Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3590/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycanxxxxxxxxxxxsının Mərkəzi Bankına qarşı “xxxxxxxxxxxxxxx” ASC və Azərbaycanxxxxxxxxxxxsı Maliyyə Nazirliyi məhkəmənin icraatına 3-cü şəxslər qismində cəlb edilməklə«kompensasiya hesablanması» tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycanxxxxxxxxxxxsının X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, apellyasiya komissiyasına araşdırmanın yenidən və dolğun aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “xxxxxxxxxxxxxxx” ASC məhkəmə icrasına 3-cü şəxs qismində cəlb edilməklə ona düşən kompensasiya öhdəliyinin cavabdeh Azərbaycanxxxxxxxxxxxsının Mərkəzi Bankın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayanxxxxxxxxxxxsı İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3590/2020 saylı, xx xxx 2020-ci il tarixli və xx xxxxxxxx 2020-ci il tarixli qərardadları ilə “xxxxxxxxxxxxxxx” ASC və Azərbaycanxxxxxxxxxxxsı Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxslər qismində cəlb edilmişdirlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixində “Bank”xxxxxxxxxxx” ASC-nin Mingəçevir filialından 1400 ABŞ dolları kredit vəsaiti götürmüşdür.xxxxxxxxxxxda baş verən 2-ci devalvasiya zamanı onun kreditin qalığı 1223,84 ABŞ dolları 84 sent olmuşdur. Devalvasiya nəticəsində onun banka olan borcu manat ekvivalentində kəskin formada artmışdır. Yaranmış çətinliyə baxmayaraq borc qalığı tam şəkildə ödənilmişdir. Devalvasiya ilə bağlı vətəndaşların yaranmış probleminin həll edilməsi ilə bağlı “Azərbaycanxxxxxxxxxxxsında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərman imzalanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş, lakin üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məlumat verməmiş, iddiaçı isə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələbləirini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycanxxxxxxxxxxxsı Mərkəzi Bankının nümayəndəsi X7 iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etmişdir ki, “Azərbaycanxxxxxxxxxxxsında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Palatanın xx.xx.2019-cu il tarixdə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində Palatada yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxxxxxxxxxxxxx” ASC ilə xx.xx.2015-ci il tarixində 1.400 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxilmişdir. Lakin bu məlumatlar sırasında kreditor bank tərəfindən 2-ci devalvasiya tarixinə İddiaçı kredit borcu barədə heç bir məlumat göstərilmədiyindən sonuncunun adına hər hansı kompensasiya məbləği hesablanmamışdır. Bununla belə, məhkəmə sərəncamına əsasən Mərkəzi Bank tərəfindən sözügedən müqavilə ilə bağlı “xxxxxxxxxxxxxxx” ASC-yə müvafiq sorğu edilmişdir. Sorğu ilə bağlı təqdim edilmiş hesabdan çıxarışdan aydın olmuşdur ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2015-ci il tarixinə əsas borcu 1.278,73 ABŞ dolları təşkil etmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alınaraq İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona Fərmanın 1.2-ci bəndinin tələbləri nəzərə alınmaqla xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 767,23 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına etiraz edilmir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - AZE ******** nömrəli Azərbaycanxxxxxxxxxxxsı vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycanxxxxxxxxxxxsının vətəndaşıdır, xx.xx.1963-cü ildə doğulmuşdur, Ağdam rayonu, Mərzili kəndində yaşayır. - № 15031-0088/508094 saylı, xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxx” ASC-nin Mingəçevir filialı tərəfindən İddiaçı 18 ay müddətinə illik 26.7 faiz (FİFD 29%) olmaqla 1400 ABŞ dolları kredit verilmişdir. - İddiaçı ilə “xxxxxxxxxxxxxxx”ASC-nin Mingəçevir filialı arasında 15031-0088/508094G arasında girov müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-2.3-cü bəndlərinə əsasən girov qoyana məxsus olan girovun predmeti və onun xassələri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə əks etdirilmiş qızıl-zinət əşyaları hesab edilmişdir. Girov predmetinin qiyməti tərəflərin qarşılığı razılığı ilə 1962.32 AZN müəyyən edilmişdir. Əsas müqavilə üzrə tələb edilə biləcək əsas borc 1400 ABŞ dolları kredit və hesablanacaq faiz borclarıdır. - Kredit və ona hesablanmış faizlərin ödəniş qrafikindən görünür ki, xx.xx.2015-ci il tarixli, № 15031-0088/508094 saylı kredit müqaviləsi üzrə borcun ödəniş qrafiki tərtib olunmuş və ödənilmə tarixləri xx xxxxxx 2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etmişdir. - X6 X2 İddiaçı elektron qaydada ünvanlanmş qərarından görünür ki, İddiaçı müraciətin məzmunu aydın şəkildə təsvir edilmədiyi üçün göstərilən məsələ ilə bağlı müvafiq araşdırmanın aparılması mümkün olmamışdır. - Hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx xxxxxxx 2016-cı il tarixədək ödəniş həyata keçirilmiş və xx xxxxxxx 2016-cı il tarixədək kredit borcu qalmamışdır. “Azərbaycanxxxxxxxxxxxsında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycanxxxxxxxxxxxsının Prezidenti xx xxxxxx 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycanxxxxxxxxxxxsı Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycanxxxxxxxxxxxsının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycanxxxxxxxxxxxsının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.1-ci bənd); 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.2-ci bənd). Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasia məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (xx.xx.2015-ci il və xx.xx.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. 3-cü şəxs qismində çıxış edən “xxxxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxx 2016-cı il tarixli məktubda manatın xx.xx.2015-ci il tarixli devalvasiyasından sonra kredit müqavilələri üzrə əhalinin kreditlər üzrə ödənişlərinə dair dövlət tərəfindən hər hansı güzəşt tətbiq olunacağı təqdirdə bu güzəştləri həmin devalvasiyadan sonra güzəşt tətbiq olunmadan edilmiş ödənişlərə də şamil ediləcəyi, bu zaman güzəşt tətbiq olunmadan edilmiş ödəniş məbləği ilə güzəşt tətbiq olunacağı halda etməli olduğu ödəniş məbləği arasındakı fərq ya ona qaytarılacağı ya da digər kredit ödənişlərinin hesabına silinəcəyi qeyd edilmişdir. Azərbaycanxxxxxxxxxxxsı İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. . Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycanxxxxxxxxxxxsının Mərkəzi Bankına qarşı “xxxxxxxxxxxxxxx” ASC və Azərbaycanxxxxxxxxxxxsı Maliyyə Nazirliyi məhkəmənin icraatına 3-cü şəxslər qismində cəlb edilməklə «kompensasiya hesablanması» tələbinə dair iddiası əsaslıdır, təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. "Azərbaycanxxxxxxxxxxxsında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycanxxxxxxxxxxxsı Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən “xxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış № 15031-0088/508094 saylı, xx xxxxxxxx 2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı kompensasiya hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycanxxxxxxxxxxxsının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycanxxxxxxxxxxxsı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3590/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3590/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver