Məhkəmə qərarları › İş №2-1(112)-3560/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3560/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3560/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun təmin edilməsi və xx.xx.2014-cü il tarixdən etibarən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi əmək stajı 39 (otuz doqquz) il 27 gün olmaqla, ondan 31 il 05 günü dənizdə geofizik vəzifələrində işləmişdir. Belə ki, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Dənizdə Neft və X4 geofizik (4 il 8 ay 25 gün), xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X16-Kəşfiyyat İdarəsində naviqasiya mühəndisi, geofizik (2 il 04 ay 14 gün), xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də mühəndis-geofizik (9 il 11 ay), xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" LTD (Caspian) Şirkətində geofizik (7il 2 ay 14 gün), xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixə (8 il) "xxxx" MMC-də geofizik vəzifəsində işləyir. Beləliklə də iddiaçı neft sənayesində işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən 30 (otuz) ildən yuxarı iş stajı toplamışdır (4il 8ay 25 gün + 2 il 4 ay 14 gün + 9 il 11 ay + 7 il 2ay 14 gün + 8 il = 32 il 02 ay 23 gün). Bununla baglı cavabdehə müraciət etsə də, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə əsasən iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı əsasında güzəştli şərtlə pensiya hüququnun yaranması üçün 1 yanvar 2006-cı ilədək tələb olunan həm ümumi iş stajı (ən azı 20 il), həm də Siyahıda qeyd edilən peşədə işləməsini təsdiq edən xüsusi stajı (ən azı 10 il) mövcud olmalıdır. Hazırki işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1982-xx.xx.1983, xx.xx.1985-xx.xx.1987, xx.xx.1987-xx.xx.1990, xx.xx.1990xx.xx.1995, xx.xx.1995-xx.xx.1997, xx.xx.1997-xx.xx.2007, xx.xx.2007-xx.xx.2014-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, iddiaçı xx.xx.1983-xx.xx.1985-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 14 iyul 2021-ci il tarixli güzəştli iş stajına dair arayışa əsasən iddiaçı xx.xx.1990-xx.xx.1995-ci il tarixlərdə dənizdə neft və X4 geofizik, xx.xx.1995-xx.xx.1997-ci il tarixlərdə X17-kəşfiyyat idarəsində naviqasiya mühəndisi-geofizik, xx.xx.1997-xx.xx.2007-ci il tarixlərdə "xxxx" MMC-də mühəndisgeofizik, xx.xx.2007-xx.xx.2014-cü il tarixlərdə “Furgo Survey” LTD-də geofizik, xx.xx.2014cü il tarixdən bugünədək "xxxx" MMC-də geofizik peşəsində çalışmışdır. İddiaçıya iddia ərizəsində qeyd etdiyi kimi 49 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun azı 20 il ümumi iş stajı, 10 il güzəştli iş stajı mövcud olmalıdır. Belə ki, "xxxx" MMC-nin 14 iyul 2021-ci il tarixli güzəştli iş stajına dair arayışında iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə uyğun olaraq geofizik vəzifəsində çalışdığı üçün güzəştli iş stajına malik olduğu qeyd edilmişdir. Arayışda “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsinin 10.2-ci bəndinin b yarımmbəndinə istinad edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən də aydın olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahıya əsasən 20 il ümumi iş stajı olan və bu stajın ən azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının güzəştli iş stajının təsdiq edilməsinə dair "xxxx" MMC-nin 14 iyul 2021-ci il tarixli arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahısında göstərilən müvafiq vəzifəyə və koda istinad edilmədiyindən onun xx.xx.2006-cı il tarixədək qanunla tələb edilən 10 il güzəştli iş stajı mövcud deyildir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********6 saylı imtina məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara görə 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 3 ay 10 gün (xx.xx.1982xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********1 saylı imtina məktubu ilə bildirilmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 51400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19914,54 manat təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya məxsus Asan-1 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Zod kəndində doğulmuşdur. İddiaçıya məxsus olmaqla xx.xx.1983-ci ildə açılmış ИТ seriyalı ******* saylı əmək kitabçasından və onun Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Azenergonaladka” müəssisəsində elektrik avadanlıqlarının təmiri sexində transformator təmiri sahəsinə elektrik çilingəri ustasının şagirdi (əmr №196/ok, xx.xx.1982), xx.xx.1983cü il tarixədək eyni sex və sahədə tranformatorların təmiri üzrə 1-ci dərəcəli elektrik çilingəri (əmr № 103/ok, xx.xx.1983), xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Azenergonaladka” müəssisəsində elektrik avadanlıqlarının təmiri sexində qabaritli tranformatorların təmiri sahəsinə 2-ci dərəcəli elektrik çilingəri (əmr №84-1, xx.xx.1985), xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X8 X9 karotajçı perforatorçu (əmr №150k, 5.10.1987) xx.xx.1988-ci il tarixdən aparat və cihazların təmiri sahəsində 3-cü dərəcəli çilingər elektromontajçı (əmr №26-k saylı xx.xx.1988), xx.xx.1989-cu il tarixindən aparat və cihazların təmiri sahəsinə 4-cü dərəcəli çilingər elektromontajçı işləmiş (əmr №4-k, xx.xx.1989), “Azərneftgeofizika” İstehsalat Birliyinə keçirilməsi ilə əlaqədar olaraq işdən azad olunmuş (əmr №28-k, xx.xx.1990), xx.xx.1990-cı il tarixdən X5 və İnterpretasiyası Ekspedisiyasında 2-ci dərəcəli texnik (əmr №85, xx.xx.1990), xx.xx.1990cı il tarixindən geofizik (əmr №128-k, xx.xx.1990), xx.xx.1992-ci il tarixindən 2-ci dərəcəli geofizik (əmr №92-k, xx.xx.1992), xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 1-ci dərəcəli geofizik (əmr №1-A, xx.xx.1993), xx.xx.1995-ci il tarixdən (əmr №32-k, xx.xx.1995) xx.xx.1997-ci il tarixədək “Azərneftgeofizika" trestindən köçürmə yolu ilə X17 kəşfiyyat İdarəsinin Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik, xx.xx.1997-ci ildən (əmr №07k, xx.xx.1997) xx.xx.2007-ci il tarixək "xxxx" MMC-də mühəndis-geofizik işləmişdir. İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus 112712 saylı diplomun surətindən görünür ki, 1982-ci il tarixdən xx.xx.1990-ci il tarixədək M.Əzizov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. "xxxx" MMC-nin SFLLC-20-0140 nömrəli xx.xx.2020-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, iddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə "xxxx" MMC (geofizik) xx.xx.2014 – halhazıradək 6 il, 15 gün, “Fugro Survey” LTD (geofizik) xx.xx.2007-xx.xx.2014 illərdə 7 il, 2 ay, 14 gün, "xxxx" MMC (mühəndis-geofizik) xx.xx.1997-xx.xx.2007 illərdə 9 il, 11 ay, X17-kəşfiyyat İdarəsi (naviqasiya mühəndisi, geofizik) xx.xx.1995- xx.xx.1997 illərdə 2 il, 11 ay, Dənizdə Neft və X6 (geofizik) xx.xx.1990-xx.xx.1995 illərdə 4 il, 7 ay, 25 gün işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” əsasən “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı. 10.2. Neft, qaz və qaz kondensatının hasilatı b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” uygun 30 ildən yuxarı imtiyazlı iş stajına malikdir. "xxxx" MMC-nin SFLLC-21-0048 nömrəli xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, iddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə “SOCAR Fugro" MMC-də (geofizik) xx.xx.2014-hal hazıradək 6 il, 15 gün, “Fugro Survey” LTD-də (geofizik) xx.xx.2007-xx.xx.2014 illərdə 7 il, 2 ay, 14 gün, "xxxx" MMC-də (mühəndis-geofizik) xx.xx.1997-xx.xx.2007 illərdə 9 il, 11 ay, X17-kəşfiyyat İdarəsi (naviqasiya mühəndisi, geofizik) xx.xx.1995-xx.xx.1997 illərdə 2 il, 11 ay, Dənizdə Neft və X6 (geofizik) xx.xx.1990-xx.xx.1995 illərdə 4 il, 7 ay, 25 gün işləməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hazırlanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9cu maddəsinə əsasən Geofizik vəzifəsində (kod 1100000b-17541) və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ edən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı, neft, qaz və qaz kondensatının hasilatı b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofıziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” 30 ildən yuxarı imtiyazlı iş stajına malikdir. SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00010 saylı arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Piriyev X11 və geologiya İdarəsinin arxiv sənədlərinə əsasən həqiqətən xx.xx.1987-cı il tarixindən xx.xx.1990-cı il tarixinə qədər "Azneftgeofizika” Trestinin (indiki X2) X8 X9 4-cü dərəcəli karotajçı perforatorçu, aparat və cihazların təmiri sahəsində 3 və 4-cü dərəcəli çilingər elektromontajçı peşələrində, xx.xx.1990-cı il tarixindən - xx.xx.1995-ci il tarixinə qədər '‘Azərneftgeofizika" Trestinin (indiki Kəşfiyyatgeofizika istehsalat Bölümü) X5 və İnterpretasiyası Ekspedisiyasında texnik geofizik, geofizik, X5 və Dəyərləndirilməsi Ekspedisiyasında geofizik vəzifələrində, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinə qədər X17 kəşfiyyat İdarəsinin (indiki X13 İstehsalt Bölümü) Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik vəzifəsində çalışması haqqında məlumatlar vardır. İşə qəbul olma: xx.xx.1987-cı il tarixli 150-k saylı əmrə əsasən X8 X12 4-cü dərəcəli karotajçı perforatorçu peşəsinə işə qəbul olunub. xx.xx.1988-ci il tarixli 26-k saylı əmrə əsasən Aparat və cihazların təmiri sahəsinə 3-cü dərəcəli çilingər elektromontajçı, xx.xx.1989-cu il tarixli 4-k saylı əmrə əsasən xx.xx.1989-cu il tarixindən Aparat və cihazların təmiri sahəsinə 4-cü dərəcəli çilingər elektromontajçı peşəsinə keçirilib. İşdən azad: xx.xx.1990-cı il tarixli 28-k saylı əmrə əsasən “Azərneftgeofizika” İstehsalat Birliyinə keçirilməsi ilə əlaqədar olaraq işdən azad olunmuşdur. Adlandırma: ARDNŞ-nin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinə əsasən “Azərneftmədəngeofizika" və “Xəzərdənizneftgeofizika” trestləri birləşdirilərək, onların bazasında “Mədəngeofizika” İdarəsi yaradılmışdır. Geofizika və geologiya İdarəsinin tabeliyində olan "Mədəngeofizika” İdarəsi ARDNŞ/13-1000-01-SM-05-000033 saylı xx.xx.2013-cü il tarixli əmri ilə Mədəngeofizika istehsalat Bölümü adlandırılmışdır. İşə qəbul olma: xx.xx.1990-cı il tarixli 85-ə saylı əmrə əsasən X5 və İnterpretasiyası Ekspedisiyasına 2-ci dərəcəli texnik vəzifəsinə işə qəbul olunub. xx.xx.1990-cı il tarixli 128-k saylı əmrə əsasən xx.xx.1990-cı il tarixindən geofizik, xx.xx.1992-ci il tarixli 92-k saylı əmrə əsasən 2ci dərəcəli geofizik, xx.xx.1993-cü il tarixli 1-A saylı əmrə əsasən 1-ci dərəcəli geofizik, xx.xx.1993-cü il tarixli 78-k saylı əmrə əsasən xx.xx.1993-cü il tarixindən X5 və Dəyərləndirilməsi Ekspedisiyasına geofizik vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1995-ci il tarixli 74-ə saylı əmrə əsasən öz xahişi ilə (köçürmə yolu ilə) işdən azad olunmuşdur. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 №-li Əmrinin 2.1 bəndinə əsasən "Azərneftgeofizika" və “Xəzərdənizneftgeofizika” trestləri birləşdirilib “Geofizika və geologiya İdarəsi”nin tabeliyində olaraq “Kəşfiyyatgeofizika idarəsi” adlandırılmışdır. Geofizika və geologiya idarəsinin tabeliyində olan “Kəşfiyyatgeofizika” İdarəsi ARDNŞ/13-1000-SM-08-00003 saylı xx.xx.2013-cü il tarixli əmri ilə Kəşfiyyatgeofizika istehsalat Bölümü adlandırılmışdır. İşə qəbul olma: 26 05.1995-ci il tarixli 32-k saylı əmrə əsasən “Azərneftgeofizika’' trestindən köçürmə yolu ilə X17 kəşfiyyat İdarəsinin Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik vəzifəsinə işə qəbul olunmuşdur. İşdən azad olma: xx.xx.1997-ci il tarixli 57-k saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişilə işdən azad olnmuşdur. Adlandırma: SSRİ Neftqazsənayesi Nazirliyinin 29 04.1988-ci il tarixli, 220 saylı əmrinə əsasən "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyi ləğv olunub və "Xəzərdənizneftqaz" İstehsalat Birliyi yaradılmışdır (əmr İstehsalat Birliyi №148 xx.xx.1988). X7 X15 (əmr № 229 xx.xx.1989-cu il) əsasında X17 Kəşfiyyat İdarəsi təşkil edilmişdir. (əmr №179, xx.xx.1989-cu il). “Quruda və Dənizdə Neft və Qazçıxarma” istehsalat Birlikləri birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılıb. (Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 25 saylı əmri xx.xx.2003-cü il). “X1” və "X17 Kəşfiyyat İdarəsi” birləşdirilib onların bazasında "X14 və Topoqrafiya İdarəsi” (KGKTİ) yaradılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya idarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən X14 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X13 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin (GGİ) tabeliyində olan X13 Ekspedisiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli 13-1000-01-SM-05-000033 saylı əmri ilə X13 İstehsalat Bölümü adlandırılmışdır. Cəmi iş stajı: xx.xx.1987-ci tarixdən-xx.xx.1997-ci il tarixinə qədər 10 il 11 gündür. İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixinə qədər X8 X9 işlədiyi karotajçı perforatorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 1 №-li Siyahısın”da olan 10100000 Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bəndinin 1010100q—12714 yarımbəndində göstərilmiş karotajçılar peşəsi ilə eyni əmək funksiyalarını yerinə yetirmişdir, xx.xx.1995 -ci ildən xx.xx.1997-ci ilə qədər işlədiyi geofizik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin,peşələrin və göstəricilərin 2 №-li Siyahısı"nda olan 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölümünün 1100000B—17541 kodunda, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları sırasında göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş SFLLC-22-0017 nömrəli xx.xx.2022-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışdan görünür ki, iddiaçı hal-hazırda "xxxx" MMC-də Geofizik (dənizdə) vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə "xxxx" MMC-də iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir. "xxxx" MMC (geofizik). İşə qəbul olma: xx.xx.1997-ci ildən əmr-07k 1997-ci il əmri əsasında mühəndis və geofizik vəzifəsinə işə qəbul olunmuşdur. İşdən azad: xx.xx.2007ci ildən “xx.xx.2007-ci il tarixli əmr № 020" əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin "xxxx" bəndinə əsasən (işçinin təşəbbüsü ilə) işdən azad edilir. Adlandırma: Təsisçilərin xx.xx.2004-cü il tarixli, 14 №-li qərarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 950 №-li, xx.xx.2004-cü il tarixli şəhadətnaməsinə əsasən Azərbaycan-Hollandiya “Azəri-Fugro“ birgə müəssisəsinin adı dəyişərək “Azəri-Fugro” məhdud məsuliyyətli cəmiyyət adlandırılmışdır. Fugro Survey LTD (geofizik) İşə qəbul olma: xx.xx.2007-ci ildən əmr № 093 (xx.xx.2007) FSLC-046-07 №-li əmri əsasında geofizik vəzifəsinə işə qəbul edilib. İşdən azad: xx.xx.2014-cü ildən “xx.xx.2014-cü il tarixli 272 №-li əmri əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilib. SOCAR Fugro MMC (geofizik) İşə qəbul olma: xx.xx.2014-cü ildən “xx.xx.2014-ci il tarixli SFLLC-0038-14 №-li” əmri əsasında geofizik vəzifəsinə işə qəbul olunub. Hal hazırda qeyd olunan vəzifə üzrə fəaliyyət göstərir. xx.xx.1997-ci il tarixindən bu gün də daxil olmaqla geoloji kəşfiyyat işlərində, (eləcə də, quyularda geofiziki tədqiqat işlərində) geofizik vəzifəsində işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin və göstəricilərin 1 №-li Siyahısı siyahısında olan 10100000 Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin,metropolitenlərin, yeraltı arxların, tunellərin, və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bəndinin 1010100q-20601 yarımbəndində göstərilmiş geofizik-tədqiqatçı peşəsi ilə eyni əmək funksiyasını yerinə yetirmişdir. SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00023 saylı arayışından görünür ki, iddiaçı Geofizika və geologiya İdarəsinin arxiv sənədlərinə əsasən xx.xx.1987-cı il tarixindən xx.xx.1990-cı il tarixinə qədər “Azneftgeofizika" Trestinin (indiki X2) X8 X9 4-cü dərəcəli karotajçı perforatorçu, aparat və cihazların təmiri sahəsində 3 və 4-cü dərəcəli çilingər elektromontajçı peşələrində, xx.xx.1990-cı il tarixindən xx.xx.1995-ci il tarixinə qədər “Azərneftgeofizika" Trestinin (indiki Kəşfiyyatgeofızika istehsalat Bölümü) X5 və İnterpretasiyası Ekspedisiyasında texnik geofızik, geofizik, X5 və Dəyərləndirilməsi Ekspedisiyasında geofizik vəzifələrində, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinə qədər X17 kəşfiyyat İdarəsinin (indiki X13 İstehsalt Bölümü) Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik vəzifəsində çalışması haqqında məlumatlar vardır. İşə qəbul olma: xx.xx.1987-cı il tarixli 150-k saylı əmrə əsasən “Azneftgeofizika’’ Trestinin (indiki X2) X8 X12 4-cü dərəcəli karotajçı perforatorçu peşəsinə işə qəbul olunub. xx.xx.1988-ci il tarixli 26-k saylı əmrə əsasən Aparat və cihazların təmiri sahəsinə 3-cü dərəcəli çilingər elektromontajçı, xx.xx.1989-cu il tarixli 4-k saylı əmrə əsasən xx.xx.1989-cu il tarixindən Aparat və cihazların təmiri sahəsinə 4-cü dərəcəli çilingər elektromontajçı peşəsinə keçirilib. İşdən azad: xx.xx.1990-cı il tarixli 28-k saylı əmrə əsasən “Azərneftgeofizika" İstehsalat Birliyinə keçirilməsi ilə əlaqədar olaraq işdən azad olunmuşdur. İşə qəbul olma: xx.xx.1990-cı il tarixli 85-ə saylı əmrə əsasən “Azərneftgeofizika” Trestinin (indiki Kəşfiyyatgeofizika istehsalat Bölümü) X5 və İnterpretasiyası Ekspedisiyasına 2-ci dərəcəli texnik vəzifəsinə işə qəbul olunub. xx.xx.1990-cı il tarixli 128-k saylı əmrə əsasən xx.xx.1990-cı il tarixindən geofizik, xx.xx.1992-ci il tarixli 92-k saylı əmrə əsasən 2-ci dərəcəli geofizik, xx.xx.1993-cü il tarixli 1-A saylı əmrə əsasən 1 -ci dərəcəli geofizik, xx.xx.1993-cü il tarixli 78-k saylı əmrə əsasən xx.xx.1993-cü il tarixindən X5 və Dəyərləndirilməsi Ekspedisiyasına geofizik vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1995-ci il tarixli 74-ə saylı əmrə əsasən öz xahişi ilə (köçürmə yolu ilə) işdən azad olunmuşdur. İşə qəbul olma: xx.xx.1995-ci il tarixli 32-k saylı əmrə əsasən “Azərneftgeofizika" trestindən köçürmə yolu ilə X17 kəşfiyyat İdarəsinin (indiki X13 İstehsalt Bölümü) Naviqasiya mühəndis geodeziya partiyasında 9cu dərəcəli geofizik vəzifəsinə işə qəbul olunmuşdur. İşdən azad olma: xx.xx.1997-ci il tarixli 57-k saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci madddəsinə əsasən öz xahişilə işdən azad olnmuşdur. Cəmi iş stajı: xx.xx.1987-cı tarixdən - xx.xx.1997-ci il tarixinə qədər 10 il 11 gündür. Cəmi güzəştli iş stajı: xx.xx.1987cı il tarixindən xx.xx.1988-ci il tarixinə qədər 3 ay, xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinə qədər 2 il 4 ay 20 gündür. Cəmi: 2 il 7 ay 20 gün. İddiaçı işlədiyi karotajçı perforatorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 1 №-li Siyahısı siyahısfnda olan 10100000 Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bəndinin 1010100q—12714 yarımbəndində göstərilmiş karotajçılar peşəsi ilə eyni əmək funksiyalarını yerinə yetirmişdir. Onun çalışdığı geofizik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin və göstəricilərin 2 №-li Siyahısında olan 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndinin 1100000b Rəhbərlər və mütəxəssislər yarımbəndinin 17541 - quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları kodunda göstərilmişdir. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1-dən sonra qüvvəyə minən 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 60 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 60 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən hələ tamam olmadığından, habelə, xx.xx.2006-cı il tarixədək iddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən iş stajını topladığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "xxxx" bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 10100000 “Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması” bəndinin 1010100q—12714 yarımbəndində karotajçılar peşəsi, 1010100q-20601 yarımbəndində geofizik-tədqiqatçı, 11000000 “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1100000b b) Rəhbərlər və mütəxəssislər yarımbəndində 1100000b—17541 yarımbəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları peşələri təsbit olunmuşdur. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçıya əmək kitabçası və güzəştli iş stajı haqqında arayışlarla müəyyən edilmişdir ki, iddiaçı yuxarıda qeyd olunan kodlar üzrə: xx.xx.1987-cı il tarixdən xx.xx.1988-ci il tarixdən X8 X9 4-cü dərəcəli karotajçı perforatorçu (3 ay), xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X17-kəşfiyyat İdarəsində naviqasiya mühəndisi, geofizik (2 il 4 ay 20 gün), xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də mühəndis-geofizik (8 il 5 ay 1 gün) vəzifələrində işləməklə xx.xx.2006-cı il tarixə tələb olunan 10 ildən də artıq 10 il 10 ay 19 gün xüsusi iş stajını toplamışdır. İddiaçının ümumi iş stajına gəldikdə isə: xx.xx.1982-xx.xx.1982-ci illərdə “Azenergonaladka” müəssisəsində elektrik avadanlıqlarının təmiri sexində elektrik çilingəri ustasının şagirdi (1 ay 26 gün), xx.xx.1982 - xx.xx.1983-cü illərdə eyni sexdə təmiri üzrə 1-ci dərəcəli elektrik çilingəri (3 ay 19 gün), xx.xx.1983 - xx.xx.1985-ci illərdə hərbi xidmət müddəti (1 il 11 ay 24 gün), xx.xx.1985-xx.xx.1987-ci illərdə “Azenergonaladka” müəssisəsində elektrik avadanlıqlarının təmiri sexində 2-ci dərəcəli elektrik çilingəri (1 il 11 ay 8 gün), xx.xx.1987-xx.xx.1988-ci illərdə X8 X9 karotajçı perforatorçu (2 ay 29 gün), xx.xx.1988-xx.xx.1990-cı illərdə aparat və cihazların təmiri sahəsində çilingər elektromontajçı (2 il 1 ay 25 gün), xx.xx.1990-xx.xx.1990-cı illərdə X5 və İnterpretasiyası Ekspedisiyasında 2-ci dərəcəli texnik (05 ay 24 gün), xx.xx.1990- xx.xx.1995-ci illərdə geofizik (4 il 7 ay 30 gün), xx.xx.1995 - xx.xx.1997-ci illərdə X17 kəşfiyyat İdarəsinin Naviqasiya mühəndis geodeziya partiyasında 9-cu dərəcəli geofizik (2 il 11 ay 6 gün), xx.xx.1997-xx.xx.2006-ci illərdə "xxxx" MMC-də mühəndis-geofizik (8 il 5 ay 1 gün) vəzifələrində işləməklə xx.xx.2006-cı il tarixə qədər ümumilikdə tələb olunan 20 ildən də artıq 21 il 01 gün ümumi iş stajını toplamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Lakin hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçının xüsusi iş stajının 10 ildən az olmasını etirazında qeyd etsə də, məhkəmə araşdırması zamanı onun xx.xx.2006-cı il tarixə qədər tələb olunan 10 il ilin qarşılığında 10 il 10 ay 19 gün xüsusi iş stajını toplaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Güzəştli iş stajına gəldikdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə 10 ildən artıq güzəştli iş stajının olmasını və 52 yaşının xx.xx.2017-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıb-yaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı xx.xx.2017-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar