Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3575/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı XN rayonunda xx.xx.N973-cü ildə doğulmuş, N993-cü ilin sonlarında könüllü olaraq Şamaxı hərbi komissarlığına müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmış, könüllü olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində Ağdamın Güllücə, Qərvənd, Xındırıstan kəndləri, başqa ərazilərin uğrunda gedən döyüşlərdə əlində silah vuruşmuşdur. N993-cü ilin sonlarından vuruşlarda iştirak etməsinə baxmayaraq adı N nömrəli hərbi hissənin təminat kitablarına N994-cü ilin yanvar ayından salınmışdır. N993cü ilin aprel ayının N0-da hərbi hissə rəhbərliyinin icazəsi ilə N0 gün müddətinə evə valideynlərinə baş çəkməyə getmiş, N994-cü ilin aprel ayının N5-də qardaşının şəhid xəbəri gəldiyi üçün Şamaxı hərbi komissarlığı ailənin bir üzvü şəhid olduqda digərinin döyüşlərdə iştirakına yol verilmədiyi əsası ilə onun hərbi hissəyə qayıtmasına icazə verməmişdir. Qardaşının həqiqətən də müharibədə şəhid olmasını təsdiq edən hal iddiaçının anasının şəhid ailəsi statusuna malik olmasıdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün 2020-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etsə də müraciəti təmin edimədi. Cavabdeh imtinasını onunla əsaslandırdı ki, N nömrəli hərbi hissə komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat yoxdur. Halbuki cavabdehin özünün həmin imtina məktubunda istinad etdiyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 09.09.2020-ci il tarixli, 9/2- 9N58 №-li arayışında göstərilmişdir: Şamaxı RHK-nın çağırışçısı olan İddiaçı N90 №-li hərbi hissə komandirinin N8 yanvar N994-cü il tarixli, N8 №-li əmrinə əsasən N9.0N.N994cü ildən şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. İddiaçının hərbi xidmətdə olduğu dövrdə hərbi əməliyyatlar davam edirdi. https://heydaraliyev-centers.az/astara/armenian-agression səhifəsində olan məlumatlar da N90 №-li hərbi hissənin N994-cü ilin qış-yaz aylarında Ağdam uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edir. İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibi başlamamışdır. Bunu Qarabağ Hərbi Prokurorluğunun N2.NN.2020-ci il tarixli, N8/445N №-.li məktubu təsdiq edir. Bundan başqa o hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etsə idi bu barədə N90 №-li hərbi hissə komandirinin həmin dövrdə bu barədə əmri mövcud olardı ki, bu da mövcud deyildir. Əgər hər hansı bir sənədləşmə cavabdeh və ya onun qurumları tərəfindən düzgün aparılmamışdırsa, iddiaçı buna görə məsuliyyət daşımır və onun qanunvericilikdə nəzərdə tutulmuş hüquq və azadlıqları cavabdehin öz vəzifə öhdəliklərini düzgün icra etməməsi səbəbindən məhdudlaşdırılmamalıdır. İddiaçı N994-cü ilin yanvar ayından Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmiş N90 №-li hərbi hissənin tərkibində vuruşmuşdur, həmin vaxt N90 №-li hərbi hissənin tərkibində olmağı həm hərbi bileti, həm də cavabdehin İşlər İdarəsi Mərkəzi Arxivinin 09.09.2020-ci il tarixli, 9/2-9/58 №-li arayışı ilə təsdiqlənir. Eyni zamanda iddiaçının döyüşlərdə iştirak etməyini qeyd edilən hərbi hissədə onunla eyni zamanda vuruşub hərbi travma almış şəxslər də təsdiq edə bilərlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arayışda qeyd edilib ki, N90 saylı hərbi hissə komandirinin N8.0N.N994-cü il tarixdə N8 №-li əmrlə iddiaçının xidmətə daxil olması, vəzifəyə təyin edilməsi barədə məlumat var. Sonradan İddiaçı xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N4-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» N992-ci il N9 fevral tarixli 3N3 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr N999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanı ilə həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 23.0N.N996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №- li Qərarına 28 sentyabr 20N8-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişiklikə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim ediliyi halda mötəbərdir. İddiaçının barəsində cinayət təqibinin başlanması və ya bundan imtina edilməsi təhqiqat və prokurorluq orqanının vəzifəsidir. Lakin bu vəzifənin yerinə yetirilməməsi iddiaçıya imtiyaz yaratmır, onun barəsində cinayət təqibinin başlanmaması ona müharibə veteranı adı almaq hüququ vermir. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2- N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.N, 2.N, 3.N və 8.N.3-ci maddələri). İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsini cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.N.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı ünvan N ünvanında yaşayır. Odur ki, iddiaçı haqlı olaraq aidiyyəti üzrə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsassızdır. İş materiallarında olan sənədlər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsiyyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanladığı 26.N2.2020-ci il tarixli, N/K-N740N4 saylı məktubunda qeyd edilir ki, ona Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 25.N2.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 09.09.2020-ci il tarixli, 9/2-9N58 saylı arxiv arayışına əsasən N63 nömrəli hərbi hissədən gəlmiş, Şamaxı RHK-nın çağırışçısı N973-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N8 yanvar N994-cü il tarixli N8 nömrəli əmrilə N9.0N.N994-cü il tarixdən şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. Qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarına İddiaçı məxsus ******* nömrəli hərbi biletin surəti əlavə edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 0N2-N569-N22N nömrəli 30.0N.202N-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.N973-cü il təvəllüdlü İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış N8.02.202N-ci il tarixli, HPN2/229 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinin 08.04.202N-ci il tarixli, 422 saylı məktubda qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin qeydiyyatında olan xx.xx.N973-cü il təvəllüdlü İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün buraxılış vərəqəsi olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı N3.04.202N-ci il tarixli, 9/2-306N saylı məktuba əsasən, məhkəmənin N5.0N.202N-ci il tarixli, 2-N(NN2)- 3575/202N nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, Şamaxı RHK-dan çağırılmış, N973-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N8.0N.N994-cü il tarixli N8 saylı əmrilə N9.0N.N994-cü tarixdən şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Döyüş mövqeyini özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N0.05.N994-cü il tarixli N30 nömrəli əmrilə NN.05.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı məzuniyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin N0.05.N994-cü il tarixli N30 nömrəli əmrindən arxiv çıxarışından görünür ki, döyüş mövqeyini özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N0.05.N994-cü il tarixli N30 nömrəli əmrilə NN.05.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Məhkəmə işin hallarının araşdırılması zamanı müəyyən olunmuş faktları əsas götürərək bildirir ki, hazırki iddia tələbinin əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu təşkil edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılarauyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşəməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyataalınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində,habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam,Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən,Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı,Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüşəməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmətkeçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüştapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezamolunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmətkeçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlıezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüşəməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AzərbaycanRespublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi DövlətMühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxivarayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaqhaqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edənsənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Həmin Əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş «Qeyd»ə əsasən, bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur». Yuxarıda qeyd olunan qanunvericiliyinin tələbindən göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyündə gedən döyüşlərdə iştirak etdiyini iddia etsə də, hərbi hissəni özbaşına tərk etdiyindən, barəsində cinayət işə qaldırılaraq şəxsi heyyətin siyahısından çıxarılmışdır. İddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. Göstərilənlərlə əlaqədar Məhkəmə hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmədedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyataburaxılması başa düşülür. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçünnormanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan vənəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbixidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi.Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirininmüvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sonaçatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zamanzəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeydolunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizamihissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-N4.3), bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həminaktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsiiddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunukonkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi iləbağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnızməhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3575/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3575/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver