Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3567/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, İ.Müzəffəroğlu, 7 ünvanında qeydiyyatsız yaşayır və 06.05.1960-cı il tarixində Bakı şənərində doğulmuşdur. Bu günədək şəxsiyyət vəsiqəsi olmayıb və o, yetkinlik yaşına çatmışdır. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirərkən ona yuxarıda qeyd etdiyi məsələləri yəni, şəxsiyyət vəsiqəsi olmadığından müvafiq sənədin təkrar verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 26.01.2022-ci il tarixli qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X2 izahat verərək, iddiaçının onun doğma qardaşı olduğunu bildirdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Astara rayon VVAQ şöbəsi tərəfindən 22 sentyabr 1960-cı il tarixdə verilmiş 002153 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 28.04.1954cü ildə Atara rayonu, Şahağac kəndində doğulmuşdur. Bu barədə doğum akt qeydləri kitabında 1960-cı ilin sentyabr ayının 22-ci günündə 1 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında X3, anası isə X6 qeyd olunmuşdur. Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən 03.02.2005-ci il tarixdə verilmiş AZE seriyalı 03569859 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 28.04.1954-cü ildə Astara rayonu, Şahağac kəndində doğulmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. Şaumyan rayon İcraiyyə Komitəsinin Mənzil İstismar Birliyi tərəfindən 18 iyul 1962ci il tarixdə verilmiş 15093 nömrəli orderin surətindən müəyyən olunur ki, Əbdüləli Abbasova İcraiyyə Komitəsinin 34/440-V №li 13.07.1962-ci il tarixli qərarı ilə 5 nəfər ailə üzvü (İgidova Şərifə (arvadı), Abbasova Gülnisə (qızı), Abbasova Badam (qızı), Abbasov Cəlal (oğlu), İddiaçı (oğlu)) ilə birlikdə 8-ci km. ərazisində Paris Kommunası küçəsində 3 otaqlı (47 kv. metr) 39 saylı mənzil ayrılmışdır. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət edərək, təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin Qeydiyyat şöbəsi tərəfindən 19 iyun 2020-ci il tarixli, 05/15-603 saylı məktubla ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” ın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə,övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydaların 1.14.-cü bəndinə əsasən şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Göstərilənlərlə əlaqədar bildirirlər ki, onun şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından doğumu haqqında təkrar şəhadətnamənin verilməsi şöbədə mümkün deyildir. Müvafiq sənədin verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqında təkrar şəhadətnamə ilə təmin olunacaqdır. Məhkəmənin müvafiq sorğularına əsasən; - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin 01.12.2021-ci il tarixli 05/13-1353 №li məktubunda qeyd olunmuşdur ki, şəxsin şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından doğumu haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin 17.02.2022-ci il tarixli 05/13-191 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid 04 iyul 1960-cı il tarixli 339 nömrəli doğum aktı qeydinin surətindən müəyyən olunur ki, İddiaçı 6 may 1960-cı ildə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X4, ana qrafasında X5 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş 28.02.2022-ci il tarixli 05/2-1128/13 nömrəli məktubda qeyd olunmuşdur ki, araşdırma nəticəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən atası X4, anası isə Abbasova (İgidova) Şəfiqə Şaquli qızı olan 06.05.1960-cı il təvəllüdlü Bakı şəhərində doğulmuş İddiaçı doğumunun 06.07.1960-cı il tarixdə Bakı şəhəri Xəzər rayon Pirallahı qəsəbə İcra Nümayəndəliyində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Doğum yerləri Astara rayonu Şahağac kəndi olan, İddiaçı qardaşı 12.11.1957-ci il təvəllüdlü Calal Abbasovun və bacısı 17.11.1955-ci il təvəllüdlü Badam Abbasovanın doğumu Astara rayon Şahağac icra Nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamə verilməsi mümkündür. Lakin iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı üçün, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 06 may 1960-cı ildə Bakı şəhərində doğulmuş, doğumu Bakı şəhəri, Xəzər rayon, Pirallahı qəsəbə İcra Nümayəndəliyində doğum akt qeydləri kitabında 06 iyul 1960-cı ildə 339 nömrə ilə qeydə alınmış İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3567/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3567/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver