Məhkəmə qərarları › İş №2-1(112)-3564/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3564/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3564/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi və mənzil növbəsinin bərpa edilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh Başçısının 180 nömrəli, 31.05.2021-ci il tarixli sərəncamının ləğv edilməsi və həyat yoldaşının (qızı X3 nəzərə alınmaqla) mənzil növbəsini onun adına keçirilməsi vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayon İcra Hakimıyyəti Başçısının 283 nömrəli, 04.10.2017-ci il tarixli sərəncamı ilə mərhum həyat yoldaşı vətəndaş X4 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 350 nömrəli, 01.12.2017-ci il tarixli Sərəncamı ilə qızı Səfərova Aygün Ə.Səfərovun mənzil növbəsinə daxil edilmiş, Ə.Səfərovun oğlu nikaha daxil olduğundan Cavabdeh Başçısının 148 nömrəli, 20.07.2020-ci il tarixli Sərəncamı ilə oğlu Səfərov Natiq onun mənzil növbəsindən çıxarılmışdır. Lakin onun həyat yoldaşı X4 07.11.2020-ci tarixdə vəfat etmişdir. O, 23.09.2021-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək həyat yoldaşının (qızı X3 nəzərə alınmaqla) mənzil növbəsinin onun adına keçirilməsi barədə müvafiq sərəncam verilməsini xahiş etmişdir. Lakin müraciətinə 12.10.2021-ci il tarixli imtina cavabı verilmişdir. İmtina cavabında həmçinin göstərilmişdir ki, Cavabdeh Başçısının 180 nömrəli, 31.05.2021-ci il tarixli Sərəncamına əsasən X4 vəfat etdiyindən o və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların giizəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 283 nömrəli, 04.10.2017-ci il tarixli, 350 nömrəli, 01,12.2017-ci il tarixli və 148 nömrəli, 20.07.2020-ci il tarixli sərəncamları ləğv olunmuşdur və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə mənzil kirayə haqlarının ödənilməsi nəzərdə tutulmadığından qeyd olunan məsələ ilə əlaqədar xahişinin yerinə yetirilməsi mümkün deyildir. Yalnız imtina cavabını alarkən 28.10.2021-ci il tarixdə ona məlum olmuşdur ki, həyat yoldaşı vəfat etdiyindən və onun ailə üzvləri Cavabdeh Başçısının 180 nömrəli, 31.05.2021-ci il tarixli sərəncamı ilə mənzil növbəsindən çıxarılmışdır. Cavabdeh Başçısının 180 nömrəli, 31.05.2021-ci il tarixli sərəncamı indiyədək ona rəsmi qaydada təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Cavabdeh Başçısının 283 nömrəli, 04.10.2017-ci il tarixli Sərəncamı ilə vətəndaş X4 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 350 nömrəli, 01.12.2017-ci il tarixli Sərəncamı ilə qızı Aygün Səfərova Ə.Səfərovun mənzil növbəsinə daxil edilmiş, Ə.Səfərovun oğlu nikaha daxil olduğundan Cavabdeh Başçısının 148 nömrəli, 20.07.2020-ci il tarixli Sərəncamı ilə oğlu Natiq Səfərov onun mənzil növbəsindən çıxarılmışdır. Cavabdeh Başçısının 180 nömrəli, 31.05.2021-ci il tarixli sərəncamına əsasən X4 vəfat etdiyindən o və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 283 nömrəli, 04.10.2017-ci il tarixli, 350 nömrəli, 01.12.2017-ci il tarixli və 148 nömrəli, 20.07.2020-ci il tarixli Sərəncamları ləğv olunmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE 17446438 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 15.06.1981-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuşdur. - İliç rayon VVAQ Orqanı tərəfindən verilmiş İİ-ЖГ 289581 №-li, 19.02.1980-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Gülbəniz Rəhim qızı ilə X4 arasında 19.02.1980-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən verilmiş 269 №-li, 19.10.2018-ci il tarixli arayışdan görünür ki, 1953-cü il təvəllüdlü istefada olan kiçik leytenant X4 15.11.1972-ci ildən 12.07.1974-cü ilədək, 16.02.1975-ci ildən 31.07.1992-ci ilə qədər SSRİ Silahlı Qüvvələrində, 31.07.1992-ci ildən 28.08.1997-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası MN-nin 0865 N-li 27.08.1997-ci il tarixli əmri “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci mad. “q” bənd (təşkilati tədbirlərlə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadıqda) əsasən ehtiyata tərxis olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. - Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 04.10.2017-ci il tarixli, 283 nömrəli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 3 nəfər ailə tərkibi ilə (özü, h/y, oğlu) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüış və ehtiyyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. - Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 01.12.2017-ci il tarixli, 350 nömrəli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 mənzil növbəsinə qızı X5 daxil edilmiş və o növbədə 4 nəfərlə (özü, h/y, oğlu, qızı) hesab olunmuşdur. - Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 20.07.2020-ci il tarixli, 148 nömrəli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Başçısının 283 nömrəli, 04.10.2017-ci il tarixli sərəncamına dəyişiklik edilmiş, X7 mənzil növbəsindən çıxarılmış, X4 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı, qızı) ilə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinin siyahısında saxlanılmışdır. - Bakı şəhər Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 132508 №-li, 24.11.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07.11.2020-ci il tarixdə “ürəyin kəskin işemik xəstəliyinin digər formaları” səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.11.2020-ci il tarixdə 1160 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 31.05.2021-ci il tarixli, 180 nömrəli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Başçısının 283 nömrəli, 04.10.2017-ci il tarixli sərəncamı ilə vətəndaş X4 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 350 nömrəli, 01.12.2017-ci il tarixli sərəncamı ilə qızı Səfərova Aygün Ə.Səfərovun mənzil növbəsinə daxil edilmiş, Ə.Səfərovun oğlu nikaha daxil olduğundan Cavabdeh Başçısının 148 nömrəli, 20.07.2020ci il tarixli sərəncamı ilə oğlu Səfərov Natiq onun mənzil növbəsindən çıxarılmışdır. 132508 nömrəli, 24.11.2000-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X4 07.11.2020-ci il tarixində vəfat etdiyindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən onun və ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçularının güzəştli çənzil növbəsindən çıxaırlması məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq X1 və onun ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmasına, Cavabdeh Başçısının 283 nömrəli, 04.10.2017-ci il tarixli, 350 nömrəli, 01.12.2017-ci il tarixli və 148 nömrəli, 20.07.2020-ci il tarixli sərəncamlarının ləğv olunmasına sərəncam verilmişdir. - İddiaçı tərəfindən cavabdeh Bakı şəhəri Cavabdehnə ünvanlanmış 23.09.2021-ci il tarixli ərizədən görünür ki, həyat yoldaşının (qızı X3 nəzərə alınmaqla) mənzil növbəsinin onun adına keçirilməsi barədə müvafiq sərəncam verilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12.10.2021-ci il tarixli, S-117-068 nömrəli məktubdan görünür ki, müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri Cavabdeh Başçısının 283 nömrəli, 04.10.2017-ci il tarixli Sərəncamı ilə vətəndaş X4 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 350 nömrəli, 01.12.2017-ci il tarixli Sərəncamı ilə qızı Səfərova Aygün Ə.Səfərovun mənzil növbəsinə daxil edilmiş, Ə.Səfərovun oğlu nikaha daxil olduğundan Cavabdeh Başçısının 148 nömrəli, 20.07.2020-ci il tarixli Sərəncamı ilə oğlu Natiq Səfərov onun mənzil növbəsindən çıxarılmışdır. Cavabdeh Başçısının 180 nömrəli, 31.05.2021-ci il tarixli sərəncamına əsasən X4 vəfat etdiyindən o və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 283 nömrəli, 04.10.2017-ci il tarixli, 350 nömrəli, 01.12.2017-ci il tarixli və 148 nömrəli, 20.07.2020-ci il tarixli Sərəncamları ləğv olunmuşdur. Məlumat üçün nəzərinə çatdırılır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə mənzil kirayə haqqlarının ödənilməsi nəzərdə tutulmadığından qeyd olunan məsələ ilə əlaqədar xahişinin yerinə yetirilməsi mümkün deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Cavabdeh Başçısının 02.08.2017-ci il tarixli, 235 nömrəli sərəncamına əsasən İddiaçıı əri X4 3 nəfər ailə tərkibi ilə (özü, arvadı İddiaçı, oğlu Natiq Səfərov) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüış və ehtiyyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 350 nömrəli, 01.12.2017-ci il tarixli sərəncamı ilə qızı X11 Səfərovun mənzil növbəsinə daxil edilmişdir. Cavabdeh Başçısının 148 nömrəli, 20.07.2020-ci il tarixli sərəncamı ilə oğlu Natiq Səfərov onun mənzil növbəsindən çıxarılmışdır. Cavabdeh Başçısının 180 nömrəli, 31.05.2021-ci il tarixli sərəncamına əsasən X4 vəfat etdiyindən o və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. İddiaçı mənzil növbəsinin onun adına keçirilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə mənzil kirayə haqqlarının ödənilməsi nəzərdə tutulmaması əsas gətirilərək təmin edilməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun: - 12-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. - Həmin maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). - 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinin tələblərinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Məhkəmə qeyd edir ki, iddiaçının əri Ədalət Səfərovun yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi və ehtiyyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi işin mübahisəsiz halıdır. Ədalət Səfərov öldüyünə görə o və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışlar. İddiaçının tələbi ərinin mənzil növbəsinin onun adına keçirilməsindən ibarətdir. Hazırki iş üzrə mübahisəli sərəncamı qəbul edərkən cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin mənzil növbəsinə götürülməsinin nəzərdə tutulmadığını əsas gətirmişdir. Halbuki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin mənzil növbəsinə götürülməməsi kimi birbaşa norma nəzərdə tutulmamışdır. Əksinə, həmin Qanunun 21.5-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İş üzrə mübahisəli sərəncamın – inzibati aktın qanuniliyi maddi-hüquqi və formal hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla bağlı məhkəməyə təqdim edilmiş dəlilləri də əsassız olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etdiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şrtləri nmövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Cavabdeh Başçısının 180 nömrəli, 31.05.2021-ci il tarixli sərəncamı qanunsuz olduğundan ləğv edilməli və X1 (qızı X3 nəzərə alınmaqla) mənzil növbəsinin İddiaçı adına keçirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh Başçısının 180 nömrəli, 31.05.2021-ci il tarixli sərəncamı ləğv edilsin. X1 (qızı X3 nəzərə alınmaqla) mənzil növbəsinin İddiaçı adına keçirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar