Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3592/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “mənzilin naturada bölünməsi ilə iddiaçıya aid hissədə çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair bölgü sxemin tərtib edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixli, **********58 nömrəli məktubunda göstərmişdir ki, mənzilin ümumi kommunal şəraiti vahid olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. xx.xx.2021-ci il tarixdə İddiaçı növbəti dəfə cavabdehə müraciət etmiş, bu zaman Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 3 ünvanında yerləşən 31 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixli, **********14 nömrəli məktubunda bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı iddiaçının müraciətinə **********58 nömrəli, xx.xx.2021-ci il tarixli məktubda cavab verilmiş, lakin müvafiq çatışmazlıqlar aradan qaldırılmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvandakı 5 otaqlı mənzilin 2 otağının bölünməsi ilə bağlı ekspertiza təyin edib, həmin ünvandakı 2 otaqlı mənzilə iddiaçının adına ayrıca çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2003-cü ildə X2 məxsus ünvan 2 ünvandakı 5 otaqlı mənzilin 2 otağını almış, 01 10.2021-ci il tarixdə ona bu barədə cavabdeh təşkilat tərəfindən müvafiq çıxarış və texniki pasport verilmişdir. Lakin çıxarış və texniki pasport verilərkən texniki pasportda iddiaçıya 2 otaq, X3 isə 3 otağın məxsus olması göstərilmişdir. Hazırda iddiaçının şəxsi mülkiyyətində olan qeyd edilən ünvanda ailəvi yaşayır və qeydiyyatdadırlar. İddiaçı qeyd edilən ünvandakı mənzilə onunla X3 birgə çıxarış və texniki pasport verildiyinə görə həmin mənzil üzərində qanunla müəyyən edilmiş sərəncam hüquqlarını həyata keçirə bilmir, yəni həmin mənzili sata bilmir. Mübahisəli 5 otaqlı mənzilin 2 otağı həmin ünvandakı X3 məxsus 3 otaqlı mənzildən texniki cəhətdən bölünür, hətta kommunal xidmət haqları da ayrı-ayrılıqda ödənilir. X1 xx.xx.2021-ci il tarixdə səlahiyyətli orqanlara yazdığı Bakı şəhəri 19 saylı Notariat Ofisində 8/7041 saylı reyestrlə təsdiq edilmiş ərizədə belə qeyd edilir ki, X5 2003-cü ildə 5 otaqlı mənzilin 2 otağını notariat qaydasında İddiaçı satmışdır. Hər iki mənzilə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış və texniki pasport verilmişdir. Həm 3 otaqlı, həm də 2 otaqlı mənzilin ayrıca giriş-çıxışı vardır və layihə üzrə mənzilin əsas giriş qapısı İddiaçı məxsusdur. X5 iddiaçıya məxsus olan 2 otaqlı mənzilin bölgü sxeminin aparılmasına, 2 otaqlı mənzilə ayrıca Çıxarış və texniki pasport verilməsinə etiraz etməmişdir. Ərazi üzrə 105 saylı Mənzil Kommunal İstismar sahəsinin mühəndisi də bölgü apararaq ünvan 3 ünvandakı 5 otaqlı mənzilin 2 otağını iddiaçıya, 3 otağını isə X1 adına ayrı-ayrılıqda plan tərtib etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********20 saylı iddiaya etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, mənzilin ümumi kommunal şəraiti vahid olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********58 saylı cavab məktubu ünvanlanmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Yeganlı etirazı müdafiə etdi və tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhz göstərilənlərə əsasən iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 851 saylı Sərəncamı ilə Günəşli qəsəbəsi, Seyhan-Baxça küçəsi, 3 nömrəli evin 31 saylı mənzili əvəzsiz olaraq X1 şəxsi mülkiyyətinə verilmişdir. xx.xx.2003-cü il tarixli, 186339 saylı Müqavilədən görünür ki, X5 Bakı şəhəri, Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev 3, mənzil 31-də yerləşən ümumi sahəsi 96,60 kv.m, yaşayış sahəsi 68.03 kv.m olan 5 otaqdan yaşayış sahəsi 22,0 kv.m olan 2 otağını İddiaçı satmışdır. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 3 ünvanındakı 96.73 kv.metr sahəsi olan 31 saylı mənzil paylı mülkiyyət hüququ əsasında iddiaçının (2 otaq) və üçüncü şəxs X1 (3 otaq) mülkiyyətindədir. Həmin mənzilə dair işdə olan xx.xx.2021-ci il tarixli texniki pasportdan müəyyən edilir ki, mənzildə 5 yaşayış otağı, 1 mətbəx, 2 sanitar qovşaq mövcuddur. İşdə olan üçüncü şəxs R.Babayevanın notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsində göstərilmişdir ki, X5 2003-cü ildə 5 otaqlı mənzilin 2 otağını notariat qaydasında İddiaçı satmışdır. Hər iki mənzilə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış və texniki pasport verilmişdir. Həm 3 otaqlı, həm də 2 otaqlı mənzilin ayrıca giriş-çıxış qapıları var. Layihə üzrə mənzilin əsas giriş qapısı İddiaçı məxsusdur. İddiaçı hazırda həmin əmlakın fiziki cəhətdən bölündüyünü iddia edərək onun payına münasibətdə müstəqil daşınmaz əmlak kimi çıxarış və texniki pasportun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlakın vahid əmlak olması, iddiaçı və üçüncü şəxsin payları müəyyən edilməklə onların paylı mülkiyyətində olması, əmlak bölgüsü ilə bağlı payçılar arasında hər hansı bir mübahisənin olmaması işin mübahisəsiz halıdır. Cavabdehin imtina məktublarından və iddiaçı və üçüncü şəxsin məhkəmə iclasındakı izahatlarından məlum olur ki, 31 saylı mənzilin iki giriş-çıxış qapısı var, ikinci qapı sonradan açılmışdır, hər bir payçıya məxsus hissə üzrə ayrı-ayrılıqda mətbəx, sanitar qovşaq mövcuddur və buna müvafiq olaraq hər bir pay üzrə otaqlara ayrılıqda sayğac quraşdırılmışdır. Eyni zamanda işdə olan Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli M- 22-091 nömrəli məktubundan görünür ki, ümumi kommunal şəraiti vahid olan mübahisəli mənzildə özbaşına yenidənqurma işləri aparılaraq iki hissəyə bölünmüş və əlavə giriş qapısı açılmışdır. Göründüyü kimi, sənəd üzrə 31 saylı mənzilin otaqlarının fiziki bölgüsünün aparılması müəyyən olunmasa da, fakitiki olaraq həmin yaşayış sahəsində onun texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yenidən qurma və (və ya) yenidən planlaşdırma işləri aparılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – MM): - 39.1-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində (yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması) müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. - 39.2-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1-ci maddəsinə görə həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Sadalanan normalardan müəyyən olunur ki, qanunvericiliyə əsasən yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yendən qurma və yenidən planlaşdırmalar üçün yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının qərarı olmalıdır. Əgər belə dəyişiklik artıq edilmişsə, onda əmlakda aparılmış bu dəyişikliklər yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Lakin işdən bu qaydalara əməl olunması, yəni iddiaçının və üçüncü şəxsin paylı mülkiyyətində olan əmlakda aparılmış dəyişikliklərin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılması müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli daşınmaz əmlakda aparılmış özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma səlahiyyətli orqan tərəfindən rəsmiləşdirilməmişdir, iddiaçının hazırkı məzmunda iddiası mümkün sayıla bilməz. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5 Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3592/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3592/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver