Məhkəmə qərarları › İş №2-1(112)-358/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-358/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-358/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «icazənin geri alınması barədə sərəncamın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı «icazənin geri alınması barədə sərəncamın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin BYD (X4) kitabçasından istifadə etməklə X4na buraxılması haqqında 17 yanvar 2019-cu il tarixli 0114 nömrəli icazə ilə fiziki şəxs İddiaçı X4na icazə verilmişdir. 2020-ci ilin iyul ayının sonlarında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) İddiaçı hər hansı bir sənəd təqdim olunmadan, qeyri-rəsmi şəkildə bildirilmişdir ki, ona verilmiş icazə geri alınmışdır. İddiaçı vəkili 7 avqust 2020-ci il tarixli 434/2020 saylı vəkil sorğusu ilə Dövlət Gömrük Komitəsinə müraciət edərək, həmin icazənin geri alınması barədə sərəncamın surətinin təqdim olunmasını xahiş etmişdir. Həmin sorğuya cavab olaraq 22 avqust 2020-ci il tarixli 1000-130/130-24/015239 nömrəli məktubla Komitədən iddiaçının vəkilinə bildirilmişdir ki, “BYD kitabçasından istifadə etməklə X4nda iştirak etmək üçün Dövlət Gömrük Komitəsinin 17 yanvar 2019-cu il tarixli 1000/10 nömrəli Sərəncamı ilə verilmiş 0114 nömrəli icazəyə malik fiziki şəxs İddiaçı (unikal BYD kodu AZE/075/142) tərəfindən tərtib olunmuş “001551” nömrəli əmtəə-nəqliyyat qaiməsinə əsasən (CMR) həyata keçirilən daşıma zamanı gömrük yoxlaması nəticəsində 99BF868/99ZD868 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində 523 kq 700 qram heroin aşkar olunmuşdur. Bu səbəbdən, BYD Kitabçası tətbiq edilməklə X4 haqqında Gömrük Konvensiyasının (BYD Konvensiyası, 1975) 9-cu əlavəsinin 2-ci hissəsinin 1-ci maddəsinin d) bəndinin tələblərini ciddi şəkildə pozduğuna görə Konvensiyanın 6-cı madfdəsinin 4-cü bəndinə uyğun olaraq və Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının BYD (X4) kitabçası tətbiq edilməklə daşıyıcıların beynəlxalq yükm daşımalarına buraxılması qaydaları haqqında» Əsasnamənin müddəalarının tələbləri nəzəzrə alınaraq, sözügedən fiziki şəxsə verilmiş 0114 nömrəli icazə Komitənin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli Sərəncamı ilə geri alınmışdır. Bununla əlaqədar, BYD Konvensiyasının 38-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, qeyd olunan fiziki şəxsin icazənin geri alınması barədə məlumatlandırılması üçün Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasında BYD proseduruna əməl olunmaqla malların gömrük nəzarəti altında daşınması zamanı milli zəmanət birliyi funksiyalarını yerinə yetirən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) 11 iyul 2020-ci il tarixli 1000-130/006-24/012527 nömrəli rəsmi məktub ünvanlanmışdır. Göründüyü kimi, sorğuya izahlı cavab verilsə də, sərəncamın surəti vəkilə göndərilməmişdir. İddiaçı hesab edir ki, göstərilən əsasla icazənin ləğv edilməsi tamamilə qanunsuzdur. Əvvəla, ona görə qanunsuzdur ki, avtomobildən aşkar edilmiş narkotik vasitəyə görə açılmış cinayət işinə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunmamışdır. Bununla bağlı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin böyük müstəntiqinin icraatında olan ********* nömrəli cinayət işi üzrə nəqliyyat vasitəsinin sürücüsü (X3) Azərbaycan Respublikasının CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tarixli 4(004)- 365/2020 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı yoxdur. Yekunda məhkəmə bəraət hökmü də çıxara bilər və müəyyən oluna bilər ki, nə daşıyıcının, nə də sürücünün heç bi təqsiri yoxdur. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan icazənin geri alınması tamamilə qanunsuzdur. Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının BYD (X4) kitabçası tətbiq edilməklə daşıyıcıların beynəlxalq yükm daşımalarına buraxılması qaydaları haqqında» Əsasnamənin verilmiş icazənin ləğv edilməsi və geri alınmasına dair münasibətləri tənzim edən İV hissəsinə görə: BYD kitabçalarının verilməsi və daşıyıcının X4na buraxılması üçün verilmiş icazəni onu verən orqan ləğv edə və ya geri ala bilər. İcazə verilərkən əsas götürülmüş məlumatların yanlış olduğu aşkar edilərsə və ya müəyyən edilmiş qaydalara riayət olunmadan verilmişsə, verilmiş icazə ləğv edilir. İcazə verilmiş şəxs (hüquqi və ya fiziki) Əsasnamədə göstərilmiş tələblərə riayət ötmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri almır. Verilmiş icazənin ləğv edilməsi və ya geri alınması qərarda göstərilən tarixdən qüvvəyə minir. İcazənin ləğv edilməsi və ya geri alınması barədə bir həftə müddətində BANİ-nin İcraiyyə Komitəsinə və Təminat Birliyinə məlumat verilir. Göstərilənlərə və İPM-in 32-ci maddəsinə əsaslanaraq, İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş “BYD kitabçasından istifadə etməklə ^X4na buraxılması haqqında” 17 yanvar 2019-cu il tarixli, 0114 nömrəli icazənin geri alınmasına dair cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 29 sentyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İş materiallarından da göründüyü kimi, İddiaçı iddia ərizəsində qaldırdığı məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə ünvanlamış müraciətinə aidiyyəti üzrə baxılmış və müvafiq cavab verilmişdir. Belə ki, Dövlət Gömrük Komitəsinin 17 yanvar 2019-cu il tarixli 1000/012 nömrəli sərəncamı ilə verilmiş 0114 nömrəli icazə əsasında X4 (BYD) kitabçasından istifadə etməklə X4nda iştirak etmək hüququ əldə ətmiş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (daşıyıcı, VÖEN: 7********) verilmiş icazə «BYD kitabçasından istifadə etməklə X4 haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975)»nın 6-cı maddəsinin 4-cü səndinə və Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında BYD (X4) kitabçası tətbiq edilməklə, daşıyıcıların X4na buraxılması qaydaları haqqında» Əsasnamənin 4.3-cü bəndinə əsasən Komitə sədrinin 2020-ci il 8 iyul tarixli 1000/140 nömrəli sərəncamı ilə geri alınmışdır, ona görə ki, hazırkı mübahisə üzrə iddiaçı qismində ştirak edən İddiaçı tərəfindən tərtib olunmuş əmtəə-nəqliyyat qaiməsi CMR və invoysla İran İslam Respublikasından Ukrayna Respublikasında “yemiş” yükü aparmaq məqsədilə 31 may 2020-ci il tarixdə CƏBGİ-nin “Astara” Gömrük Postu vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuş yük nəqliyyat vasitəsinə aparılmış gömrük yoxlaması zamanı 523 kq 700 qr heroin aşkarlanmışdır. Qeyd olunan Konvensiyanın və Əsasnamənin müddəalarına əsasən icazə verilmiş şəxs (hüquqi və ya fiziki) göstərilmiş tələblərə riayət etmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri alınır. Göstərilən tələbdən də aydın görünür ki, icazənin alınması üçün gömrük qanunvericiliyinin pozulması faktının olması kifayətdir. Eyni zamanda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.5-ci maddəsinə əsasən daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük 'szarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxsdir. Göstərilənlərə və İPM-in 12, 58.7, 64.1, 68.2-ci maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 4.1-ci maddəsinə əsasən gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin müstəntiqinin 2 iyun 2020-ci il tarixli qərarı ilə “Mersedes-Benz” markalı **-BF-***/**-ZD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 243.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan oilunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli sərəncamı ilə BYD kitabçasından istifadə etməklə X4nda iştirak etmək üçün İddiaçı (unikal BYD kodu AZE/075/142) verilmiş icazə geri alınmışdır. Sərəncamda qeud olunmuşdur ki, Dövlət Gömrük Komitəsinin 17 yanvar 2019-cu il tarixli 1000/012 nömrəli sərəncamı ilə verilmiş 0114 nömrəli icazə əsasında BYD kitabçasından istifadə etməklə X4nda iştirak etmək hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı İddiaçı (unikal BYD kodu AZE/075/142) tərəfindən tərtib olunmuş “001551” nömrəli əmtəə-nəqliyyat qaiməsi (CMR) və “02” nömrəli invoysla İran İslam Respublikasından (“Fors Trading LLC” şirkətinə) “yemiş” yükü aparmaq məqsədilə 31 may 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postu vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “Mersedes-Benz” markalı **-BF-***/**-ZD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Astara” gömrük postunda həyata keçirilmiş gömrük yoxlaması zamanı 526 bağlamadan ümumilikdə 523 kq 700 qram narkotik vasitə heroin aşkarlanaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli qaydada keçirilmək cəhdinin qarşısı gömrük orqanları tərəfindən alınmışdır. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-828/2021 saylı iş üzrə 29 noyabr 2021-ci il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli 1(099)-270/2021 saylı hökmü dəyişdirilmədən saxılanılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 avqust 2021-ci il tarixli 1(099)-270/2021 saylı hökmü ilə 28 dekabr 1958-ci il tarixdə Astara rayonu Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası Cimayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliyi sübuta yetorilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, X1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış 526 bağlamadan ibarət ümumi çəkisi 523.698,5 qram olan heroin narkotik vasitəsinin Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılması, “Mersedes- Benz” markalı, **-BF-***/**-ZD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi və qoşqusunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılması, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə saxlanca qəbul edilmiş yemiş yükünün xarab olması səbəbindən qurum tərəfindən məhv edilməsinin nəzərə alınması, X1 iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilməsi, Azərbaycan Respublikasının CPM-in 350.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxslərin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə görə bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər (maddə 206.1 – qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi; maddə 206.2 – narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.4-cü maddəsinə görə bu Məcəllənin 234.2, 234.3 və 234.3- 1-ci maddəsində nəzərdə tutulmuş əməllər (maddə 234.2 – satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; maddə 234.3 – narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; maddə 234.3-1 – yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə (234.4.1), təkrar tğörədildikdə (234.4.2) və külli niqdarda törədildikdə (234.4.3) beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.5-ci maddəsinə görə daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları»nın 2.1.3-cü bəndinə görə daşıyıcı – daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar, 2.1.8-ci bəndinə görə isə sürücü – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxsdir. Qaydaların müddəalarında sürücünün yükün daxilində olan məhsulları yoxlamaq sürücünün nəzarət sahəsinə aid deyildir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 avqust 2000-ci il tarixli 058 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında BYD (X4) kitabçası tətbiq edilməklə daşıyıcıların X4na buraxılması qaydaları haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə bu Əsasnamə BYD kitabçası tətbiq edilməklə X4 haqqında Gömrük Konvensiyasına (1975-ci il BYD Konvensiyası) əsasən hazırlanmışdır. Həmin Əsasnamənin 3.4-cü bəndinə görə hüquqi və fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinə BYD kitabçası təqdim edilməklə gömrük möhürləri və plombları altında yük daşımalarına yararlı olmaları barədə gömrük orqanları tərəfindən şəhadətnamə verildikdən sonra X4na buraxıla bilər. Həmin Əsasnamənin 3.5-ci bəndinə görə Dövlət Gömrük Komitəsi daxil olmuş sənədlərə on beş gün müddətində baxır və imtina üçün əsaslar olmadığı təqdirdə təminat birliyindən daxil olmuş müraciətdə qeyd edilən fiziki və hüquqi şəxslərin X4nda iştirakına Əsasnamənin 1 nömrəli Əlavəsində göstərilən formada icazə verilir. Həmin Əsasnamənin 4.3-cü bəndinə görə icazə verilmiş şəxs (hüquqi və ya fiziki) Əsasnamədə göstərilmiş tələblərə riayət etmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri alınır. Göründüyü kimi, müvafiq sahəsi tənzimləyən normativ-hüquqi aktlar BYD kitabçası tətbiq edilməklə daşıyıcılara onların X4na iştirakına dair verilmiş icazənin geri alnmasını «Azərbaycan Respublikasında BYD (X4) kitabçası tətbiq edilməklə daşıyıcıların X4na buraxılması qaydaları haqqında» Əsasnamənin tələblərinə riayət edilməməsi, eləcə də vergi və gömrük qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə şərtləndirir. Hazırkı işin halları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İddiaçı BYD kitabçası tətbiq edilməklə X4na iştirakına dair verilmiş icazənin geri alınması barədə 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli sərəncam qəbul etmiş və sərəncamın qəbulunu daşıyıcı kimi İddiaçı verilmiş həmin icazə üzrə X4nı həyata keçirən nəqliyyat vasitəsində gömrük nəzarəti zamanı narkotik maddə aşkar olunması ilə əsaslandırmışdır. Məhkəmə iddianın növünə görə sübuetmə yükü daşıyan nin qənaəti isə belədir ki, X4 həyata keçirilən nəqliyyat vasitəsində belə halın aşkar olunması daşıyıcının vergi və gömrük qanunverciliyinin tələblərinin birmənalı pozması kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq nəqliyyat vasitəsini idarə edən sürücü (Allahverdi Məmmədov) barəsində məhkəmə tərəfindən AR CPM-in 42.1.4-cü maddəsinə müvafiq olaraq (təqsirliyi sübuta yetirilmədiyindən) bəraət hökmü çıxarılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli sərəncamı qanuna ziddir və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə hesab edir ki, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli sərəncamı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 8 iyul 2020-ci il tarixli 1000/140 nömrəli sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar