Məhkəmə qərarları › İş №2-1(112)-3581/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3581/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3581/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “339 E” saylı 0,12 ha torpaq sahəsinə texpasportun və çıxarışın mərhum həyat yoldaşı X5 adına verilməsini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüqüqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X5 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsində yerləşən “339 E” saylı torpaq sahəsi keçmiş Azərbaycan SSR Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativi b/c №-li order ilə mərhum həyat yoldaşı X5 adına Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/439 №-li qərarına əsasən Maştağa bağlar sahəsində 50 №-li ВТК nəzdində 0,12 ha torpaq sahəsi olan “339 E” №-li bağ sahəsi verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən mütəmadi olaraq istifadə etmiş, hal-hazırda yuxarıda göstərilən torpaq sahəsi üzərində 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa etdirərək həmin evdə mübahisəsiz olaraq yaşayır və kommunal xidmətləri vaxtında ödəyirlər. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixli № BA-05747-2022 saylı arayışından görünür ki, keçmiş Bakı XDS İK-nin (indiki BŞİH) Arxiv Fondu üzrə xx.xx.1990-cı il tarixli 7/439 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. X1 ilə iş üzrə iddiaçı Tağıyeva (qızlıq soyadı Həsənova) Könül Gülbala qızı Bakı şəhəri, Sabunçu rayonu, Qeydiyyat şöbəsi tərəfindən rəsmi nikahları xx.xx.2013-cü il tarixli 31 № ilə qeyd edilmiş, həmin nikahdan qızları X13 anadan olmuşdur. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, ölüm faktı Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli 283 № ilə qeyd edilmiş, ölüm haqqında şəhadətnamə ilə təsdiq edilmişdir. Beləliklə də, mərhum həyat yoldaşından qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “339 E” saylı 0,12 ha torpaq sahəsinə dair qanun üzrə vərəsələri olan X13 və iş üzrə İddiaçı “Bakı şəhəri 11 saylı Notariat Ofisinə müraciət edərək onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər, ancaq həmin əmlaka dair torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə, Bakı şəhəri, Maştağa bağlar sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə malik “339E” saylı bağ sahəsinə dair X1nun adına çıxarış verilməsi” barədə Bakı şəhəri 11 saylı Notirat Ofisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli № X-A-1226 saylı məktubla müraciət olunmuş, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli № **********18 saylı məktubla qanunsuz və əsassız olaraq imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********18 saylı cavab məktubu ünvanlanmışdır. ünvan ahəsi 29799 nömrəli müqavilə əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı lə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətiriin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi oərara alınmışdır. “Daşnmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının ləzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə pair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliMə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 339E saylı, 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun X1na məxsus hesab olunması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 11 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin müvafiq Ərazi İdarəsinə və Asan Xidmət mərkəzlərinə ünvanladığı xx.xx.2022-ci il tarixli, X-K-1226 nömrəli məktubundan görünür ki, Bakı şəhəri. Maştağa bağlar sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə malik 339e saylı bağ sahəsi X1nun adına olmuş, lakin həmin əmlaka dair mülkiyyət hüququ onun ölümünə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlərlə əlaqədar olaraq Bakı şəhəri Maştağa bağlar sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə malik 339e saylı bağ sahəsinə dair X1nun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin BS nömrəli orderinə əsasən X7 Bakı şəhər İcraiyyə Komitəsinin 14 dekabr 1990-cı il tarixli 7/439 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi, 339e nömrəli bağ ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-00151/2023 nömrəli məktubu ilə göndərilmiş Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/439 saylı qərarının surətindən görünür ki, 2.5.109-cu sırada X5 adına Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubu ilə göndərilmiş X4 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 339E saylı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciəti əsasında hazırlanmış daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktının surətindən görünür ki, bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmışdır və hasarla 2 hissəyə ayrılmışdır. Bağ sahəsinə 2 ədəd 1 mərtəbəli yaşayış evləri və 2 ədəd su qovşaqları var. Arxiv qeydində göstərilən 339e saylı bağın sksnda koordinatları olmadığından elektron bazaya əsasən baxılması məqsədə uyğun olar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********81 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -X9 və İstismar Birliyi ilə X14 arasında bağlanmış xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən Maştağa qəsəbəsində 0.06 ha ölçüdə 339e saylı bağ sahəsi X6 icarəsinə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 339E saylı bağ evi (daşınma zəmlak 84.44 kv.m, torpaq sahəsi 0.06 ha) X6 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-330/2-6903/2023 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 339e saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə və Bağ Tikinti Kooperativinin (BTK) sxemində qeyd olunammışdır. Həmçinin, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparılmadığı üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən 339 e saylı bağ sahəsinin sənəd üzrə yerləşməsini müəyyənləşdirmək tərəfimizdən mümkün olmamışdır. Həmin məktubla göndərilmiş torpaq sahəsinə dair məlumatda 50 saylı BTK tərkibində Maştağa 339e saylı bağ sahəsinin sənədlə 1200 kv.m, faktiki 1250 kv.m, 50 kv.m torpaq sahəsi artıq olduğu qeyd edilmiş, bağ sahəsinin yerləşmə koordinatları qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********75 nömrəli məktubu ilə göndərilmiş ortofoto görüntüdə iddia olunan torpaq sahəsinin ətrafında (ən yaxın məsafədə) 339Q, 339X, 340D, 335J, 340N, 333A, 332A nömrəli bağ torpaq sahələri göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********66 nömrəli məktubu ilə göndərilmiş Maştağa qəsəbəsi, 335J saylı (yeni ünvanla 335H saylı bağ evi) və 339X saylı bağ sahəsi, eləcə də həmin bağdan bölünən 339K, 339Q saylı bağ sahələrinə (bağ evlərinə) dair hüquqmüəyyənedici sənədlərdən görünür ki: -50 saylı BTK-nın 71 nömrəli orderinə əsasən X15 Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli 6/387 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 0.12 ha ölçüdə 339X saylı bağ torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 339 x saylı bağ sahəsi X10 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -50 saylı BTK-nın B/S nömrəli orderə əsasən X16 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/439 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 0.12 ha ölçüdə 335 j saylı bağ torpaq sahəsi ayrılmışdır -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 335j saylı bağ sahəsi X11 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 339X saylı bağ sahəsi X17, X8, X3 adına hər birinə aid 1/3 hissədə xx.xx.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 vərəsəsi olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 339 e saylı 0,12 ha torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan imtinasında, eləcə də hazırkı iddiaya etirazında bağ sahəsinin bağların bölgüsünə dar sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi əsası ilə müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən bağ sahəsinə hüquqların X1na məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, oğluna Bakı şəhər İcraiyyə Komitəsinin 14 dekabr 1990-cı il tarixli 7/439 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində X7 bağ sahəsi ayrılmış, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin B/S nömrəli orderinə əsasən X7 ayrılmış 339e nömrəli bağ sahəsinin ölçüsü 0,12 ha ölçüdə olmaqla ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-00151/2023 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 14 dekabr 1990-cı il tarixli 7/439 nömrəli qərarından görünür ki, 2.5.109-cu sırada X7 Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/439 saylı qərarı, həmin qərarla bağ sahələri ayrılmış vətəndaşların siyahısı (2.5.109-cu sırada X22) dövlət arxivində mövcuddur,eləcə də iddiaçı tərəfindən B/S nömrəli X18 adına verilmiş orderin bir nüsxəsi cavabdeh qurumun arxiv qovluğunda saxlanılır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh tərəfindən Maştağa qəsəbəsi 339e saylı bağ sahəsinə dair həm iddiaçının iddia etdiyi hüquqmüəyyənedici sənədlər (order, arayış), eyni zamanda Maştağa qəsəbəsi ərazisində 339e saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı qeydiyyat sənədləri təqdim edilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, hazırkı iş üzrə Maştağa bağlar sahəsində 339e nömrəsi altında bağ sahəsi digər fiziki şəxsin (X6) adına qeydiyyata alınmış olsa da bu hal iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı sahib olduğu hüquqmüəyyənedici sənədlərin mötəbərliyini şübhə altına alınmasına əsas vermir. Belə ki, mərhum Ə.Tağıyevə 0.12 ha ölçüdə bağ sahəsi 50 saylı BTK tərkibində orderlə ayrılmışdır. X6 adına qeydiyyat keçmiş bağ sahəsi 0.06 ha olmaqla bağlar təsərrüfatı ilə bağlanmış icarə müqaviləsi əsasında keçmişdir. Başqa sözlə, qeyd edilən bağ sahələri eyni nömrə altında olsalar da iki müxtəlif hüquqmüəyyənedici sənədlə ayrılmış və iki müxtəlif ölçüdə və fərqli ərazidə yerləşən bağ torpaq sahələrinə aiddir, həmin bağ sahələri naturada üst-üstə düşmür. Beləliklə, iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Cavabdehin imtinaısnın, eləcə də iddiaya etirazının əsasında iddia olunan 339e saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə və BTK-ya aid sxemdə qeyd olunmaması, bağ sahəsinin sənəd üzrə yerləşməsinin müəyyən edilməsinin mümkün olmaması ilə bağlıdır. Məhkəmə cavabdehin imtina dəlili ilə razılaşmır. Əvvəla, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə surəti təqdim edilmiş bağ sahələrinin sxemində bağların nömrələri adi gözlə sezilməyəcək, ümumən oxunmaz şəkildədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, təqdim olunan sxematik xəritənin tərtib edilmə forması, yazı şrifti və dili 1990-cı ildən əvvəl tərtib olunduğu qənaətinə gəlməyə əsas verir. Mərhum V.Tağıyevə bağ sahəsi isə xx.xx.1990-cı ildə ayrılmışdır. Bu baxımdan 339e saylı bağ sahəsinin ondan öncə tərtib edilmiş ümumən Maştağa bağlar sahəsinin sxematik xəritəsində olmaması mümkündür. Həmçinin, eyni yanaşmanı həm də 50 saylı BTK-nın sxematik xəritəsi ilə bağlı da qeyd etmək olar. Belə ki, iddiaçının iddia etdiyi orderdə istinad olunan Bakı Şəhər İK-nin xx.xx.1990-cı il tarixli qərarı ilə mövcud bağ tikinti kooperativinin tərkibində bağ sahələri ayrılmış vətəndaşların adları, o cümlədən 2.5.109-cu sırada Ə.Tağıyevin adı qeyd edilmişdir. Başqa sözlə, 50 saylı BTK Ə.Tağıyevə bağ sahəsi ayrılmadan öncə yaradılmış və məhkəməyə təqdim edilən BTK-nın sxematik xəritəsi BTK-nın ilkin üzvlərinin adlarına ayrılmış bağ sahələrinin nömrələri və siyahısını göstərir. Bu baxımdan sonrakı sxematik xəritənin tərtib edilməməsi və ya yeni sxematik xəritənin tərtib edilərək arxivə təhvil verilməməsi bağ tikinti kooperativlərinin məsuliyyətinə aid olan msəələ olub, hazırkı halda iddiaçının istifadəsində olan hüquqmüəyyənedici sənəd üzrə iddia etdiyi bağ sahəsinin qeydiyyatını istisna etmir. Bundan əlavə, qeyd edilməlidir ki, iddia olunan bağ sahəsi iddiaçının faktiki isifadəsindədir, torpaq sahəsində fərdi yaşayış evləri yerləşir, cavabdeh tərəfindən sözügedən bağ sahəsinin yerləşmə koordinatları müəyyən olunmuş, cavbadeh orqan həmin koordinatlarda yerləşən torpaq sahəsinin hər hansı üçüncü şəxsə aid olması və ya üst-üstə düşməsi ilə bağlı dəlil irəli sürməmişdir. Eyni zamanda iddiaçının iddia etdiyi bağ sahəsinin və yerləşdiyi ərazinin ortofoto görüntüsündə 339e saylı bağ sahəsinin ətrafında yerləşən bağ sahələrinin (məsələn, 335J, 339X, 340D, 339Q, 340N və s) nömrə ardıcıllığına uyğun olduğu müəyyən olunur. Eyni zamanda qeyd etmək lazımdır ki, həmin bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, onlar arasında iddiaçı ilə eyni olan 50 saylı BTK tərkibində oxşar sənədlərlə (məsələn, 339x saylı bağ sahəsi 71 nömrəli orderə əsasən, 335 j saylı bağ torpaq sahəsi B/S nömrəli orderə əsasən) qeydiyyata alınmışlar. Başqa sözlə, 339X, 335 J kimi bağ sahələri də BTK-ya aid sxematik xəritədə öz əksini tapmasa da cavabdehin həmin bağ sahələrinin qeydiyyatını aparması, iddiaçıya münasibətdə isə iddia olunan bağ sahəsinin sxematik xəritədə öz əksini tapmamasına istinad edərək müraciəti təmin etməməsi ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunur. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Maştağa qəsəbəsi 0.12 ha ölçüdə 339e saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsində təhvil verildiyi müəyyən olunur. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin hansı nömrəli bağ sahəsinə uyğun gəldiyi barədə məhkəmənin sorğusuna cavabdeh orqan tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. Bundan əlavə hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan isə sözügedən torpaq sahəsinin Əvəz Tağıyevə aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 339e saylı bağ torpaq sahəsinə mülkiyyət hüququnun X1na məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,12 ha ölçüdə 339e saylı bağ torpaq sahəsinə mülkiyyət hüququnun X1na məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar