Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-355/2020 31.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə) qarşı yeni arayışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ölümündən sonra Böyük vətən müharibəsinin müharibə veteranı adının verilməsi, müharibə veteranlarına şamil olunan imtiyazların bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı əsl iddiaçı X8 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə iddiaçıya hüquqi yardım ünvanlayaraq, mərhum atası X7 müharibə veteranı adı və statusunun verilməsi müəyyən edilmədiyindən, əvvəlcə sonuncuya müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı aiddiyyəti orqana müraciət etməli olduğu, həmin hüququ əldə etdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik müavinət və alınmayan kompensasiyaların ödənilməsi ilə bağlı müraciət edə biləcəyi, cavabdehin müraciətinin təmin edilməsindən imtina edildikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin verdiyi xx.xx.2019-cu il tarixli, 195 saylı arayışını ləğv edərək, arayışda “Döyüş tapşırığını yerinə yetirərək X4 itkin düşərək həlak olmuşdur” sözlərinin əlavə olunmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçının atası X9 1917-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Milliyyətcə azərbaycanlıdır, Cəbrayıl rayonu, Mirzəcanlı kəndindəndir. X9 xx.xx.1942-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonu Mirzəcanlı kəndindən Cəbrayıl hərbi komissarlığından Böyük Vətən müharibəsinə çağırılmışdır. X9 X1yıtmadığı üçün Rusiya Federasiyasının Müdafiə Nazirliyinin mərkəzi arxivinə müraciət etmiş, cavab olaraq X6 1943-cü ildə itkin düşməsi təsdiqlənmişdir. X6 X4 1943-cü ildə döyüş tapşırığını yerinə yetirərkən itkin düşməsi və 20 illik axtarışdan sonra ölmüş elan edilməsi qərarını əldə etmək üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2976/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi əsasında X6 1941-1945-ci ildə X4 01 sentyabr 1943-cü ildə ölmüş elan edilməsi barədə qətnamə qəbul edilmişdir. X6 müharibə veteranı hüquqları Yasamal Rayon Məhkəməsinin 2(004)-2976/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi əsasında 70 ildən sonra öz təsdiqini tapmışdır. 70 illər ərzində Azərbaycan Respublikasının ərazisində heç bir yerdə müharibə veteranı, müharibədə ölmüş kimi veteran imtiyazlarından ailə üzvlərinin istifadə etməməsi, qeydiyyatı aparılmayan vətəndaş kimi arxiv məlumatları olmayan X9 “Müharibə veteranı” və “şəhid” adına layiq görülməlidir. İddianın mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında iddiaçı gəlmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasın baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırki iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin verdiyi xx.xx.2019-cu il tarixli, 195 saylı arayışın ləğv olunaraq, arayışda “Döyüş tapşırığını yerinə yetirərək X4 itkin düşərək həlak olmuşdur” sözlərinin əlavə olunmasını xahiş edir. İddiaçı iddia tələbi üzrə cavabdeh kimi iddia tələbini yönəltmədiyi iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin üzərinə dolayısı ilə yeni arayışın verilməsi öhdəliyinin qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd edildiyi kimi İnzibati prosessual qanunvericiliyin tələbinə görə iddianın mümkünlük şərtlərindən biri də cavabdehin həmin iddiaya cavab verməli olubolmamasıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iddia tələbi üzrə cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyihazırkı iddiaya cavab verməli orqan olmadığından, hazırkı iddia predmeti üzrə cavabdeh ola bilməz. Digər tərəfdən iddiaçı tərəfindən əvvəlcə hazırki iddia tələbi üzrə cavab verməli olan inzibati orqana müraciət edilməsi, inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməsi müəyyən edilmir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsində inzibati icraatın mümkünlüyünün qanunla müəyyən edilən zəruri şərtlərinin mövcudluğu aşkar olunmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə) qarşı arayışa əlavə edilməsi tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-355/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-355/2020
31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver