Məhkəmə qərarları › İş №2-1(112)-3561/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3561/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3561/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs - X18) “mülkiyyət hüququnun qeydiyyata alınması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair X18 üçüncü şəxs kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzili üzərində İddiaçı MMC ilə X11 bərabər paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi ilə ünvan 3 üzərində İddiaçı MMC-nin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış reyestr qeydinin ləğv edilməsi və həmin mənzil üzərində X7 ilə X11 bərabər paylı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bundan sonra İddiaçı MMC ilə X7 arasında olan digər mülki mübahisə ilə əlaqədar məhkəmə işi üzrə tərəflər barışıq sazişi bağlamış və həmin saziş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli 2(009)- 1975/2019 saylı qərardadı ilə təsdiq olunmuşdur. Məhkəmənin qeyd olunan qərardadına əsasən Təyminə Abdullayeva ona qarşı irəli sürülmüş 385.306 manat məbləğində pul tələbinin əvəzinə yuxarıda qeyd olunan mənzildəki 1/2 nisbətdə olan əmlak payı ilə əvəzləşdirmək üzrə İddiaçı MMC ilə razılaşmışdır. Məhkəmənin qeyd olunan qərardadı icraya yönəldilmiş və barışıq sazişinin şərtlərinə uyğun olaraq Təyminə Abdullayevanın əmlakdakı payının mənzildəki digər pay sahibi Barat Abdullayev tərəfindən əldə olunması sonuncuya təklif olunmuşdur. X20 təklifə bunun üçün müəyyən olunmuş müddət ərzində heç bir münasibət bildirməmişdir. Belə olan halda iddiaçı iddia edir ki, İddiaçı MMC-nin sözügedən əmlakda 1/2 pay nisbətində olmaqla mülkiyyət hüququ yaranmışdır. İddiaçı MMC-nin əmlaka olan hüquqların qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin, cavabdeh təşkilatın **********95 saylı, 25 noyabr 2019-cu il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina olunmuşdur. Hesab olunur ki, cavabdehin iddiaçının hüquqlarının qeydiyyatı ilə bağlı ərizəsinin icrasından imtinası əsassız və qanunsuz olmuşdur. Belə ki, iddiaçının mənzilinə olan hüquqları qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən yaranmışdır. Bu isə hüquqların qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin etirazı məhkəməyə təqdim edilməmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddianın “Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilinin ½ hissəsi üzərində İddiaçı MMC-nin paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin.” variantda icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadında cavabdeh orqanın üzərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə öhdəlik qoyulmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 25.11.2019cu il tarixli, **********95 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1185/2016, 25.02.2016-cı il tarixli və 22.07.2016-cı il tarixli icra vərəqələri, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(004)-1056/2016 nömrəli, 12.08.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 63 saylı evin, 33 saylı mənzili üzərinə həbs qoyulmuşdur. Ərizədə qeyd olunmuş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1975/2019 saylı qərardadı İdarəyə daxil olmamışdır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 31.08.2020cu il tarixli, **********35 nömrəli cavab məktubunda bildirilmişdir ki, “müraciətinizə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh X5 qarşı “lizinq nüqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş, X8 ilə İddiaçı MMC arasında bağlanmış 20.11.2015-ci il tarixli AN-İ №0528251 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X9 ilə İddiaçı MMC arasında bağlanmış 20.11.2015-ci il tarixli D014 saylı daxili lizinq müqaviləsi və İddiaçı MMC, X8 və X9 arasında bağlanmış D014 saylı daxili lizinq müqaviləsinə 01.02.2016- cı il tarixli Əlavə razılaşmanın etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 3 üzərində “Faktor Lizinq" MMC-nin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış reyestr qeydinin ləğv edilməsi, ünvan 3 ünvanda yerləşən, yaşayış sahəsi 138 kv.m, yardımçı sahəsi 72.2 kv.metrdən ibarət, ümumi sahəsi 211 kv.metr olan 4 otaqlı mənzil üzərində X8 ilə X11 bərabər paylı mülkiyyət hüququnun tanınması və bu qətnamənin Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 üzərində X8 ilə X11 bərabər paylı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün əsas olması, X2 250000 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi üzrə icra sənədi rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Həmçinin Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30.07.2019-cı il tarixli 2(009)-1975/2019 saylı qərardadı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.08.2016-cı il tarixli 5(004)-1056/2016 qərarı ilə Bakı səhəri, Yasamal rayonu, Nizami küçəsi 63 saylı evin, 33 saylı mənzili üzərinə həbs qoyulmuşdur. Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi üzrə icra sənədi və müvafiq mənzil üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadı rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olduğu təqdirdə müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır”. - Bakı şəhər Səbail rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2(009)- 2120/2016 saylı qətnaməsinin nəticə hissəsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Bakı şəhəri, 9 saylı notariat kontorunda təsdiq edilmiş X7 ilə İddiaçı MMC arasında bağlanmış 20.11.2015-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, X9 ilə İddiaçı MMC arasında bağlanmış 20.11.2015-ci il tarixli, DO,14 saylı Daxili lizinq müqaviləsi və İddiaçı MMC, X7 və X9 arasında bağlanmış D014 saylı Daxili lizinq müqaviləsinə 01 fevral 2016cı il tarixli Əlavə razılaşma (öhdəliyin ötürülməsi haqqında) etibarsız hesab edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 üzərində İddiaçı MMC-nin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış reyestr qeydi ləğv edilmişdir. ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 138 kv.m, yardımçı sahəsi 72.2 kv.metrdən ibarət, ümumi sahəsi 211 kv.metr olan 4 otaqlı mənzil üzərində X7 ilə X11 bərabər paylı mülkiyyət hüququ tanınmışdır. Bu qətnamə Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 üzərində X7 ilə X11 bərabər paylı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün əsasdır. X3 250.000 (iki yüz əlli min) manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçı “Faktor Lizinq" MMC ilə cavabdeh X10 arasında notariat qaydasında bağlanmış 19.07.2019-cu il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilmişdir: 1.1. Bundan sonra “iddiaçı” adlanan İddiaçı MMC direktoru X12 şəxsində bir tərəfdən və bundan sonra “Cavabdeh” adlanan X7 digər tərəfdən, birlikdə “Tərəflər” adlanaraq öz aramızda Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-1975/2019 saylı işin predmetin müzakirə edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3 və 191-ci maddəsinin tələblərini rəhbər tutaraq mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll etmək məqsədi ilə aşağıdakı şərtlərlə Barışıq sazişi bağladıq: 1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi ilə cavabdehin iddiaçıya ödəməli olduğu 250.000 manat məbləğində vəsait və hazırki iş üzrə cavabdehə qarşı irəli sürülən 135.306 manat məbləğində iddia nəzərə alınmaqla iddiaçının cavabdehə qarşı ümumi tələbinin həcmi 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat müəyyən olunur. 2. Bu Sazişin 1-ci bəndində qeyd olunmuş tələb olunan ümumi məbləğ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi ilə cavabdehin mülkiyyəti kimi tanınmış Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəşində yerləşən 63 saylı evin 33 saylı mənzilindəki (bundan sonra - mənzil) payı ilə yəni həmin mənzilin hissəsi ilə əvəzləşdirilir.

3. Mənzilin digər 1/2 pay sahibi olan mülkiyyətçisi X11 cavabdehin mənzildə olan payını qanunvericiliklə müəyyən olunmuş qaydada satın almaqda üstün hüququ nəzərə alınmaqla ona mənzilin əvəzləşdirilməli olan cavabdehə məxsus hissəsini 385.306 manata əldə etmək təklif olunmuşdur. X18 təklifi qəbul edərək mənzildəki, cavabdehə məxsus son əldə edərsə bunun uçun ödəniləcək ümumi tələb həcminə bərabər olan pul vəsaiti iddiaçıya ödəniləcəkdir. 5. X18 mənzildəki payın əldə olunması ilə bağlı təklifi qəbul etməzsə və ya təklifə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində münasibət bildirməzsə cavabdehin mənzildəki paya olan mülkiyyət hüququ iddiaçıya keçəcəkdir. 6. Bu Sazişlə müəyyən olunmuş hərəkətlərin icrasına Sazişin məhkəmə tərəfindən sadıq olunması barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra ən geci üç iş günü ərzində başlanılmalıdır. Sazişlə müəyyən olunmuş öhdəliklərin vaxtında və lazımi aydada yerinə yetırilməməsi onun pozulması kimi qiymətləndiriləcəkdir və belə olan halda 385.306 manat məbləğində ümumi tələbin, cavabdehə məxsus istənilən əmlaka yönəldilməsi üçün əsas olacaqdır. 7. Tərəflərin bu barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır, icra icraatı cavabdehin qeydiyyat yeri və mənzilin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Səbail rayonu icra şöbəsi tərəfindən həyata keçiriləcəkdir.

8. Müqavilə dörd nüsxədən ibarət tərtib olundu, onların hər biri eyni qüvvəyə malikdir, onların biri Bakı şəhər notariat ofisinin arxivində saxlanılır, digər nüsxələr isə tərəflərə verilir. İİ. İddiaçı MMC-nin cavabdeh X6 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(009)-1975/2019 saylı mülki iş üzrə icraat xitam verilsin. İİİ. İddiaçı MMC və cavabdeh X6 izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4 maddəsinə əsasən iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir”. - Bakı şəhər Səbail rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli 2(009)-1975/2019 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh X7 arasında notariat qaydasında bağlanmış 19.07.2019-cu il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə Səbail Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 2(009)-1975/2019 saylı qərardadından maraqlı şəxs X11 nümayəndəsi və vəkili X15 şikayəti təmin edilməmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 noyabr 2019-cu il tarixli 2(103)-14100/19 saylı qərardadı ilə maraqlarına toxunulan şəxs X11 nümayəndəsi və vəkili X15 şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019cu il tarixli 2(009)-1975/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli 2(009)-1975/2019 saylı icra vərəqəsi əsasında başlanılmış icra e124187/2019-16-12 saylı işindən görünür ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə uyğun olaraq İddiaçı MMC-nin ərizəsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 ünvanında yerləşən mənzili əldə etməkdə maraqlı şəxs kimi müəyyən edilmiş X1 əmlakın 385.306 manat dəyərində əldə etmək üçün təklif məktubu göndərilmiş, lakin X18 tərəfindən təklif qəbul edilməmiş, əksinə Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli 2(009)-2120/2016 saylı qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş ərizə təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2(009)-1185/2015 saylı qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə məhdudiyyət və daşınmaz əmlakla bağlı hüquqi əqdlərin bağlanmasının qadağan edilməsi götürülmüş, iş üzrə iddiaçı X11 ərizəsi təmin edilməmişdir, qərardadın icrası Səbail rayon İcra şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həvalə edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.02.2020-ci il tarixli 1(103)-1749/2017 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli 5(004)-1056/2016 saylı qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 üzərinə qoyulmuş həbs ləğv edilmiş, qərarın surəti icra edilməsindən ötrü Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylə Bakı Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmə, cavabdehin imtinası ilə razılaşmır ona görə ki, iddiaçının daşınmaz əmlak üzərində qeydiyyata almaq istədiyi hüquqları məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi ilə əldə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.3 və 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmastnın (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Hazırki işin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC ilə cavabdeh X8 arasında notariat qaydasında bağlanmış 19.07.2019-cu il tarixli Barışıq Sazişi təsdiq edilmiş, sazışə əsasən X4 İddiaçı MMC-yə ödəməli olduğu 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat pulu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəşində yerləşən 63 saylı evin 33 saylı mənzilindəki ½ hissəsindəki payı ilə əvəzləşdirmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli 2(009)- 1975/2019 saylı icra vərəqəsi əsasında başlanılmış e124187/2019-16-12 saylı icra işinin məhkəmə tərəfindən tədqiqi zamanı müəyyən edilmişdir ki, mənzilin ½ hissəsini 385.306 (üç yüz səksən beş min üç yüz altı) manat ödəməklə əldə etmək X13 təklif edilsə də, həmin təklif onun tərəfindən qəbul edilməmişdir. Əksinə olaraq barışıq sazişinin təsdiq olunması barədə qərardad maraqlı şəxs X18 mübahisələndirsə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 noyabr 2019-cu il tarixli 2(103)-14100/19 saylı qərardadı ilə şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli 2(009)-1975/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də Bakı şəhər Səbail rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş İddiaçı MMC ilə cavabdeh X8 arasında notariat qaydasında bağlanmış 19.07.2019-cu il tarixli Barışıq Sazişinin tələblərindən irəli gələrək mənzilin ½ hissəsi üzərində “Faktor Lizinq" MMC-nin mülkiyyət hüququ yaranmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmək barədə cavabdehin hərəkətləri əsassız və qanunsuz olmuşdur. Bundan başqa, cavabdehin imtina məktubunda istinad etdiyi digər əsas -mənzil üzərində həbsin olması barədə mülahizəsi də əsassızdır. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli 2(009)-2120/2016 saylı qərardadı ilə həmin məhkəmənin 22 iyul 2016-cı il tarixli 2(009)-1185/2015 saylı qərardadı ilə daşınmaz əmlakın özgəninkiləşdirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə məhdudiyyət və daşınmaz əmlakla bağlı hüquqi əqdlərin bağlanmasının qadağan edilməsi götürülmüş, həmçinin Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.02.2020-ci il tarixli 1(103)-1749/2017 saylı qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli 5(004)-1056/2016 saylı qərarı ilə mənzil üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Hər iki məhkəmə aktının icrası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Halbuki, məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəşində yerləşən 63 saylı evin 33 saylı mənzilin ½ hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin ½ hissəsi üzərində İddiaçı MMC-nin paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin ½ hissəsi üzərində İddiaçı MMC-nin paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5

SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar