Məhkəmə qərarları › İş №2-1(112)-3599/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3599/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3599/2021 19.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdeh Bakı Şəhər Cavabdeh nümayəndəsi X2, 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi olmaqla) “mənzilin iddiaçının xüsusi mülkiyyətinə verilməsi üçün dövlət qeydiyyatının həyata keçirilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi olmaqla) “mənzilin iddiaçının xüsusi mülkiyyətinə verilməsi üçün dövlət qeydiyyatının həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilin xidməti yaşayış sahəsi kateqoriyasından çıxarılması və onunla mənzilə dair daimi icarə müqaviləsinin bağlanması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq 18 yanvar 2021-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq, iddia ərizəsi üzrə iddiaçının istifadəsində olan ünvan 2 ünvanında yerləşən mənzilə dair orderin Cavabdeh tərəfindən verilməsinə baxmayaraq Nəsimi rayonunun inzibati ərazi vahidində yerləşdiyindən Cavabdeh tələbə cavab verməli olmayan orqan olduğu, bu əsasdan irəli gələrək qeyd olunan tələblə bağlı ilk öncə müvafiq inzibati orqan olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etməsi, müraciətinin təmin olmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilmiş, lakin bununla bağlı hər hansı hərəkət olunmamışdır. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 19 fevral 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı 1981-1992-ci illərdə keçmiş Sovet Ordusunda və daha sonra 1992-2001 -ci illərdə AR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət dövrü Cavabdeh 01 iyun 1992-ci il tarixli, 346/1 №-li sərəncamına əsasən o ailəsilə birlikdə xx.xx.1992-ci il tarixli, 003158 №-li order əsasında Müdafiə Nazirliyinin mənzil fonduna məxsus, qapalı hərbi şəhərciyə aid olmayan ünvan 1 ünvanına köçmüşdür. Halhazırda həmin ünvanda qeydiyyatdadır və yaşayır. Həmin mənzil xidməti yaşayış sahəsi kateqoriyasına aiddir. Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci i i tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə" Təlimatın 19-cu bəndinə əsasən icra hakimiyyətinin başçısı "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə ilə və digər qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətləri həyata keçirmək üçün müvafiq ərazidə normativ xarakterli aktlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8.-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Qeyd olunan normativ aktlardan göründüyü kimi Cavabdeh başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və Cavabdeh tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. Onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilin xidməti yaşayış sahəsi kateqoriyasından çıxarılması və onunla mənzilə dair daimi icarə müqaviləsinin (sosial kirayə müqaviləsi) bağlanmasına dair sərəncam verilməsi xahişi ilə o xx.xx.2021-ci il tarixdə Cavabdehnə müraciət etmişdir. Cavabdeh Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 7, mənzil 10 ünvanında yerləşən yaşayış sahəsinin Nəsimi rayonunun ərazisində yerləşdiyini əsas gətirərək daimi kirayə müqaviləsinin bağlanılmasına dair imtina etmişdirlər. Hesab edir ki, adıçəkilən ünvanda yerləşən yaşayış sahəsinə xidməti order Cavabdeh tərəfindən verildiyinə görə daimi kirayə (icarə) müqaviləsi də onunla Cavabdeh arasında bağlanılmalıdır. AR Müdafiə Nazirliyi yaşadığı mənzilin xidməti yaşayış sahəsi kateqoriyasından çıxarılmasına və onunla daimi icarə müqaviləsinin bağlanılmasına etiraz etmir. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə dair daxil olmuş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə” Təlimatın 19-cu bəndinə əsasən İcra hakimiyyətinin başçısı "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə ilə və digər qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətləri həyata keçirmək üçün müvafiq ərazidə normativ xarakterli aktlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8.-Cİ bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Qeyd olunan normativ aktlardan göründüyü kimi Cavabdeh başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və Cavabdeh tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. İddiaçı yaşadığı Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 7, mənzil 10 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh balansında olmadığından onunla daimi kirayə müqaviləsinin bağlanılması rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanları nəzərə alaraq cavabdeh iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Cavabdeh nümayəndəsi X4 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırki iddia tələbi üzrə iddiaçı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 7 saylı evin 10 saylı mənzilinin onun xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatının həyata keçirilməsi öhdəliyinin Bakı şəhər Cavabdeh üzərinə qoyulmasını tələb edir. Məhkəmə hazırkı iddia tələbinin mümkünlüyü məsələsini araşdırarkən bir neçə halın mövcudluğu səbəbindən iddianın mümkünlük şərtlərinə cavab vermədiyi qənaətindədir. İlk hal üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyi məsələ ondan ibarətdir ki, məhkəmə araşdırması dövründə iddiaçının istifadəsində olan mənzilə dair orderin Cavabdeh tərəfindən verilməsi müəyyən edilsə də, lakin mənzil Nəsimi rayonunun inzibati ərazi vahidində yerləşdiyindən Bakı Şəhər Cavabdeh tələbə cavab verməli olan orqan olmadığı müəyyən edilmişdir. Eyni zamanda, tələbin Bakı Şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı yönəldiləcəyi təqdirdə belə, mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, işdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3737/2019 saylı 28 oktyabr 2019-cu il tarixli Qərarından görünür ki, İddiaçı iddiası təmin edilərək ünvan 2 ünvanda yerləşən mənzilin xidməti yaşayış sahəsi kateqoriyasından çıxarılması və iddiaçı ilə mənzilə dair daimi icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-289/2020- saylı 17 yanvar 2020-ci il tarixli Qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3737/2019 saylı 28 oktyabr 2019-cu il tarixli Qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, İddiaçı cavabdeh Bakı Şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Cavabdeh, azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi olmaqla) “mənzilin xidməti yaşayış sahəsi kateqoriyasından çıxarılması və mənzilə dair daimi icarə müqaviləsinin bağlanması” tələbinə dair iddiasının təmin olunmaması qərara alınmışdır. Qərardan kassasiya şikayəti verilməmiş, qərar hazırda qanuni qüvvəsini almışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-289/2020- saylı 17 yanvar 2020-ci il tarixli Qərarı üzrə mövqeyi belə olmuşdur ki, mübahisəli mənzil üzrə balanssaxlayıcı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ya Bakı Qarnizonudur. Belə olan halda sözügedən mənzilə dair daimi icarə müqaviləsinin o halda bağlanılması mümkündür ki, həmin mənzilin xidməti yaşayış sahəsindən çıxarılması üçün balanssaxlayıcı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmiş olunsun. İş materialları ilə isə qeyd olunan mənzil barəsində belə bir müraciətin edildiyi öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; (8.1-ci bənd) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; (8.2-ci bənd). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3-cü bənd) Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Qərarın həmçinin 15.5-ci bəndində İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğu qeyd olunmuşdur. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.(15.6-cı bənd) Plenumun qeyd olunan Qərarinin tələbi baxımından göründüyü kimi iddiaçının hazırki iddia tələbi üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, onun eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna edir. Göründüyü kimi, iddiaçının hazırki tələbinə yuxarı instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, mübahisəli mənzil üzrə balanssaxlayıcı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ya Bakı Qarnizonudur, sözügedən mənzilə dair daimi icarə müqaviləsinin o halda bağlanılması mümkündür ki, həmin mənzilin xidməti yaşayış sahəsindən çıxarılması üçün balanssaxlayıcı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmiş olunsun. Lakin hazırkı halda balanssaxlayıcı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmiş olması, sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilməsi işin araşdırılan halları ilə müəyyən edilmir. Belə olan halda iddiaçı tərəfindən ilk öncə balanssaxlayıcı hesab edilən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (yaxud Bakı Qarnizonu) müraciət edilməmiş, onun müraciətinin təmin edilməsindən imtina edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, mənzillərin, o cümlədən xidməti mənzillərin statusunun dəyişdirilməsi ilə bağlı mövcud qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsində, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»də yerli icra hakimiyyətləri orqanlarına hər hansı səlahiyyət verilməmişdir. Yuxarıda qeyd olunanlarla yanaşı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.6-cı bəndinin tələblərini mövcud münasibətlərə tətbiq edərək məhkəmə hesab edir ki, iddia mümkün saymamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı, 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi olmaqla “mənzilin iddiaçının xüsusi mülkiyyətinə verilməsi üçün dövlət qeydiyyatının həyata keçirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar