Məhkəmə qərarları › İş №2-1(112)-3582/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3582/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3582/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməinə müraciət edərək xx.xx.2020-ci il tarixli, **********612500 saylı, xx.xx.2020-ci il tarixli, **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində idarənin xx.xx.2020-ci il tarixli qərarları ilə 2019-cu ilin aprel ayı üzrə 18476,70 manat, may ayı üzrə 19092,59 manat, iyun ayı üzrə 18476.70 manat və iyul ayı üzrə 3079.45 manat ƏDV hesablanmışdır. Belə ki, iddiaçı 2017-ci ildə ünvan 1 ünvanında yerləşən “Aynur” Gözəllik Salonunda fəaliyyət göstərirdi. 2019-cu ilin mart ayında obyektdə xronometraj üsulu ilə nəzarət tədbiri həyata keçirildi. Onlar həmin obyektdə iddiaçının vergi uçotu ilə bir neçə şəxs olaraq fəaliyyət göstərirdilər. Bundan sonra hər bir tərəf öz payını bölmüş və xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən o həmin obyektin 70 kv.m-ni "xxxx" MMC-yə (VÖEN: **********) və digər 70 kv.m-ni "xxxx" MMC-yə (VÖEN: **********) vermişdir. Həmin icarə müqavilələri vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınmışdır. Lakin sonradan vergi orqanı tərəfindən onlara uyğunsuzluq məktubu gəlməyə başlamış və onlar vergi orqanında olan uçot baza və icarə müqavilələri əsasında vəziyyəti izah etmişlər. Eyni zamanda, xx.xx.2019-cu il tarixdə baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə rəsmi müraciət etmişlər. Onların müraciətlərini nəzərə alıb hesablama aparmadılar, lakin müşahidə də həyata keçirmədilər. Lakin sonrada məlum oldu ki, 2019-cu ilin mart ayında həyata keçirilmiş XMM əsas götürülərək xx.xx.2019-cıı il tarixdə onu ƏDV qeydiyyatına almışlar və qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. Bu qeydiyyatın nəticəsində də 2020-ci ilin may ayında qeyd edilən hesablamalar aparılmışdır. Qeyd edilən hesablamaların aparılması Vergi Məcəlləsinin tələblərinə ziddir. Çünki, 2019-cu ilin mart ayında həyata keçirilmiş XMM-dən sonra onun satış dövriyyəsi dəyişmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə yeni XMM keçirilməsini tələb etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu ilin aprel, may, iyun və iyul aylarının ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 73342,90 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (121125,0 manat) məbləğdən 47782,10 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********236700 nömrəli Kameral uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, İddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin aprel ayı ƏDV bəyannaməsi üzrə 7288,8 manat əlavə vergi məbləği hesablanmış, bu barədə İddiaçıya xx.xx.2020-ci il tarixli **********975300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 2019-cu ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannamənin "301.ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 6314,89 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (125162,5 manat) məbləğdən 118847,61 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********236700 nömrəli Kameral uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin may ayı ƏDV bəyannaməsi üzrə 18129,3 manat əlavə vergi məbləği hesablanmış, bu barədə İddiaçıya xx.xx.2020-ci il tarixli **********040700 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 2019-cu ilin iyun ayı üzrə təqdim edilmiş ƏDV bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 8792,18 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (121125,0 manat) məbləğdən 112332,82 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********973600 nömrəli Kameral uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 17135, 52 manat əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********612500 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 2019-cu ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar" sətrinin “Dövriyyə məbləği" (ƏDV daxil) sütununda olan 7074,10 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (20187,5 manat) məbləğdən 13113,40 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********236700 nömrəli Kameral uyğunsuzluq məktubu göndərilmiş və müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin, iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin iyul ayı ƏDV bəyannaməsi üzrə 2000,35 manat əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********986700 nömrəli "Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsində vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1 -ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq hüququ vardır. Vergi Məcəlləsinin 50-1.6-cı maddəsinə əsasən xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Vergi Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş Xronometraj metodu ilə müşahidə aparılması qaydalarının 2.17-ci maddəsinə əsasən müşahidənin nəticələri üzrə müəyyən edilmiş istehsal həcminin və malların (işlərin, xidmətlərin) satış dövriyyəsinin vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələrdə öz əksini tapmaması təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanması və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında kameral qaydada vergi yoxlaması aparılmasına əsas verir. Əlavə olaraq bildiririk ki, ƏDV qeydiyyatının ləğvi Vergi Məcəlləsinin 158-ci maddəsi ilə tənzimlənir. Məcəllənin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddələrində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəməyə təqdim olunmuş sübutlar və inzibati iş üzrə məhkəmənin sərəncamı əsasında cavabdeh etirazından da göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kamaral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından görünür ki: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********0558 saylı xronometraj metodu ilə müşahidə aparılması haqqında qərarından görünür ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən obyektdə xx.xx.2019-cu il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY191323841 saylı çıxarışdan görünür ki, iddiaçıya məxsus obyektdə (gözəllik salonu) xx.xx.2019-ci il tarixdən xx.xx.2019-cu il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qeydiyyata alınmışdır. -Xronometraj müşahidənin nəticəsi nəzərə alınmaqla vergi orqanı tərəfindən vergi ödəyicisinin xx.xx.2019-cu il tarixdə ƏDV qeydiyyatına alınması və qeydiyyatın qüvvəyə minmə tarixinin xx.xx.2019-cu il olması göstərilmişdir. -Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020667 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək göstərdiyi xidmətə görə xidmət dövriyyəsi fiskal hesabata əsasən 24225 manat, orta günlük xidmət dövriyyəsi isə 4037, 5 manat təşkil etdiyi müəyyən edilmişdir. -Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020673 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 1785 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020672 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 4035 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020671 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 5267 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020670 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 4710 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020669 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 6578 manat təşkil etdiyi müəyyən edilmişdir. - Vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020668 saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 1850 manat təşkil etdiyi müəyyən edilmişdir. - 17 mart 2020-ci il tarixli **********403800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubundan görünür ki, yaranmış kənarlaşmalarla bağlı məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. -Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********088000 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin aprel ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) aprel ayı üzrə 121125.0 manat müəyyən edildiyindən 18.476,70 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. -Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********084200 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin may ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) may ayı üzrə 125162.5 manat müəyyən edildiyindən 19.092,59 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********093200 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin iyun ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) iyun ayı üzrə 121125.0 manat müəyyən edildiyindən iddiaçıya iyun 2019-cu il üçün 18.476,70 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********080400 saylı nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilərək 2019-cu ilin iyul ayı üzrə ƏDV bəyannaməsinin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrlərində “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 0 manat məbləğ göstərilməyinə baxmayaraq, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) iyul ayı üzrə 20187.5manat müəyyən edildiyindən iddiaçıya iyul 2019-cu il üçün 3.079,45 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 515.9 kv/m olan qeyri-yaşayış sahəsinin 70 kv/m-ni "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixə qədər icarəyə vermişdir. - İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 515.9 kv/m olan qeyri-yaşayış sahəsinin 70 kv/m-ni "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixə qədər icarəyə vermişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, iddiaçı əlavə vergilərin hesablanması ilə bağlı obyektin 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verilməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə vergi orqanına müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7978/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1240/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7978/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7978/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 2-1(103)-1240/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılması ilə əlaqədar inzibati iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********040700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 963,29 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və sığorta haqqı 19.092.59 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 18.129.30 manat təşkil edir. Bu qərarla ləğv edilmiş əvvəlki qərar **********084200, xx.xx.2020. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********612500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019-cu ilin iyun ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 1341.18 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və sığorta haqqı 18.476.70 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 17.135.52 manat təşkil edir. Bu qərarla ləğv edilmiş əvvəlki qərar **********093200, xx.xx.2020. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********975300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019-cu ilin aprel ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 11.187.90 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və sığorta haqqı 18.476.70 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 7.288.80 manat təşkil edir. Bu qərarla ləğv edilmiş əvvəlki qərar **********088000, xx.xx.2020. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********986700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019-cu ilin iyul ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 1.079.10 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və sığorta haqqı 3.079.45 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 2.000.35 manat təşkil edir. Bu qərarla ləğv edilmiş əvvəlki qərar **********080400, xx.xx.2020. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarının ləğvini mübahisələndirir. Cavabdehin iddiaya etirazının ilkin əsası ondan ibarətdir ki, iddiaçı hazırkı mübahisələndirilən qərarlara münasibətdə iddia müddətini ötürmüşdür. Belə ki, sözügedən qərarlar iddiaçının elektron qovluğuna göndərilmiş və iddiaçı həmin qərarları xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə oxumuşdur. Eyni zamanda həmin qərarlar Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından verilmiş kassaisya şikayətinə əlavə edilmiş və iddiaçı isə xx.xx.2022-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etməklə 30 günlük iddia müddətini ötürmüşdür. Məhkəmə cavabdehin mövqeyi ilə aşağıdakılara əsasən razılaşmır. Belə ki, «Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.15-ci maddəsinə görə informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır (maddə 70.2-1.3. ). Sadalanan hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını bu Qanun müəyyən edir (maddə 1.1). Eyni zamanda inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt hesab olunur (maddə 2.0.2). Həmçinin inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir (maddə 21.1) Həmin Qanunun 28-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsinin olması izibati icraatın başlanılması üçün əsas hesab olunur (maddə 28.1.2). Eyni zamanda Qanunun 36-cı maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər inzibati icraatda iştirakçı hesab olunur (maddə 36.1.2.) Həmin Qanunun 46-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar (maddə 46.1.). Lakin cavabdeh mübahisələndirilən inzibati aktı qəbul edərkən yuxarıda qeyd olunan tələbləri yerinə yetirməsi və inzibati icraat zamanı iddiaçının iştirakını təmin etməsini barədə sübut təqdim etməmişdir. Bundan başqa “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bundan əlavə, kasssiya şikayətinə baxıldığı vaxt iddiaçının sözügedən qərarlardan məlumatlı olduğu, hazırkı iddianı isə müddətin ötürülməklə verilməsi ilə bağlı dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçı mübahisələndiridiyi mahiyyət etibarı ilə eyni olan yalnız tarix və nömrə ilə fərqlənən xx.xx.2020-ci il tarixli qərarları inzibati məhkəmə icraatında mübahisələndirilərkən cavabdeh orqan sözügedən qərarların ləğv edildiyini və dekabr 2020-ci il tarixli qərarların qüvvədə olduğunu nə iddiaçıya, nə də məhkəmələrə bildirməmiş, yalnız kassasiya şikayətində mübahisələndirilən qərarların artıq mövcud olmadığını kassasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Qeyd edilən iş üzrə elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdehin kassasiya şikayəti ilə tanışlıq zamanı qüvvədə olan qərarlar barədə iddiaçının məlumatlı olduğu qəbul edilərsə belə məhkəmə hesab edir ki, nə qədər ki, inzibati iş məhkəmənin icraatında olmuş və kassasiya şikayəti ilə tanış olduqdan sonra iddiaçının həmin qərarlar barədə məhkəmə icraatının sonlanmasını gözləmək hüququ olmuşdur və bu halda kassasiya instansiyası məhkəməsinin mövqeyini müəyyən etmədən həmin qərarların ləğvi ilə bağlı məhkəmədə yeni iddia qaldırmaq imkanı da istisna olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən iddiaçı mübahisə predmeti olan dekabr 2020-ci il tarixli qərarlarını mübahisələndirməklə 30 günlük iddia müddətini ötürmüş hesab edilə bilməz. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İş materiallarından müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmuş, xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs İddiaçı obyektin 70 kv/m-ni "BLB Studio” MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə vermiş və həmin MMC-lər vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınmışlar. Lakin vergi orqanın xronometraj metodu ilə müşahidə aparılması haqqında xx.xx.2019-cu il tarixli **********0558 nömrəli qərarına əsasən vergi ödəyicisinə məxsus obyektdə (ünvan-ünvan 3llik salonları tərəfindən xidmətlərin göstərilməsi) xronometraj metodu ilə müşahidə keçirilmiş və yekunu ilə bağlı xx.xx.2019-cu il tarixli akt tərtib olunmuşdur. Xronometraj metodu ilə müşahidə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış, xronometraj müşahidəsinin nəticəsinə əsasən dövriyyə məbləği (ƏDV daxil) aprel ayı üzrə 121125.0 manat, may ayı üzrə 125162.5 manat, iyun ayı üzrə 121125.0 manat və iyul ayı üzrə 20187.5 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən vergi orqanı tərəfindən 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarla vergi ödəyicisinə əlavə olaraq 2019-cu ilin aprel ayı üzrə 18476,70 manat, may ayı üzrə 19092,59 manat, iyun ayı üzrə 18476,70 manat və iyul ayı üzrə 3079,45 manat ƏDV hesablanmışdır. Vergi orqanının iddiaçı barəsində 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları məhkəmədə mübahisələndirmişdir. Sözügedən qərarları məhkəmə icraatında mübahisələndirilərkən birinci instansiya məhkəməsi, eləcə də həmin qərarı qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “(....) vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yəni bayram ərəfəsi və bayram günlərində aparılması yoxlamanın formallığına dəlalət edir və məhkəmədə əsaslı şübhə yaradır. Belə ki, təbii ki, iddiaçı gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu üçün qadınlar tərəfindən "X2” ərəfəsində müraciətlər adi günlərə nisbətdə çox olmuşdur. İş materiallarında iddiaçının təqdim etdiyi kassa mədaxil qəbzlərindən də göründüyü kimi iddiaçının satış dövriyyəsi digər aylarda və günlərdə tamamilə və əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır. Buna görə də, iddiaçının xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə, yəni bayram ərəfəsi dövriyyəsi əsas götürülərək, iddiaçının digər vaxtlar üçün dövriyyəsinin hesablanmaması hüququn ədalət, humanizm, dövlətin sahibkarlara dəstək göstərilməsi prinsiplərinə ziddir. Belə olan halda, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, habelə vergi ödəyicisi tərəfindən işlədiyi obyektin icarəyə verilməsi barədə və yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməsinə baxmayaraq xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. (....)Göründüyü kimi vergi orqanının həyata keçirdiyi xronometraj yoxlanılmasının formulasına görə, əgər yoxlama xx.xx.2019-cu il tarixdən xx.xx.2019-dək bayram ərəfəsində yalnız İddiaçı fəaliyyəti üzrə deyil, xx.xx.2019-cu il tarixli icarə müqavilələri ilə iddiaçının işlədiyi obyekti icarəyə verməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınmaqla aparılsaydı, onda iddiaçının günlük satış dövriyyəsi həmin məbləğdən xeyli az məbləği təşkil edərdi ki, bu hal da, vergi orqanı tərəfindən aparılmış hesablamaların etibarlığını, obyektivliyin və qərəzsizliyini şübhə altına alır.” Hazırk iş üzrə iddiaçının mübahisələndirdiyi dekabr 2020-ci il tarixli qərarları eyni dövr üzrə eyni əsaslarla və eyni növ üzrə verginin hesablanması barədə olub əvvəlki mübahisə predmeti olan qərarlarla eyni mahiyyətdədir, onlardan nömrə və tarixi ilə fərqlənir. Həmin məhkəmə icraatında işə baxmış yuxarı məhkəmənin də mövqeyi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-dək olan ödvr üzrə aparılmış xoronometrajın nəticələrinə əsaslanmaqla iddiaçıya əlavə dəyər vergisinin hesablanmasının əsassız olması yönümündə olmuş, yalnız həmin məhkəmə icraatı mübahisə predmeti olan qərarların sonradan ləğv edildiyi, mövcud olmaması əsası ilə işin icraatına xitam verilməsi ilə nəticələnmişdir. Məhkəmə qeyd edilən məhkəmə qərarları ilə gəlinmiş nəticə ilə razılaşaraq eyni zamanda o halı da nəzərə alır ki, iddiaçının vergi orqanına baş vermiş dəyişiklikləri, yəni xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs İddiaçı obyektin 70 kv/m-ni “BLB Studio" MMC-yə (VÖEN: 1 7********) və digər 70 kv/m-ni "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verməsi və həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması nəzərə alınaraq, nə öz təşəbbüsü ilə yenidən xronometraj metodu ilə müşahidə aparmamış, nə də bu barədə vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli müraciətinə münasibət bildirilməmişdir. Halbuki, vergi qanunvericiliyi vergi orqanına xronometraj metodu ilə operativ vergi yoxlamasının keçirilməsi sayında və ya müddətində məhdudiyyət qoymamışdır. Bundan əlavə iddiaçının təqdim etdiyi kassa mədaxil qəbzlərindən də görünür ki, iddiaçının xronometraj metodu ilə yoxlama keçirilən aylardan başqa digər günlərdə və aylarda, xüsusən bayram ərəfəsindən öncə və qeyri-yaşayış sahəsi iddiaçı ilə yanaşı digər vergi ödəyiciləri tərəfindən icarəyə götürülüb, müvafiq kassa-nəzarət aparatları ilə təchiz edildikdən sonra iddiaçının orta günlük dövriyyəsi əhəmiyyətli dərəcədə dəyişmiş, dövriyyə məbləğində fərq olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 50-1.1-ci maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə Həmin Məcəllənin 50-1.3-cü maddəsinə uyğun olaraq xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.350.6cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Həmin Məcəllənin 50-1.4-cü maddəsinə əsasən, müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 50-1.5-ci maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Həmin Məcəllənin 50-1.6-cı maddəsinə görə, xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Həmin Məcəllənin 83.2-ci və 83.2.4-cü maddələrinə uyğun olaraq vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********612500 saylı, xx.xx.2020-ci il tarixli, **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********612500 saylı, xx.xx.2020-ci il tarixli **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar