Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3592/2025 02.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Xətai Rayon Polis İdarəsinə qarşı X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2011-ci il tarixli Bağışlama müqaviləsinə əsasən X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 11/21206 saylı arayışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 1169 nömrəli reyestr kitabının 106123 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********22-05101 -093024, qeydiyyat nömrəsi ********** olan xx.xx.2010-cu il tarixli çıxarışa əsasən ümumi paylı mülkiyyət hüququ üzrə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 20 “A” saylı evin, yaşayış sahəsi 45,49 kv.m, yardımçı sahəsi 24,0 kv.m, ümumi sahəsi 69,49 kv.m olan 3 (üç) otaqlı 39 saylı mənzildəki ona məxsus olan, yaşayış sahəsi 28.49 kv.m, 2 (iki) otaqdan ibarət payını tam olaraq bacısı - İddiaçı bağışlamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı üçüncü şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı Şəhər Xətai Rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən, 2.Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, 4.Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. CMS-AZEMİS məlumat-axtarış sistemindən üçüncü şəxsə dair əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerəşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerəşən mənzil onun adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona MA seriyalı ******* saylı qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil ilk öncə X1 mülkiyyətində olmuş və 13 iyul 2011-ci ildə bağlanmış Bağışlama müqaviləsi əsasında cavabdeh X3 tərəfindən ona bağışlanmışdır. Cavabdeh X3 2011-ci ilədək bir neçə ay ünvan 2 ünvanında yerəşən mənzildə yaşasa da, 2011-ci ildən hal-hazırkı vaxtadək bir gün belə ona məxsus mənzildə yaşamamışdır. 2011-ci ildə özü könüllü olaraq ona məxsus mənzili tərk edərək getmiş və həmin vaxtdan həyat yoldaşına məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi ev 7, mənzil 6-da yaşayır. Cavabdeh X3 özü könüllü olaraq ona məxsus mənzili tərk edərək getdiyindən, özünə məxsus daimi yaşayış yeri olan fərdi yaşayış evi olduğundan, qeyd olunan mənzilə dair istifadə hüquqları mövcud deyildir. Bundan başqa, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)4999 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə X1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə istifadə hüquqlarının tanınması qərara alınmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, lakin X3 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə qeydiyyata alınmamış, qətnamənin icrasını tələb etməmişdir. O, Nizami rayon Məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi, X1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə qeydiyyata alınması və ona məxsus ünvan 4 ünvanında yerəşən mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməyinə baxmayaraq, üçüncü şəxs ünvan 4 ünvanında yerəşən mənzildən qeydiyyatdan çıxmaqdan imtina etmişdir. Qeyd edilən üçüncü şəxs X1 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmalıdır. Həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət etsə də, həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı “X1 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraat, Nizami Rayon Məhkəməsinin icraatında olan, iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X1 həmin iş üzrə cavabdeh İddiaçı (hazırkı iş üzrə iddiaçı) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(007)-1385/2025 nömrəli mülki iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı cavabdeh Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X3) qeydiyyatdan çıxarılma tələbinə dair 2-1(112)-3592/2025 saylı iş üzrə icraat təzələnmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı yazılı izahat təqdim edərək bildirmişdir ki, hazırkı inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə aşağıdakı hüquqi əhəmiyyət kəsb edən halların nəzərə alınmasını xahiş edir: 1. İstifadə hüququnun itirilməsi barədə qanuni qüvvəyə minmiş Ali Məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)-2777/2025 saylı qərarı ilə: • X2 kassasiya şikayəti təmin edilməmiş; • aşağı instansiya məhkəmələrinin məhkəmə aktları dəyişdirilmədən saxlanılmış; • X4 ünvan 6 ünvanlı mənzil üzrə istifadə hüququnu itirmiş şəxs kimi tanınmışdır. Həmin məhkəmə aktı qəbul edildiyi andan qanuni qüvvəyə minmiş və hazırkı inzibati iş üçün preyudisial əhəmiyyət daşıyır. 2. İcraatın dayandırılmasından motivasiyalı imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraatın dayandırılması barədə vəsatət təmin edilməmişdir. Ali Məhkəmə açıq şəkildə göstərmişdir ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə işin baxılması yaşayış sahəsindən istifadə ilə bağlı digər mübahisələrin baxılmasına mane olmur. Beləliklə, Ali Məhkəmə qeyd olunan işlər arasında hüquqi asılılığın olmadığını müəyyən etmişdir. 3. 2012-ci il tarixli istifadə hüququnun tanınması barədə məhkəmə qərarı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(007)-1999/2012 saylı qətnaməsi ilə: • X2 ünvan 7 ünvanlı mənzil üzrə istifadə hüququ tanınmışdır. Həmin qətnamə xx.xx.2012-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilmişdir. 4. Qərarın prinsipial hüquqi nəticəsi (protokolda əks olunmasını xahiş edirəm) 2012-ci ildə qəbul edilmiş qərarın verildiyi vaxtda göstərilən mənzil dövlət mülkiyyətində olmuş və sosial kirayə əsasında istifadə olunmuşdur. Azərbaycan Respublikasının “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa və qüvvədə olan mənzil qanunvericiliyinə əsasən, dövlət mənzil fonduna aid yaşayış sahəsinin kirayəçisi və ya kirayəçinin ailə üzvü olan şəxs aşağıdakı hüquqlara malikdir: • yaşayış sahəsinin özəlləşdirilməsində iştirak etmək; • yaşayış sahəsini öz adına özəlləşdirmək; • və ya digər ailə üzvünün adına özəlləşdirilməsinə yazılı razılıq vermək. Beləliklə, 2012-ci il tarixli qətnamə qanuni qüvvəyə mindiyi andan etibarən X4: C.ünvan 8 ünvanlı mənzilin özəlləşdirilməsində iştirak etmək üçün müstəqil subyektiv hüquqa malik olmuşdur, habelə: • həmin mənzili öz adına özəlləşdirmək, • və ya digər ailə üzvünün adına özəlləşdirilməsinə razılıq vermək hüququna malik olmuşdur. Bu hal onun müstəqil yaşayış statusuna və özəlləşdirmə münasibətlərində tam hüquqlu iştirakçı olmasına dəlalət edir. 5. Bu halın hazırkı iş üçün əhəmiyyəti Beləliklə: 1. X4 məhkəmə tərəfindən tanınmış istifadə hüququna və potensial özəlləşdirmə hüququna malik olmuşdur; 2. O, yaşayış hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmiş və hüququnu tanıtdırmışdır; 3. 2012-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qərarı onun özəlləşdirmə münasibətlərində müstəqil hüquqi mövqeyə malik olduğunu təsdiq edir. Yuxarıda göstərilən hallar hazırkı inzibati iş üzrə qəbul ediləcək qərarın əsaslandırıcı hissəsində nəzərə alınmalı və əks etdirilməlidir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu onun müraciətini təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxs X1 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və üçüncü şəxs həmin mənzilə aid ünvanda qeydiyyatdadır. Cavabdeh iddiaçının üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iş materiallarında olan sübutlara istinad etməklə bildirir ki, iddiaçının mövqeyi qanuni və əsaslıdır. xx.xx.2011-ci il tarixli Bağışlama müqaviləsinə əsasən X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 11/21206 saylı arayışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 1169 nömrəli reyestr kitabının 106123 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********22-05101-093024, qeydiyyat nömrəsi ********** olan xx.xx.2010-cu il tarixli çıxarışa əsasən ümumi paylı mülkiyyət hüququ üzrə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 20 “A” saylı evin, yaşayış sahəsi 45,49 kv.m, yardımçı sahəsi 24,0 kv.m, ümumi sahəsi 69,49 kv.m olan 3 (üç) otaqlı 39 saylı mənzildəki ona məxsus olan, yaşayış sahəsi 28.49 kv.m, 2 (iki) otaqdan ibarət payını tam olaraq bacısı - İddiaçı bağışlamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7 fevral 2025-ci il tarixli, e-2(011)-844/2025 saylı qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış sahəsi 45,49 kv.m olan 20 “A” saylı evin 39 saylı mənzilindən X1 istifadə hüququ olmayan şəxs hesab olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 iyun 2025-ci il tarixli, 2(103)- 3046/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2777/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı X1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 iyun 2025-ci il tarixli, 2(103)-3046/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi üçüncü şəxsin mübahisəli ünvandan istifadə hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiqini tapmışdır. Beləliklə, üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb və bu ünvandakı qeydiyyatı hazırda formal xarakter daşıyır, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “...“şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.” Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün faktiki olaraq yaşadığı yaşayış yeri üzrə qeydiyyata alına bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxs X3 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxs X1 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-3592/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3592/2025
02.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver