Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-355/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" LTD MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3159392 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti 1.İddiaçı "xxxx" LTD MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il il tarixli **********3159392 nömrəli qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia müddətinin tətbiq edilməsi ilə iddianın mümkünsüz hesab edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli **********159392 saylı qərar imzalanmış formada vergi ödəyicisinin elektron kabinetinə xx.xx.2022-ci il tarixli, **********442800 saylı müşaiyət məktubu ilə həmin tarixdə göndərilmiş və xx.xx.2022-ci il tarixində vergi ödəyicisi tərəfindən oxunmuşdur. Vergi ödəyicisi xx.xx.2019cu il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət etmiş, “Elektron sənəd mübadiləsi haqqında müqavilə” bağlayaraq vergi orqanı tərəfindən ona məktubların, aktların, qərarların və digər sənədlərin elektron üsulla göndərilməsinə dair razılığını ifadə etmişdir. İddiaçı "xxxx" LTD MMC-nin direktoru X6 ərizə ilə məhkəməyə müraciət edərək məhkəməyə iddia ərizəsi ilə müraciət olunması üçün AR İPM-də nəzərdə tutulan prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul olunmuş 28 iyun 2022-ci il tarixli **********159392 nömrəli qərara əsasən Modern Tradinq LTD MMC tərətındən vergi qanunverciliyinın pozulmasına görə büdcəyə ödənilməli olan 2.347.287,79 manat vergi borcu hesablanmışdır. 28 iyun 2022-ci il tarixli qərar 13 iyul 2022-ci il tarixdə rəsmi olaraq qəbul olunmuşdur. Vergi orqanı tərəfindən qəbul olunmuş qərarın əsassız və qanunsuz olduğu qənaətində olduğundan həmin qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə müraciət olunmuşdur. İddiaçı Bakı İnzibati Məhkəməsindən göndərilmiş 27 oktyabr 2022-ci il tarixli məktubu almış və məktubda hüquqi yardım haqqında məlumat verilərək AR İPM-nin 13-cü maddəsindən bəhs olunaraq Məcəllə ilə müəyyən edilmiş müddətin buraxıldığı yazılaraq buraxılmış prosessual muddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət olunması göstərilmişdir. Qeyd olunmalıdır ki, sözügedən qərar xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə iddiaçı tərəfindən qəbul olunmuşdur. Belə olduqda AR İPM-nin 38-ci maddəsinə əsasən inzibati aktın təqdim olunduğu və ya verildiyi vaxtdan 30 gün müddətində məhkəməyə müraciət olunması qanunidir. Bundan başqa, əgər burada müddət buraxılmasından söhbət gedə bilərsə, həmin müddət iddiaçının təqsiri olmadan buraxılmışdır. Belə olduqda isə AR İPM-nin 24cü maddəsinə əsasən tərəfin ərizəsinə əsasən buraxılmış prosessual müddət məhkəmə tərəfindən bərpa edilməlidir. Əgər hansısa bir digər əsasla müddət buraxılmasından söhbət gedirsə həmin əsas üzrlü səbəbdən nəzərə alınmamalıdır. Məhkəmənin 14 dekabr 2022-ci il tarixli Qərardadı ilə, iddia üzrə buraxılmış prosessual müddətinin bərpa olunması qərara alınmışdır.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3159392 nömrəli qərara əsasən 2019-cu ilin İ-ci rübündən 2021-ci ilin İ-ci rübünədək olan dövr üçün əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqqlan üzrə 1415229,50 manat, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qavnunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə 932058,29 manat olmaqla büdcəyə ödənilməli olan cəmi məbləğ 2347287,79 manat hesablanmışdır. Sözügedən qərar 13 iyul 2022-ci il tarixində əldə olunmuşdur. Vergi orqanı tərəfindən qəbul edilmiş «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3159392 nömrəli qərarının qanunsuz və əsassız olduğu hesab edilir. Mübahisələndirilən dövrlər üzrə cəmiyyət tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamlərində ümumi gəlirlər, ümumi gəlirdən çıxılan xərclər, vergiyə cəlb edilən mənfəət, mənfəət vergisi obyektiv olaraq bəyan edilmişdir. Lakin vergi orqanı vergi bəyannamələrində malların dəyəri qismində qeyd edilmiş xərclər ilə razılaşmır, həmin xərcləri iddiaçıya məlum olmayan səbəblərdən az göstərməklə qəbul ediblər. Bundan əlavə, cəmiyyət ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyəni düzgün əks etdirməyib, sonradan həmin dövr üzrə dəqiqləşmiş bəyannamə təqdim edərək vergiləri yenidən hesablasa da, cavabdeh olan vergi orqanı hər hansı bir əsas olmadan dəqiqləşmiş bəyannaməni qəbul etməmiş, cəmiyyətə bu səbəbdən əsassız əlavə vergi hesablanmışdır. Bundan başqa, vergi orqanı malların invoys sənədlərinə istinadən yox, malların statistik qiymətlərini əsas gətirərək dövriyyəni süni şəkildə artırmaqla əlavə vergi öhdəlikləri yaradır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, yoxlama Baş idarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147969 nömrəli qərarına əsasən təyin edilmişdir. Yoxlamaya xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli **********148405 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama materiallarına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli **********106800 nömrəli birgə rəy verilmişdir. Birgə rəydə göstərilən nöqsanlar aradan qaldırılmaqla Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun Qərar çıxarılmasının mümkün olması qeyd edilmişdir. Göstərilənlərlə əlaqədar, xx.xx.2022-ci il tarixli **********159392 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar çıxarılmışdır. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi ixtisaslaşdırılmamış topdansatış (daş kəsən dəzgah, transformator və hissələri, boya çəkmək üçün fırça, kondisioner, qranit daş, qranit plitələr, qranit mərmər, qranit qabro plitələr, isitmə sistemi radiotorları, lifli optik kabellər, kafel-metlax, televizor, qara metal qırıntıları və tullantıları, pambıq çiyidi və.s.) və tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin sənədlər, bank əməliyyatları barədə məlumatlar və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Baş İdarəsi (bundan sonra-VCİABİ) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra-12 saylı ƏVBİ) tərəfindən keçirilən operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş məlumatlar əsasında aparılmışdır. Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 2358078,55 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 2358078,55 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 2215443,77 manat, o cümlədən: əmək haqqı 16250,00 manat, sosial sığorta haqları 2732,33 manat, malın dəyəri üzrə xərclər 2193561,44 manat və icarə haqqı üzrə 2900,00 manat olmuşdur ki, nəticədə vergitutma məqsədləri üçün mənfəətin 142634,78 manat olmasına görə 28526,96 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2019-cu il üzrə malların təqdim edilməsindən gəlirin 1399215,95 manat çox, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 14500,00 az, habelə gəlirin əldə edilməsi ilə bağlı olaraq xərclər isə 1638315,83 manat çox göstərilmişdir. Belə ki, 2019-cu il üzrə kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisində həmin təqvim ilinin oktyabr ayı üzrə mal qalığının olmaması əsas gətirələrək (Kargüzarlıq nömrəsi: **********305000) 1425000,00 manat dövriyyənin bəyan edilmədiyi bildirilmişdir. Lakin səyyar vergi yoxlaması ilə sözügedən uyğunsuzluğun öz təsdiqini tapmadığı aşkar edilmişdir. Həmin dövr üzrə mal qalığının olmaması barədə hər hansı təsdiqedici fakt olmadığına görə kameral vergi yoxlaması nəticəsində artırılmış 1425000,00 manat dövriyyə azaldılmışdır. Bundan başqa, cəmiyyət tərəfindən f/ş X5 (VÖEN: **********) 108 ədəd velosiped təqdim edilməsinə baxmayaraq 40284,00 manat (ƏDV-siz) malların təqdim edilməsindən gəlir mv bəyannaməsinin müvafiq sətrində əks etdirilməmişdir. Bundan savayı, yoxlama ilə əmtəə-material ehtiyatlarının hərəkəti vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına (idxal, alış-satış və.s.) əsasən tərtib edilmişdir ki, nəticədə malın maya dəyəri üzrə xərclərin 1650425,19 manat çox göstərilməsi müəyyən edilmişdir.Vergi orqanına daxil olmuş bank məlumatlarından və uçot-baza məlumatlarına əsasən cəmiyyət tərəfindən bu gəlirin əldə edilməsi ilə bağlı olan 2019-cu il üzrə 4240,37 manat bank xidməti üzrə xərclərin və 7868,99 manat digər xərclərin bəyan edilməməsi aşkar olunmuşdur ki, həmin xərclər səyyar vergi yoxlaması ilə bəyannamənin müvafiq sətrlərində əks olunmuşdur. Nəticədə yoxlama ilə 2019-cu il üzrə büdcəyə əlavə olaraq 50719,98 manat (1638315,83-1399215,95+14500,00)*20%)) mənfəət vergisi üzrə hesablamanın aparılması təklif olunur. Cəmiyyət tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 2212582,39 manat, o cümlədən malların təqdim edilməsindən gəlir 1521182,44 manat, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 691399,95 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 1092472,09 manat, o cümlədən: əmək haqqı 21983,00 manat, sosial sığorta haqları 4309,18 manat, malın dəyəri üzrə xərclər 1047184,19 manat, icarə haqqı üzrə 7400,00 manat, bank xidməti üzrə xərclər 7468,73 manat, siğorta üzrə xərc 846,00 manat, digər xərclər 3280,99 manat olmuşdur ki, nəticədə vergitutma məqsədləri üçün mənfəətin 1120110,30 manat olmasına görə 224022,06 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2020-ci il üzrə malların təqdim edilməsindən gəlir 488 888,88 manat çox, faizlər üzrə gəlirlər 9833,94 manat az, habelə gəlirin əldə edilməsi ilə bağlı olaraq xərclər isə 463178,72 manat çox göstərilmişdir. Yoxlama ilə 2020-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsi araşdırılarkən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən pərakəndə satışdan 488 888,88 manat gəlir əks etdirilmişdir ki, 2020-ci il üzrə vergi ödəyicisinin vergi orqanında qeydiyyata alınmış NKA olmadığı, habelə yoxlamaya pərakəndə satışı əks etdirən ilkin sənədlər təqdim edilmədiyi üçün həmin gəlir yoxlama ilə azaldılmışdır. Bank məlumatlarına əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə (VÖEN: **********) 2020-ci il üzrə 699800,00 manat borc verilmişdir ki, borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla 5804,00 faiz gəliri hesablanmışdır. Bundan savayı, yoxlama ilə əmtəəmaterial ehtiyatlarının hərəkəti vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına (idxal, alış-satış və.s.) əsasən tərtib edilmişdir ki, nəticədə malın maya dəyəri üzrə xərclərin 464394,95 manat çox göstərilməsi müəyyən edilmişdir. Vergi orqanına daxil olmuş bank məlumatlarından və uçot-baza məlumatlarına əsasən cəmiyyət tərəfindən bu gəlirin əldə edilməsi ilə bağlı olan 2020-ci il üzrə 318,12 manat bank xidməti üzrə xərclərin və 898,11 manat digər xərclərin az bəyan edilməsi aşkar olunmuşdur ki, həmin xərclər göstərilən məbləğdə artırılaraq səyyar vergi yoxlaması ilə bəyannamənin müvafiq sətrlərində əks olunmuşdur. Nəticədə yoxlama ilə 2020-ci il üzrə büdcəyə 3981,23 manat ((488888,88-5804,00- 464394,95+898,11+318,12)*20%) mənfəət vergisi üzrə hesablamanın müəssisə tərəfindən artıq aparılması müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə Vergi Məcəlləsinin 104.1-ci maddəsinin tələbinin pozulmasına görə müəssisəyə əlavə olaraq 46738,74 manat mənfəət vergisinin hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 2019-cu il üzrə azaldılmış 50719,97 manat mənfəət vergisi məbləğinin 50% miqdarında 25359,99 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və xx.xx.2019-cu il tarixli **********9 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almışdır. Bildiriş xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021 -ci il tarixə qədər olan dövr əhatə olundu. Vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi bəyannamə məlumatlarına əsasən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019-xx.xx.2021) büdcəyə 494525,03 manat ƏDV hesablamışdır. Vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatları, bank əməliyyatları barədə məlumatlar və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Baş idarəsi (bundan sonra-VCİABİ) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş idarəsi (bundan sonra-12 saylı ƏVBİ) tərəfindən keçirilən operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş edilmiş məlumatlar əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.1 -ci və 166.1-ci maddələrinin tələbləri pozulmuşdur. Yoxlama ilə vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatın vaxtının düzgünlüyünün müəyyən edilməsi vəziyyəti araşdırılaraq ƏDV dövrləri üzrə müvafiq düzəlişlər aparılmışdır. Bundan əlavə, VCİABİ və 12 saylı ƏVBİ tərəfindən xx.xx.2021 -ci il tarixdə cəmiyyətə məxsus təsərrüfat subyektlərində operativ vergi nəzarətinin həyata keçirilməsi barədə müvafiq qərarlar qəbul olunmuş və nəticələri xx.xx.2021 -ci il tarixli aktlarla rəsmiləşdirilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixə cəmiyyətə məxsus 755124,89 manat (ƏDV-siz) mal-material ehtiyatı olmuşdur. Yoxlama ilə əmtəə-material ehtiyatlarının hərəkəti vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına (idxal, alış-satış və s.) əsasən tərtib edilmişdir ki, nəticədə xx.xx.2021-ci il tarixə cəmiyyətə məxsus 5068132,69 manat (ƏDVsiz) mal-material ehtiyatlarının olduğu müəyyən edilmişdir. Beləliklə uçot məlumatlarına əsasən müəyyən olunan mal-material ehtiyatlarının vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı aşkar olunan mal-material ehtiyatları ilə fərq yaratdığı üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı aşkar edilmişdir. Bundan savayı müəyyən edilmişdir ki, müəssisə tərəfindən dövr ərzində tətbiq edilən ticarət əlavəsi 115,09% olmuşdur. Həmçinin nəzərinizə çatdırırıq ki, səyyar vergi yoxlaması zamanıda vergi ödəyicisinin təsərrüfat subyektlərinə baxış keçirilərək xx.xx.2021-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Nəticədə vergi ödəyicisinin faktiki sahibliyində olmayan alış dəyəri ilə 4313007,80 manat (5068132,69-755124,89) mallara ticarət əlavəsinin tətbiq edilməsi nəticəsində 9276848,48 manat dəyərində olan mallar üzrə səyyar vergi yoxlaması ilə yoxlamanın əhatə etdiyi axırıncı hesabat dövrü olan 2021-ci ilin may ayına ƏDV hesablanmışdır. Həmçinin, 2019-cu ilin may ayı üzrə "xxxx" QSC tərəfindən 20000 manat, "xxxx" MMC tərəfindən 19629,5 və "xxxx" MMC tərəfindən ödənilmiş 50000 manat iddiaçı tərəfindən bəyan edilməmişdir. Beləliklə, 2021-ci ilin may ayı üzrə ümumilikdə 9366477,98 manat dövriyyə kənarlaşması müəyyən edilmiş, 1641429,78 manat ƏDV hesablanmışdır. Beləliklə, vergi ödəyicisinin yoxlama dövründə müəyyən edilmiş artıq hesablamaları nəzərə alınmaqla, yoxlama ilə büdcəyə əlavə olaraq 1356380,91 manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ayrı-ayrı aylar üzrə azaldılmış və ya yayındırılmış 1801286,66 manat vergi məbləğinin 50% miqdarında 900643,33 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində vergilər üzrə 1-ci rüb 2019-cu il tarixdən 1-ci rüb 2021-ci il tarixədək olan dövr yoxlama ilə əhatə olunmuşdur. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi X3 tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019-xx.xx.2021) 2257810,78 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 1616773,33 manatı geri qaytarılmışdır. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, Vergi Məcəlləsinin 123.1ci maddəsinin tələbinin pozulmasına görə 12109,93 manat ödəmə mənbəyi üzrə vergilər hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə azaldılmış və yayındırılmış 12109,93 manat vergi məbləğinin 50% miqdarında 6054,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin 15 fevral 2023-cü tarixli qərardadı ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) "xxxx" MMC-nin 2019-cu ilin İ-ci rübündən 2021-ci ilin İ-ci rübünədək olan dövr üzrə hər bir il üçün ayn-aynlıqda mənfəət vergisi üzrə, ƏDV üzrə və ÖMV üzrə vergi məbləği müəyyən edilsin. 2) "xxxx" MMC tərəfindən təqdim edilmiş hər üç növ üzrə bəyannamələrdə göstərilənlər xərc məbləği xərc sənədlərinə uyğundurmu? 3) Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən cəmiyyətin vergi borcları düzgün hesablanmışdırmı ? İş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 9/268 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, müəssisə tərəfindən yoxlamanın əhatə etdiyi 2019-2021-ci illər üzrə aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********148405 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə olaraq hesablanmış (artıq hesablanmış vergilər çıxılmaqla) 46738,74 manat məbləğində mənfəət vergisinin və 1356380,91 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablandığı, həmin dövr üzrə hesablanmış 12109,93 manat məbləğində ÖMV-nin isə düzgün hesablanmadığı müəyyən olunmuşdur. Cavabdeh Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 9/268 nömrəli ekspert rəyinə mülahizə təqdim edərək bildirmişdir ki, yoxlama ilə cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyü vəziyyəti araşdırılmışdır. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi X3 tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019xx.xx.2021) 2 257 810,78 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 1 616 773,33 manatı geri qaytarılmışdır. Müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbi pozulmuşdur. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi (əsas: https://www.cbar.az/page-42/monetaryindicators#page-4) nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Mülki Məcəllənin 739-cu maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
İİ. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
2.2-. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş,iddiaçı subyektiv hüquqa malik olmuşdur, buraxılmış iddia müddəti məhkəmə qərardadı ilə bərpa edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışındа nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
İİİ. Tədqiq edilmiş sənədlər
İnzibati məhkəmə işinin materiallarında olan:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2021-ci il tarixli, **********118700 nömrəli çıxarışından görünür ki, İddiaçı MMC ********** nömrəli VÖEN əsasında xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********746500 nömrəli bildirişdən görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2021-ci il tarixdən 30 (otuz) iş günü müddətində növbəti səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlama ilə əhatə olunacaq vergi dövrü – yanvar 2019- may 2021. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********147986 nömrəli, xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən, İddiaçı MMC-dən vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********150830 nömrəli, xx.xx.2021-ci il tarixli Qərara əsasən, İddiaçı MMC-dən yoxlama ilə əhatə olunan dövr üzrə (xx.xx.2019-xx.xx.2021) müvafiq sənədlərin götürülməsi qərara alınmışdır. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********152348 nömrəli, xx.xx.2021-ci il tarixi Protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək əhatə olunan dövr üzrə cəmi 76 vərəq sənədin götürülməsi həyata keçirilmişdir. İddiaçı MMC-nin direktorunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə verdiyi 23 oktyabr 2021-ci il tarixli izahatından görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq sənədlər təqdim edilməmiş, iddiaçı müəssisənin direktoru isə buna səbəb kimi iş həcminin çox olması və sənədlərin tərtib edilməməsini göstərmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi” barədə xx.xx.2021-ci il tarixli, **********148782 nömrəli Protokoldan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-yə məxsus ünvanlarda yerləşən əraziyə, binalara, nəqliyyat vasitələrinə habelə sənədlərinə və əşyalarına baxış keçirilmişdir. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2021-ci il tarixli, **********148953 nömrəli Qərara əsasən, təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müvəqqəti dayandırılması qərara alınmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” **********150096 nömrəli, xx.xx.2021-ci il tarixli Qərara əsasən, İddiaçı MMC üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılması qərara alınmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” **********151399 nömrəli, xx.xx.2021-ci il tarixli Qərara əsasən, İddiaçı MMC üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılması qərara alınmışdır. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3451 nömrəli Qərara əsasən, İddiaçı MMC-yə məxsus obyektdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX 003248 nömrəli xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2021-ci il tarixli, **********152450 nömrəli Qərara əsasən, təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müvəqqəti dayandırılması qərara alınmışdır. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2022-ci il tarixli, **********153490 nömrəli Qərara əsasən, təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müvəqqəti dayandırılması qərara alınmışdır. “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” **********153489 nömrəli, xx.xx.2022-ci il tarixli Qərara əsasən, İddiaçı MMC üzrə keçirilən xx.xx.2021-ci il tarixli **********152450 nömrəli Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında Qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən bərpa edilməsi qərara alınmışdır. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2022-ci il tarixli, **********154392 nömrəli Qərara əsasən, təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müvəqqəti dayandırılması qərara alınmışdır. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2022-ci il tarixli, **********155328 nömrəli Qərara əsasən, təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müvəqqəti dayandırılması qərara alınmışdır. “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” **********155314 nömrəli, xx.xx.2022-ci il tarixli Qərara əsasən, İddiaçı MMC üzrə keçirilən xx.xx.2022-ci il tarixli **********154392 nömrəli Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında Qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən bərpa edilməsi qərara alınmışdır. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2022-ci il tarixli, **********156239 nömrəli Qərara əsasən, təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müvəqqəti dayandırılması qərara alınmışdır. “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” **********156230 nömrəli, xx.xx.2022-ci il tarixli Qərara əsasən, İddiaçı MMC üzrə keçirilən xx.xx.2022-ci il tarixli **********155328 nömrəli Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında Qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən bərpa edilməsi qərara alınmışdır. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********159392 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarına əsasən, İddiaçı MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.
İV. Məhkəmənin mövqeyi
Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
8. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:
- 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. - 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. - 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. - 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. - 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. - 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. - 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; - 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; - 24.1.1.vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; - 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; - 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; - 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; - 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. - 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. - 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. - 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: - 38.5.1. vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; -38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; -38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; - 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda - 38.6. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. - 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. - 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. - 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. - 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. - 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. - 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. - 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. - 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. - 42.4. Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilməlidir - 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: - 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; - 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; - 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; - 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; - 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; - 49.1.6. yeni qərarın qəbul edilməsi. - 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. - 49.6. Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. Bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi – fərdi sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. - 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 58.1-1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir.
- 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. - 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.22-1. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri; - 123.1. Rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. - 153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. - 92. Bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.
14. Məhkəmə işinin materiallarında olan sənədlərə əsasən, cavabdeh xx.xx.2021-ci il tarixli, **********746500 saylı qərarına əsasən iddiaçıda yanvar 2019-may 2021 dövrləri üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparmışdır. xx.xx.2021-ci il tarixli, **********3451 nömrəli Qərara əsasən İddiaçı MMC-yə məxsus obyektdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixə qədər aparılmış yoxlama DVX 003248 nömrəli, xx.xx.2021-ci il tarixli Aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticələri haqqında **********510600 nömrəli xx.xx.2022-ci il tarixli akt əsasında iddiaçı barədə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********159392 nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən bu qərar ilə 2019-2020-ci il dövrü üçün mənfəət vergisi cəmi 50719,97 manat,maliyyə sanksiyası 25359,99 ; xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək əlavə dəyər vergisi cəmi ******* manat vergi məbləği müəyyən edilmiş, bu məbləğinin 50 faiz miqdarında maliyyə sanksiyası 900643,33 manat; ödəmə mənbəyində tutulan vergi üzrə əlavə 12109,93 manat vergi, bu məbləğinin 50% miqdarında 6054,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması üzrə cavabdehin gəldiyi nəticələrinin (hesablamalarının) düzgün olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması üçün hazırkı iş materialları təqdim edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin apardığı məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli **********148405 nömrəli Səyyar vergi yoxlaması Aktı ilə əlavə olaraq hesablanmış (artıq hesablanmış vergilər çıxılmaqla) 46738,74 manat məbləğində mənfəət vergisinin və 1356380,91 manat məbləğində ƏDVnin dövlət büdcəsinə az hesablandığı, həmin dövr üzrə hesablanmış 12109,93 manat məbləğində ÖMV-nin isə düzgün hesablanmadığı müəyyən olunmuşdur. Ekspert rəyi onunla əsaslandırılmışdır ki, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar mahiyyət etibarı ilə bir-birini tamamladığı üçün onların tədqiqatı bir yerdə aparıldı və həmin suallar üzrə aşağıdakılar müəyyən olundu: Təqdim edilmiş iş materiallarına əsasən cəmiyyət tərəfindən 2019-cu il üzrə malların təqdim edilməsindən gəlirin 1399215,95 manat çox, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 14500,00 az, habelə gəlirin əldə edilməsi ilə bağlı olaraq xərclər isə 1638315,83 manat çox göstərilməsi müəyyən olundu. Belə ki, hazırkı tədqiqatla malın maya dəyəri üzrə xərclərin 1650425,19 manat çox göstərilməsi müəyyən edildi. Təqdim olunmuş bank məlumatlarından və uçot-baza məlumatlarına əsasən isə cəmiyyət tərəfindən gəlirin əldə edilməsi ilə bağlı olan 2019-cu il üzrə 4240,37 manat bank xidməti üzrə xərclərin və 7868,99 manat digər xərclərin bəyan edilmədiyi müəyyən olundu. Nəticədə yoxlama ilə 2019-cu il üzrə büdcəyə əlavə olaraq hesablanmış 50719,98 manat (1638315,83-1399215,95+14500,00)*20%)) mənfəət vergisinin düzgünlüyü müəyyən olundu. Bundan başqa müəssisə tərəfindən 2020-ci ilin mənfəət vergisi üzrə büdcəyə 3175,24 manat məbləğində artıq hesablama aparılmışdır ki, təqdim olunmuş sənədlərlə bu hal öz təsdiqini tapır. Bundan başqa hazırkı tədqiqatla müəyyən edildi ki, xx.xx.2021-ci il tarixə cəmiyyətə məxsus 755124,89 manat (ƏDV-siz) malmaterial ehtiyatının olduğu göstərilmiş, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına (idxal, alış-satış və s.) əsasən tərtib edilmiş əmtəə-material ehtiyatlarının hərəkətinə əsasən xx.xx.2021-ci il tarixə cəmiyyətə məxsus 5068132,69 manat (ƏDVsiz) mal-material ehtiyatlarının olduğu müəyyən edildi. Nəticədə vergi ödəyicisinin faktiki sahibliyində olmayan alış dəyəri ilə 4313007,80 manat (5068132,69 - 755124,89) mallara vergi orqanı tərəfindən ticarət əlavəsinin tətbiq edilməsi nəticəsində 9276848,48 manat dəyərində olan mallar üzrə 2021- ci ilin may ayına artıq ödəmələr də nəzərə alınmaqla 1356380,91 manat ƏDV hesablandı. Bundan başqa hazırkı tədqiqatla müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019xx.xx.2021) 2257810,78 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 1616773,33 manatı geri qaytarılmışdır. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. Bununla bağlı bildirilir ki, VM-nin 123-cü maddəsinin tələblərinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Lakin, vergi orqanı tərəfindən aparılmış hesablamalar zamanı VM-də nəzərdə tutulmayan qaydada borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faiz gəlirləri hesablanmış və həmin faiz məbləğindən ÖMV hesablanmışdır. Beləliklə, məhkəmə mühasibatlıq ekspertizası nəticəsində 2019- 2020-ci il dövrü üçün mənfəət vergisi, ƏDV və ÖMV üzrə cavabdeh tərəfindən aparılmış hesablamaların səhv olması halı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, vergi orqanının mübahisələndirilən qərarı mənfəət vergisi və əlavə dəyər vergisi hissəsində qismən əsassız, ödəmə mənbəyində tutulan vergi üzrə isə tam əsassız və vergi qanunvericiliyinə zidd olmuşdr. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il il tarixli **********159392 nömrəli qərar mənfəət vergisi 46738,74 manat, əlavə dəyər vergisi üzrə 1356380,91 manat, və bu məbləğin 50 % maliyyə sanksiyası hesablanması hissəsində qüvvədə saxlanılmalı, 12109,93 manat məbləğində ödəmə mənbəyində tutulan vergi və ona hesablanan maliyyə sanksiyası hissəsində ləğv edilməlidir
15. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2.-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 16.Odur ki, məhkəmədə aparılan araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilən mübahisələndirilən qərarın bir hissədə əsassız olması müəyyən edilmişdir
17. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32ci, 68-ci,69-cu,85-ci ,110-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il il tarixli **********159392 nömrəli Qərarı mənfəət vergisi üzrə 46738,74 manat, əlavə dəyər vergisi üzrə 1356380,91 manat, və bu məbləğin 50 % maliyyə sanksiyası hesablanması hissəsində qüvvədə saxlanılmaqla, 12109,93 manat məbləğində ÖMV və maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova