Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3584/2025 18.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydinə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydinə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X13 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə (bundan sonra mətndə Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi) qarşı doğum akt qeydində düzəlişin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixdə vəfat etmiş atası X8 anası X9 doğumu haqqında akt qeydinə X11 düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Valideynləri atası-X17, anası-X21 olmuşdur. Hər ikisi atası-X17 xx.xx.1990-cı ildə, anası-X21 isə xx.xx.2001-ci ildə vəfat etmişdir. Mərhum atasının anası olan X24 onun ata nənəsi Bakı şəhərində doğulmuşdur. xx.xx.1991-ci ildə Bakı şəhərində vəfat etmişdir. X1 adına V-l3/2024 saylı vərəsəlik işi açılmışdır. Mərhum nənəsindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Məmmədbəyli küçəsində yerləşən 3 saylı ev miras əmlak kimi qalmışdır. X1 adına V-13/2024 saylı vərəsəlik işi açılmışdır. Lakin qeyd edilən daşınmaz əmlaka dair AR-sı Milli Arxiv İdarəsi AR-sı Dövlət arxivi tərəfindən xx.xx.2023-cü il tarixli arxiv arayışında xx.xx.1990-cı il tarixdə vəfat etmiş atası X8 anası kimi X2 qeyd edildiyindən, nənəsinin atasının anası və onun nənəsi olmasının müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən qohumluğun sübut edilməsi ilə bağlı qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı tərəfindən nəticə etibarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilmiş və nəticədə xx.xx.2024-cü il tarixli qərardadla ərizə üzrə icraata xitam verilərək onun vətəndaşlıq aktlarında dəyişiklik edilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılması ilə bağlı müraciət etməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldıra bilməsi izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı № 359760 №li “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 atası kimi X17, anası kimi isə X21 qeyd edilmişdir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan görünür ki, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş X13 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 396407 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X14 xx.xx.1990-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1990-cı ilin 06-cı ayının 12-ci günündə 115 № ilə qeydə alınmışdır. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 396408 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X20 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2001-ci ilin 03-cü ayının 02-ci günündə 156 № ilə qeydə alınmışdır. Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx/xx-1773 saylı xx.xx.2023-cü il tarixdə verilmiş arayışda X5 və X10 nikahı haqqında xx.xx.1972-ci il tarixdə 329 nömrəli akt qeydi tərtib olunduğu və X5 xx.xx.1990-cı il tarixdə ölümü ilə əlaqədar olaraq nikaha xitam verildiyi göstərilmişdir. Bakı şəhəri, Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən 03 iyul 1991-ci ildə verilmiş İV-JQ seriyalı 319540 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 xx.xx.1991-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1991-ci ilin iyul ayının 03-cü günündə 114 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-TA/2-A-193-6-276/2024 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri (İçərişəhər) üzrə 1900-1905-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X18 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 05/68-176 saylı cavab məktubunda qeyd olunmuşdur ki, sənədlərin yoxlanılması nəticəsində aşkar olmuşdur ki, Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunan xx.xx.1991-ci il tarixli 114 nömrəli ölüm haqqında akt qeydində məlumatlar “X24” qeyd edilmişdir. Təqdim edilən Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-TA/2-A-193-6-276/2024 nömrəli arayışa əsasən 1901-ci il təvəllüdlü X18 doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin nənəsinin adına qeydiyyat şöbəsi tərəfindən başqa heç bir sənəd aşkar edilməmişdir. Kifayət qədər əsaslar mövcud olmadığından atasının adına tərtib olunmuş doğum haqqında akt qeydində ananın atasının adının “Abasquli”-dən “Həmid”-ə düzəliş edilməsi tərəflərindən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli, № 3-16-5/4-13-12294/2024 saylı cavab məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən H.Abasovun doğumu haqqında məlumat aşkar edilmədi. Vətəndaşlıq vəziyyəti akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərlə əlaqədar H.Abasovun doğumu barədə sənəd qeyd edilən ildən əvvəlki dövrə aid olduğundan onun əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunur. H.Abasovun doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədiyindən onun valideynləri, habelə bacı-qardaşı barədə məlumatın müəyyən edilməsi mümkün deyildir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13- 793/25 saylı məktubu ilə X15 ölüm haqqında xx.xx.1991-ci il tarixli 114 №li akt qeydinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-631/2025 saylı cavab məktubu ilə 07 oktyabr 1935-ci il tarixində Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonunda doğulmuş X3 Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu tərəfindən 15 oktyabr 1935-ci il tarixində tərtib olunmuş 763 №li doğum haqqında akt qeydinin təsdiq olunmuş ksero surəti məhkəməyə təqdim edilmişdir. Doğum akt qeydindən görünür ki, 07 oktyabr 1935-ci il tarixində Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonunda doğulmuş X3 atası kimi X6, anası kimi isə X19 qeyd olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: ... 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. ... 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: ... 46.1.Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. ... 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. ... 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. ... 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. ... 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. ... 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. ... 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. ... 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. (birinci abzasına) ... 2.9. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. ... 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
Məhkəmənin mövqeyi.
Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, doğum tarixi, habelə onun valideynləri haqqında məlumatın doldurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, qanunvericilik doğum haqqında akt qeydində səhvlərin yol verilməsi ilə bağlı düzəlişin edilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin (ilkin akt qeydində səhvə yol verilməmişdirsə) edilməsinin əsaslarını fərqləndirmiş, lakin konkret olaraq müəyyən şərtlər əsasında təsbit etmişdir. Qeyd olunmalıdır ki, hər iki halda doğum haqqında akt qeydində düzəlişin edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ya ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Məhkəmə icraatı zamanı təqdim olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində vəfat etmiş iddiaçının nənəsi (07 oktyabr 1935-ci ildə Bakı şəhərində doğulmuş xx.xx.1990-cı il tarixdə ölmüş X3 anası) olan Sona Abbasovanın ata adı “Həmid” kimi göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş X7 aid doğum haqqında akt qeydində sonuncunun anası kimi Sona Abbasovanın ata adı “Həmid” kimi göstərilmişdir. xx.xx.1991-ci ildə Bakı şəhərində vəfat etmiş iddiaçının nənəsi Sona Abbasovanın ata adının aydınlaşdırılması üçün mütləq qaydada onun şəxsiyyətini təsdiq edən digər sənədlərə nəzər yetirilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Qeyd olunmalıdır ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin əhatə dairəsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.2-ci bəndinə nəzərdə tutulmuşdur ki, həmin sənədlər aşağdakilardı: - vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; - Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); - vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; - dövlət rüsumunun ödənilməsi barədə sənəd; - ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hazırda iş materiallarında xx.xx.1991-ci ildə Bakı şəhərində vəfat etmiş X15 ölümünü təsdiq edən qanunvericiliyin tələblərinə görə digər sənədlərlə yanaşı ölmüş şəxsin şəxsiyyətini təsdiq edən sənəd - şəxsiyyət vəsiqəsi əsasında xx.xx.1991-ci il tarixdə tərtib olunmuş 114 №li ölüm haqqında akt qeydi və həmin akt qeydi əsasında 03 iyul 1991-ci ildə verilmiş İV-JQ seriyalı 319540 №li ölüm haqqında şəhadətnamənin surətləri mövcuddur. Göründüyü kimi xx.xx.1991-ci ildə Bakı şəhərində vəfat etmiş iddiaçının nənəsi (07 oktyabr 1935-ci ildə Bakı şəhərində doğulmuş xx.xx.1990-cı il tarixdə ölmüş X3 anası) Sona Abbasovanın ata adının “Həmid” olmasını təsdiq edən bir çox sənədlər olduğu halda, cavabdeh sənədlərin kifayət qədər olmaması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, doğum haqqında akt qeydində dəyişkliyin edilməsi üçün nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 4-cü bəndində göstərilən hallar müəyyən edildiyindən, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Təkzib olunmaz haldır ki, hüquqmüəyyənedici sənədlərdə iddiaçının nənəsinin ata adı ilə bağlı ziddiyyətli məqamlar mövcuddur ki, cavabdeh inzibati orqan da məhz həmin ziddiyyətlərə əsaslanaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməzdən əvvəl müvafiq olaraq inzibati icraatı düzgün aparmalı, zəruri olan bütün faktiki halları araşdırmali olduğu halda bunu etməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. 07 oktyabr 1935-ci ildə Bakı şəhərində doğulmuş xx.xx.1990-cı il tarixdə ölmüş X12 barəsində Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu tərəfindən 15 oktyabr 1935-ci il tarixində tərtib olunmuş 763 №-li doğum haqqında akt qeydində dəyişiklik (düzəliş) edilərək, anası qrafasında “X16”ndan “X23”na dəyişiklik (düzəliş) edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev