Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3569/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və onun üzərində inşa edilən fərdi yaşayış evinin vahid əmlak olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasını qanunsuz hesab edilməklə, Gürgan-Pirallahı bələdiyyəsinin qərarı və müvafiq torpaqların alqı-satqısına dair akt əsasında iddiaçının mülkiyyətinə verilən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və onun üzərində inşa etdiyi fərdi yaşayış evinin vahid əmlak olaraq dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Gürgan-Pirallahı Bələdiyyəsinin 13 avqust 2007-ci il tarixli 3 saylı qərarına əsasən eyni tarixdə iddiaçı ilə aralarında müvafiq qaydada torpaqların alqı-satqısına dair akt imzalanaraq 600 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında iddiaçı həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmidir. Həmin vaxtdan bu günə qədər qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi iddiaçının faktiki mülkiyyətində, istifadə və sahibliyindədir, heç bir dövlət, bələdiyyə və ya özəl təşkilat, qurumlar və eyni zamanda digər vətəndaşlar tərəfındən mübahisələndirilməmişdir. Qeyd edilən torpaq sahəsi üzərində və inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün 30 noyabr 2020-ci il, xx.xx.2021-ci il, 06 may 2021-ci il və 04 avqust 2021-ci il tarixlərində cavabdehə müraciət etmiş, lakin cavabdeh 18 yanvar 2021-ci il tarixli məktubla dövlət qeydiyyatına alınmasından imtina edərək səbəb kimi torpaq sahəsinin ayrılmasına münasibət bildirməsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyinin təqdim edilmədiyini göstərmişdir. İnzibati orqanın xx.xx.2021-ci il tarixli imtina məktubunda isə ümumiyyətlə qeyd edilmişdir ki, torpaq sahəsi bələdiyyə torpaqlarının hüdudları daxilində yerləşmədiyindən, əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilir. Halbuki hazırki iddia ərizəsinə əlavə etdiyi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş məktubda qeyd edilir ki, torpaq sahəsi bələdiyyənin mülkiyyətinə verilmiş torpaqların hüdudlarında yerləşir. İnzibati orqan tərəfindən ona ünvanlanmış 21 iyun 2021-ci il tarixli məktubla əmlakın dövlət qeydiyyatına alınmasından növbəti dəfə imtinaya səbəb kimi torpağın dəyərinin bələdiyyənin bankdakı xüsusi hesabına ödənilmədiyi göstərilmişdir. İnzibati orqanın iddiaçıya ünvanladığı 6 sentyabr 2021-ci il tarixli məktubda da növbəti dəfə (4-cü dəfə) əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən torpağın dəyəri bələdiyyə qərarında öz əksini tapan məbləğdə bələdiyyə hesabına tam formada ödənilmiş, digər tərəfdən qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqların alqı-satqısına dair aktda 3 (üç) tərəfin imzası mövcuddur bələdiyyə sədrinin, rayon torpaq şöbəsinin müdirinin və aİıcı olaraq iddiaçının, eyni zamanda torpaq sahəsinin plan və ölçüsüni əks etdirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış və təsdiqlənmiş kadastr planı da mövcuddur. Beləliklə qanunvericiliyin tələblərinə riayət edilməklə bələdiyyə tərəfindən qeyd edilən torpaq sahəsi alqı-satqı yolu ilə torpagın dəyəri tərəfindən ödənilməklə mülkiyyətinə verilmişdir və iddiaçı hüquqlarından istifadə edərək həmin torpaq sahəsi üzərində məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evi inşa etmişdir. Bu baxımdan hesab edir ki, cavabdehin imtinası formal xarakter daşıyır və qanunsuz imtina kimi qiymətləndirilməlidir. Eyni zamanda inzibati orqan imtina məktublarında torpaq sahəsinə dair hüquqi qiymət verməyə çalışsa da, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair heç bir hüquqi fikir bildirməmişdir. İddiaçı öz vəsaiti hesabına məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evi inşa etmiş, məlumatlandırma icraatında inşa edilən yaşayış evləri isə qanunvericiliyə əsasən tikintisinə icazə tələb olunmayan tikintilərə aid edilmisdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh məhkəməyə təqdim edilmiş etirazda göstərmişdir ki, İddiaçı Filyatdinova Bakı şəhəri, Xəzər rayonu, Gürgan-Pirallahı bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2020-ci il tarixlərdə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Gürgan-Pirallahı bələdiyyəsinin 13 saylı, xx.xx.2007-ci il tarixli protokolunda qeyd olunan torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən rəsmi sənədləşdirilməsi aparıldıqdan sonra İddiaçı Filyatdinovanın mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, torpaq sahəsinin dəyəri (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 600.0 olsa da, faktiki 594,21 kv.m təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X2 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə ki, işə əlavə edilmiş: Cavabdehin xx.xx.2021-ci il tarixli, **********56 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim olunmayıb. Həmçinin, kadastr planının verilməsi əsas olmuş Gürgan-Pirallahı bələdiyyəsinin xx.xx.2010-cu il tarixli Qərarı təqdim edilməmişdir. Bundan əlavə, Gürgan-Pirallahı bələdiyyəsinin 13 saylı, 13.08 2007-ci il tarixli Protokolunda qeyd olunan torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən rəsmi sənədləşdırilməsı aparıldıqdan sonra İddiaçı Filyatdinovanın mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara uyğun əlavə edilmiş formaya uygun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********03 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Təqdim edilən sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, nəhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Torpaqların alqı-satqısına dair akta əsasən iddiaçı tərəfindən Gürgan-Pirallahı bələdiyyəsinə 21 iyul 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Gurgan-Pirallahı bələdiyyə ərazisində 600 kv.m. torpaq sahəsi satılması barədə xx.xx.2007-ci il tarixli, 13 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində iddiaçı tərəfindən Əzizbəyov rayon Kapital Bankının **********0 saylı hesabına əvvəlcədən 1056 manat haqqı ödənilmişdir. Bakı şəhəri Əzizbəyov rayonu Gürgan-Pirallahı Bələdiyyəsi VÖEN ********** əhalidən vergilərin qəbulu üçün qəbzə əsasən 01 iyul 2008-ci il tarixdə iddiaçı 600 kv.m. torpağın alması üçün 1056 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Əzizbəyov rayonu Gürgən-Pirallahı bələdiyyəsinin 23 fevral 2010-cu il tarixli 5 saylı iclas protokolu ilə iddiaçının Pirallahı qəsəbəsinin cənubqərb tərəfində həyətyanı sahə kimi qeyri-qanuni istifadə etdiyi 600 kv.metr torpaq sahəsinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİ QD nömrəli Qanunu ilə dəyişikliklər və əlavələr edilmiş və Azərbaycan Respublikasının 25 mart 2002-ci il tarixli 274-İİ QD nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 23-cü bəndinin tələblərini nəzərə almaqla satılması məqsədəuyğun hesab edilmişdir. Əzizbəyov rayon Gürgan-Pirallahı bələdiyyəsinin 13 avqust 2007-ci il tarixdə keçirilmiş yığıncağının 13 saylı protokolunun qərarı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinə “Torpaq islahatı və torpaq bazarı haqqında” Azərbaycan Respublikası Prezidentinin Yanvar 1997-ci il tarixli Fərmanı ilə təstiq edilmiş torpaqların alqı-satqı qaydaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı və 20 iyun 2000-ci il tarixli 106 saylı qərarına uyğun olaraq iddiaçının verdiyi ərizə nəzərə alınaraq Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində 600 kv.m. ölçüdə torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən rəsmi sənədləşdirilmə aparıldıqdan sonra onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Gürgən-Pirallahı bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin müdiri cənab N.Məlikova ünvanlanmış 60 nömrəli, xx.xx.2010-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Gürgan- Pirallahı bələdiyyəsi iddiaçıya verilmiş 13 avqust 2007-ci il tarixli 13 saylı qərarda texniki səhv yazılmışdır. Bu səhv aradan qaldırılmış və düzgün tərtib olunmuş qərar ona təqdim edilmişdir. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Gürgan-Pirallahı bələdiyyəsi ərazisində qəsəbənin cənub-qərb tərəfində iddiaçıya ayrılmış torpaq sahəsinin 12/038/692 nömrəli, xx.xx.2008-ci il tarixli planı iş materiallarına əlavə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Gürgən- Pirallahı bələdiyyəsinin sədri S.Əliyevə və surəti Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısı G. İslamova ünvanlanmış 18/03-8/698 nömrəli, xx.xx.2008-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 989 saylı, xx.xx.2007-ci il tarixli, 881 saylı, xx.xx.2007-ci il tarixli, 986 saylı və X1 xx.xx.2007-ci il tarixli, 116 və 117 saylı, və xx.xx.2007-ci il tarixli, 135 saylı və xx.xx.2008-ci il tarixli, 11 saylı razılıq məktublarına cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahələrinin mövcud vəziyyətdə bələdiyyə ilə alqı-satqı olunması ilə əlaqədar qaldıqları məsələrinin qanun çərçivəsində baxılmasına Memarlıq və şəhərsalma baş idarəsi etiraz etmir. Memarlıq və şəhərsalma baş idarəsinin xx.xx.2007-ci il tarixli, 18/03-8/5239saylı, xx.xx.2007-ci il tarixli, 18/03-8/5478 saylı və xx.xx.2007-ci il tarixli, 18/03-8/7352 saylı məktubları öz qüvvəsini itirmiş hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən **********76 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, elektron kadastr məlumat bazasında apardığları araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi Pirallahı bələdiyyəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən seriya A, 285384 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Xəzər rayonu, Pirallahı qəsəbəsi, cənub-qərb hissəsində İddiaçı Xəzər (Əzizbəyov) rayon Gürgan- Pirallahı bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 05 saylı qərarı ilə satılması məqsədəuyğun hesab edilən 600 kv.m. fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü X4 kitabında xx.xx.2010-cu il tarixdə 21809 nömrə ilə uçota alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən iddiaçıya satılmış 600 kv.m torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli tərtib olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Pirallahı rayonu Pirallahı bələdiyyəsi tərəfindən 70 nömrəli, 17 dekabr 2021-ci il tarixli məktubuna qoşma olaraq göndərilmiş İddiaçı torpaq sahəsinin mülkiyyətinə verilməsi üçün əsas olmuş sənədlərin təsdiqlənmiş surəti göndərilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı Gürgan-Pirallahı bələdiyyəsinin qərarı və müvafiq torpaqların alqı-satqısına dair akt əsasında mülkiyyətinə verilən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və onun üzərində inşa etdiyi fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaqla, bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etdikdən sonra iddiaçı məhkəmədə iddia qaldırmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının, (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. İş materiallarından göründüyü kimi, torpaq sahəsi iddiaçıya Bələdiyyənin Qərarı əsasında ayrılmış, torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Qeyd olunan maddələrin məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.7-ci maddəsinin 28 oktyabr 2008-ci il tarixə qədər olan redaksiyasına əsasən Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 oktyabr 2016-cı il qərarında aşağıdakı hüquqi mövqeyi təsbit olunmuşdur: “Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. ... “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.” Məhkəmə qeyd edir ki, Gurgan-Pirallahı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və torpaqların alqı-satqısına dair akt əsasında iddiaçı 600 kv.m. torpaq sahəsini almış, həmin torpaq sahəsində ev inşa etdirmişdir. Məhkəmə cavabdehin “elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması” ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən seriya A, 285384 nömrəli torpaq sahəsinin plan və ölçüsündən göründüyü kimi Xəzər rayonu, Pirallahı qəsəbəsi, cənub-qərb hissəsində iddiaçıya Xəzər (Əzizbəyov) rayon Gürgan–Pirallahı bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 05 saylı qərarı ilə satılmış 600 kv.m. fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü X4 kitabında xx.xx.2010-cu il tarixdə 21809 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin **********76 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan da göründüyü kimi elektron kadastr məlumat bazasında apardıqları araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi Pirallahı Bələdiyyəsinin hüdudları daxilində yerləşir. Odur ki, məhkəmə bu istiqamətdə əlavə araşdırma aparmaqla mütəxəssis rəyinin alınmasını zəruri bilmir. Lakin cavabdeh inzibati orqan olan iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir və həmin torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Bunlara görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsi və ev üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi qanunsuz və əsassızdır. Məhkəmə cavabdehin “torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin təqdim olunmaması, kadastr planının verilməsi əsas olmuş Gürgan-Pirallahı bələdiyyəsinin xx.xx.2010-cu il tarixli qərarının təqdim edilməməsi, Gürgan-Pirallahı bələdiyyəsinin 13 saylı, xx.xx.2007-ci il tarixli protokolunda qeyd olunan torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən rəsmi sənədləşdırilməsı aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsinin nəzərdə tutulması” ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan torpaqların alqı-satqısına dair akta əsasən iddiaçı tərəfindən Gürgan Pirallahı bələdiyyəsinə 21 iyul 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Gurgan- Pirallahı bələdiyyəsi ərazisində 600 kv.m. torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı qəbul edilmişdir. Bakı şəhəri Əzizbəyov rayonu Gürgan-Pirallahı bələdiyyəsi VÖEN ********** əhalidən vergilərin qəbulu üçün qəbzə əsasən 01 iyul 2008-ci il tarixdə iddiaçı 600 kv.m. torpağın alması üçün 1056 manat məbləğində pul ödəmişdir. Lakin Bakı şəhəri Gürgən-Pirallahı bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin müdiri cənab N.Məlikova ünvanlanmış 60 nömrəli, xx.xx.2010-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Gürgan- Pirallahı bələdiyyəsinin iddiaçıya verdiyi 13 avqust 2007-ci il tarixli 13 saylı qərarda texniki səhv yazıldıgından bu səhv aradan qaldırılmış və düzgün tərtib olunmuş qərar ona təqdim edilmişdir. Göründüyü kimi xx.xx.2007-ci il tarixli, 13 saylı bələdiyyə qərarının adında səhvən “protokolunun qərarı” yazılması iddiaçının deyil, inzibati orqanın səhvi nəticəsində olmuş, həmin səhv də Əzizbəyov rayonu Gürgən-Pirallahı bələdiyyəsinin 23 fevral 2010cu il tarixli 5 saylı iclas protokolu ilə aradan qaldırılmışdır. Bundan başqa Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Gürgən-Pirallahı Bələdiyyəsinin sədri S.Əliyevə və surəti Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısı G. İslamova ünvanlanmış 18/03-8/698 nömrəli, xx.xx.2008-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 989 saylı, xx.xx.2007-ci il tarixli, 881 saylı, xx.xx.2007-ci il tarixli, 986 saylı və X1 xx.xx.2007-ci il tarixli, 116 və 117 saylı, və xx.xx.2007-ci il tarixli, 135 saylı və xx.xx.2008-ci il tarixli, 11 saylı razılıq məktublarına cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahələrinin mövcud vəziyyətdə bələdiyyə ilə alqı-satqı olunması ilə əlaqədar qaldıqları məsələrinin qanun çərçivəsində baxılmasına Memarlıq və Şəhərsalma Baş İdarəsi etiraz etmir. Daha sonra isə torpaq sahəsinin planı və ölçüsü X4 kitabında xx.xx.2010-cu il tarixdə 21809 nömrə ilə uçota alınmışdır. Məhkəmə onu da xüsusi olaraq vurgulayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2016cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş şərt iddiaçı tərəfindən ödənildiyindən, onun İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilərək Gürgan-Pirallahı bələdiyyəsinin qərarı və müvafiq torpaqların alqısatqısına dair akt əsasında İddiaçı mülkiyyətinə verilən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və onun üzərində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun vahid əmlak olaraq dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Gürgan-Pirallahı bələdiyyəsinin qərarı və müvafiq torpaqların alqı-satqısına dair akt əsasında İddiaçı mülkiyyətinə verilən Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və onun üzərində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun vahid əmlak olaraq dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 Hakim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3569/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3569/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver