Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3580/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehin üzərinə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi H.Z.Tağıyev adına NQÇİ “Bahar” bagçaçılıq birliyinin 219 №-li üzvlük biletinə əsasən 2/262 saylı sahədə yerləşən fərdi yaşayış evinin və həyətində olan 0.600 ha torpaq sahəsinin İddiaçı babası X5 adına müvafiq mülkiyyət hüququ ilə məxsus olmasına dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Z.Tağıyev adına NQÇİ “Bahar” bağçılıq birliyinin 219 nömrəli üzvlük biletinə əsasən 2/262 saylı sahədə yerləşən fərdi yaşayış evinin və həyətindəki 0.600 ha torpaq sahəsinin mülkiyyət hüququ ilə X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək nömrə təkrarlanması aradan qaldırılmaqla Bahar bağçılıq birliyi tərəfindən ayrılmış 2/262 saylı 0,06 ha torpaq sahəsinin mərhum X9 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin (249 saylı sahəyə uyğun gələn) cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə vəfat etmiş atası X15 və xx.xx.2003-cü il tarixində vəfat etmiş babası X3 qalan (miras qoyanla vərəsələk növbəsi) 1997-ci ildən hazıradək istifadəsində olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi H.Z.Tağıyev adına NQÇİ “Bahar” bağçaçılıq birliyinin 219 №-li üzvlük biletinə əsasən 2/262 saylı sahədə yerləşən 0,600 ha torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. İddiaçının babası X18 vaxtilə uzun illər Azərbaycan Respublikası ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adma “Əzizbəyovneft” NQÇİ-də çilingər vəzifəsində işlədiyinə görə ona 1997-ci ildə Buzovna qəsəbəsində yerləşən “Bahar" bağçılıq təsərrüfatın ərazisində 2/262 saylı sahədə 0,600 ha torpaq sahəsi istifadəyə verilərək, müvafiq 219 №-li üzvlük bileti verilmişdir. Həmin sahədə evi tikərək 2001-ci ildən hazıradək iddiaçının ailəsi, babası və atası vəfat etdikdən sonra isə iddiaçı ailəsi ilə yaşayır. Bakı şəhəri 25 saylı notariat ofisi xx.xx.2021-ci il tarixli x/o 530/21 saylı məktubu ilə, DƏDRK və Reestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirir ki,: “...vərəsə İddiaçı (ünvan ünvan 1la qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2003-cü ildə vəfat etmiş X5 mirası üzrə vərəsəlik işi açılmışdır. Mırasqoyanın miras əmlakına H.Z.Tağıyev adına NQÇİ “Bahar" bağçaçılıq birliyinin 219 №-li üzvlük biletinə əsasən 2/262 saylı sahədə yerləşən torpaq sahəsindən ibarət daşınmaz əmlaka daxıldır. Göstərilənlərə əsasən "Daşınmaz əmlakının dövlət reyestri haqqında" Azərbaycan'Respublikası Qanununun 5.1-1-cı və 8-ci, "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılıııasina (yüklülüyiinə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-cı bəndinə və “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin tələblərinə uyğun olaraq X9 məxsus göstərilən əmlaka çıxarış verilməsi Sizdən xahiş olunur.” Cavabdeh DƏDRK və Reestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021 -cı ıl tarixli məktubu ilə bildirmişdir ki,: “...mərhum X5 adma H.Z.Tağıyev adına NQÇİ bağçaçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində 2/262 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (həmçinin ərizəyə daxil edilmiş üzvlik kitabçası) İdarənin arxivində aşkar edilməmişdir.. ” Bundan sonra, ikinci maraciətimə cavabdeh xx.xx.2021 -ci il tarixli məktubu ilə bildirmişdir ki,: “...İdarənin arxiv məlumatlarında saxlanılan “Bahar ” bağçılıq-yoldaşlığa dair siyahıda hiiquq sahibinin soyadı və adı “Elvazov İrif\ hüquqmiiəvvənedıcı sənədlərdə “Eıxazov Arif' qeyd olunmuşdur. Həmçinin, "Bahar" bağçılıq-yoldaşlığın nəzdində 2/262 saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıqyoldaşlığın bölgü sxeminə əsasən 249 saylı bağın ərazisinə uyğun gəlir. Bundan başqa, təqdim edilən bağçılıq-yoldaşlığın kitabçasında hüquq sahibinin ata adı tam yazılmamışdır və bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Mübahisə ilə əlaqədar Azərbaycan Respublikasının (SOKAR) Dövlət Neft Şirkətinin arxivinə müraciət edildikdə, sonuncu 14-2/2-1-30xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla SOKAR-ın Mərkəzi Arxivində saxlanılan H.Z.Tağıyev adına NQÇİ-nin (əvvəlki adı “Əzizbəyovneff' NQÇİ) Buzovna sahəsində yerləşən “Bahar” bağçılıq təsərrüfatının üzvlərinin siyahısından çıxarışı təqdim etmiş və, həmin çıxarışda X18, işlədiyi yer AzərQaz, bağ sahəsinin kv.m. (ölçüsü) - 600 (6 sot) müəyyən etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, İdarənin arxiv məlumatlarında saxlanılan “Bahar” bağçılıq-yoldaşlığa dair siyahıda hüquq sahibinin soyadı və adı “Elvazov İrif”, hüquqmüəyyənedici sənədlərdə “Eyvazov Arif” qeyd olunmuşdur. Həmçinin, Bahar” bağçılıq-yoldaşlığın nəzdində 2/262 saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıqyoldaşlığın bölgü sxeminə əsasən 249 saylı bağın ərazisinə uyğun gəlir. Bundan başqa, təqdim edilən bağçılıq-yoldaşlığın kitabçasında hüquq sahibinin ata adı tam yazılmamışdır və bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Z.Tağıyev adına NQÇİ “Bahar” bağçılıq birliyinin 219 nömrəli üzvlük biletinə əsasən 2/262 saylı sahədə yerləşən fərdi yaşayış evinə və həyətinə olan 0.600 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, X5 adına mülkiyyət hüququ ilə məxsus olmasına dair çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********71 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv məlumatlarında saxlanılan “Bahar” bağçılıq-yoldaşlığa dair siyahıda hüquq sahibinin soyadı və adı “Elvazov İrif“, hüquqmüəyyənedici sənədlərdə “Eyvazov Arif” qeyd olunmuşdur. Həmçinin Bahar” bağçılıq-yoldaşlığın nəzdində 2/262 saylı bağ sahəsi digər şəxsin (X23) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra özgəninkiləşdirilmişdir, hal-hazırda X10 mülkiyyətindədir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıq-yoldaşlığın bölgü sxeminə əsasən 249 saylı bağın ərazisinə uyğun gəlir. Bundan başqa, təqdim edilən bağçılıq-yoldaşlığın kitabçasında hüquq sahibinin ata adı tam yazılmamışdır və bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. O cümlədən elektron kadastr baza məlumatına əsasən ərazinin (373 kv.m hissəsi) və tikilinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı sahənin 47 metr və 60 metr məsafəsində ləğv edilmiş neft quyusun baza məlumatı mövcuddur. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilir.
7. ünvan 2 ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri 25 saylı notariat ofisində vərəsə İddiaçı (ünvan ünvan 4yanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2003-cü ildə vəfat etmiş X5 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına H.Z.Tağıyev adına NQÇİ bağçaçılıq birliyinin 219 №-li üzvlük biletinə əsasən 2/262 saylı sahədə yerləşən torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci maddəsi və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq X9 məxsus göstərilən əmlaka çıxarış verilməsi xahiş olunur.
8. Azərbaycan Respublikası ARDNS-nin “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna sahəsində yerləşən “Bahar” bağçılıq təsərrüfatının 2 saylı sahəsinin üzvlərinin Siyahısı: S.S X32 adı İşlədiyi yer Bağ sahəsinin kv..m 173 X19 AzərQaz 600
9. H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin xx.xx.1998-ci il tarixli 219 №-li Üzvlük Biletinə əsasən X19 H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyinin üzvüdür və ona 2/262 saylı bağ sahəsi ayrılmışdır.
10. X10 adına qeydiyyata alınmış 2/262 saylı bağ sahəsinə dair müəyyən edilmişdir: - H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1999-cu il tarixli 10 №-li Protokolundan Çıxarışda qeyd olunmuşdur ki, xx.xx.1988-ci il tarixli 9 saylı protokkolla N.N.Abdullayevaya verilmiş 2/262 saylı bağ sahəsi ərizəsinə əsasən onun adından çıxarılmışdır. Adına yazılmış üzvlük kitabçası hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. Sahəsi 600 kv.m olan 2/262 saylı bağ sahəsi X11 adına sənədləşdirilmiş və onun adına üzvlük kitabçası açılmışdır. - H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin xx.xx.1999-cu il tarixli 374 №-li Üzvlük Biletinə əsasən X23 H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür və ona sahəsi 600 kv.m olan 2/262 saylı bağ sahəsi ayrılmışdır. - H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq birliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq təsərrüfatının 2/262 saylı bağ sahəsi X11 adınadır və həmin bağ sahəsində abadlıq işləri görülüb. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/255 saylı Qərarına və “Bahar” b/y-nın xx.xx.1999-cu il tarixli 10 saylı protokoluna əsasən Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən 600 kv.m sahəsi olan 2/262 saylı torpaq sahəsinə dair X11 adına Torpaq sahəsinin planı və ölçüsü xx.xx.2007-ci il tarixdə tərtib olunmuşdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/262 saylı bağ sahəsi X11 adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - AN-İ ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X23 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/262 saylı bağ sahəsini X6 mülkiyyətinə vermişdir. - xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X20 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/262 saylı bağ sahəsini X21 mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/262 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ1093, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 122-ci Buzovna küçəsi, giriş 11) xüsusi mülkiyyət hüququ (tam) X10 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2/248-2/249/1248- 1249 saylı bağ evi (hazırda 1248 saylı) H.Z.Tağıyev adına NQÇİ bağçılıq yoldaşlığı birliyi tərəfindən verilmiş üzvlük kitabçasına əsasən xx.xx.2001-ci il tarixdə X1 adına ilkin qeydiyyata, daha sonra isə xx.xx.2017-ci il tarixdə bağ evinin yerləşdiyi 0.1204 ha torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qeydiyyata alınmışdır. X2 Bakı şəhəri 7 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-77 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1248 saylı bağ evinin yerləşdiyi 0.1204 ha torpaq sahəsindən 0.03 ha torpaq sahəsini X13 satmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1248 saylı bağ evi və onun yerləşdiyi 0.0904 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1248C saylı bağ evi və onun yerləşdiyi 0.03ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
12. SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, SOCAR-ın və Azərbaycan Neft Qaz X14 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 11 may 2010-cu il tarixli birgə əmr-qərarı ilə qüvvədə olan qanunvericiliyə uyğun olaraq SOCAR-ın idarə və müəssisələrində fəaliyyət göstərən Kollektiv Bağçılıq- Yoldaşlıq Təsərrüfatları 1 iyun 2010-cu il tarixdən ləğv edilmişdir. Bu səbəbdən, “Bahar” bağçılıq-yoldaşlığın nəzdində 2/262 saylı bağ sahəsinin həm X9, həm də X16 ayrılmasının səbəbləri barədə məlumatın verilməsi mümkün deyildir. SOCAR-ın Baş ofisin Mərkəzi Arxivində saxlanılan sənədlər arasında mövcud olan H.Z.Tağıyev adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatına üzv olan işçilərin siyahısından çıxarışı sizə təqdim edirik. Əlavə olaraq bildirilir ki, vətəndaş X4 iddia etdiyi ərazinin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatına ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməsinin dəqiqləşdirilməsinə və məhz bağçılıq təsərrüfatının ərazisi ilə bağlı qanunamüvafiq qərar qəbul edilməsini təmin etmək məqsədilə qeyd edilmiş sahənin yerləşmə yerinə dair məlumatların da məhkəmə sorğusu vasitəsilə müəyyən edilməsinə zərurəti vardır. Bunun üçün torpaq sahəsinin künc nöqtələrinin koordinatları SOCAR-a təqdim edilməli və ya ekspertiza keçirilməklə iddia edilən sahənin sənaye təyinatlı ərazilərə yox, məhz bağçılıq təsərrüfatının ərazisinə aid olması müəyyən edilə bilər. S.S X32 adı İşlədiyi yer Bağ sahəsinin kv..m 173 X19 AzərQaz 600 180 X23 H.Z.Tağıyev ad. NQÇİ 600
13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) Aktına əsasən bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində A – 1 mərtəbəli bağ evi, İ – anbar, İİ - s/q, İİİ – su anbarı və yarımçıq tikilisi var. Təqdim edilmiş bağçılıq yoldaşlığında bağın sahəsi qeyd olunmayıb. Bağ sahəsinin üstündən yüksək gərginlikli elektrik xətti keçir – 6 kV və ya 10 kV işıq dirəyi baş sahəsinin içində yerləşir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
25. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
26. X31 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
27. X31 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
28. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/262 saylı sahədə yerləşən 600 kv.m bağ sahəsinin mərhum babası X12 məxsusluğu barədə arayışın verilməsini tələb etmişdir.
29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, - H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin xx.xx.1998-ci il tarixli 219 №-li Üzvlük Biletinə əsasən X19 H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin üzvüdür və ona 2/262 saylı bağ sahəsi ayrılmışdır (Üzvlük Biletinin əslinə məhkəmə iclasında baxış keçirilmişdir). - ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna sahəsində yerləşən “Bahar” bağçılıq təsərrüfatının 2 saylı sahəsinin üzvlərinin Siyahısı: S.S X32 adı İşlədiyi yer Bağ sahəsinin kv..m 173 X19 AzərQaz 600
30. Məhkəmə hesab edir, H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin xx.xx.1998-ci il tarixli 219 №-li Üzvlük Bileti 2-22 nömrəli X22 Azərbaycan Respublikası ARDNS-nin “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna sahəsində yerləşən “Bahar” bağçılıq təsərrüfatının 2 saylı sahəsinin üzvlərinin Siyahısı ilə tamamlanmaqla iddiaçının mərhum babası X7 torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.
31. Cavabdeh orqan imtinanın ilkin dəlili olaraq qeyd etmişdir ki, Bahar” bağçılıq-yoldaşlığın nəzdində 2/262 saylı bağ sahəsi digər şəxsin (X23) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra özgəninkiləşdirilmişdir, hal-hazırda X10 mülkiyyətindədir.
32. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçının mərhum babası X19 və hazırda X10 adına qeydiyyata alınmış 2/262 saylı bağ sahəsinin ilkin mülkiyyətçisi X23 ayrı-ayrılıqda Azərbaycan Respublikası ARDNS-nin “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna sahəsində yerləşən “Bahar” bağçılıq təsərrüfatının 2 saylı sahəsinin üzvləri olmuşdurlar. Hər iki fiziki şəxsə torpaq sahəsinin ayrılması barədə ayrı-ayrı hüquqmüəyyənedici sənədlər mövcuddur. Cavabdeh orqan tərəfindən təqdim edilmiş bağ sahələrinə dair ortofoto çıxarışından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən bağ sahəsi və X10 adına qeydiyyata alınmış 2/262 saylı bağ sahələri fərqli ərazilərdə yerləşir və üst-üstə düşmür.
33. Belə olan təqdirdə məhkəmə hesab edir ki, digər şəxsə (X16) ayrılmış 2/262 saylı bağ sahəsi mübahisə predmetini təşkil edən bağ sahəsi ilə üst-üstə düşmür, ayrı-ayrı torpaq sahələridir, nömrə təkrarlanması baş vermişdir.
34. Odur ki, cavabdeh tərəfindən inventarlaşdırma qaydasında sıra nömrəsi müəyyən edilərək nömrə təkrarlanması aradan qaldırılmaqla iddiaçının mərhum babasının torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır.
35. Digər tərəfdən cavabdeh orqan bildirmişdir ki, elektron kadastr baza məlumatına əsasən ərazinin (373 kv.m hissəsi) və tikilinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməklə yanaşı sahənin 47 metr və 60 metr məsafəsində ləğv edilmiş neft quyusun baza məlumatı mövcuddur.
36. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Qaydaların 1.4-cü bəndinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu tələblərə əməl etməlidirlər.
37. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Məhkəmə həm də nəzərə alır ki, torpaq sahəsi məhz ARDNŞ-nin bağçılıq təsərrüfatı tərəfindən ayrılmışdır.
38. Cavabdeh imtinanın digər dəlili olaraq bildirmişdir ki, təqdim edilən bağçılıq-yoldaşlığın kitabçasında hüquq sahibinin ata adı tam yazılmamışdır və bağ sahəsinin ölçüsü qeyd olunmamışdır.
39. Məhkəmə qeyd edir ki, X7 ata adı ilə bağlı yanlışlığa yol verilməsi formal (texniki) xəta olmaqla iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Belə ki, təqdim edilən sənədlərə əsasən və işin faktiki hallarına məcmu halda qiymət verərək (arxiv sənədlərinin mövcudluğu, torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olması, notariusun müraciəti və s.) torpaq sahəsinin iddiaçının mərhum babası X12 məxsusluğu məhkəmədə hər hansı şübhə yaratmır.
40. Odur ki, H.Z.Tağıyev adına NQÇİ baxçaçılıq birliyinin xx.xx.1998-ci il tarixli 219 №-li X24 KİF Mirzəxan oğluna məxsusluğu faktının (mülki mühakimə icraatı qaydasında) müəyyən edilməsi həddən artıq formallıqdır və təqdim edilmiş sənədlər hüquqların qeydiyyatı üçün yetərlidir.
41. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin məhz hüquq müəyyənedici sənəd (ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna sahəsində yerləşən “Bahar” bağçılıq təsərrüfatının 2 saylı sahəsinin üzvlərinin Siyahısı) üzrə müəyyən edilmiş 600 kv.m sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir.
42. Məhkəmə nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur.
43. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının mərhum babasının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
46. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
47. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İnventarlaşdırma qaydasında nömrə təkrarlanması aradan qaldırılmaqla H.Z.Tağıyev adına NQÇİ-nin Buzovna sahəsində yerləşən “Bahar” bağçılıq təsərrüfatı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2/262 saylı sahədə ayrılmış 0,06 hektar torpaq sahəsinin iddiaçının babası mərhum X9 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva