Məhkəmə qərarları › İş №2-1(112)-3584/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3584/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3584/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı öz arzusu ilə ehtiyata buraxılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin üzərinə İddiaçı öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyun 2011-ci il tarixli 0258 №-li əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi almış və Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyun 2011-ci il tarixli 0258 №-li əmri ilə 191-ci Dağ-nun briqadasının 1913 ADT-nun QB tibb məntəqəsi rəisi vəzifəsinə təyin edilmişdir. Həmin tarixən etibarən 10 ildən artıq müddətdir ki Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit kimi ximət edir. Qanunvericiliyə görə, AR Silahlı Qüvvələrinin sıralarında 10 il zabit vəzifəsində xidmət edən hərbi qulluqçular öz arzusu ilə ehtiyata buraxılırlar. Ona görə də hərbi xidmətkeçməni tənzimləyən normativ hüquqi aktlara əsasən xx.xx.2022-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılması barədə Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsinin komandirinə raportla müraciət etmişdir. Həmin raport qeydiyyata alınmış və yuxarı komandanlığa göndərilmişdir. Lakin, uzun müddət keçsə də, onunla heç bir söhbətləşmə aparılmamış və onun qanunamüvafıq surətdə ehtiyata buraxılması təmin edilməmişdir. Halbuki, qanunvericiliyə görə, hərbi hissə komandirinə təqdim etdiyi raport müvafiq əmrin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməli və 15 gün müddətində ehtiyata buraxılması təmin olunmalı idi. Qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılması” tələbinə dair iddia ərizəsini qəbul etmirlər və mübahisə predmeti mövcüd olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubundan (surəti əlavə olunur) görmək olar ki, iddiaçının (ehtiyata buraxılması barədə raportla müraciət etdiyi ərəfədə) onun ştat üzrə vəzifəsi ixtisara düşdüyü üçün müvafiq vəzifəyə təyin edilməsi məqsədilə vəsatətin yuxarı komandanlığa göndərildiyi İddiaçı izah edilmişdir. xx.xx.2022-ci il tarixli əmrlə tibb xidməti mayoru İddiaçı ümumi cərrahiyyə bölməsinin ordinatoru-cərrah vəzifəsinə təyin edilmişdir. Sonrakı müddətdə yeni vəzifəyə təyin edildikdən sonra iddiaçı ehtiyata buraxılması üçün raportla müraciət etməmişdir. 2022-ci ilin sentyabr ayında düşmənin atəşkəs rejimini pozması ilə əlaqədar cərrah kimi vəzifəsini icra etmiş, sonrakı müddətdə qanunvericiliyə əsasən 2 ay müddətində söhbətləşmənin aparılması və sonra 2022ci il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətə 45 gün müddətinə buraxıldığı üçün, onu şəhadətləndirilmək üçün Hərbi-həkim Komissiyasına göndərmək mümkün olmamışdır. İddiaçı öz arzusu ilə ehtiyata buraxılması ilə bağlı şəhadətləndirilmək üçün xx.xx.2023-cü il tarixdə raportla müraciət etmiş və xx.xx.2023-cü il tarixdə Mərkəzi Hərbi- Həkim Komissiyasına göndərilməsi üçün göndəriş verilmişdir. Qeyd edilmişdir ki, 2021-ci ildə icraatda eyni iddiaçının eyni cavabdehə qarşı “ehtiyata buraxılması" tələbi ilə bağlı 2-1 (112)-11251/2021 №-li inzibati işə baxılmış, məhkəmədə işə baxılan zaman V. Əliyev raport verərək xidmətini davam etdirməyə etiraz etmədiyini bildirsə də, bu barədə məhkəməyə məlumat verməmişdir. Artıq iddia predmetinin mövcud olmamasını məhkəmə yalnız cavabdehin vəsatətindən sonra bilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin usərtinədn görünür ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 17 dekabr 2021-ci il tarixli, 0264 nömrəli, N nömrəli əmri ilə hərbi hissənin ordinator-cərrahı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 26 iyun 2022-ci il tarixli 032 r nömrəli əmri ilə tibb xidməti mayoru hərbi rütbəsi verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli raportların surətindən görünür ki, İddiaçı tərəfindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”-nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə Əməliyyat bölməsinin “Şəmkir” hərbi şəhərciyi üzrə rəisinə, N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini-tibb hissəsinin rəisinə raportlar ünvanlamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli raportun surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini – tibb hissəsinin rəisi C.Abdullayev tərəfindən N nömrəli hərbi hissənin komandiri qarşısında tibb xidməti polkovnik-leytenantı X1 raportuna əsasən vəsatət qaldırılmışdır. İşdə olan N nömrəli hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 119 nömrəli məktubdan görünür ki, Hüquq İdarəsinin xx.xx.2023-cü il tarixli 3-25-11/2-401/2023 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, N nömrəli hərbi hissənin əməliyyat bölməsinin “Gəncə-84” hərbi şəhərciyi üzrə ordinatoru-cərrah tibb xidməti mayoru İddiaçı xx.xx.2022-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddənin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması arzusu ilə N nömrəli hərbi hissə komandirinə raportla müraciət etmişdir. Sonra, həmin ərəfədə hərbi hissənin ştatında teşkilati-ştat dəyişikliklərinin aparılması ilə əlaqədar onun ştat üzrə vəzifəsi ixtisara düşdüyü üçün tibb xidməti mayoru İddiaçı müvafiq vəzifəyə təyin edlməsi məqsədilə vəsatətin yuxarı komandanlığa göndərildiyi ona izah edilmiş və bildirilmişdir ki, yeni vəzifəyə təyin edildikdən sonra təkrarən raportla komandanlığa müraciət etməsi məqsədəuyğundur. Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli əmri ilə tibb xidməti mayoru İddiaçı ümumi cərrahiyyə bölməsinin ordinatoru-cərrah vəzifəsinə təyin edilmişdir. Sonrakı müddətdə yeni vəzifəyə təyin edildikdən sonra tibb xidməti mayoru İddiaçı ehtiyata buraxılması üçün raportla müraciət etməmişdir. Bundan başqa 2022-ci ilin sentyabr ayında düşmənin atəşkəs rejimini pozması ilə əlaqədar cərrah kimi vəzifəsini icra etmiş, sonrakı müddətdə qanunvericiliyə əsasən 2 ay müddətində söhbətləşmənin aparılması və sonra 2022-ci il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətə 45 gün müddətinə buraxıldığı üçün, onu şəhadətləndirilmək üçün Hərbi həkim Komissiyasına göndərmək mümkün olmamışdır. Tibb xidməti mayoru İddiaçı xx.xx.2023-cü il tarixində öz arzusu ilə ehtiyata buraxılması ilə bağlı şəhadətləndirilmək üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi həkim Komissiyasına göndərilməsi xahişi ilə hərbi hissə komandirinə raportla müraciət etmiş və xx.xx.2023-cü il tarixdə şəhadətləndirilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi həkim Komissiyasına göndəriş verilmişdir. Tibb xidməti mayoru İddiaçı ehtiyata buraxılması arzusu ilə bağlı raportunun kserosurəti təqdim edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə xx.xx.2022-ci il tarixdə raportla N nömrəli hərbi hissə komandirinə və Əməliyyat bölməsinin “Şəmkir” hərbi şəhərciyi üzrə rəisinə müraciət etmiş, barəsində əmr verilmədiyi üçün xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikasının müdafiə nazirinin 26 iyun 2022-ci il tarixli, 032 r nömrəli əmri ilə tibb xidməti mayoru hərbi rütbəsi verilmişdir. İddiaçı hazırda öz arzusuna əsasən ordu sıralarından tərxis olunması ilə bağlı əmrin verilməsini xahiş edir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunundan: 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş. 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur: Hərbi qulluqçuların və Hərbi rütbələr hərbi vəzifəlilərin tərkibi Ümumqoşun Hərbi Dəniz Əsgərlər və matroslar Əsgər (kursant) Matros (kursant) Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Gizilər və miçmanlar Baş çavuş Baş çavuş Kiçik gizir Kiçik miçman Zabitlər: Gizir Miçman Baş gizir Baş miçman Kiçik zabitlər Kiçik leytenant Kiçik leytenant Leytenant Leytenant Baş zabitlər Baş leytenenat Baş leytenant Kapitan Kapitan-leytenant Ali Zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan General-mayor Kontr-admiral General-leytenant Vidse-admiral General-polkovnik Admiral Ordu generalı 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən:

8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.

156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir, 4-cü bəndinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının öz arzusu ilə müraciət etdiyi vaxtdan 15 iş günü ərzində ehtiyata buraxılmaq hüququ vardır. Eyni zamanda cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılma barədə xx.xx.2023-cü il tarixdə də, yenidən hərbi hissə komandirinə raportla müraciət edilmişdir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar