Məhkəmə qərarları › İş №2-1(112)-359/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-359/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-359/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Gürcüstan Respublikası İlia Dövlət Universitetinin verdiyi diplomu üxrə ixtiasının Azərbaycan Respublikasında tanınması və ixtisası üzrə müvafiq işlə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə onun Gürcüstan Respublikası İlia Dövlət Universitetinin verdiyi diplomu üzrə ixtisasının Azərbaycan Respublikasında tanınması tələbi kimi qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildə Gürcüstan Respublikası İlia Dövlət Universitetini “Gürcü dili və ədəbiyyatı” ixtisası üzrə bitirmiş və ona həmin Univeristetin “İncəsənət və Təbiət Elmləri” fakultəsinin 28 dekabr 2011-ci il tarixli, 59 saylı qərarı ilə “Filiologiya üzrə humanitar elmlər bakalavr dərəcəsi” verilmişdir. Yəni hazırda o “Gürcü dili və ədəbiyyatı” ixtisası üzrə ali təhsilli mütəxəssis – müəllimdir. Lakin 2011-ci ildən keçən bu müddət ərzində qızı Mariami (18 sentyabr 2007-ci il təvəllüdlü) və oğlu Qia (01 sentyabr 2011-ci il təvəllüdlü) hələ körpə olduqlarına və baxıma ehtiyacı olduqlarına görə ixtisası üzrə işləməyə tələsməmişdir. Amma indi uşaqlar özləri də məktəblidirlər, qızı Vİ, oğlu isə İİİ sinifdə oxuyurlar, onların gündəlik tələbatları da get-gedə artır. O öz ailəsi ilə birgə atasının evində və faktiki olaraq atasının himayəsində yaşayırlar. Ailəsi ünvanlı sosial yardım da almır. Hazırda onun üçün işləmək məcburiyyəti yaranmışdır. Ona görə də o Gürcüstan Respublikasında aldığı təhsil üzrə ixtisasının, diplomunun tanınması və ixtisasına uyğun işlə təmin edilməsi haqqında ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyinin onun ərizəsinə cavab olaraq verdiyi 16 mart 2020-ci il tarixli, B-2940/04-TKTA №-li cavab məktubunda göstərilir ki, onun 18.05.2015-ci il tarixli elektron müraciətinə baxılmasının nəticəsi olaraq ona 05.06.2017-ci il tarixində məlumat verilmiş və 31.05.2017-ci il tarixli, 1459/ANJ-B-6976 saylı məktub elektron ərizəsində göstərilən ünvana göndərilmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostifikasiya İdarəsinin bu məktubunda İdarə onun diplomuna yox, özünün mücərrəd ehtimallarına əsaslanmışdır. Bu ehtimallar da onunla əsaslandırılmışdır ki, Universitetin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o həmin ölkədə qısa müddət ərzində olduğuna görə diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi guya mümkün deyilmiş. Halbu ki, diploma əlavəyə istinad edən İdarə özünün apardığı 2 illik araşdırma zamanı həmin diploma əlavənin 6.1 və 6.2-ci bəndləri üzrə Gürcüstan Respublikası İlia Dövlət Universitetinin veb saytına (www.ilianni.edu.ge) daxil olsa idi görərdi ki, 2007-ci ildən sonrakı imtahanları o eksternat (təhsil proqramını ekstern üsulu ilə keçmə) sistemi üzrə vermiş və bu Universitetin Əsasnaməsində də nəzərdə tutulmuşdur. Onun dipliomuna əlavədə birmənalı şəkildə göstərilir ki, bu diploma əlavə Avropa Komissiyası, Avropa Şurası və YUNESKO tərəfindən hazırlanmış modelə uyğundur. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarfna uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarfnın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - X5 X7 Dövlət Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi İSU 008682 olan, 28.12.2011-ci il tarixli diplomun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil forması əyani, təhsil müddəti 4 il (3174 saat), tədris dili gürcü dili olmaqla İlia Dövlət Universitetində 2005-2011-ci llər ərzində gürcü dili və ədəbiyyatl proqramı üzrə təhsil almış, İncəsənət və təbiət elmləri fakultəsinin 59 saylı, 28 dekabr 2011-ci il tarixli qərar ilə ona filiologiya üzrə humanitar elmlər bakalavr dərəcəsi verilmişdir. - Qeyd olunan diplom Gürcüstan Respublikası səlahiyyətli orqanı tərəfindən 28.01.2020-ci il tarixdə apostol olunmaqla həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 31.05.2017-ci il tarixli, 1459/ANİ-B- 6976 nömrəli məktubun surətindən görünür ki, xarici ail təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş B-6976 nömrəli, 21.05.2015-ci il tarixli ərizəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində baxılmışdır. Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Gürcüstan Respublikası İlia Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Göründüyü kimi qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən X4 Dövlət Univeriseteti tərəfindən onun adına verilmiş İSU 000154 nömrəli, 28.12.2011-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 22.09.2020-ci il tarixli, 33/3357 №-li məktubdan görünür ki, İddiaçı 2005- 2011-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alınmışdır: 29.06.2005 çıxış Gürcüstan – 03.08.2005 giriş Gürcüstan; 14.09.2005 çıxış Gürcüstan – 22.09.2005 giriş Gürcüstan; 29.09.2005 çıxış Gürcüstan – 20.12.2005 giriş Gürcüstan; 26.02.2006 çıxış Gürcüstan – 20.04.2006 giriş Gürcüstan; 07.05.2006 çıxış Gürcüstan – 27.06.2006 giriş Gürcüstan; 16.09.2006 çıxış Gürcüstan – 12.10.2006 giriş Gürcüstan; 16.10.2006 çıxış Gürcüstan – 25.11.2006 giriş Gürcüstan; 07.12.2006 çıxış Gürcüstan – 30.12.2006 giriş Gürcüstan; 08.01.2007 çıxış Gürcüstan – 24.01.2007 giriş Gürcüstan; 29.01.2007 çıxış Gürcüstan – 04.04.2007 giriş Gürcüstan; 14.04.2007 çıxış Gürcüstan – 17.06.2007 giriş Gürcüstan; 24.06.2007 çıxış Gürcüstan – 16.10.2007 giriş Gürcüstan; 18.05.2008 çıxış Gürcüstan – 21.05.2008 giriş Gürcüstan; 24.05.2008 çıxış Gürcüstan – 24.06.2008 giriş Gürcüstan; 02.11.2008 çıxış Gürcüstan – 04.11.2008 giriş Gürcüstan; 23.12.2008 çıxış Gürcüstan – 26.12.2008 giriş Gürcüstan; 28.04.2009 çıxış Gürcüstan – 03.05.2009 giriş Gürcüstan; 21.05.2009 çıxış Gürcüstan– 30.05.2009 giriş Gürcüstan; 03.06.2009 çıxış Gürcüstan – 06.06.2009 giriş Gürcüstan; 11.06.2009 çıxış Gürcüstan – 14.06.2009 giriş Gürcüstan; 23.06.2009 çıxış Gürcüstan – 28.06.2009 giriş Gürcüstan; 16.09.2009 çıxış Gürcüstan – 18.09.2009 giriş Gürcüstan; 17.07.2010 çıxış Gürcüstan – 20.07.2010 giriş Gürcüstan; 08.11.2010 çıxış Gürcüstan – 13.11.2010 giriş Gürcüstan; 26.11.2010 çıxış Gürcüstan – 29.11.2010 giriş Gürcüstan; 13.03.2011 çıxış Gürcüstan – 16.03.2011 giriş Gürcüstan; 21.03.2011 çıxış Gürcüstan – 23.03.2011 giriş Gürcüstan; 14.04.2011 çıxış Gürcüstan – 15.04.2011 giriş Gürcüstan; 10.05.2011 çıxış Gürcüstan – 11.05.2011 giriş Gürcüstan; 23.05.2011 çıxış Gürcüstan – 30.05.2011 giriş Gürcüstan; 16.07.2011 çıxış Gürcüstan – 23.07.2011 giriş Gürcüstan; 15.08.2011 çıxış Gürcüstan – 08.09.2011 giriş Gürcüstan. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 12.04.2021-ci il tarixli, 00-03- 122/TKTA nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramf'na əsasən, ölkəmizdə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir və əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Eyni zamanda, həmin Qərara əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftə olmaqla, hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir. Yuxarıda göstərilənlərə əsasən sorğunuza cavab olaraq bildirilmişdir ki, “tələb olunan müddət” dedikdə, Azərbaycan Respublikasının dövlət təhsil standartlarında nəzərdə tutulmuş tədris müddəti, “qısa müddət” dedikdə isə təhsilalanın müvafiq təhsil formasının (əyani və ya qiyabi) normativi üzrə tədris yükünü yerinə yetirmək məqsədilə tədrisdə kifayət qədər iştirak etməməsi nəzərdə tutulur. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 15.11.2021-ci il tarixli, 00-05- 503/TKTA nömrəli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(112)-1642/2021 saylı qərardadının icrası məqsədilə İddiaçı Gürcüstan Respublikasının İlia Dövlət Universiteti tərəfindən verilmiş 04.04.2012-ci il tarixli, İSU 000154 nömrəli diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkündür. İddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Przidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 may tarixli, 217 №-li Sərəncamı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin: - 1-ci maddəsinə əsasən Tərəflər ümumi təhsil, texniki peşə, orta ixtisas, ali, eləcə də diplomdan sonrakı təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər. - 2-ci maddəsinə əsasən Bu Sazişin məqsədi aşağıdakılardır: uyğun sahələrin ali və orta ixtisas təhsili məktəbləri, eləcə də ixtisasartırma təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması, habelə onların qarşılıqlı faydalı əməkdaşlığı üçün lazımi şəraitin yaradılması; qarşılıqlı maraq kəsb edən mövzular üzrə birgə elmi tədqiqatların aparılması, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması; ali və orta ixtisas təhsili məktəblərində, o cümlədən ixtisasartırma təhsili müəssisələrində mühazirələr oxunması üçün həm uzunmüddətli, həm də qısamüddətli əsaslarla müəllim kadrların qarşılıqlı mübadiləsi. - 8-ci maddəsinə əsasən tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın: - 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. - 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı təhsil müddəti 4 il (3174 saat), tədris dili gürcü dili olmaqla X5 X7 Dövlət Universitetinin “gürcü dili və ədəbiyyatı ixtisası üzrə filiologiya üzrə humanitar elmlər” fakultəsində 2005-2011-ci illər ərzində təhsil almış və ona X5 X7 Dövlət Universiteti tərəfindən qeydiyyat nömrəsi İSU 008682 olan, 28.12.2011-ci il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş 40 həftədən az müddətdə, yəni 1-ci tədris ilində 3 ay 12 gün, 2-ci tədris ilində 7 ay 27 gün, 3-cü tədris ilində 2 ay 18 gün, 4-cü tədris ilində 26 gün, 5-ci tədris ilində 2 gün, 6-cı tədris ilində 23 gün, 7-ci tədris ilində 7 gün təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olmuşdur. Göründüyü kimi iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş tədris proqramını mənimsəməsi qeyri-realdır. Məhkəmə qeyd edir ki, ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində şəxsin davamiyyətli olaraq tədrisdə iştirak etməməsi onun ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Bundan əlavə yuxarıda sadalanan normalardan görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya X5 X7 Dövlət Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi İSU 008682 olan, 28.12.2011-ci il tarixli bakalavr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasından cavabdehin imtinası işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar