Məhkəmə qərarları › İş №2-1(112)-3596/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3596/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3596/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm haqqında akt qeydinə düzəlişin edilməsi” tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X8 ölüm haqqında şəhadətnaməsində soyadının, adının və ata adının qeydində yol verilmiş yanlışlığın aradan qaldırılması, ölüm haqqında şəhadətnamədə onun adının soyadının və ata adının X3 qeyd olunması, həmçinin özünün doğum haqqında şəhadətnaməsində soyadının, adının və ata adının qeydində yol verilmiş yanlışlığın aradan qaldırılması, adının, soyadının X2 qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aliyeva (Həsənova) Afilə Abuzər qızı xx.xx.1979-cu il tarixində mərhum həyat yoldaşı X16 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Mərhum həyat yoldaşı X8 doğum haqqında şəhadətnaməsində adı Viləddin, soyadı -Alıyev, ata adı Alı kimi qeyd olunmuşdur (xx.xx.1966-ci il tarixli ,N-91 1-ЗЖ-N- 928753 saylı şəhadətnamə). X16 xx.xx.2011-ci ildə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi həmin vaxt yaşadıqları Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmişdir. Ölüm haqqında şəhadətnamə verilərkən həyat yoldaşının adı, soyadı, ata adı yanlışlığa yol verilərək səhvən X16 əvəzinə - X7 qeyd olunmuşdur. Eyni zamanda iddiaçının doğum haqqında şəhadətnaməsində də adının - soyadının qeydində yanlışlığa yol verilmiş, adım soyadım Alıyeva (Həsənova) Afilə Abuzər qızı əvəzinə İddiaçı kimi qeyd olunmuşdur. Qeyd edilən sənədlərdə yol verilmiş yanlışlıqlar iddiaçıya lazımı sənədləşmə işlərinin aparılmasında çətinliklər yaradır. Həmin yanlışlıqlara düzəliş verilməsi üçün ilkin olaraq 6 saylı Bakı “Asan Xidmət” X4 müraciət etmişdir. Ona bildirmişlər ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası ilə və sair hallar ərizə verənin qeydiyyatı üzrə VVAQ Şöbəsinə müraciət etsin. Bundan bir müddət sonra iddiaçı Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, hazırkı günə kimi müraciəti cavablandırılmamışdır. Təkrar müraciəti də cavabdeh tərəfindən cavablandırılmamışdır. Hazırda iddiaçı ona lazım olan sənədləşmə işlərini qeyd olunan sənədlərdə yol verilmiş yanlışlıqlara görə apara bilmir və həmin yanlışlıqları başqa yolla aradan qaldıra bilmir, məcbur olub məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı 2-1(112)- 3596/2025 nömrəli inzibati işdən İddiaçı özünün doğum haqqında şəhadətnaməsində soyad, ad, ata adı qeydində yol verilmiş yanlışlığın düzəldilməsinə aid hissə yeni nömrə verilməklə müstəqil iş kimi ayrıca icraata ayrılmışdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, X14 mərhum əri X11 ölüm haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı şöbəyə müraciət etmişdir. xx.xx.2011-ci il tarixdə 311 saylı ölüm haqqında akt qeydi ilə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, mərhum X8 adına məxsus olan AZE ******* seriyalı şəxsiyyət vəsiqəsində soyadı “Əliyev“, adı “Ələddin və ata adı “Əli” oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı,xx.xx.2001 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Ölüm haqqında akt qeydində dəyişiklik edilməsi barəsində kifayət qədər əsaslar olmadığına görə, vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni ölüm haqqında akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə qeydiyyat şöbəsinə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Basarkeçər rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, İ-ЗЖ №928753 nömrəli, (bərpa edilmiş) doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X16 1958-ci ildə Ermənistan SSR, Basarkeçər rayonu, Daşkənd kəndində doğulmuşdur. X13, anası X5r. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1966-cı il tarixli 91 saylı qeydiyyat aparılmışdır. -Vardenis (Basarkeçər) rayonu Daşkənd kənd soveti tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, 441050 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X12 arasında nikah bağlanmışdır. -Vardenis (Basarkeçər) rayonu Daşkənd kənd soveti tərəfindən verilmiş xx.xx.1980-cu il tarixli, 492561 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980ci il təvəllüdlü X6 atası X16, anası X9r. -Vardenis (Basarkeçər) rayonu Daşkənd kənd soveti tərəfindən verilmiş xx.xx.1982-cu il tarixli, 482603 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982ci il təvəllüdlü X1 atası X16, anası X10r. -Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş, xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə göndərilmiş, Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli, 311 №-li ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2011-ci il tarixdə, Gəncə şəhərində vəfat etmişdir. Ölüm haqqında akt qeydinin tərtib olunması üçün əsas olmuş sənədlər qanunvericiliyin tələblərinə əsasən məhv edildiyindən təqdim edilməsi mümkün olmamışdır. -Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2011-ci il tarixli, 462663 №-li plüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2011-ci ildə qəfləti koronar ölüm səbəbi ilə Gəncə şəhərində vəfat etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı iddia tələbinin əsası olaraq ərinin doğum haqqında şəhadətnaməsində, nikah haqqında şəhadətnaməsində, eləcə də övladlarının doğum haqqında şəhadətnamələrində ad, soyad və ata adının “X16” olaraq qeyd edildiyinə istinad etməklə, mərhum ərinin ölüm haqqında akt qeydində və ölüm haqqında şəhadətnaməsində ad, soyad və ata adının “X17”dan “X16”na dəyişidirilməsini xahiş edir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmişdir. Cavabdeh hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. -164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.7ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas müddəaların 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması hallarını, qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə səciyyələndirmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, iddiaçının mərhum ərinin doğum və nikah haqqında şəhadətnamələrində, habelə övladlarının doğum haqqında şəhadətnamələrində adı, soyadı və ata adı “X16” kimi göstərildiyindən dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və X8 ölüm haqqında akt qeydində və həmin qeyd əsasında verilmiş ölüm haqqında şəhadətnaməsində müvafiq dəyişikliyi etmək öhdəliyi cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli, 311 №-li ölüm haqqında akt qeydində və həmin akt qeydi əsasında verilmiş ölüm haqqında şəhadətnamədə X8 ad, soyad və ata adının “X17”dan dəyişiklik edilərək “X16” kimi qeyd edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar