Məhkəmə qərarları › İş №2-1(112)-3598/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3598/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3598/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "xxxx" firmasında işləməsini nəzərə alaraq həmin dövrün əmək stajına daxil edilməsi və ümumi iş stajı düzgün hesablanmaqla ona xx.xx.2023-cü il tarixdən həmin ümumi iş stajı dövrünə müvafiq düzgün pensiya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona ünvanlanmış 28 avqust 2023-cü il tarixli məktubla bildirilmişdir ki, araşdırma zamanı onun 58 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən az təşkil etdiyi (22 il 3 ay (xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1998xx.xx.1998-ci il tarixləri arasındakı dövlər və 2007-2023-cü illər üzrə 15 il 9 ay) müəyyən olunmuşdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, 58 yaşının tamam olduğu tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 403320.00 manat hesbalandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37700.59 manat təşkil edir. Qeyd olunanlara əsasən ona xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1278.90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmçinin iştirakı ilə 11 iyul 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunmuşdur. O, belə qənaətə gəlmişdir ki, "xxxx" firmasında işlədiyi 5 ilə yaxın əmək stajının hesablanmasından yaşayış yeri üzrə hüquqi faktın müəyyən olunmasına dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) ərizə təmin edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, ərizəçinin əmək kitabçasının korlanmasının səbəbi kimi ərizədə göstərilən və izahatlarında qeyd olunanların üst-üstə düşməməsi, eləcə də, şahid ifadələrinin ziddiyyətli olması, ərizəçinin işlədiyini bildirdiyi "xxxx" kooperativi və "xxxx" Firması barədə arxiv sənədlərinin müəyyən olunmadığı, Vergi Xidmətinin məlumatına əsasən "xxxx" firmasının xx.xx.1994-cü il tarixdə qeydiyyatdan keçməsi, qeyd olunan ziddiyyətli məqamların birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmasına baxmayaraq, həmin hallara heç bir qiymətin verilməməsi və s. kimi əsaslandırılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, ilkin olaraq maraqlı şəxsə müraciət edərək barəsində müvafiq pensiya təyin olunmasını xahiş etmiş, həmin müraciət əsasında ona pensiya təyin olunmuşdur. Lakin, daha sonra özünün də, bilmədiyi səbəbdən əmək pensiyasının dayandırılması barədə qərar qəbul edilmişdir. Ona əmək kitabçasında göstərilməyən illərə dair hüquqi faktın tanınması barədə inzibati orqanın qərarı mübahisələndirilməmiş, 25 ilinin tamamlanması üçün xx.xx.1989-cu ildən 1992-ci ilin oktyabr-noyabr ayrlarında işləməsi barədə hüquqi faktın müəyyən olunması üçün birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda, ərizəçi inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarını inzibati qaydada mübahisələndirərək hüququnun bərpa olunmasına nail olma imkanlarını itirməmişdir. Çünki, əmək pensiyasının təyin olunması üçün ərizəçi tərəfindən müvafiq sənədlər inzibati orqana təqdim edilmiş, sonuncu ərizəçiyə əmək pensiyasının təyin olunması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməklə müvafiq inzibati akt qəbul edilmişdir. Ərizəçinin özü də, bildirir ki, onun əmək kitabçasında bütün qeydlər mövcud olmuş, lakin sonradan bəzi vərəqlər cırılmışdır. Belə olan halda, ərizəçinin ona pensiya təyin olunan zaman əmək stajının təsdiqi üçün zəruri sənədlərin təqdim olunması ehtimalı mövcud deyildir. İnzibati orqanın ərizəçiyə təyin olunmuş əmək pensiyasının sonradan dayandırılmsı istiqamətində hərəkətinin (qərarın) qanuni olub-olmaması isə mülki məhkəmənin deyil, aidiyyəti inzibati məhkəmənin baxış predmetinə aiddir. Bununla yanaşı ərizəçi əvvəllər işlədiyi müvafiq hüquqi şəxslə bağlı zəruri məlumatları həmin hüquqi şəxsin hüquqi şəxsin ləğv olubolmaması təşkilatı hüquqi vəzifəsini dəyişməsi və s. ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə ərizəçinin müvafiq iş illərinin məhkəmədən kənar qaydada təsdiq imaknı tamamilə itməsi halı müəyyən edilmir. Halbuki, işdə olan Dövlət Vergi Xidmətinin 30 yanvar 2024-cü il tarixli məktubundan göründüyü kimi, dövlət reyestrində "xxxx" Firmasının xx.xx.1994-cü tarixdə 1502 nömrəli ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Beləliklə aydın olur ki, ərizəçi lazımi sənədləri ala bilməməsinin bərpasının mükmünsüzlüyünü təsdiq edən sübutları tam göstərməmiş və həmin sübutlar ərizəyə əlavə olunmamışdır.

3. Sonuncu dəfə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, xx.xx.2023-cü il tarixli dayandırılma barədə qərarın ləğv edilməsi, pensiyanın bərpası öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçının Filila 25 iyul 2023-cü il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş səndələrinə aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, İddiaçı əmək pensiyasının təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlrdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Araşdırma zamanı iddiaçının 58 yaşı tamam olduğu tarixə ümumi iş stajının 25 ildən az təşkil etdiyi (22 il 3 ay (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövlər və 2007-2023-cü illər üzrə 115 il 9 ay) müəyyən olunmuşdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, 58 yaşının tamam olduğu tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 403320.00 manat hesbalandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37700.59 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, göstərilən uyğunsuzluğa baxmayaraq iddiaçıya 58 yaşının tamam olmadığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1278.90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilməmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması haqqında məlumat verilmişdir. Həmçinin, iddiaçının iştirakı ilə 11 iyul 2023-cü il tarixdə qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrin dindirilməsinə dair birgə akt tərtib olunmuşdur.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür.

8. Cavabdeh tərəfindən iddiaçıya “Əmək pensiyasının dayandırılması barədə” 28 avqust 2023-cü il tarixli, 3-17-1/2-Q-196375/2023 nömrəli məktub göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3206/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən müəyyən edilmişdir ki, ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək əmək kitabçasının bərpa edilməsi, onun xx.xx.1989-cu il tarixdən 1992-ci ilin oktyabr-noyabr tarixinə kimi "xxxx" Kooperativində tikiçi sahəsində işləməsi faktının müəyyən edilməsi və sosial sığorta stajının işlədiyi tarixə qədər bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Həmin qətnamədən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadı ilə qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-367/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 3 dekabr 2024-cü il tarixli 3-17-1/2-296507/2024 nömrəli məktubla İddiaçı pensiya ödənişinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş materiallara əsasən müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən aparılmış inventarlaşdırma icraatı ilə əlaqədar inzibati icraat başlanılmış, iddiaçının inzibati icraatda iştirakı təmin edilmiş, bundan sonra xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının dayandırılması barədə” qərar qəbul edilmişdir. Dayandırılmanın səbəbi kimi xidməti araşdırma göstərilmişdir.

11. Məhkənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli, 3-21-2-1/2- 6351/2025 nömrəli məktubla bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 15202 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2024-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestr "xxxx" Kooperativi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 3-48-2F/2-791/2025 nömrəli məktubla bildirilmişdir ki, "xxxx" Firmasının (Kooperativinin) arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialıan təhvil verilməmişdir.

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2- ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

19. İddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etsə də, iddiaçı həmin qərarın mövcudluğundan məhkəmə icraatının gedişatında məlumatlı olmuş, bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməklə sözügedən qərarı mübahisələndirmiş, eləcə də, daha öncə hüquqlarının bərpasına mülki məhkəmə icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi ilə nail olmağa çalışmışdır. Bununa da, prosessual müddətə riayət etmişdir.

20. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: - 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 38. Əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi şərtlərinə uyğun olmayan halların yaranması barədə əmək pensiyaçısının və işəgötürənin məlumat vermək vəzifəsi 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.[198] 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

24. Göründüyü kimi, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzrdə tutulmuşdur və hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilmiş, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparılmış, işin hallarının hərtərəfli araşdırılması və yardım etmə vəzifəsinə də, əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul edilmişdir. Beləliklə inzibati orqanın öz təşəbbüsü ilə başladığı inzibati icraat çərçivəsində qanunvericilikdə birbaşa imperativ norma kimi nəzərdə tutulmuş hallara və qanunvericiliyin tələblərinə riayət edilmişdir.

25. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən həmçinin, etiraz ərizəsində dinlənilmə hüququnun təmin edilməməsinin, maraqlı şəxsin inzibati icraata cəlb edilməməsinin əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 21.3.2-ci və 21.3.4-cü maddələrinə isinad etsə də, hazırki işin faktiki hallarında sözügedən maddələrdə nəzərdə tutulmuş əsasların olması müəyyən edilməmişdir.

26. Məhkəmə eləcə də, qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir və inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar, onlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

27. Hazırki iş üzrə inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsindən başqa, işin faktiki halları ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla onun 58 yaşı xx.xx.2023-cü il tarixində tamam olmasına baxmayaraq, cavabdeh tərəfindən ona qanunsuz və əsassız olaraq 58 yaşının tamam olmadığı - xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, iddiaçının xx.xx.1989-cu ildən 1992-ci ilin oktyabr-noyabr tarixinədək "xxxx" Kooperativində işlədiyi illər cavabdeh tərəfindən onun sığorta stajına daxil edilməyərək ümumi iş stajı 22 il 3 ay müəyyən edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən sözügedən müəssisədə işlədiyi illərin sığorta stajına daxil edilməsi üçün hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edilmiş, iddiaçının ərizəsi birinci instansiya məhkəməsi tərəfindən təmin edilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddiaçının ərizəsi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “ərizəçi qeyd olunan faktın müəyyən edilməsi üçün lazımi sənədləri ala bilməməsini təsdiq edə bilməmişdir. Ərizəçi ərizəsinə bu istiqamətdə ümumiyyətlə hər hansı sübut əlavə etməmiş, birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş, ərizəni icraata qəbul etmişdir. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, ərizəçiyə xx.xx.2022-ci il tarixindən müvafiq əmək pensiyası təyin edilmiş, lakin, sonradan inzibati icraat qaydasında araşdırma aparılaraq təyin olunmuş əmək pensiyasının verilməsi dayandırılmışdır. Belə olan halda, ərizəçinin inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarını inzibati qaydada mübahisələndirərək hüququnun bərpa olunmasına nail olmaqla imkanları itirməmişdir. Çünki, əmək pensiyasının təyin olunması üçün ərizəçi tərəfindən müvafiq sənədlər inzibati orqana təqdim edilmiş və sonuncu ərizəçiyə əmək pensiyasının təyin olunması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməklə müvafiq inzibati akt qəbul etmişdir. Ərizəçinin özü də, bildirir ki, onun əmək kitabçasında bütün qeydlər mövcud olmuş, lakin, sonradan bəzi vərəqlər cırılmışdır. Belə olan halda, ərizəçinin ona pensiya təyin olunan zamanı əmək stajının təsdiqi üçün zəruri sənədlərin təqdim olunması ehtimalı mövcuddur. İnzibati orqanın ərizəçiyə təyin olunmuş əmək pensiyasının sonradan dayandırılması istiqamətində hərəkətin (qərarının) qanuni olub-olmaması isə mülki məhkəmənin deyil, aidiyyəti inzibati məhkəmənin baxış predmetinə aiddir. Bununla yanaşı, ərizəçi əvvəllər işlədiyi müvafiq hüquqi şəxslə bağlı zəruri məlumatları (həmin hüquqi şəxsin ləğv olunub-olunmaması və ya təşkilati hüquqi vəziyyətini dəyişməsi və s.) da ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə, ərizəçinin müvafiq iş illərinin məhkəmədən kənar qaydada təsdiqi imkanının tamamilə itməsi halı müəyyən edilmir. Halbuki, işdə olan Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" firmasının xx.xx.1994-cü il tarixdə 1502 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Beləliklə, aydın olur ki, ərizəçi lazımi sənədləri ala bilməməsini (yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü) təsdiq edən sübutları tam göstərməmiş və həmin sübutlar ərizəyə əlavə olunmamışdır. Belə olan halda isə, MPM-in 259.0.12-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır.”

28. Məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının yuxarıda qeyd edilən qərardadında qeyd edilənlərə əsasən, o cümlədən, iddiaçının "xxxx" Kooperativində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi məsələsinin inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü yoxlanılmış, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının inzibati orqanda mövcud olan pensiya işi materiallarında ona məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti və həmin əmək kitabçasının 4-cü səhifəsində iddiaçının "xxxx" Kooperativinə köçürülməsi qeyd edilsə də, onun "xxxx" Kooperativindən işdən çıxması ilə bağlı qeydlər mövcud deyildir. Bununla bağlı iddiaçının "xxxx" Kooperativində əmək fəaliyyəti ilə bağlı sənədlərin (əmək haqqı cədvəlləri, müəssisənin fəaliyyəti və s.) əldə edilməsi məqsədilə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğular ünvanlansa da, sorğulara daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, "xxxx" Firmasının (Kooperativinin) arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcud deyildir, həmçinin, "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 15202 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2024-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə "xxxx" Kooperativi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Göründüyü kimi, iddiaçının "xxxx" Kooperativində əmək fəaliyyəti ilə bağlı, o cümlədən müəssisənin dövlət qeydiyyatından keçməsi və fəaliyyəti ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir.

29. Bununla bağlı məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

30. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi”nın 4.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 4.4.1-ci bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3-cü bəndinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən.

33. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına və o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.

34. Lakin, iddiaçının əmək kitabçası yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə müvafiq olaraq doldurulmamış, iddiaçının işdən azad edilməsi barədə əmrlərin nöməsi və tarixləri qeyd edilməmiş, ümumiyyətlə bu barədə əmək kitabçasında qeyd aşkar edilməmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən əmək kitabçasının yararsız hala düşməsi səbəbindən əslinin məhkəməyə təqdim edilməsi də, mümkün olmamışdır. Məhkəmə tərəfindən sözügedən dövrlərin araşdırılması məqsədilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilsə də, iddiaçının sözügedən dövrlərdə həmin müəssisədə işləməsini təsdiq edəcək sənədlərin əldə edilməsi mümkün olmamışdır.

35. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mövcud vəziyyətdə sözügedən dövrlərin iddiaçının iş stajına daxil edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

36. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

37. İş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda.

38. Məhkəmə hazırki işin hallarını nəzərə alaraq xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, artıq iddiaçının "xxxx" Kooperativində olan iş stajının sosial sığorta stajına daxil edilməsi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması müəyyən edildiyindən, iddiaçı yenidən qanunvericiliklə müəyyən edilmiş qaydada mülki məhkəmə icraatında, xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə ümumi yurisdiksiyalı məhkəməyə müraciət edə bilər.

39. Odur, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar