Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(112)-355/2025 24.12.2025 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı İddiaçı, Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 İbrahim qızının, Üçüncü şəxsin hüquqi varisinin nümayəndəsi vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Üçüncü şəxs və digərləri) qarşı “qeydin ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 012013001439 reyestr nömrəsi ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində aparılmış qeydin, 012013001435 reyestr nömrəsi ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 İsməil oğlunun mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində aparılmış qeydin, 012013001441 reyestr nömrəsi ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 İbrahim qızının mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində aparılmış qeydin və 012013001453 reyestr nömrəsi ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4 mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 İsmail oğlu, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 İbrahim qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4, ##.##.2023-cü il tarixli qərardadl ilə isə Üçüncü şəxs hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı ## ######## 2005-ci ildə rəsmi olaraq Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi tərəfindən 99 illiyə icarə müqaviləsi ilə 17 sot torpaq sahəsini iddiaçıya vermişdir. İddiaçı orada hasar çəkmiş, tikintilər inşa etmiş və bu günə qədər həmin yer onun istifadəsindədir və oranın vergisini ödəyir. Heç bir borcu yoxdur. 2019-cu ildə Dövlət Reyestrin Bakı Ərazi İdarəsi yuxarıda göstərilən maraqlı şəxslərə qanunsuz olaraq çıxarışlar vermişdir. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 İsmayıl oğlu, X4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 İbrahim qızı və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 çıxarışlar almışlar (**********, ##.##.2019-cu il tarixli, **********, ##.##.2019-cu il tarixli, ***********, ##.##.2019cu il tarixli, **********, ##.##.2019-cu il tarixli). Bu da mövcud olan qanunlara tamamilə ziddir. Həmin torpaq sahələri 1988-ci ildə vətəndaşlara ayrılmışdır, lakin ## ###### 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət Universiteti rəsmi olaraq həmin torpaqlardan imtina etmişdir. İddiaçı isə 2005-ci ildə həmin sahələri rəsmiləşdirmiş və bu günə kimi iddiaçının istifadəsindədir. İddiaçı bu barədə * saylı Ərazi İdarəsinə müraciət etmiş və onlar ##.##.2022-ci il tarixli məktubla ona tövsiyə etmişlər ki, məhkəməyə müraciət etsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli *** saylı sərəncamında deyilir ki, vətəndaşlara bağçılıq təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən istifadə etmirlərsə, həmin torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. İddiaçı özü Qarabağ müharibəsi əlilidir və uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edir, tikililər tikmiş və hasar çəkmişdir. Yəni külli miqdarda xərc qoymuşdur. Lakin * saylı Bakı Ərazi İdarəsi bu halların heç birinə məhəl qoymayaraq, hansısa maraqlara görə gözlərini yumaraq bu çıxarışları vətəndaşla paylamışlar. Bağlar İdarəsi 2007-ci ildə ləğv olunmuşdur. Lakin vətəndaşlara verilmiş sənəddə göstərilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismar Birliyinin protokoldan çıxarışı ##.##.2019-cu il tarixdəndir, halbuki Bağlar İdarəsi 2007-ci ildə ləğv olunmuşdur. Eyni zamanda onların göstərdiyi yer iddiaçının yerinə heç bir aidiyyəti yoxdur. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, qeyd olunan daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmışdır. Həmçinin, hazırki iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Müvafiq qərardadın əsaslandırıcı hissəsində iddiaçıya məxsus olduğu iddia edilən bağ sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədlər, yəni, iddiaçının mübahisəli ünvan üzrə iddia qaldırmaq, hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sənəd-sübut aşkarlanmadığı, həmçinin iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun mövcud olmadığı qeyd edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı İddiaçı subyektiv hüquq daşıyıcısı deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçünüc şəxs və nümayəndə iddiaya etiraz edərək, onun rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında təqdiq edilən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bağçılıq yoldaşlıq heyətinin yığıncağının ##.##.1996-cı il tarixli * nömrəli protokolundan çıxarışlardan görünür ki, 600 kv.m ölçüdə *** nömrəli (yeni bölgü ilə ** nömrəli) bağ sahəsi bağçılıq yoldaşlığın üzvü inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1, *** nömrəli (yeni bölgü ilə ** nömrəli) bağ sahəsi V.İ.Həsənovun, *** nömrəli (yeni bölgü ilə * nömrəli) bağ sahəsi Z.İ.Əliyevanın, *** nömrəli (yeni bölgü ilə ** nömrəli) bağ sahəsi T.Ə.Cabbarovanın daimi istifadəsinə verilmişdir. İşdən görünür ki, bu barədə həmin şəxslərin adlarına bağçının üzvlük kitabçası tərtin edilmişdir. ********** qeydiyyat nömrəli ##.##.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, 0,0425 ha sahəsi olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y –nın ** saylı bağ sahəsinə X2 mülkiyyət hüququ *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydə alınmışdır. ********** qeydiyyat nömrəli ##.##.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, 0,0425 ha sahəsi olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y –nın ** saylı bağ sahəsinə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 İsmail oğlunun mülkiyyət hüququ *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydə alınmışdır. ********** qeydiyyat nömrəli ##.##.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, 0,0425 ha sahəsi olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y –nın ** saylı bağ sahəsinə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 İbrahim qızının mülkiyyət hüququ *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydə alınmışdır. ********** qeydiyyat nömrəli ##.##.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, 0,0425 ha sahəsi olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y –nın ** saylı bağ sahəsinə X3 mülkiyyət hüququ *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydə alınmışdır. Gürgan-Pirallahı Bələdiyyəsinin ##.##.2005-ci il tarixdə keçirilmiş yığıncağının ** saylı protokolundan çıxarışdan görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı Dübəndi bağ massivinin cənub hissəsi tərəfdə 1700 kv.metr torpaq sahəsi müqavilə ilə icarəyə verilmişdir. ## ######## 2005-ci il tarixli, ** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, ## ######## 2005-ci il tarixli ** saylı protokol qərarı əsasında Dübəndi bağ massivi cənub hissəsi tərəfdə 1700 kv.metr torpaq sahəsi fərdi təsərrüfat üçün 99 illik müddətə Gürgan-Pirallahı Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. Gürgın bələdiyyəsinin ##.##.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il # #### tarixli ***-IVQ nömrəli Qanununa və həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il ## #### tarixli **** nömrəli Sərəncamına əsasən ayrılma yolu ilə yeni Üçüncü şəxs təşkil edilmişdir. İddiaçı İddiaçı verilmiş № ** ##.##.2005-ci il tarixli müqavilə Pirallahı bələdiyyəsi tərəfindən verilibdir və vətəndaşın torpaqı 2015-ci il tarixindən Gürğən bələdiyyəsinin ərazisində olmaqla 2019-ci ildən bu günə kimi torpaq vergisini ödəyir. İddiaçı İddiaçı verilmiş № ** ##.##.2005-ci il tarixli müqavilə və protokoldan çıxarışı Üçüncü şəxs təqdim edib əslinə əsasən təsdiq edib surəti məhkəməyə göndərilmişdir. İddiaçı hazırda üçüncü şəxslərə ayrılmış və sonradan onların mülkiyyətinə verilmiş həmin torpaq sahələrinin Üçüncü şəxs tərəfindən ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad edərək üçüncü şəxslərin adına aparılmış qeydin ləğv olunmasını xahiş edir. Məsələnin həlli ilə bağlı məhkəmə tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulsun:
1. Gürgan Pirallahı bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Dübəndi bağ massivində yerləşən 1700 kv.metr torpaq sahəsi dövlət, yoxsa bələdiyyə torpaqlarına aiddir (yaxud əvvəllər aid olmuşdur)?
2. Gürgan Pirallahı bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Dübəndi bağ massivində yerləşən 1700 kv.metr torpaq sahəsi dövlət mülkiyyətindədirsə, bələdiyyəyə ayrılması nəzərdə tutulan ərazi hüdudları daxilində, yaxid bələdiyyənin inzibati ərazi vahidi daxilində yerləşirmi?
3. İddiaçının naturada göstərdiyi torpaq sahəsi Gürgan Pirallahı bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Dübəndi bağ massivində yerləşən 1700 kv.metr torpaq sahəsinin yerləşmə yerinə uyğundurmu?
4. İddiaçının naturada göstərdiyi torpaq sahəsi 012013001453 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) X1, 012013001441 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 İbrahim qızının, 012013001439 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) X2 və 012013001435 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 İsmail oğlunun adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşürmü? Düşürsə, hansı hissədə?
5. Gürgan Pirallahı bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Dübəndi bağ massivində yerləşən 1700 kv.metr torpaq sahəsi ADMİU bağçılıq-yildaşlığa ayrılmış torpaq sahəsinin ayırc aktı daxilində yerləşirmi? Yerləşirsə, hansı hissədə? Həmin qərardadın icrası məqsədilə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki: 1.Qərardadın birinci-ikinci sualları üzrə: Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından və iş materiallarına Gürgan-Pirallahı bələdiyyəsinin xəritəsi əlavə edilmədiyindən ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Dübəndi bağ massivində yerləşən 1700 kv.metr torpaq sahəsi dövlət, yoxsa bələdiyyə torpaqlarına aid olması barədə tədqiqat aparılmadı.
2. Qərardadın üçüncü sualı üzrə: İddiaçının naturada göstərdiyi torpaq sahəsi 1700 kv.m olmaqla mişar daşından inşa edilmiş hasar daxilində yerləşir. Həmin torpaq sahəsinin naturada planlı yerləşməsinin Gürgan Pirallahı bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Dübəndi bağ massivində yerləşən 1700 kv.metr torpaq sahəsinin yerləşmə yerinə uyğun olduğu müəyyən edilmişdir. 3.Qərardadın dördüncü sualı üzrə: İddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları ilə 012013001453 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) X1, 012013001441 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 İbrahim qızının, 012013001439 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) X2 və 012013001435 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 İsmail oğlunun adına qeydiyyatdan keçmiş torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlarını müqayisə edərkən müəyyən olunur ki, 012013001453 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) X1, 012013001441 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 İbrahim qızının, 012013001439 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) X2 və 012013001435 reyestr nömrəsi ilə ** saylı bağ sahəsi kimi (425,0 kv.m) inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 İsmail oğlunun adına qeydiyyatdan keçmiş torpaq sahələrinin bütövlüklə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin daxilində yerləşdiyi (üst-üstə düşdüyü) müəyyən edilmişdir. 5.Qərardadın beşinci sualı üzrə: ADMİU bağçılıq-yoldaşlığa ayrılmış torpaq sahəsinin ayırc aktı sənədində (səh. 95, 109, 110) qeyd olunan göstəricilər ilə (ayrıc aktında qeyd olunan ölçülər və konfiqurasiya) Gürgan Pirallahı bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış Dübəndi bağ massivində yerləşən 1700 kv.metr torpaq sahəsinin yerləşdiyi ərazinin planlı yerləşməsini müqayisə edərkən müəyyən olunur ki, Gürgan Pirallahı bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı ayrılmış və iddiaçının istifadəsində olan Dübəndi bağ massivində yerləşən 1700 kv.metr torpaq sahəsi DMİU bağçılıq-yoldaşlığa ayrılmış torpaq sahəsinin ayırc aktının daxilində yerləşməklə 393, 394, 412 və *** saylı sahələrin yerləşdiyi ərazilərlə üst-üstə düşür. Göründüyü kimi, ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin bələdiyyə torpağı olması müəyyən edilməmiş, həmçinin iddiaçının naturada göstərdiyi torpaq sahəsinin ADMİU bağçılıq-yoldaşlığa ayrılmış torpaq sahəsinin ayırc aktı daxilində olması təsbit edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərin mötəbər olması da iş materialları ilə təsdiq edilmir. Belə ki, işdə olan Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı X4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 İbrahim qızı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 İsmayıl oğlu, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 3-cü şəxs qismində işə cəlb edilməklə Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş qeydiyyat nömrəli **********, ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli, *********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli çıxarışların ləğv edilməsinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə qərarında göstərmişdir ki, “məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi bağ sahəsi ilə üst-üstə düşən, 3-cü şəxslərə məxsus bağ sahələrinə dair cavabdeh tərəfindən verilmiş çıxarışların ləğv edilməsini xahiş etsə də, iş materiallarında iddiaçıya məxsus olduğu iddia edilən bağ sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədlər, yəni, iddiaçının mübahisəli ünvan üzrə iddia qaldırmaq, hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sənəd-sübut aşkarlanmamışdır.” Göründüyü kimi, iddiaçı ilk dəfə hazırkı iddia ilə 2020-ci ildə məhkəməyə müraciət etmiş, hazırda təqdim etdiyi Gürgan-Pirallahı Bələdiyyəsinin ##.##.2005-ci il tarixdə keçirilmiş yığıncağının ** saylı protokolunu və ## ######## 2005-ci il tarixli, ** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləni təqdim etməmiş, yalnız həmin məhkəmə qərarın qəbul edilməsində 3 il keçdikdən sonra müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin işdə olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs4 cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin boşaldılması, ona qaytarılması və cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması tələbinə dair” Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti həmin qətnamə ilə təmin edilməmiş, apelyyasiya instansiya məhkəməsində iştirak edən iddiaçı torpaq sahəsinin ona bələdiyyə tərəfindən ayrıldığını bildirməmiş, bununla bağlı sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, “...cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilərək, iddiaçının mükiyyətində olan torpaq sahəsi daş hasara alınmış, bu isə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə ziddir.” Bundan əlavə, iddiaçı ilk əvvəl yalnız ** saylı müqaviləni təqdim etmiş, orada torpaq sahəsinin ## ######## 2005-ci il tarixli ** saylı protokol qərarı əsasında ayrıldığı göstərilsə də, iddiaçının sonradan məhkəməyə təqdim etdiyi protokol ** saylı olmuşdur. İşdə olan Dövlət Arxivinin Bakı filialının ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Gürgan- Pirallahı Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən ##.##.2005-ci il tarixli, ** saylı protokol-qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmçinin işdə olan Pirallahı bələdiyyəsinin ##.##.2023-cü il tarixli ** nömrəli məktubundan görünür ki, iddiaçı İddiaçı icarəsinə 1700 kv.metr torpaq sahəsinin verilməsinə dair (keçmiş) Gürgan-Pirallahı bələdiyyəsi tərəfindən qəbul edilmiş ##.##.2005-ci il tarixli ** saylı protokol- qərarının və həmin torpaq sahəsinin yerləşmə cizgisi bələdiyyənin arxiv sənədlərində müəyyən edilməmişdir. Belə olan halda aydındır ki, iddiaçının təqdim etdiyi sənədlərin mötəbər olduğunu demək üçün hər hansı bir əsas mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı üçüncü şəxslərin adına qeydə alınmış torpaq sahəsinin bələdiyyəyə aid olmasını, həmçinin təqdim etdiyi sənədlərin mötəbər olmasını sübuta yetirə bilmədiyindən, əksinə ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin ADMİU bağçılıqyoldaşlığa ayrılmış torpaq sahəsinin ayırc aktı daxilində yerləşdiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehin üçüncü şəxslər barəsində apardığı qeydin iddiaçının hüquqlarını pozması müəyyən edilmir. Buna görə də iddiaçının üçüncü şəxslər barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydi mübahisələndirməsinə dair hazırkı iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. İş üzrə 100 (yüz) manat məhkəmə ekspertizası xərci iddiaçı İddiaçı tutularaq dövlət büdcəsinə (X5, kod 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova