Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3581/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və nümayəndəsi (bacısı) X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 yanvar 2020-ci il tarixdə X34 Cümhuriyyətində anadan olmuş X10 doğum akt qeydinin aparılması və onun adına doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ilə 30 yanvar 2020-ci il tarixdə X34 Cümhuriyyətində anadan olmuş X3 doğum akt qeydinin aparılması və onun adına doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X11 ilə 29 oktyabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikah Bakı şəhəri Səadət Sarayında nikahın bağlanması haqqında akt qeydiyyatı kitabında xx.xx.2002-ci il tarixdə 1738 reyestrlə qeydə alınaraq AZ - İ № 016586 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnamə verilmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti 29 iyun 2011-ci il tarixdə Yasamal rayon Polis İdarəsi tərəfindən seriya AZE № 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsi və xx.xx.2018-ci il tarixdə verilmiş Ümumvətəndaş Pasportu ilə təsdiq olunur. X11 ilə birgə nikahdan 30 yanvar 2020-ci il tarixdə müvəqqəti yaşadıqları X34 X1 anadan olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, 30 yanvar 2020-ci il tarixdə anadan olmuş X10 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 23 may 2023-cü il tarixli ******* saylı qərarı ilə 30 yanvar 2020-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Bundan sonra 30 yanvar 2020-ci il təvəllüdlü X10 doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhər Cavabdehnə müraciət olunmuşdur. Bakı şəhər Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, №3-165/8-15-4224 saylı doğum akt qeydinin aparılmasından imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, müraciətə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən X21 X34 Respublikasında doğulduğu, doğumun həmin dövlətin səlahiyyətli orqanları tərəfindən qeydə alındığı məlum olmuşdur. X34 Respublikası hakimiyyət orqanları tərəfindən tərtib edilmiş sənədlər Azərbaycan Respublikasında etibarsızdır, bilavasitə və dolayı yolla təqdim edilməsindən asılı olmayaraq heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının Dövlət qeydiyyatı Qaydasf'nm 2.5ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd və s. təqdim edilir. Həmin Qaydanın 2.6-ci bəndinin tələbinə uyğun olaraq göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən X12 doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bakı şəhər Cavabdeh göstərilən hallara əsaslanmaqla 30 yanvar 2020-ci ildə anadan olmuş X10 doğum akt qeydinin aparılmasından və doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsini iddiaçı əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 23 may 2023-cü il tarixli ******* saylı qərarı ilə 30 yanvar 2020ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəinin tanınması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddisinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Göründüyü kimi, iddiaçı, Azərbaycan Respublikası vətəndaşıdır və 30 yanvar 2020-ci il təvəllüdlü qızı X10 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti vətəndaşlıq məsələləri üzrə dövlət siyasətini həyat keçirən Dövlət Miqrasiya Xidmətinin 23 may 2023cü il tarixli, 887271 saylı qərarı ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Qanunvericiliyə əsasən doğumun qeydə alınması və doğum haqqında məlumatların informasiya sisteminə ötürülməsi, qanuna əsasən müvafiq icra hakimiyyəti olan Cavabdeh qanunla müəyyən edilmiş vəzifəsinə aiddir. Lakin, cavabdeh inzibati orqan tərəfindən 30 yanvar 2020-ci il təvəllüdlü qızım X10 doğum akt qeydinin aparılmasından və buna dair müvafiq şəhadətnamənin verilməsindən əsassız olaraq imtina edilmişdir. Odur ki, 30 yanvar 2020-ci il təvəllüdlü qızım X10 doğum akt qeydinin aparılması və onun adma doğum haqqında Şəhadətnamənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
4. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə (bacısına) ünvanlanan məktubda qeyd olunmuşdur ki, müraciətə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən X21 X34 Respublikasında doğulduğu, doğumun həmin dövlətin səlahiyyətli orqanları tərəfindən qeydə alındığı məlum olmuşdur. X34 Respublikası hakimiyyət orqanları tərəfindən tərtib edilmiş sənədlər respublikamızda etibarsızdır, bilavasitə və dolayı yolla təqdim edilməsindən asılı olmayaraq heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd və s. təqdim edilir. Həmin Qaydanın 2.6-cı bəndinin tələbinə uyğun olaraq göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən X12 doğum faktının müəyyən edilməsi bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
5. AZ-İ 016586 nömrəli nikah haqqında Şəhadətnamədə qeyd olunmuşdur ki, X11 və İddiaçı arasında 29 oktyabr 2002-ci il tarixdə nikah bağlanmışdır.
6. X34 Respublikası tərəfindən təqdim edilmiş Doğum haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2020-ci il tarixdə Gazimağusa (Fatmagusta) Sakaryada doğulmuşdur. Şəhadətnamə Gazimağusa (Fatmagusta) Kaymakamlığı (Rayon Qubernatorluğu) tərəfindən xx.xx.2022ci il tarixdə verilmişdir.
7. X34 Respublikası Daxili İşlər Nazirliyi Əhalinin Qeydiyyatı və idarəsi Müdirliyi və Əhalinin Baş Katibliyi tərəfindən verilmiş 147492 nömrəli Doğum haqqında bildiriş şəhadətnaməsində qeyd olunmuşdur ki (doğuşda iştirak edən həkim və ya mama tərəfindən doldurulmuşdur), şəxsiyyəti qeyd olunan uşağın doğumu zamanı orada olmuşdurlar və uşağın doğumu qanunvericiliyə uyğun olaraq doğum dəftərinə qeydə alınmışdır. Uşağın cinsi (qız, oğlan): qız Tək, əkiz, üçəm və s.: tək Doğum tarixi: xx.xx.2020 Doğulduğu kəndin, məhəllənin adı: Sakarya, Gazimagusa Xəstəxanada və ya klinikada anadan olubsa adı: X33 Xəstəxanası Doğuş edən qadının adı və soyadı: Aytakın Abbasova Doğuş edən şəxsin vəsiqəsinin nömrəsi: C02157684 Doğuş edənin ünvanı: X31 Ərinin adı və soyadı (evli isə): Mikaıl Sıeıdov
8. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* Qərarına əsasən 30 yanvar 2020-ci il təvəllüdlü X25 Mıkaıl-ın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.
9. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və bildirdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçının əri X11 isə əvvəl Azərbaycan Respublikasının vətəndaşı olmuş, daha sonra Ukraynaya gedərək Okrayna Respublikasının vətəndaşı olmuşdur.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (bacısı) X23 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
II. İddianın növü
12. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
15. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İddia öhdəliyin icrasına dair iddiadır.
III. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
17. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
19. Hazırki iddia mahiyyət etibarilə yekunda qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum haqqında akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır.
20. Azərbaycan Respublikasının Ailə Məcəlləsindən: 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir
21. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarından: 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
22. Cavabdeh orqan imtinanın dəlili olaraq X4 X34 Respublikasında doğulduğunu, doğumun həmin dövlətin səlahiyyətli orqanları tərəfindən qeydə alındığını və X34 Respublikası hakimiyyət orqanları tərəfindən tərtib edilmiş sənədlərın respublikamızda etibarsız hesab olunaraq heç bir hüquqi nəticə yaratmadığını qeyd etmişdir.
23. Məhkəmə hesab ki, X34 Respublikası tərəfindən təqdim edilən doğum haqqında şəhadətnamə Azərbaycan Respublikası ərazisində birbaşa hüquqi nəticə yaratmasa da, X5 tibb müəssissəsi tərəfindən verilmiş arayış şəxsin doğum faktının qeydə alınması zamanı nəzərə alınmalıdır (2.5.3.-cü maddəyə bəndə əsasən). Belə ki, doğum faktının qeydə alınması üçün tibb müəssisəsindən təqdim edilən sənədin tələb olunmasında əsas məqsəd doğum faktının, vaxtının və yerinin təsdiq edilməsidir. Bu halda şəxsin doğum faktını, vaxtını və yerini təsdiq edən arayışın Azərbaycan Respublikası tərəfindən tanınmamış dövlətə məxsus tibb müəəsisəsi tərəfindən verilməsinin imtinanın əsası olaraq nəzərə alınması həddən artıq formallıq hesab oluna bilər. X34 Cümhuriyyətində yerləşən X33 Xəstəxanası tərəfindən təqdim edilmiş 147492 nömrəli Doğum haqqında bildirişdə (arayışda) iddiaçının qızı X3 xx.xx.2020-ci il tarixdə X33 Xəstəxanasında doğulduğu qeyd edilmişdir. Məhkəmə nəzərə alır ki, sözügedən arayışın mötəbərliyinə və həqiqiliyinə şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir.
24. Məhkəmə xüsusi olaraq qeyd edir ki, faktiki olaraq İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və doğum haqqında şəhadətnamə verilməsi tələb olunan iddiaçının qızı 30 yanvar 2020-ci il təvəllüdlü X3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* Qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.
25. X32 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X8rşı)
26. Məhkəmə qeyd edir ki, X6 doğum haqqında akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və iddianın təmin olunmasından imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.
27. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddia təmin edilməli, doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. 30 yanvar 2020-ci il tarixdə X34 Cümhuriyyətində anadan olmuş X3 doğum akt qeydinin aparılması və onun adına doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva