Məhkəmə qərarları › İş №2-1(112)-356/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-356/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-356/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu müddətdən (2009-cu il tarixdən) güzəştli şərtlərlə pensiyanın təyin edilməsi, 2009-cu il tarixdən indiyədək pensiya ödənişində yaranmış fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 1985-ci il mart ayının 15-dən “xxxx”nin 500 kv-luq “Abşeron” y/s-da işləmişdir. Onun işlədiyi müddətdə əsas əmək haqqına əlavə zərərli iş şəraitinə görə o, 10% əmək haqqı almışdır. Zərərli iş şəraitində 12 il 6 aydan çox işlədiyinə görə ona 57 yaşından pensiya verilməlidir. Bu barədə o, 2015-ci ildə DSMF-nun Xətai rayon Şöbəsinə, 2019-cu ildə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət etmiş və o, hər iki inzibati orqandan imtina almışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il siğorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunun maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahı üzrə müəyyən edilir. İddiaçının İdarəyə təqdim etdiyi sənədlərdə qeyd olunan “X5 Şəbəkəsi” MMC-də işlədiyi növbətçi mühəndis və yarımstansiya rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Bununla əlaqədar məhkəmə təcrübəsində vardır ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı peşələrin siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Azərbaycan Respublikası Ali məhkəməsinin X1 işi üzrə qəbul etdiyi 30.04.2019-cu il tarixli, 2- 1(102)-283/2019 saylı qərarından çıxarış: məhkəmə hesab edir ki, siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə yerin altında və üstündə, habelə qısamüddətli və ya uzun müddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Ali məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrinin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Baxılan halda isə müvafiq vəzifə sözügedən siyahıda nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 10.09.2019-cu il tarixli **********6 saylı məktubda qeyd olunur: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını nəmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şənlərlə yaşa gorə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasərn 1 yanvar 2006 cı il tarıxınədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında’ Azərbaycan Rəspublikası Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edıimiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 u 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli sərtlərlə yaşa görə əmək pensiyası huququ vardır. Qanunun qeyd olunan maddəsinə gorə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunar siyahı üzrə müəyyən edilir. Təqdim etdiyiniz sənədlərdə qeyd olunan «X6 Şəbəkəsi» MMC-də işlədiyiniz növbətçi mühəndis və yarımstansiya rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan “xxxx” ASC “X5 Şəbəkəsi” MMC-nin 02.07.2019-cu il tarixli 01-11k/51 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən 13.08.1975-ci il tarixdə (əmr №127-K, 12.08.1975) Azərbaşenerji X3 Nəsimi şəbəkə rayonuna növbətçi mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 16.03.1985-ci il tarixdə 500 kV-luq Abşeron YS-na rəis vəzifəsinə (əmr № 61, 07.03.1985) təyin edilmişdir. Əmək haqqına zərərli iş şəraitinə görə- 10%, sussuzluq şəraitinə görə isə - 20% əlavə əmək haqqı almışdır. İş materiallarında olan “xxxx” ASC “X5 Şəbəkəsi” MMC tərəfindən məhkəməyə ünvanlanmış 25.12.2020-ci il tarixli 115/01-1-190 saylı məktubda qeyd olunur: İddiaçı işlədiyi sahə və vəzifəsi barədə tərəfimizdən araşdırma aparılmışdır. İddiaçı 13.08.1975-ci il tarixindən Azərbaşenerji X3 növbətçi mühəndisi, 16.03.1985-ci ildən isə 500 kV-luq “Abşeron” YS-da rəis vəzifəsində işləmişdir. 19.03.2002-ci il tarixində “xxxx” ASC-nin “xxxx” MMC-də 500 kV-luq “Abşeron” YS-da rəis vəzifəsində işləmiş və 31.01.2007-ci il tarixdən isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı müraciəti ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısında” göstərilən bəndlərdə işlədiyi vəzifələrlə əlaqədar uyğunluq aşkar edilmədi. Həmin məktuba əlavə edilmiş “xxxx” ASC “X5 Şəbəkəsi” MMC-nin arayışından görünür ki, İddiaçı həqiqətən 13.08.1975-ci il tarixdə (əmr №127-K 12.08.1975) Azərbaşenerji X3 Nəsimi şəbəkə rayonuna növbətçi mühəndis vəzifəsinə işə qəbul edilmişdir. O, 16.03.1985-ci il tarixdə 500 kV-luq Abşeron YS-na rəis vəzifəsinə təyin edilmişdir (əmr № 61 07.03.1985) və əmək haqqına 10% Abşerona, 20% susuzluğa görə əlavə almışdır. “xxxx” DŞ-nin 20.04.1992-ci il 162 №-li və 10.08.1992-ci il 131 №-li əmrlərinə əsasən X3 adı dəyişdirilərək X7 adlandırılmışdır. “xxxx” ASCnin 23.01.2002-ci il tarixli 13 saylı əmrinə əsasən X7 hüquqi şəxs kimi ləğv edilərək onun bazasında hüquqi şəxs kimi “xxxx" MMC yaradılmışdır və bununla əlaqədar 18.03.2002-ci il tarixdə bütün işçilər işdən azad edilmişdir (əmr №21-Ş 18.03.2002). 19.03.2002-ci il tarixdən “xxxx" ASC “xxxx” MMC-nin 500 kV-luq Abşeron YS-na rəis vəzifəsinə təyin edilmişdir (əmr № 03-Ş 19.03.2002) və əmək haqqına 15% intensivliyə, 20% susuzluğa görə əlavə almışdır. 31.01.2007-ci il tarixdən Azərbaycan Respublikası ƏM 68 mad. 2 his. “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əmək müqaviləsinə xitam verilmişdi. “xxxx” ASC-nin 02.07.2009-cu il tarixli AÜ/132 saylı əmrinə əsasən “xxxx" MMC ləğv edilərək “X4 Elektrik Şəbəkəsi” MMC-nin tərkibinə verilmişdir. “xxxx” ASC-nin 16.06.2010-cu il tarixli AÜ/127 №-li əmrinə əsasən “X4 Elektrik Şəbəkəsi” MMC dəyişdirilərək “X5 Şəbəkəsi" MMC olmuşdur. İş materiallarında olan “xxxx” ASC “X5 Şəbəkəsi” MMC-nin iddiaçıya ünvanladığı 31.03.2020-ci il tarixli 115/01-04-85 saylı məktubundan görünür ki, İddiaçı 16.03.1985-ci il tarixdə (əmr № 61 07.03.1985) 500 kV-luq “Abşeron” YS-na rəis vəzifəsinə təyin edilmiş, əmək haqqına zərərli iş şəraitində işlədiyinə görə əlavə 10% (500 kV-luq “Abşeron” YS-da işlədiyi müddətdə) hesablanaraq hesabına köçürülmüşdür. İş materiallarında olan İT-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 13.08.1975-ci ildə X9 “Azərbaşenerji”-də Nəsimi rayon stansiyasına növbətçi mühəndis olunmuş, 01.12.1975-ci ildə həmin yerdə dispetçer keçirilmiş, 01.04.1976-cı ildə həmin yerdə növbətçi mühəndis keçirilmiş, 01.01.1981-ci ildə İdarədə təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə stansiya mühəndisi keçirilmiş, 16.03.1985-ci ildə ayda 170 rubl təyin edilməklə “Abşeron-500 kV” yarımstansiyasına rəis təyin olunmuş, 01.08.1988-ci ildə əmək haqqının təşkilinin təkmilləşdirilməsi və yeni tarif dərəcələrinin daxil edilməsi, Vahid tarif-ixtisas sorğu kitabçasının rəhbər, mütəxəssis və xidmətçilərin tələbləri ilə əlaqədar olaraq ayda 250 rubl maaş təyin edilməklə “Abşeron- 500 kV” yarımstansiyasında rəis ixtisaslaşması müəyyən edilmiş, 10.08.1992-ci il tarixdə “xxxx” İB-nin 20.04.1992-ci il tarixli 162 №-li əmrinə əsasən X9 adı dəyişdirilərək “xxxx” İBnin X7 adlandırılmış, 02.10.2001-ci ildə “xxxx” ASC 30.05.2001-ci il 58 saylı əmrinə əsasən X7nin adı dəyişmiş X4 elektrik şəbəkəsi tərkibində Mərkəzi yüksək gərginlikli elektrik şəbəkəsi törəmə müəssisəsi adlandırılmış, 18.03.2002-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 19.03.2002-ci ildə “xxxx” ASC “xxxx” MMC Mərkəzi YGEŞ 500 kv Abşeron YS-na rəis vəzifəsinə qəbul edilmiş, 31.01.2007-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) əmək müqaviləsinə xitam verilmiş, 01.02.2007-ci ildə “xxxx” ASC-də İnkişaf və İnvestisiya İdarəsinin Təmir-Tikinti Şöbəsinin elektrik quraşdırma sahəsilnə iş icraçısı vəzifəsinə təyin edilmiş, 17.09.2009-cu ildə “Elektrik avadanlıqlarının istismarına nəzarət və qəzaların təhlili xidmətinə mütəxəssis vəzifəsinə keçirilmiş, 01.06.2013-cü ildə Operativ Texniki Xidmətinə İ şəxs operativ personal vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli 1045 saylı sərəncamına əsasən “xxxx” ASC-nin adı “xxxx” ASC adlandırılmışdır, 28.02.2021-ci il qeydinə əsasən hal-hazırda işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur. İddiaçı 13.08.1975-ci ildə X9 “Azərbaşenerji”-də Nəsimi rayon stansiyasına növbətçi mühəndis qəbul olunmuş, 01.12.1975-ci ildə həmin yerdə dispetçer keçirilmiş, 01.04.1976cı ildə həmin yerdə növbətçi mühəndis keçirilmiş, 01.01.1981-ci ildə İdarədə təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə stansiya mühəndisi keçirilmiş, 16.03.1985-ci ildə “Abşeron-500 kV” yarımstansiyasına rəis təyin olunmuş, 18.03.2002-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 19.03.2002-ci ildə “xxxx” ASC “xxxx” MMC Mərkəzi YGEŞ 500 kv Abşeron YS-na rəis vəzifəsinə qəbul edilmiş, 31.01.2007-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilmiş, 01.02.2007-ci ildə “xxxx” ASC-də İnkişaf və İnvestisiya İdarəsinin Təmir-Tikinti Şöbəsinin elektrik quraşdırma sahəsilnə iş icraçısı vəzifəsinə təyin edilmiş, 17.09.2009-cu ildə “Elektrik avadanlıqlarının istismarına nəzarət və qəzaların təhlili xidmətinə mütəxəssis vəzifəsinə keçirilmiş, 01.06.2013-cü ildə Operativ Texniki Xidmətinə İ şəxs operativ personal vəzifəsinə keçirilmiş, əmək kitabçasında 28.02.2021-ci il qeydinə əsasən hal-hazırda işləyir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 30 ildən artıqdır və bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, cavabdeh imtina məktubunda iddiaçının «X6 Şəbəkəsi» MMC-də işlədiyi növbətçi mühəndis və yarımstansiya rəisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığını qeyd etməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin iş materiallarına əlavə edilmiş “xxxx” ASC “X5 Şəbəkəsi” MMC-nin 02.07.2019-cu il və 31.03.2020-ci il tarixli arayışlarından görünür ki, iddiaçı 16.03.1985-ci il tarixdən 500 kV-luq Abşeron YS-na rəis vəzifəsinə təyin edilmişdir və əmək haqqına zərərli iş şəraitində işlədiyinə görə əlavələr hesablanaraq ödənilmişdir. Göründüyü kimi, iddiaçı 16.03.1985-ci ildən 18.03.2002-ci ilədək “xxxx” İB-nin X7 “Abşeron-500 kV” yarımstansiyasında rəis, 19.03.2002-ci ildən 31.01.2007-ci ilədək “xxxx” ASC “xxxx” MMC Mərkəzi YGEŞ 500 kv Abşeron YS-da rəis vəzifəsində işləmişdir. Cavabdeh qeyd olunan vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş ‘‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığını bildirsə də, “xxxx” ASC “X5 Şəbəkəsi” MMC-nin qeyd olunan arayışlarından görünür ki, iddiaçının yerinə yetirdiyi iş zərərli iş şəraitində yerinə yetirilən iş hesab olunmuş və iddiaçı zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına əlavələr hesablanaraq ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1237/2019 saylı iş üzrə 14.05.2019-cu il tarixli qərarından görünür ki, X11 Təchizatı və Satışı İdarəsinin struktur tərkibinə daxil olan Yarımstansiya xidmətində aparıcı mühəndis vəzifəsi, eyni zamanda 330/230 kV-luq «İmişli» yarımstansiyasının xidmət rəisi, baş mühəndisi və rəis müavini vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) «b» bəndində (rəhbərlər və mütəxəssislər) avadanlığın yerində təmiri üzrə vəzifələrdə görülən işlərin xarakteristikasına uyğun olduğu qeyd olunmuş və şəxsin həmin vəzifələrdə işdəliyi dövr güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı kimi qiymətləndirilmişdir. Göründüyü kimi, yuxarı instansiya məhkəməsinin təcrübəsində qeyd olunan vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 12 il 6 aydan artıq müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən peşə üzrə fəaliyyət göstərməsi təsdiq edilir. Göstərilənlərə əsasən iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlə pensiya hüququ verən işdə çalışdığına görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və yuxarıda qeyd olunan işlədiyi dövr güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı kimi nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 01.05.2009-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə iddia tələbinin «2009-cu il tarixdən indiyədək pensiya ödənişində yaranmış fərqin hesablanaraq ödənilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək müraciət edilən tarixdən əvvəlki üç il üçün yaranmış pensiya məbləğindəki fərqin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 01.05.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün yaranmış pensiya məbləğindəki fərqin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar