Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3582/2021 15.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X23 Xüsusi Şərtlərlə X4rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X23 Xüsusi Şərtlərlə Təyinat X22 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşının tamam olduğu 05 avqust 2020-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun yarandığını nəzərə alaraq, ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 avqust 1960-cı il tarixdə Azərbaycan Respublikasının Neftçala rayonunda anadan olmuşdur. 1978-ci ilin dekabr ayının 1-dən X20 İdarəsinin Kür ağzı Balıqçılıq Təsərrüfatında İİİ dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlamış, 27 dekabr 1978-ci il tarixdə hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. 03 yanvar 1979-ci il tarixdən 09 dekabr 1980-ci il tarixədək sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra yenidən 02.02.1981-ci ildən 16.11.1981ci il tarixədək Balıqçılıq İdarəsinin Hövzə təsərrüfatında motorist peşəsində işləmişdir. 1981-cı ilin sentyabr ayının 25-dən "Qafqazenerjiquraşdırma Trestinin” Abşeron Quraşdırma İdarəsinin Bakı quraşdışrma sahəsində 3-cü dərəcəli boruçəkmə çilingəri peşəsində işləməyə başlamış, 1983-cü ilin mart ayının 26-dan 4-cü dərəcəli boruçəkmə çilingəri, 1989-cu ilin yanvar ayının 1-dən texnoloji boruçəkmə işləri üzrə 4-cü dərəcəli quraşdırıcı, 1994-cü ilin yanvar ayının 3-dən 5-ci dərəcəli boruçəkmə çilingəri dərəcəsi almışdır. 1996-cı ilin may ayının 06-da öz xahişi ilə həmin idarədə işdən azad edilmişdir. 14.05.2001-ci il tarixdən 01.07.2001-ci il tarixədək, habelə 15.08.2001-ci il tarixdən Abşeron Quraşdırma İdarəsində 5-ci dərəcəli quraşdırıcı çilingər işləmişdir. 01.10.2001-ci il tarixdən Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək "xxxx" ATSC adlandırmışdır. O, həmin səhmdar cəmiyyətdə əmək fəaliyyətini davam etdirərək 01.04.2002-ci ildən 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş və 28.07.2002-ci il tarixdə əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar işdən azad edilmişdir. “Qafqazenerjiquraşdırma” Tresti keçmiş SSRİ-nin Energetika və Elektrikləşdirmə Nazirliyinin tərkibində olan ittifaq tabeçilik trest olmaqla, Şimali Qafqazda, Zaqafqaziya Respublikalarında və Türkmənistanda istilik və atom elektrik stansiyalarının enerji bloklarının, İstilik-Elektrik Mərkəzlərində qazanların, turbinlərin quraşdırılması üzrə ixtisaslaşmış quraşdırma müəssisəsi olmuşdur. O, həmin trestin Abşeron Quraşdırma İdarəsində işləyərkən Azərbaycan DRES-in hər birinin gücü 300 meqavat olan 8 enerji blokundan 7-sinin (2-8-ci enerji blollarında) quraşdırışmasında iştirak etmişdir. Həmin obyektdə gələcəkdə 250 atmosfer təzyiqi altında və 520 dərəcə selsi temperaturda işləyəcək xüsusi təyinatlı qaz borularının quraşdırılması işlərini yerinə yetirmiş, Sumqayıt şəhərində 1 və 2 №-li İstilik- Elektrik Mərəzlərində, FP-300 qurğusunda, Superfosfat zavodunda, Bakı şəhərində, "Qırmızı-Ulduz" İEM-də, 2 №-li İEM-də, Neftyağ zavodunda unikal qurğuların quraşdırılmasında, Volqadonsk Atom-Elektrik stansiyasınm, Astarxan İEM-nin, Krasnovodsk İEM-nin, Aşqabad İEM-nin, Marı İEM-nin quraşdırılmasında, təmirində və yenidənqurulması işlərində çalmışdır. Həmin obyektlərdə böyük həcmli metal konstruksiyalarının, boruların quraşdırılması qaz kəsmə və qaz qaynaq işlərinin, arqonla qaynaq işlərinin, əl ilə elektrik qaynaq işlərinin yerinə yetirilməsi işləri icra edilmişdir. O, 08.08.2002-ci il tarixdən 25.10.2004-cü il tarixədək, daha sonra 24.10.2007-ci il tarixdən 03.12.2008-ci il tarixədək və 26.05.2014-cü il tarixdən 30.03.2018-ci il tarixədək fasilərlə AZFEN X1raşdırılması işlərində işləmişdir. "xxxx" X19-063, AzfD73 və Azf086 layihələri çərçivəsində Səngəçal neft terminalı və Şahdəniz Layihəsi üçün mürəkkəb texnoloji qurgular hazırlanmış və dənizdə quraşdırılmışdır. 27.10.2004-cü ildən 22.10.2007-ci il tarixədək "xxxx" ASC-də quraşdırıcı peşəsində işləmişdir. Bundan sonra da o, "xxxx" MMC-də, "xxxx" ASC-də, "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı peşəsində işləmişdir. "X24" ASC-də və eyni adlı MMC-də işləyərkən "Maqdermat" şirkətinin sifarişi ilə "Şahdəniz" Layihəsi üçün metal konstruksiyalar quraşdırılmışdır. "xxxx" ASC-də "xxxx" MMC-də, Sumqayıt Texnologiyalar parkında işləyərkən Bayraq meydanında, Metaləritmə sexinin qaz boru xəttində arqon qaynaq işlərini icra etmiş, Ağır Sənaye və maşınqayırma zavodu tikintirində metal konstruksiyaların quraşdırılması işləri icra edilmişdir. 11.03.2019cu il tarixdən "BOS Şelf' MMC-də X3 üzrə quraşdırıcı peşəsində işləyir və hal-hazırda həmin müəssisədə işini davam etdirir. "BOS Self” MMC-də BİPİ şirkətinin, Total Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sifarişləri ilə X9raşdırılmışdır. Onun işlədiyi iş sahələri və peşələr, cüzi istisnalarla güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalat sahələrinə və peşələrə aiddir. İşlədiyi işlərin güzəştli iş sahələrinə aid olması keçmiş "Qafqazenerjiquraşdırma" X8 İdarəsinin bazasında yaradılmış "xxxx" ASCnin, "xxxx" ASC-nin AZFEN B.M-nin, "xxxx"xxxx"xxxx"xxxx"BOS Şelf' MMC-nin müvafıq arayışları ilə də təsdiq olunur. Həmin iş sahələri və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXVİİ-ci və XXXlİİ-cü fəsllərində və 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərar ilə təsdiq edilmiş Siyahının 29-cu və 35-ci bölmələrində nəzərdə tutulmuşdur. Onun 60 yaşının tamam olduğu 05 avqust 2020-ci il tarixə ümumi əmək (sığorta) stajı 35 il 5 ay, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə isə sığorta stajı 32 il 8 ay 12 gün təşkil edir. Bundan sonra da işini davam etdirir. Ona görə də "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə ona 60 yaşına çatdığı vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh Filial 18 noyabr 2020-ci il tarixli, **********5 №-li məktubla onun güzəştli şərtlərlə 60 yaşından əmək pensiyası təyin edilməsi barədə 17.09.2020-ci il tarixli ərizəsini təmin etməmişdir. İmtina məktubunun tarixi 18 noyabr 2020-ci il qeyd edilsə də ona 10 dekabr 2020-ci il tarixdə verilmişdir. Cavabdeh onun qanuni tələbini təmin etmədiyi üçün, o öz hüquqununu məhkəmə müdafiəsini tələb etmək qərarına gəlmişdir və məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, Filial **********5 saylı, 18.11.2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təminindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az (08 il 06 ay 24 gün) təşkil edir. İddiaçıya məxsus İT-İ seriyalı, ******* saylı, 11 dekabr 1978-ci il tarixdən tərtib olunmuş əmək kitabçasından aydın olur ki, iddiaçı müxtəlif tikinti-quraşdırma müəssisələrində “boruçəkən çilingər”, “quraşdırıcı çilingər”, “quraşdırıcı”, “metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşələrində çalışmışdır. İddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının aşağıdakı bölmələrinə istinad edir: “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsi (********) 2290000a—14612: polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar; “XXXİİİ. Ümumi peşələr” bölməsi (********). 23200000—11618: qazla kəsicilər; 23200000—19906: əl ilə qaynaq aparan elektrik qaynaqçıları İddiaçımn bina, qurğu və obyektlərin inşası sahəsində çalışdığı aydındır. NK-nın məlum Qərarı il təsdiqlənmiş 2 saylı Siyahının 27-ci bölməsində “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” peşəsi öz əksini tapmışdır. İddiaçıya məxsus əmək kitabçasında yalnız X16 08.08.2002-25.10.2004-cü (02 il 02 ay 18 gün) illərdə “quraşdırıcı”, 24.10.2007-03.12.2008-ci (01 il 01 ay 10 gün) və 26.05.2014-30.03.2018-ci (03 il 10 ay 05 gün) illərdə “konstruksiya quraşdırıcı” peşəsində çalışdığı (cəmi 07 il 02 ay 03 gün) qeyd edilib. Eyni zamanda, "xxxx" MMC-də 11 mart 2019-cu il tarixdən “metal konstruksiyalarm quraşdırılması üzrə quraşdırıcı” peşəsində çalışdığı müəyyən edilir. İddiaçının 60 yaşının tamam olduğu tarixə (yəni 05 avqust 2020ci ilə) olan müddət - 01 il 04 ay 24 günə bərabərdir. Göründüyü kimi, iddiaçının yalnız bu iki müəssisədə çalışdığı peşələr “2290000a— 14612” kodu altında nəzərdə tutulmuş peşəyə - “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar" peşəsinə uyğun gəlir. Lakin bu dövr 12 il 6 aydan az (08 il 06 ay 27 gün) təşkil edir. Məlum 2 saylı Siyahının 27-ci bölməsində “boruçəkən çilingər”, “quraşdırıcı çilingər” peşələri nəzərdə tutulmayıb. Digər tərəfdən, 33-cü Bölməyə istinad etməkdə haqlı deyildir. Belə ki, iddiaçının istinad etdiyi kodlar altında nəzərdə tutulmuş peşələrdə çalışması müəyyən edilmir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci ildə Neftçala şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 03.01.1979-cu ildən 09.12.1980-ci ilə qədər (1 il 10 ay 29 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının lazımi qaydada tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 01.12.1978-ci ildən 27.12.1978-ci ilə qədər X20 İdarəsinin Kür ağzı Balıqçılıq Təsərrüfatı İdarəsində 3-cü dərəcəli fəhlə vəzifəsinə təyin edilmişdir (27 gün), 02.02.1981-ci ildən 16.09.1981-ci ilə qədər Kür ağzı Balıqçılıq İdarəsinin Hövzə təsərrüfatında maşinist (7 ay 15 gün), 25.09.1981-ci ildən 26.10.1983-cü ilə qədər “QEQ” X8 İdarəsində 3-cü dərəcəli və 4-cü dərəcəli boruçəkən (2 il 1 ay 2 gün), 26.10.1983-cü ildən 06.05.1996-cı ilə qədər “Qafqazenerjiquraşdırma” X5 İdarəsində 3-cu, 4-cü və 5-ci dərəcəli texnoloji boru kəməri quraşdırıcısı (12 il 6 ay 11 gün), 14.05.2001-ci ildən 01.07.2001-ci ilə qədər Abşeron Quraşdırma İdarəsində 5-ci dərəcəli quraşdırıcı çilingər (1 ay 18 gün), 15.08.2001-ci ildən 28.07.2002-ci ilə qədər Abşeron Quraşdırma İdarəsində (01.10.2001-ci ildə adı dəyişdirilərək Enerjiquraşdırma KEM ATSC adlandırılmışdır) 5-ci və 6-cı dərəcəli quraşdırıcı-çilıngər (11 ay 14 gün), 08.08.2002-ci ildən 25.04.2004-cü ilə qədər AZFEN Birgə Müəssisədə quraşdırıcı (1 il 8 ay 18 gün), 27.04.2004-cü ildən 22.10.2007-ci ilə qədər Metal-Qaynaq-Sınaq ASC-də quraşdırıcı (3 il 5 ay 26 gün), 24.10.2007-ci ildən 03.12.2008-ci ilə qədər AZFEN Birgə Müəssisədə 6-cı dərəcəli konstruksiya quraşdırıcı (1 il 1 ay 10 gün), 05.12.2008-ci ildən 30.05.2009-cu ilə qədər "xxxx" MMC-də 6-cı dərəcəli quraşdırıcı (5 ay 26 gün), 01.06.2009-cu ildən 29.12.2012-ci ilə qədər "xxxx" ASC-də 6-cı dərəcəli quraşdırıcı (3 il 6 ay 29 gün), 30.12.2012-ci ildən 19.05.2014-cü ilə qədər "xxxx" MMC-də Ağırmaşınqayırma zavodunun 1 №-li Quraşdırma sahəsinin hazırlanma bölməsində 6-cı dərəcəli quraşdırıcı (1 il 4 ay 20 gün), 26.05.2014-cü ildən 30.03.2018-ci ilə qədər X16 6-cı dərəcəli konstruksiya quraşdırıcısı (3 il 10 ay 5 gün), 25.04.2018-ci ildən 25.05.2018-ci ilə qədər “X25 Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində borucu briqadirinin köməkçisi (1 ay 1 gün), 11.03.2019-cu ildən hal-hazıra kimi "xxxx" MMC-də metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı vəzifəsində işləyir. - "xxxx" ASC-nin 01-EP/524 №-li, 09.09.2020-ci il tarixli arxiv arayışından görünür ki, X6 01.06.2009-cu ildə (əmr 01 a/21-kş, 02.06.2009-cu il) Sumqayıt Texnologiyalar Parkının “Tikinti Layihəsi”nin Quraşdıma sahəsinə 6-cı dərəcəli quraşdırıcı peşəsinə işə qəbul edilib, 17.12.2012-ci ildə ( əmr №-li 741-kş, 17.12.2012-ci il) peşə və dərəcəsi saxlanılmaqla Ağır Maşınqayirma zavodunun 1 №-li Quraşdırma sahəsinin Hazırlanma bölməsinə keçirilmişdir və 29.12.2012-ci ildə (əmr № 48/6-kş, 29.12.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması ilə ) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az.Res-nın Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarının XXVİİ. Bina, qurğu və digər obyekliərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə quraşdırıcılar 2290000a—14612 saylı şifrəsinə əsasən (01.06.2009- 29.12.2012-ci illər) xüsusi zərərli əmək şəraiti hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 29 il, 02 ay, 11 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323№-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. - "xxxx" ASC-nin 01.08.2020-ci il tarixli güzəştli arayışından görünür ki, X6 25.09.1981-ci ildə, 109/k saylı əmrə asasən QAFQAZENERJİQURAŞDİRMA (KEM) X8 İdarəsinə, boru kəmərlərinin quraşdırılması üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir. 26.03.1983-cu ildə, 73/k sayrı əmrə əsasən boru kəmərlərinin quraşdırlması üzrə çilingər üçün 4-cü dərəcə almışdır. 26.10.1983-cu ildə, 355/k saylı əmrə əsasən Abşeron Quraşdırma İdarəsinin Mingəçevirdə yerləşən quraşdırma sahəsində işləmək üçün ezamiyyətə göndərilmişdir. 27.01.1989-cu ildə, 6 saylı əmrlə (ETKC-1983) texnoloj boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 4-cü dərəcə almışdır. 03.01.1994-cu ildə 01/k saylı əmri ilə boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 5-ci dərəcə almışdır. 06.05.1996-cı ildə ƏM-nin 37-cü bəndinə əsasən 23/k saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. 14.05.2001-ci ildə Abşeron Quraşdırma İdarəsində, əmək müqaviləsi bağlanaraq, 37/k saylı əmrlə boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmişdir. 01.07.2001-ci ildə əmək müqavilləsi bitdiyinə görə 42/k saylı əmri ilə işdən azad edilmişdir. 15.08.2001-ci ildə əmək müqaviləsi bağlanaraq, 24/k saylı əmri ilə boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmişdir. 01.04.2002-ci ildə 15/k saylı əmrlə boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 6-ci dərəcə almışdır. 28.07.2002-ci ildə əmək müqaviləsinin vaxtı başa çatdığına görə 21/k saylı əmri ilə işdən azad edilmişdir. İşlədiy sahələrin (qazan və turbin) zərərli sahələr olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı qərarına (fəsil 2q) əsasən güzəştli şərtlər ilə təqaüdə çıxmağa uyğun hesab edirlər. 01.10.2001-ci ildə 24/k saylı əmrlə Abşeron quraşdırma idarəsinin adı dəyişdirilərək Enerjiquraşdırma KEM ASC olmuşdur. - X17 AZF-2020/19/K №-li, 07.09.2020-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı Azfen BM-in layihələrində dəniz platformaları üst tikililərinin polad-dəmir konstruksiyalarınının quraşdırılmasında, emalatxanada detalların hazırlanmasında, platformanın üzərində yerləşən modulların və polad-dəmir konstruksiyaların quraşdırılmasında, avadanlıq quraşdırıcısı kimi platformaların üzərində olan avadanlıqların quraşdırılmasında, avadanlıqların istismara verilməsində işləmişdir. Onun X16 güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməli: 08.08.2002-25.10.2004-ci ilə qədər X17 Azf-063 layihəsində quraşdırıcı peşəsində 02 il 02 ay 18 gün (iki il iki ay on səkkiz gün) çalışmışdır, 24.10.2007-03.12.2008-ci ilə qədər X17 Azf-073 layihəsində konstruksiya quraşdırıcı peşəsində 01 il 01 ay 10 gün (bir il, bir ay, on gün) çalışmışdır, 26.05.2014-30.03.2018-ci ilə qədər X17 Azf-086 layihəsində konstruksiya quraşdırıcısı peşəsində 03 il 10 ay 5 gün (üç il, on ay, beş gün) çalışmışdır. Cəmi 07 il, 02 ay, 03 gün (yeddi il, iki ay, üç gün). Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş «Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar» bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - "xxxx" MMC-nin 45 №-li, 10.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-də 27.10.2004-cü il tarixdən 22.10.2007-ci il tarixədək quraşdırıcısı işində, bilavasitə çənlərin, rezervuarların, buxar qazanlarının daxilində polad borularının quraşdırlması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin edilmişdiir. S.Ə.Abduİİayevin icra etdiyi - rezervuarların, bakların, mazut sistemlərinin və polad borularının quraşdırılması üzrə boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublika NK-nin 23.01.2007-ci il tarixli 12 saylı qərarını “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bölməsinə uyğundur. - "xxxx" MMC-nin 122 №-li, 08.09.2020-ci il tarixli güzəştli arayışından görünür ki, X6 30.12.2012-ci il tarixindən 19.05.2014-cü il tarixinədək "xxxx" MMC-nin 1 N-li Ağır maşınqayırma zavodunun Quraşdırma sahəsinin Hazırlanma bölməsində 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 1 (bir) il 4 (dörd) ay 19 (on doqquz) gün təşkil edir. - "xxxx" MMC-nin HR-2020/BOS/GHA/R-00/3894 №-li, 17.08.2020-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı BOS Şelf MMC-də 11.03.2019-ci il tarixdən bu günədək metal Konstruksiyaların Quraşdırılması üzrə quraşdırıcı peşəsində işləyir. BOS Şelf MMC 29.10.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü "stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən Abduİİayev Səfəralı Əlirza oğlunun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Abduİİayev Səfəralı Əlirza oğlunun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 1 il 5 ay 8 gün təşkil edir. - Filialın iddiaçının 17.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 18.11.2020-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 24 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 24.05.2021-ci il tarixli güzəştli arayışından görünür ki, X6 25.09.1981-ci ildə 109/k saylı əmrə asasən QAFQAZENERJİQURAŞDİRMA (KEM) X8 İdarəsinə boru kəmərlərinin quraşdırılması üzrə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir. 26.03.1983-cu ildə, 73/k sayrı əmrə əsasən boru kəmərlərinin quıraşdırılması üzrə çilingər üçün 4-cü dərəcə almışdır. 26.10.1983-cu ildə, 355/k saylı əmrə əsasən Abşeron Quraşdırma İdarəsinin Mingəçevirdə yerləşən quraşdırma sahəsində işiəmək üçün ezamiyyətə göndərilmişdir. 27.01.1989-cu ildə, 6 saylı əmrlə (ETKC-1983) texnoloj boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 4-cü dərəcə almışdır. 03.01.1994-cu ildə 01/k saylı əmri ilə boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 5-ci dərəcə almışdır. 06.05.1996-cı ildə ƏM-nin 37-ci bəndinə asasən 23/k saylı əmriə öz xahişi ilə işdən azad edilmişdir. 14.05.2001-ci ildə Abşeron Quraşdırma İdarəsində, əmək müqaviləsi bağlanaraq, 37/k saylı əmrlə boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmişdir. 01.07.2001-ci ildə əmək müqaviləsi bitdiyinə görə 42/k saylı əmri ilə işdən azad edilmişdir. 15.08.2001-ci ildə əmək müqaviləsi bağlanaraq, 24/k saylı əmri ilə boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmişdir. 01.04.2002-ci ildə 15/k saylı əmrlə boru kəmərlərinin quraşdırılması üzrə çilingər üçün 6-ci dərəcə almışdır. 28.07.2002-ci ildə əmək müqaviləsinin vaxtı başa çatdığına görə 21/k saylı əmri ilə işdən azad edilmişdir. X6 işlədiyi zərərli sahələr: Sumqayıt Elektrik Stansiyasında qazanxanın və kondensatorun daxili ara kəsmələrində təmir işləri, X12 12 ədəd rezervuarların (V = 20000 m3 -30000 m3) quraşdırılması, mazut və yanacaq çənlərinin daxili təmiri, Mingəçevir-Elektrik Stansiyasında, Şimal Elektrik Stansiyasında, Bayramzadə adına İstilik-Elektrik mərkəzində, Kimyəvi sexdə filtiriərin daxili təmirində işləmişdir. X7 25.09.1981-ci ildən 28.07.2002-ci ilə qədər işlədiyi borucu peşəsinin funksiyaları Azərbaycan Respublikası Naziriər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmişdir. Siyahıda (fəsil 29) bina, qurğu və digər obyektlərin inşası, yenidən quraşdırılması, Bərpası və təmiri a) fəhlələr sənayə dəmir beton borularının boruçəkənləri peşəsinin funksiyaları ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərənna əsasən (fəsil 29) işlədiyi səhələr zərərli olduğu üçün güzəştli şərtlərlə təqəüdə çıxmaq hüququ daşıyır. - "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 01-FA/317 №-li, 19.05.2021-ci il tarixli işin xarakteri haqqında arxiv arayışından görünür ki, X6 01.06.2009-cu ildə (əmr 01 a/21-kş, 02.06.2009-cu il) Sumqayıt Texnologiyalar Parkının “Tikinti Layihəsi”nin Quraşdıma sahəsinə 6-cı dərəcəli quraşdırıcı peşəsinə işə qəbul edilib, 17.12.2012-ci ildə (əmr №-li 741-kş, 17.12.2012-ci il) peşə və dərəcəsi saxlanılmaqla Ağır Maşınqayirma zavodunun 1 №-li Quraşdırma sahəsinin Hazırlanma bölməsinə keçirilmişdir və 29.12.2012-ci ildə (əmr № 48/6-kş, 29.12.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması ilə ) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az.Res-nın Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarının XXVİİ. Bina, qurğu və digər obyekliərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə quraşdırıcılar 2290000a—14612 saylı şifrəsinə əsasən 01.06.2009-cu ildə Sumqayıt Texnologilar Parkının “Tikinti Layihəsində” quraşdırılan polad konstruksiyaların quraşdırılmasını və obyektlərin inşası işlərini yerinə yetirilmişdir. 17.12.2012-ci ildən 29.12.2012-ci ilədək Sumqayıt Texnologiyalar Parkının “Tikinti Layihəsi”nin Ağır Maşınqayırma zavodunda Quraşdırma sahəsinin Hazırlanma bölməsində inşa edilmiş bina, qurğu və digər obyektlərin texniki təchizatını və qurulmasını təmin edilmiş bina, qurğu və digər obyektlərin texniki təchizatını və qurulmasını təmin edildiyinə görə göstərilən Qərarın qeyd olunan kodlarına uyğun olaraq xüsusi zərərli əmək şəraitində işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Güzəştli pensiya üçün staj: 03 il 06 ay 28 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il, 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. - Filial tərəfində məhkəməyə ünvanlanmış **********3 №-li, 21.04.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16548,03 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 52413,51 manat olmaqla cəmi pensiya kapitalı 68961,54 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39200,00 manat məbləğində hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:
1. İddiaçının 60 yaşının tamam olması;
2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı 05 avqust 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur, sonuncunun 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq, yəni 34 il 11 ay 15 gündür, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 68961,54 manat olmaqla ona münasibətdə tələb olunan 39200,00 manat məbləğində artıqdır. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan dörd elementdən üçü mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı cavabdeh inzibati orqan həmin müddətin 12 il 6 aydan az, yəni 8 il 6 ay 24 gün təşkil etdiyini bildirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir. Həmin siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarından görünür ki, İddiaçı işlədiyi müəssisələr, yəni "xxxx" ASC, "xxxx" ASC, "xxxx" B.M., "xxxx" MMC, "xxxx" MMC, "xxxx" tərəfindən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar təqdim edilmişdir. Həmin arayışlara əsasən İddiaçı 01.01.1989-cü ildən 03.01.1994-ci ilə kimi "xxxx" ASC-də işlədiyi texnoloji boru kəmərlərinin quraşdırıcısı, 08.08.2002-ci ildən 25.10.2004cü ilə kimi, 24.10.2007-ci ildən 03.12.2008-ci ilə kimi, 26.05.2014-cü ildən 30.03.2018-ci ilə kimi "xxxx" Birgə Müəssisəsində işlədiyi quraşdırıcı və konstruksiya quraşdırıcısı, 27.04.2004-cü ildən 22.10.2007-ci ilə qədər Metal-Qaynaq-Sınaq ASC-də işlədiyi quraşdırıcı, 05.12.2008-ci ildən 30.05.2009-cu ilə kimi "xxxx" MMC-də işlədiyi quraşdırıcı, 01.06.2009-cu ildən 29.12.2012-ci ilə kimi "xxxx" ASC-də işlədiyi quraşdırıcı, 11.03.2019cu ildən 05.08.2020-ci il tarixədək "xxxx"-də işlədiyi metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsində nəzərdə tutulmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsi və vəzifəsinə uyğundur. Belə olan halda İddiaçı 60 yaşının tamam olduğu günə güzəştli iş stajı 12 il 6 aydan artıq, yəni 20 il 7 ay 26 gün təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan hər dörd halın mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 05.08.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 05.08.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 05.08.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X23 Xüsusi Şərtlərlə Təyinat X21 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova