Məhkəmə qərarları › İş №2-1(112)-3572/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3572/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3572/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iştirаkları ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü ildə Gədəbəy rayonunun Moruxlu kəndində anadan olmuşdur.Daxili İşlər Nazirliyinin daxili qoşunlarında xidmət etmişdir. Hal-hazırda Gədəbəy rayonunun Moruxlu kəndində qeydiyyatda olmaqla orada yaşayır. Gədəbəy rayonu hərbi komissarlığı tərəfindən xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Füzuli rayon döyüş bölgəsinə gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. Döyüş bölgəsində erməni təcavüzünə qarşı döyüşlərdə olmağına baxmayaraq, bu günə qədər müharibə veteranı vəsiqəsi ala bilməmişdir. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunun 3-cü maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər də müharibə veteranları sayılırlar. İddiaçı qeyd edilənlərə və “Veteranlar haqqında” qanuna, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 426 nömrəli arxiv arayışında vətəndaş İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixədək N və N nömrəli hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi qeyd olunsa da, onun döyüş əməliyyatlarında iştirakı faktının öz təsdiqini tapmaması, həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, N nömrəli əmrilə hərbi hissəni özbaşına tərk etməsi müəyyən edilmişdir. Bundan əlavə oxşar məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib-etməməsinin əhəmiyyətliliyi və bu halın məhkəmələr tərəfindən hüquqi cəhətdən araşdırlmasının zəruriliyi xüsusi olaraq qeyd edilmişdir.Sabiq hərbi qulluqçu S.X6 Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiaçıya «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 məhkəmə iclasında etiraz ərizəyə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan iddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Gədəbəy rayonu hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının Moruxlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 33 nömrəli arayışdan görünür ki, Əliyev X2 İƏD üzrə nümayəndəliyin 02 nömrəli təsərrüfatbaşına kitabın 64-cü səhifəsinə 153 nömrəli şəxsi hesaba əsasən qeydiyyatdadır və ərazidə yaşayır. Gədəbəy rayonu Hərbi Komissariatının xx xxxx 1998-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Füzuli rayon döyüş bölgəsində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində işirak etmişdir. Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin 47 nömrəli xx xxxxxx 2020-ci il tarixli arxiv arayışından görünür ki, N saylı hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 137 №-li əmrilə hərbi xidmət keçmək üçün Gədəbəy RHK-dan gəlmiş çağırışçıiarın siyahısında “sıravi” hərbi rütbəsi verilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, tədris məntəqəsinin atıcısı təyin edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 147 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xx xxx 1993-cü il tarixdən hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 6 №-li əmrilə hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 3-cü bölüyə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 155 №-li əmrilə N saylı hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında hissənin qazan təminatından çıxarılmışdır (əmrdə adı Səyyar kimi qeyd edilmişdir); Daxili Qoşunların komandanının xx.xx.1993-cü il tarixli 24 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 101 №-li əmrilə N və N saylı hərbi hissələrin şəxsi heyəti əmlakları ilə birlikdə müvəqqəti olaraq N saylı hərbi hissənin tabeçiliyinə verilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 262 №-li əmrilə hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında N saylı hərbi hissənin əsgəri kimi xx xxxxxx 1993-cü il tarixdən hissəyə qayıtmış hesab edilib, həmin / tarixdən Beyləqan rayonuna-döyüş zonasına xidməti ezamiyyətə getmiş hesab edilmişdir (xidməti ezamiyyətdən qayıtmas« faktı aşkar olunmadı); N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 50 №-li əmrilə operatornişançı vəzifəsinə təyin edilmişdir; Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 533 №-li Fərmanına əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 7 №-li əmrilə xidmət müddətinin başa çatması ilə əlaqədar olaraq hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən azad edilib, Silahlı Qüvvələrə ehtiyata buraxılaraq Gədəbəy RHK-nın sərəncamına göndərilmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən xx xxxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokuroluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən xx xxxxx 2020-ci il tarixli məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin əmrindən çıxarışda qeyd edilmişdir ki, İddiaçı N saylı hərbi hissəni özbaşına tərk etmiş xx xxxxxx 1993-cü il tarixdən xidmət ezamiyyətə görə Beyləqan rayonunun döyüş zonasına getmişdir. Məhkəmə işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları əsas götürərək bildirir ki, hazırki iddia tələbinin əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu təşkil edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 2N nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində –Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüşəməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Eyni zamanda qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdir. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə -döyüş bölgəsinə ezam olunmasına dair əmrlər mövcud olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ yoxdur. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3), bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar