Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3577/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “çıxarışın bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 mart 2018-ci il tarixli 11/01 nömrəli hərrac protokolunun və həmin protokol əsasında İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən evin altındakı 27 kv.m zirzəmiyə dair İddiaçı adına 10 may 2018-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən evin 27 kv.m zirzəmisinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 mart 2018-ci il tarixli 11/01 nömrəli hərrac protokolu və həmin protokol əsasında İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 28 mart 2018-ci il tarixli, 3916 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən evin altındakı 27 kv.m zirzəmiyə dair İddiaçı adma 10 may 2018-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarış verilməsi təmin edilmişdir. X1, X3 hərracın nəticələrinin etibarsız hesab olunması və s. tələblərə dair iddia ərizəsi üzrə və müstəqil tələb irəli sürən üçüncü şəxs 140 saylı Mənzil Tikinti Kooperativinin apellyasiya şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 mart 2018-ci il tarixli 11/01 nömrəli hərrac protokolu və həmin protokol əsasında İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 28 mart 2018-ci il tarixli, 3916 nömrəli bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən evin altındakı 27 m2 zirzəmiyə dair İddiaçı adına 10 may 2018-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qərara alınmış və cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təmin edilməmişdir. İddia ərizəsi məhkəmə müstəvisində nübahisələndirilməsinə baxmayaraq mübahisə predmetinin statusu dəqiqləşdirilmədən, birtərəfli olaraq məhkəmə aktı qəbul edilmişdir. Bu isə mənim mülkiyyət hüquqlarımın qanunsuz pozulması ilə nəticələnmişdir. Bu səbəbdən mübahisəli qeyri-yaşayış sahəsinin balans mənsubiyyətinin (statusunu) dəqiqləşdirilməsi məqsədilə aidyyatı dövlət strukturlarına sorğular verilmiş və sorğulara cavab məktubları ilə ünvan 1 ünvanında yerləşən evin altındakı 27 m2 zirzəminin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olduğu müəyyən edilmişdir. Mülki iş üzrə iddiaçılar X2, X3 və 140 saylı Mənzil Tikinti Kooperativinin həmin zirzəminin özgəninkiləşdirilməsinin nəticələrinin ləğv edilməsi ilə bağlı subyektiv hüquqlarının olmadığı və bu səbəbdən də iddiaçı qismində mülki prosessual hüquq və vəzifələri daşımadıqları müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərüfatı idarəsinin 23/14-27 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən 140 saylı MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış binasının qeyri- vaşayış sahələrinin dövlət əmlak fonduna aid olub-olmaması barədə məlumat Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kooperativ Təsərrüfatı İdarəsində aşkar olunmadığı qeyd edilmişdir. Bununla yanaşı AR İN ƏMDX DƏDKR publik hüquqi şəxsinin **********75 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə mübahisəli qeyri-yaşayış sahəsinin məhkəmə qətnaməsinin olmasına baxmayaraq hazırda İddiaçı Hüsüeyn oğlunun mülkiyyətində olması bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 732 nömrəli 20 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparıcısı müəyyən edilmişdir. Yaranmış bu ziddiyyətli faktlar onun daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam vermə hüquqlarımdan məhrum etmişdir. İddiaçı hesab edir ki, inzibati orqan tərəfindən qanunla qorunan hüquqları pozulmuş və pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmə zərurəti yaratmışdır. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
3. Vəkil sorğusuna cavab olaraq bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən ünvan 4 ünvanda yerləşən 9 mərtəbəli kooperativ binanın tərkibində olan istifadəsiz qeyri-yaşayış sahələri (zirzəmi və ya yarımzirzəmi) dövlət vəsaiti hesabına inşa edilməklə dövlət mülkiyyətindədir.
4. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı verilmiş 26 sentyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçının arasında bağlanılmış 3916 saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 27.0 kv.m) üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır və hazırda həmin əmlak iddiaçının mülkiyyətindədir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verdi.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
II. İddianın mümkünlüyü
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən: 17.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
9. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə bağlı iş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8031/2019 nömrəli, 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən evin altındakı 27 kvadrat metr zirzəmiyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 mart 2018-ci il tarixli 11/01 nömrəli hərrac protokolu və həmin protokol əsasında İddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 28 mart 2018-ci il tarixli, 3916 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən evin altındakı 27 kvadrat metr zirzəmiyə dair İddiaçı adına 10 may 2018-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın ləğv olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7530/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8031/2019 nömrəli, 30 iyul 2019-cu il tarixli qərarı İddiaçı kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
11. İddiaçı faktiki olaraq mülki məhkəmə icraatında marağına uyğun olmayan məhkəmə aktının nəticələrini inzibati məhkəmə icraatı qaydasında aradan qaldırmağa ümid edir.
12. Belə ki, iddiaçı iddia ərizəsində işə mülki qaydada baxılarkən məlum olmayan həlledici materiallara istinad edir. Məhkəmə qeyd edir ki, müvafiq əsaslar olduqda mülki məhkəmə icraatı qaydasında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır (MPM-in 432-438-ci maddələri).
13. Odur ki, iddiaçının inzibati məhkəmə icraatı qaydasında bu tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
14. Məhkəmə hesab edir ki iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Odur ki, iddia mümkün sayılmamalıdır.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva