunması, polisin nüfuzuna və daxili işlər orqanları əməkdaşının adına xələl gətirən neqativ halların qarşısının alınması üçün kəsərli tədbirlərin görülməsi tələb olunmuşdur. Əmrə əsas: X2 rəyi olmuşdur. İşdə olan “vət.Q.Hüseynovanın müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair” DİN X2 xx xxxxxx 2020-ci il tarixli rəyindən görününür ki, DİN-in Tibb İdarəsinə bilvasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının kardiologiya şöbəsinin tibb bacısı İddiaçı ona sosial ev düzəltmək adı ilə xx.xx.2019-cu il tarixdə 25.000 manatını ələ keçirməsi barədə vət. Qızılgül Hüseynovanın DİN-in rəhbərliyinə ünvanladığı və Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş müraciətləri əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı İddiaçı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürərək tanışı Qızılgül Hüseynovaya Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vasitəsilə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə xx.xx.2019-cu il tarixdə sonuncudan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmışdır. xx.xx.2018-ci il təvəllüdlü övladı Əziz Hüseynova 3 yaşı tamam olanadək qulluq etməsilə əlaqədar tibb xidməti baş serjantı İddiaçı xx.xx.2019-cu il tarixli raportu nəzərə alınaraq sonuncu DİN-in Tibb İdarəsinin müvafiq əmri ilə xx.xx.2019-cu il tarixdən sosial məzuniyyətə buraxılmış, xidməti təhqiqat prosesində tibb bacısı İddiaçı azyaşlı oğlu Ə.Hüseynovu keçmiş həyat yoldaşı C.Hüseynovun himayəsində saxlayıb xx.xx.2019-cu il tarixdə “Samur” X12 vasitəsilə ölkə hüdudlarını özbaşına tərk etməsi müəyyən edilmiş və o, DİN-in Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli Ə82ş/h-029-19 nömrəli əmri ilə məzuniyyətdən geri çağırılmışdır. Tanışı İddiaçı tərəfindən aldadılaraq 25.000 manat pulunun ələ keçirilməsi barədə vət. Qızılgül Hüseynovanın müraciəti əsasında Yasamal RPİ 29-cu PB-də araşdırma aparılaraq xx.xx.2019-cu il tarixdə toplanmış material öyrənilməsi üçün Yasamal Rayon Prokurorluğuna göndərilmişdir. Xidməti təhqiqat zamanı vət. Qızılgül Hüseynova izahatında İddiaçı təxminən 15 ildir ki, tanıdığını, belə ki, sonuncunun mütəmadi olaraq onun Bakı şəhərində İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən işlətdiyi “Qızılgül” adlı gözəllik salonuna gəlibgetdiyini, normal münasibətlərinin olduğunu, təxminən 2019-cu ilin oktyabr ayının sonlarında salonda olarkən söhbət zamanı İddiaçı özünə sosial binalardan sərfəli qiymətə ev aldığını, əgər istəsə ona da sosial ev təşkil edə biləcəyini bildirdiyini, iki otaqla ev almaq üçün 25.000 manat pul lazım olduğunu, həmçinin bu barədə salonda işləyən digər qızlara da dediyini, Günelə inandığına görə bir neçə gün sonra, yəni xx.xx.2019-cu il tarixdə işlətdiyi gözəllik salonunda İddiaçı ona sosial ev düzəltmək üçün 25.000 manat pul verdiyini, lakin həmin vaxtdan bu günədək sonuncunun hələ də ona sosial ev düzəltmədiyini, nə də pulunu geri qaytarmadığını, xx.xx.2019-cu ildən tarixdən Günelin istifadəsində olan nömrələrinə zəng çatmadığını, ona görə İddiaçı hazırda harada olduğunu bilmədiyini, həmin pulu Günelə verərkən yanında salonda işləyən qızların da olduğunu, həmçinin DİN-in 102 xidmətinə müraciət etdikdən sonra Loğman Zeynalov adlı şəxsin ona zəng edərək şikayətini araşdıracağını bildirsə də, sonradan sonuncunun Güneli tapa bilmədiyini dediyini göstərmişdir. Xidməti təhqiqat zamanı Vət. Ləman Əliyeva izahatında təxminən 1 ildir ki, Qızılgül Hüseynovanın işlətdiyi Bakı şəhəri, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən “Qızılgül” adlı gözəllik salonunda saç ustası işlədiyini, İddiaçı da tez-tez həmin salona gəldiyini, onu tanıdığını, normal münasibətlərinin olduğunu, 2019-cu ilin oktyabr ayının sonlarında Günelin salonda olarkən özünə sosial binalardan sərfəli qiymətə ev aldığını, əgər istəyən olsa köməklik edə biləcəyini bildirdiyini, həmin vaxt Qızılgül Hüseynovanın da Günelə sosial ev istədiyini dediyini, sonuncunu isə bunun üçün 25.000 manat pul lazım olduğunu, digər məsələləri isə 1 ay ərzində özü həll edəcəyini bildirdiyini, xx.xx.2019-cu il tarixdə Qızılgül Hüseynovanın işlədikləri gözllik salonunda İddiaçı onların yanında sosail ev düzəltmək üçün 25000 manat pul verdiyini, lakin həmin vaxtdan sonra Qızılgül Hüseynovanın onu tapa bilmədiyini, bu günədək evi düzəltmədiyini, pulu da geri qaytarmadığını göstərmişdir. Xidməti təhqiqat zamanı Vət. Ləman Əliyevanın izahatında göstərdiyi xüsusatları qeyd olunan gözəllik salonunda işləyən vət. Sevinc Cəfərova və Hüsniyyə Əliyeva da öz izahatlarında təsdiqləyərək eyni məzmunlu izahat vermişlər. Xidməti təhqiqat zamanı Vət. Səid Dursunov izahatında 2006-cı ildə İddiaçı ilə ailə qurduqlarını, həmin nikahdan bir qız övladlarının dünyaya gəldiyini, 2008-ci ildə rəsmi olaraq boşandıqlarını, uşağın isə anasında qaldığını, ara-sıra gedib uşağı gördüyünü, daha sonra 2014-cü ildə İddiaçı başqa bir şəxslə ailə qurduğunu, həmin nikahdan da iki azyaşlı övladının olduğunu, İddiaçı hər hansı şəxsdən sosial ev düzəltmək adı ilə hər hansı məbləğdə pul alması barədə heç bir məlumatının olmadığını, 2019-cu ilin dekabr ayının əvvəllərində keçmiş həyat yoldaşı İddiaçı qızları Məryəmi onun xəbəri olmadan taksiyə əyləşdirib onun yaşadığı evə göndərdiyini, həmin vaxtdan qızının onunla yaşadığını, İddiaçı ilə əlaqə saxlamağa çalışsa da, onun nömrələrinə zəng çatmadığına görə hazırda harada olduğunu bilmədiyini göstərmişdir. Xidməti təhqiqat zamanı Vət. Cavid Hüseynov izahatında 2014-cü ildə DİN-in Hospitalının tibb bacısı İddiaçı ilə ailə həyatı qurduğunu, bu nikahdan iki övladlarının dünyaya gəldiyini, böyük övladı Ayla Hüseynovanın 2016-cı il təvəllüdlü olduğunu, kiçik övladı Əziz Hüseynovun 2018-ci il təvəllüdlü olduğunu, 2018-ci ildə İddiaçı ilə faktiki olaraq ayrıldıqlarını, xx.xx.2019-cü il tarixdə rəsmi olaraq boşandıqlarını, həmin vaxtdan qızı Aylanın onunla yaşadığını, oğlu Əzizin isə anası ilə qaldığını, 2019-cu ilin dekabr ayının əvvəllərində İddiaçı azyaşlı oğlu Əzizi taksi ilə dayəsi ilə birlikdə onun yaşadığı evə göndərdiyini, sonradan Günelin onunla telefonla danışaraq uşağın səhhəti ilə əlaqədar xəstəlik sənədlərini də götürüb Rusiya və Gürcüstan Respublikalarına gedəcəyini bildirdiyini, həmin vaxtdan uşaqların hər ikisinin onunla və onun valideynləri ilə yaşadığını, təxminən dekabr ayının ortalarında Günelin ona zəng edərək uşaqları soruşduğunu və Moskva şəhərində olduğunu bildirdiyini, lakin dəqiq nə vaxt gələcəyini demədiyini, həmin vaxtdan sonra İddiaçı ilə əlaqəsinin olmadığını, həmçinin Günelin Qızılgül adlı tanışından ona sosial ev düzəltmək adı ilə 25.000 manat pul alması barədə məlumatının olmadığını, lakin Günelin əvvəllər münasibətləri olduğu vaxtlarda ona Qızılgül adlı tanışının gözəllik salonunda işlədiyini və faizə pul verdiyini, bir neçə dəfə də ondan faizə pul götürüb qaytardığını bildirdiyini, İddiaçı xarici ölkəyə tək getdiyini, uşaqlarının isə hər ikisinin onda qaldığını göstərmişdir. Xidməti təhqiqat zamanı DİN-in X16 şöbəsinin rəisi Loğman Zeynalov izahatında vət. Qızılgül Hüseynova tərəfindən Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının tibb bacısı İddiaçı verdiyi 25.000 manat pulu geri ala bilməməsi ilə əlaqədar DİN-in 102 xidmətinə ünvanlanmış müraciətin icraatına daxil olduğunu, bununla əlaqədar ərizəçinin mobil telefonuna zəng etdiyini, telefon danışığı zamanı vət. Q.Hüseynovanın tanışı kimi İddiaçı borc pul verdiyini, lakin onu tapa bilmədiyini bildirdiyini, sonuncuya İddiaçı ilə əlaqə saxladıqdan sonra ona cavab veriləcəyini bildirdiyini, araşdırma zamanı İddiaçı 2021-ci ilə qədər sosial məzuniyyətdə olduğunu və bu müddət ərzində Rusiya, Gürcüstan və Türkiyə Respublikalarına getmək istədiyinin müəyyən edildiyini, xx.xx.2019-cu il tarixdə vət. Q.Hüseynovanın başqa bir nömrədən ona zəng edərək məsələ ilə maraqlandığı, sonuncuya İddiaçı məzuniyyətdə olduğunu və telefonu bağlı olduğu üçün onunla əlaqə saxlamağın mümkün olmadığını bildirdiyini, sonuncunun isə əsəbi şəkildə onun İddiaçı ilə bir olduğunu və ondan şikayət edəcəyini bildirdiyini, telefon danışığı zamanı onun cavab verməyinə demək olar ki, imkan vermədiyini, sonuncuya şikayət etmək hüququnun olduğunu və İddiaçı ilə heç bir əlaqəsinin olmadığını bildirdiyini, bu zaman Qızılgül Hüseynovanın onu nalayiq söyüşlərlə təhqir edərək telefon əlaqəsini kəsdiyini, həmin hadisə barədə şifahi olaraq idarə rəisinə məlumat verdiyini, vət. Q.Hüseynova xx.xx.2019-cu il tarixdə idarə rəisinin qəbulunda olarkən bir daha ona İddiaçı məzuniyyətdə olduğunun, telefonunun bağlı olduğunun izah olunduğunu, məsələ ilə əlaqədar ərazi polis orqanına müraciət etməsinin məqsədəmüvafiq olmasının məsləhət bilindiyini, vət. Q.Hüseynovaya qarşı heç bir kobudluğa yol vermədiyini göstərmişdir. Xidməti təhqiqat zamanı Yasamal RPİ 29-cu PŞ-nin təhqiqatçısı Rahid Xanlarov izahatında vət. Qızılgül Hüseynovanın ərizə ilə Yasamal RPİ 29-cu PŞ-yə müraciət edərək işlədiyi Yasamal rayonu İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən “Qızılgül studio” gözəllik salonunun müştərisi olan DİN-nin Tibb İdarəsinin əməkdaşı İddiaçı ona sosial ev düzəltmək adı ilə ondan 25.000 manat pul almasını, vədinə əməl etməyərək dələduzluq etməsini göstərdiyini, həmin müraciətin xx.xx.2019-cu il tarixdə HK-1-4233 nömrəsi ilə qeydə alınaraq tərəfindən araşdırma aparıldığını, ilkin araşdırma zamanı Qızılgül Hüseynovanın izahatının alındığını, hadisə yerinə baxış keçirildiyini, fotoşəkilləri çəkilərək materiala əlavə olunduğunu, iş üzrə əməliyyat tapşırığı verildiyini, İddiaçı xidmət apardığı DİN-in Tibb İdarəsinə sorğu göndərildiyini, keçmiş əri Cavid, qardaşı Kənan, bacısı İlahə ilə telefon əlaqəsi saxlanıldığını, onların İddiaçı hazırda harada olması, yaşadığı ünvan barədə məlumatlarının olmadığını bildirdiklərini, X14 şöbəsi ilə aparılan telefon danışığı zamanı İddiaçı hazırda analıq məzuniyyətində olduğunu və məzuniyyətini Türkiyə, Gürcüstan, Rusiya Federasiyası ərazisində keçirəcəyi ilə əlaqədar raportla müraciət etdiyini bildirdiklərini, xx.xx.2019-cu il tarixdə toplanmış materialın Yasamal Rayon Prokurorluğuna şifahi sorğuya əsasən öyrənilməsi üçün göndərildiyini göstərmişdir. Xidməti təhqiqat zamanı DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi Sirac Qasımov izahatında mütəmadi olaraq şöbənin tibb personalına X19nin tələblərinə riayət etməyi, daxili nizamintizam qaydalarına və subardinasiya qaydalarına əməl etməyi aşıladığını, şöbənin tibb bacısı İddiaçı xx.xx.2004-cü il tarixdə xidmətə qəbul olunduğunu, xx.xx.2019-cu il tarixdən uşağa qulluqla əlaqədar xx.xx.2021-ci il tarixədək sosial məzuniyyətə çıxdığını, onun Qızılgül Hüseynovadan nə vaxt və hansı məbləğdə pul alması barədə heç bir məlumatının olmadığını göstərmişdir. Beləliklə, aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürüb xx.xx.2019-cu il tarixdə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə tanışı Q.Hüseynovadan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratmış, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək xx.xx.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etmişdir. DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi Sirac Qasımov tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətmişdir. “Polis haqqında” Qanunun 3, 5 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının X19”nin 1, 2, 3, 4, 13 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürüb xx.xx.2019-cu il tarixdə sosial proqram çərçivəsində güzəştli ev almasına köməklik göstərəcəyi adı ilə tanışı Q.Hüseynovadan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratdığına, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək xx.xx.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etdiyinə, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı ciddi intizam tənbehinə layiq olması, “İntizam Nizamnaməsi”nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq rəis vəzifəsini müvəqqəti icra edərkən tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı X4 intizam tənbehinə layiq olması qənaətinə gəlinmişdir. İşdə olan DİN Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli Ə5ş/h-029-20 nömrəli əmrindən görününr ki, tibb xidməti baş serjantı İddiaçı DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya Şöbəsinin tibb bacısı xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi ilə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xairc edilmişdir. Əmrə əsas: DİN-in xx.xx.2020-ci il tarixli Ə86-001-20 nömrəli əmri olmuşdur. İşdə olan Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X5 X1 müraciəti əsasında “ilkin yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, aparılmış araşdırma zamanı İddiaçı əməlində dələduzdluq cinayət əməlinin tərkib əlamətləri müəyyən edilmədiyindən ilkin yoxlama materialı üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tanışı Q.Hüseynovadan 25.000 manat alıb qaytarmamaqla həmin şəxsin haqlı şikayətinə zəmin yaratdığına, sosial məzuniyyət əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məzmunlu raportla idarə rəhbərliyinə müraciət edərək xx.xx.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etdiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kardiologiya şöbəsinin tibb bacısı tibb xidməti baş serjantı İddiaçı Azərbaycan Respublikasının “X10 xidmətkeçmə haqqında” Əsasnamə-nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X10 xidmətdən xaric edilmişdir. Məhkəmə iddiaçının ilkin yoxlama materialı üzrə cinayət təqibinin başlanmasının rədd edilməsinə əsaslanaraq onun barəsində X10 xidmətdən xaric edilməsi ilə bağlı əmrlərin ləğv edilməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətlərinin müəyyən edilməsinə görə deyil vət.Q.Hüseynovanın müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair DİN X2 xx xxxxxx 2020-ci il tarili rəyinə əsasən bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə daxil işlər orqanlarında xidmətdən xaric edilmişdir. Belə ki, Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X19nin” 1-ci bəndinə əsasən daxili işlər orqanının əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci bəndinə əsasən Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 3-cü bəndinə əsasən Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin Kodeksin 4-cü bəndinə əsasən Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır. Həmin Kodeksin 13-cü bəndinə əsasən icrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. Həmin Kodeksin 15-ci bəndinə əsasən Yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, dərhal bu barədə xidmət etdiyi orqanın rəisini məlumatlandırmalıdır. Müəyyən edilmiş qaydada icazə almadan yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir. 15-1. Yaxın qohumunun məhkum olması haqqında ona məlum olduğu vaxtdan 1 ay müddətində xidmət etdiyi orqanın rəhbərliyinə məlumat verməlidir. Həmin Kodeksin 20-ci bəndinə əsasən Xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda daxili işlər orqanları əməkdaşı olmasını qabartmamalı, xidməti vəsiqəsini yersiz təqdim etməməlidir. Kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu müəyyən edilmiş qaydalara uyğun olaraq xidmət etdiyi qurumun rəisinə (komandirinə) yönəltməlidir. Dövlət orqanının resurslarının təhlükəsizliyini təmin etməli və onlardan xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir. Xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir. Həmin Kodeksin 22-ci bəndinə əsasən Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili X7 nizamnaməsi" ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Daxili X7 Nizamnaməsinin 3.2-ci bəndinə əsasən hər bir əməkdaş Bu Nizamnaməyə, “DİO əməkdaşlarının X19”nin və polis andının tələblərinə, DİN-in digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir. Məhkəmə həmçinin iddiaçının onun sosial məzuniyyətdə olduğu halda heç bir əsas olmadan xidmətdən xaric edilməsi ilə bağlı dəlili ilə əlaqədar bildirir ki, işin hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tİbb İdarəsinin xx.xx.2019cu il tarixli, Ə82Ş/h-029-19 nömrəli əmrinə əsasən 2019-cu ilin dekabr ayının 2-dən 2021-ci ilin aprel ayının 14-dək uşağına qulluqla əlaqədar (3 yaşı tamam olanadək) sosial məzuniyyət verilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tİbb İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə7-029-20 nömrəli əmrinə əsasən xidməti təhqiqat zərurəti ilə əlaqədar xx.xx.2020-ci il tarixdən sosial məzuniyyətdən geri çağırılmış, xx xxxxxx 2020-ci il tarixli xidməti təhqiqatın nəticəsinə dair rəyə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə86-001-20 nömrəli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə5Ş\H-029-20 nömrəli əmrinə əsasən xidmətdən xaric edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən hallar məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, bununla da, mübahisələndirilən əmrlərin əsassız olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikasının X10 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X11 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3549/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3549/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver