Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3554/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X17, X12, X13 və X14 və X19) «əlavə tikililər və torpaq sahəsi üzrə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X17, X12, X13, X14, X15 və X19) «əlavə tikililər və torpaq sahəsi üzrə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşıiddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki ölçüsü üzrə (hazırki çıxarışla əhatə olunmayan sahələr nəzərə alınmaqla), eləcə də fərdi yaşayış evinin yerləşdiyi, eləcə də ətrafında olan torpaq sahəsi (ümumilikdə 386 kv.m) üzrə iddiaçıların mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X16 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun ölüm gününə qədər xüsusi mülkiyyətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. İddiaçılar orada yaşayaraq boya başa çatmışlar və hazırda da həmin ünvanda yaşayırlar. Keçmiş Oktyabr Rayonun Xalq Şurasının (hazırki Yasamal rayonu) İcraiyyə Komitəsinin qərarı ilə atalarına fərdi evin tikintisi üçün ümumlikdə 304 kv.m. torpaq sahəsi ayrılmışdır və o qərara uyğun olaraq fərdi evin tikintisinə başlamış, təxmini 1 ilə evin tikintisini qurtarmışdır. 1980-ci illərdə atası tərəfindən evə əlavə bir neçə otaq tikdirmişdir, lakin bu əlavələri qeydiyyata ala bilməmişdir. Onun vəfatından sonra Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Nəticədə, 2015-ci il tarixdə onlara (atasının 6 övladı olaraq, cəmi 7 vərəsə olmuşlar) qanun üzrə vərəsəlik hüququ haqqında şəhasdətnamələr verilmişdir. Şəhadətnamələrə əsasən mərhum atası Dadaş Məmmədovdan miras qalmış 1968-ci il tarixli çıxarışla dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ nəzərə alınmış və onlara pay ayrılaraq cavabdeh orqan tərəfindən çıxarışlar verilmişdir. Beləliklə də, miras qalmış fərdi ev fərdi yaşayış evi növünə aiddir, onun altdında, eləcə də ətrafında yerləşən torpaq sahəsi üzrə mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilməlidir. Həmçinin miras qalmış fərdi evin ümumi sahəsi 30 il bundan öncə artırılan hissə də dövlət qeydiyyatına alınaraq (hər birimizin payı nəzərə alınmaqla) müvafiq çıxarış verilməlidir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsələr də, imtina cavabı almışlar. Əlavə tikililərin mövcudluğu qeydə alınaraq FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə" DLİ-nin 2017-ci il tarixli rəy də verilmşdir. Bakı İnzibati Məhkəmənin xx.xx.2023-ci il tarixli 2-1(112)-3554/2023 nömrəli qərardadına əsasən X17, X12, X13 və X14 və X19 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən ümumi sahəsi 101.8 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsi X4, 2/18 hissədən bir hissə X11, 2/18 hissədən bir hissə X5, 2/18 hissəsi X6, 2/18 hissə İddiaçı2, 2/18 hissə İddiaçı1, 2/18 hissəsi X9, 2/18 hissəsi X7 adına daşınamaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İdarənin arxivində mövcud olan texniki pasportda torpaq sahəsinin ölçüsü 386 kv.m qeyd olunsa da, faktiki sahə isə 321 kv.m təşkil edir. Torpaq sahəsi küçə istiqamətində 2 metr genişləndirilmişdir. Həmçinin, müraciətə payçılardan birinin (Mustafayev Qalay) notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əlavə edilməmiş və təqdim edilmiş razılıq ərizələrində torpaq sahəsinin ölçüsü 77 kv.m qeyd olunmuşdur. Bundan əlavə, fərdi yaşayış evinin ümumi sahəsi faktiki olaraq 503.3 kv.m təşkil edir. Əlavə inşa edilmiş sahələrlə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Qeyd olunan fərdi yaşayış evinin böyük hissəsi sənəd üzrə sahədən kənarda inşa olunmuş və həmin əlavə sahəyə dair hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edilməmişdir. Eyni zamanda texniki pasportda qeyd olunan konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci madəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evinə dair sənədin əsli, ev paylı mülkiyyətdə olduğundan 321.0 kv.m torpaq sahəsinə münasibətdə paylı şəkildə, həmçinin evə artırılmış hissələrin iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bütün payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri və evin faktiki vəziyyətinə tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi ilə Əmlak Xidmətləri Məkanına müraciət etmələri məqsədəuyğundur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, idarənin arxivində mövcud olan texniki pasportda torpaq sahəsinin ölçüsü 386 kv.m qeyd olunsa da, faktiki sahə 321 kv.m təşkil edir. Həmçinin, müraciətə payçılardan birinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əlavə edilməmiş və təqdim edilmiş razılıq ərizələrində torpaq sahəsinin olçüsü 77 kv. qeyd olunmuşdur. Bundan əlavə qeyd olunan fərdi yaşayış evinin böyük hissəsi sənəd uzrə sahədən kənarda inşa olunmuş və həmin əlavə sahəyə dair hüquqmüəyyənedıcı sənəd təqdim edilməmişdir. Eyni zamanda texniki pasportda qeyd olunan konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. - Məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə tələb edilən sənədlər məhkəməyə təqdim edilmişdir. - Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2012 tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olanlar X12 (oğlu), X27 oglu (oğlu), İddiaçı1 (qızı), X13 (oğlu), İddiaçı2 (qızı) miras əmlakdan 1/6 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11A3/5333 nömrəli xx.xx.2015-ci il tarixli arayışa və Bakı şəhər X2 İcraiyyə Komitəsinin Bakı şəhərində Bələdiyyələşdirilmiş Tikintilərin Reyestrində 239 h/e saylı reyestr kitabında 16001 səhifə, xx.xx.1968-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 84 nömrəli fərdi yaşayış evinin mərhum D.M.Məmmədova məxsus 2/3 hissəsindən ibarətdir. - Təqdim edilmiş və iş materiallaraına əlavə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ (istifadə) X3 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X3 payı 2/18 hissə olaraq ********** reyesrt nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. - Təqdim edilmiş və iş materiallaraına əlavə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ (istifadə) X9 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X9 payı 2/18 hissə olaraq ********** reyesrt nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. - Təqdim edilmiş və iş materiallaraına əlavə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ (istifadə) X7 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X7 payı 2/18 hissə olaraq ********** reyesrt nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. - Təqdim edilmiş və iş materiallaraına əlavə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ (istifadə) X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X10 payı 2/18 hissə olaraq ********** reyesrt nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. - Təqdim edilmiş və iş materiallaraına əlavə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ (istifadə) İddiaçı2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçı2 payı 2/18 hissə olaraq ********** reyesrt nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki ölçüsü üzrə (hazırki çıxarışla əhatə olunmayan sahələr nəzərə alınmaqla), eləcə də fərdi yaşayış evinin yerləşdiyi, eləcə də ətrafında olan torpaq sahəsi (ümumilikdə 386 kv.m) üzrə iddiaçıların mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, fərdi yaşayış evinə dair sənədin əsli, ev paylı mülkiyyətdə olduğundan 321.0 kv.m torpaq sahəsinə münasibətdə paylı şəkildə, həmçinin evə artırılmış hissələrin iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bütün payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri və evin faktiki vəziyyətinə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi ilə Əmlak Xidmətləri Məkanına müraciət etmələri məqsədə uyğundur. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbi ilə bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə işin araşdırılması məqsədi ilə cavabdeh inzibati orqana sorğu ünvanlayaraq, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi ev 84 ünvanına dair arxiv qovluğunda olan bütün sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə tələb edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2012 tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olanlar X12 (oğlu), X27 oglu (oğlu), İddiaçı1 (qızı), X13 (oğlu), İddiaçı2 (qızı) miras əmlakdan 1/6 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11A3/5333 nömrəli xx.xx.2015-ci il tarixli arayışa və Bakı şəhər X2 İcraiyyə Komitəsinin Bakı şəhərində Bələdiyyələşdirilmiş Tikintilərin Reyestrində 239 h/e saylı reyestr kitabında 16001 səhifə, xx.xx.1968-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 84 nömrəli fərdi yaşayış evinin mərhum D.M.Məmmədova məxsus 2/3 hissəsindən ibarətdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ (istifadə) X3 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X3 payı 2/18 hissə olaraq ********** reyesrt nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ (istifadə) X9 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X9 payı 2/18 hissə olaraq ********** reyesrt nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ (istifadə) X7 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X7 payı 2/18 hissə olaraq ********** reyesrt nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ (istifadə) X10 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X10 payı 2/18 hissə olaraq ********** reyesrt nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ (istifadə) İddiaçı2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçı2 payı 2/18 hissə olaraq ********** reyesrt nömrəsi ilə xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki tələbinə dair imtina əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi göstərilmişdir. Həmin Məcəllənin 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Belə ki, yuxarıda qeyd edilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən sənədlər əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia dəlili əsassızdır. Belə ki, iş materiallarından da görünür ki, mübahisəli yaşayış evinə dair hər bir vərəsənin payları müəyyən edilməklə, paylarına düşən miras qalmış hissələrin vərəsələr tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Bundan sonra sözügedən evin 2/18 hissəsi üzərində iddiaçıların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair çıxarış verilmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, fərdi yaşayış evi birgə mülkiyyətdə olduğundan, ümumi əmlak kimi həmin əmlak üzərində sərəncam vermək üçün digər payçıların razılıq notariat qaydada təsdiq edilmiş razılığı təqdim edilməlidir. İşin faktiki hallarından da müəyyən olunur ki, digər payçı olan X25 tərəfindən müvafiq razılıq verilməmişdir. Həmçinin daşınmaz əmlakın digər payçıları isə müvafiq razılıq ərizələrində yalnız torpaq sahəsinin özəlləşdirilməsinə münasibət bildirmişdir. Mülkiyyət hüquqlarının qeydə alınmasının tələb olunduğu fərdi yaşayış evinə dair isə hər hansı razılıq mövcud deyil. Lakin iddia tələbində isə torpaqla yanaşı fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilən əsasların mövcudluğu müəyyən edilmədiyindən, eyni zamanda hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya qanuni əsaslar olduğundan iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki ölçüsü üzrə (hazırki çıxarışla əhatə olunmayan sahələr nəzərə alınmaqla), eləcə də fərdi yaşayış evinin yerləşdiyi, eləcə də ətrafında olan torpaq sahəsi (ümumilikdə 386 kv.m) üzrə iddiaçıların mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasna dair iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev