Məhkəmə qərarları › İş №2-1(112)-36/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-36/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-36/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehi nümayədəsi X7 iştirakları ilə, İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyinin cavabdeh Bakı şəhər İca Hakimiyyətinə qarşı (3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “A3 X6 Korporasiyası” MMC olmaqla) “kompensasiyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti» İctimai Birliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İca Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə məxus və 50 il qanuni istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0,64 ha. torpaq sahəsində mövcud 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə dəymiz ziyanın əvəzi olaraq 13.200.000 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması və iddiaçının 0,64 ha. torpaq sahəsi ilə Yasamal rayonu ərazisində təmin etmək vəzifəsinin cavabdeh Bakı İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2019-cu il tarixli 2-1(81)-66/2019 saylı Qərardadına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi, xx xxxxxxxx 2020-ci il tarixli 2-1(112)-34/2020 saylı Qərardadlarına əsasən “A3 X6 Korporasiyası” MMC 3-cü şəxs qismində işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi 1960-cı ildə təsis edilmiş, “Azərbaycan Ovçular və Balıq Tutanlar Cəmiyyəti” ictimai birliyinin və xx.xx.1991-ci il tarixdə 97 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyətləri İttifaqının” hüquqi varisidir. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda yerləşən 3 mərtəbəli qeyri - yaşayış sahəsi və ətrafındakı tikililər iddiaçı “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyə məxsusdur. Həmin tikililərin yerləşdiyi 0,64 ha. torpaq sahəsi qanunu əsaslarla bundan 50 il əvvəl ayrılmışdır və bu müddət ərzində iddiaçı həmin əmlaklara iradsız sahiblik etmişdir. Qeyd olunan ünvanda İctimai Birliyin ofis inzibati binası, mağazası, anbarları, yeməkxana və kafesi, istirahət güşəsi, avtomobil qarajları və s. xidməti otaqları yerləşmişdi. 2015-ci ilin əvvəllərində Bakı İcra Hakimiyyəti tərəfindən Birliyə bildirilmişdir ki, Birliyə məxsus adı çəkilən ərazidə Milli Məclisin işçiləri üçün yaşayış binası tikilməsi nəzərdə tutulur və iddiaçıya məxsus əmlak əvəzində Birliyin istəyinə uyğun tikilən binadan ya da başqa ərazidə eyni oxşar yerin verilməsi təmin ediləcəkdir. İctimai Birlik də bu əsasdan razılığını bildirmişdir. Bununla bağlı cavabdehin xx xxxx 2015-ci il tarixli 110 saylı sərəncamı da olmuş və qeyd olunan sərəncamın icrası ilə bağlı olaraq, həmin ərazidə yeni bina inşa edilənədək və ya İctimai Birlik üçün torpaq sahəsi ayrılıb, yeni ofis binasının inşası tamamlana kimi Birliyin ofisinin yerləşdirilməsi məsələlərin həlli gedişatında xəbərdarlıq edilmədən cavabdeh Bakı İcra Hakimiyyəti tərəfindən İctimai Birliyə məxsus əmlak bir günün içində dağıdılmiş, hətta ofis ləvazimatların və arxivin daşınmasına belə imkan verilməmişdir. Tikililərin yerləşdiyi ərazi isə dövlət ehtiyacları üçün götürülərək yerində park salınmışdır. Cavabdeh tərəfindən dağıdılmış inzibati ofis binası və yardımçı tikililərin hazırkı bazar qiyməti və ya eyni tikilinin yenidən inşası İctimai Birliyə başa gələcək xərclərin dəyəri minimum 13.200.000 manat məbləğindədir. Göründüyü kimi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən, bina və qurğular mülkiyyətçi olaraq Birliyin iradəsinə zidd sökülüb, viran edilmiş, tikililərin yerləşdiyi 0,64 ha torpaq sahəsi isə dövlət ehtiyatlan üçün götürülmüşdür. Mülkiyyət hüququnun qonunmasma dövlət tərəfindən təminat verilir. Məhkəmənin qanuni qüvvəsinə minmiş qərarı olmadan heç bir halda mülkiyyətçinin iradəsinə zidd, onun mülkiyyətində olan əmlakına müdaxilə edilə bilməz. Dövlət ehtiyatları üçün alınması mütləq olan, əmlaklar isə əvəzi tam şəkildə ödənilməklə, götürülə bilər. Lakin bununla bağlı dəfələrlə Bakı şəhər İcra Hakimiyyətində, onun vəzifəli şəxslərin qəbulunda olsaq da, Birliyin əlindən alınmış əmlakın əvəzinin ödənilməsi barədə müraciətlər, hər dəfə bir bəhanə gətirilməklə, ödənilməsi üçün heç bir qanuni tədbir görülməmişdir. Dəymiş ziyanın məbləğinin minimum həcmində, yəni sökülən əmlakların dəyəri 13.200.000 manat və 0,64 ha. torpaq sahəsinin dəyəri olan 6.800.000 manat və ya əvəzində Bakı İcra Hakimiyyətinin sərəncamında olan Bakı şəhərində bərabər ərazidə torpaq sahəsi və ya qeyri yaşayış sahəsinin verilməsini cavabdehə təklif edilmişdir. Bu barədə yazılı müraciətə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə "-5944/17 saylı imtina məktubu verdiyindən, nəticəsi olmamışdır. Ona görə də Birlik hüququnun müdafiəsinin təmin edilməsi məqsədi ilə məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Yuxanda sadalananlara əsaslanaraq, iddiaçı məhkəmədən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45-46-cı maddələrinin tələbini nəzərə alaraq, məhkəmədən “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə məxus və 50 il qanuni istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0,64 ha. torpaq sahəsində mövcud 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə dəymiz ziyanın əvəzi olaraq 13.200.000 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması və iddiaçının 0,64 ha. torpaq sahəsi ilə Yasamal rayonu ərazisində təmin etmək vəzifəsinin cavabdeh Bakı İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdiur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədovun xx.xx.2014-cü il tarixli, 01- 1-78 saylı müraciəti ilə və Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin xx.xx.2015-ci il tarixli, 22 saylı razılıq məktubu nəzərə alınaraq, ünvan 2 ünvanda yalnız layihələndirmə üçün əsas olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı ilə Milli Məclisin əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və həmin sərəncamın layihələndirmə işləri tam başa çatdıqdan sonra sözügedən obyektin tikintisinə icazənin və tikinti işləri başlanması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilməsi sifarişçiyə tapşırılmışdır. Lakin buna baxmayaraq, müvafiq icazə sənədləri alınmadan və inşaat norma və qaydalarının tələblərinə riayət etmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsi və ətrafındakı tikililərin sökülməsi və qazıntı işləri, habelə mövcud yaşıllığın qanunsuz kəsilərək məhv edilməsi yaxınlıqda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə səbəb olduğundan, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı xx.xx.2017-ci il tarixli, 164 saylı sərəncamla ləğv edilərək, həmin ərazidə yeni park kompleksinin salınmasına icazə verilmişdir. Eyni zamanda hesab edirlər ki, iddia tələbinə bilavasitə aidiyyəti olan Milli Məclisin işlər idarəsi cavabdeh kimi işə cəlb olunmalıdır. Ona görə ki, həmin ərazidə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi və ətrafındakı tikililərin sökülməsi Milli Məclisin işlər İdarəsinin göstərişinə əsasən aparılmışdır. Qeyd edilən ünvan üzrə Bakı şəhər İca Hakimiyyəti hər hansı inzibati akt qəbul etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin Bakı şəhəri, Mətbuat prospekti 29 ünvanda yerləşən inzibati binasının və ona bitişik yardımçı tikililərin sökülməsi Bakı Şəhər icra Hakimiyyəti tərəfindən aparılmadığından iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs “xxxx” məhkəməyə iddia tələbinə dair münasibət bildirərək ərizəsini onunl əsaslandırmışdır ki, iddiaçı iddianın əsası kimi ona istinad edilmişdir ki, ona məxsus əmlak cavabdeh tərəfindən qanunsuz sökülmüş, lakin əvəzində hər hansı kompensasiya verilməmişdir. İddia ilə bağlı iş üzrə üçüncü şəxs qismində cəlb edilən olaraq “A3 X8 Korporasiyası” MMC iddia ərizəsində qeyd olunan sökülmüş əmlak sərəncamlar və bununla bağlı baş vermiş hərəklərə dair ona aid və məlum olan aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşlarının mənzil şəraitini yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı ilə Bal şəhəri, Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanda yerləşə ümumilikdə 70 ha. torpaq sahəsi ayrılmışdır və adı çəkilən binanın layihələndirilməsi, inşası podradçı olaraq “xxxx” MMC-yə həvalə edilmişdir. Qeyd olunan 70 ha. torpaq sahəsinin 0,64 ha. hissəsi və onun üzərində yerləşən mərtəbəli qeyri yaşayış binası Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə məxsus olmuşdur. Ona görə də sərəncama qədər həmin torpaq sahəsi və orada yerləşən binanı əvəzinin ödənilməsi şərtləri qabaqcadan Milli Məclis, “A3 Sənaye Tikinti İnvestisi) Korporasiyası” MMC ilə Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi arasında razılaşdırılmış və bu barədə tərəflər arasında üç tərəfli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Milli Məclisi, “xxxx” MMC ilə Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış Podrad Müqaviləsinin 1.2-ci bəndinə əsasən - podraçı olaraq “xxxx” MMC həmin torpaq sahəsinin müqabilində adı keçən torpaq sahəsində inşa ediləcək yaşayış binasının 1-ci və 2-ci mərtəbəsindən 2500 kv.m. qeyri-yaşayış sahəsini əlavə dəyər ödənilmədən Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə təhvil verməli, bundan başqa tikintinin davam etdiyi 2 ildən artıq olmayan müddət ərzində İctimai Birlik öz vəsaiti hesabına münasib icarə sahəsi ilə təmin edir və hər ay ona ən azı 5.000 manat kompensaiya ödəyir. Tərəflər arasında qeyd olunan razılaşmadan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilməsi üçün “Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi ona məxsus ərazidə Milli Məclis üçün tikiləcək yaşayış binasının layihələndirilməsi və tikintisinə razılıq məktubu alınmışdır. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısı xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı vermişdir. Sərəncamdan sonra “xxxx” MMC həmin ərazidə inşaat və layihələndirmə işlərinin aparılmasına hazırlıq işlərinin həyata keçirilməsinə başlamışdır. İlk növbədə “Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin əməkdaşlarının yerləşdirilməsi üçün münasib ofis sahəsini tapmış və təmirə başlamışlar. Eyni zamanda ərazidə mövcud kommunikasiya xətlərinin yerini tikintinin aparıldığı ərazidən kənara çıxarılması üçün digər şəxslə subpodrat müqaviləsi bağlanıldı. Subpodrat ərazidə işə başlanmasının 3-cü günü Bakı İcra Hakimiyyətindən işin dayandırılması tələb edilmiş, səbəbi də ərazidə ağac kəsilməsindən Ekologiya İdarəsinin şikayətiçi olduğu bildirilmişdir. Təmin tələblə bağlı da ərazidə tikintiyə hazırlıq işləri dayandırılmışdır. İki gündən sonra da subpodratçı AR CM-nin 259-cu maddəsi ilə təqsirli bilinib həbs edilmiş, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 164 saylı sərəncamı ilə tikintiyə dair adı çəkilən xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı ləğv edilmişdir. Tikintiyə hazırlıq işləri qısa müddət davam etdiyindən, “Azərovçu” İctimai Birliyi üçün yeni ofis sahəsinin hazırlanması başa çatmadığından, həmin sahədə özlərinə məxsus 2 mərtəbəli binada qalmışdılar. Milli Məclisin İşlər İdarəsi ilə məsələni yoluna qoymağa çalışmış və bu tərəfdən də cinayət işinin istintaqı ilə əlaqədar məşğul olmuşlar. Bakı şəhər İcra Hakimiyyəti həmin əraziyə texnika tökərək, “Azərovçu” İctimai Birliyinə məxsus binanı dağıtmışlar. Əraziyə gələndə artıq binanın 2-ci mərtəbəsi dağıdılmışdır. Birinci mərtəbəsi də dağıntıların altında qalmışdı. Məlum olmuşdur ki, söküntü işinə axşamdan başlanmış, səhər tezdən də işə gəlmiş “Azərovçu” İctimai Birliyinin işçiləri binaya daxil ola bilməmişlər. İşçilər dağıntının qarşısını almaq istədikdə, mübahisə baş vermişdir. Mübahisə yerinə polislər, daha sonra da Bakı İHB-sı gəlmiş və sökülmüş binaya görə kompensasiyanın verilməsi üçün də lazımlı tədbirlər görüləcəyini bildirmişdir. Həqiqətən də həmin ərazidə sonradan park salındı, lakin sökülmüş binaya görə “Azərovçu” İctimai Birliyinə vəd edilmiş kompensasiyanın verilməsi təmin edilməmişdir. Qeyd edirlər ki, Bakı İH tərəfindən sökülmüş binanın əvəzində “xxxx” MMC tərəfindən tikiləcək binanın 1-ci və 2-ci qeyri-yaşayış mərtəbələrindən “Azərovçu” İctimai Birliyinə verilməsi şərtləşdirilmiş, 2.500 kv.m qeyri-yaşayış (ofis) sahəsinin hazırda bazar dəyəri (təmirsiz vəziyyətdə) minimum 12.500.000 manat məbləğindədir. Halbu ki, həmin sahənin onlara təmirli və istismara tam şəkildə hazır vəziyyətdə verilməsi razılaşdırılmışdır. Bundan başqa tikintinin aparıldığı 2 il müddətində, “xxxx” MMC-nin vəsaiti hesabına onların uyğun ofis sahəsi ilə təmin edilməsi, eyni zamanda biznesdən (mağaza, kafe, anbar və s.) əldən çıxmış gəlirin əvəzi olaraq ayda minimum 5000 manat hesabı ilə 120.000 manat verilməsi təmin ediləcəkdir. Göründüyü kimi cavabdeh Bakı şəhər İcra Hakimiyyət Başçısının sərəncamın ləğv edilməsi, özgəsinə məxsus əmlakın dağıdılması ilə bağlı hərəkətlərinin “Azərovçu” İB-nə hansı ziyanlar vurduğu ilə nəticələndiyi göz qabağındadır. Bu baxımdan da müqavilə tərəfi olaraq “xxxx” MMC hesab edir ki, “Azərovçu” İctimai Birliyinin cavabdeh Bakı şəhər İHB-na qarşı iddiasında haqlıdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İşin hallarından görünür ki, -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi xx.xx.1991-ci il tarixdə 97 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Mətbuat prospekti, 29 ünvanıdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamədən görünür ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi olaraq qeydiyyata alınmışdır. -xx.xx.2005-ci il tarixdə Ədliyyə Nazirliyində yenidən dövlət qeydiyyatına alınmış Birliyin nizamnaməsinin 1.2-ci bəndinə dəyişklik edilərək qeyd edilmişdir ki, “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi 1960-cı ildə təsis edilmiş, Azərbaycan Respblikası Nazirlər Sovetinin xx xxxxxx 1983-cü il tarixli, 453 nömrəli qərarı ilə Nizamnaməsi təsdiq edilmiş Azərbaycan Ovçular və X4 İctimai Birliyinin və xx xxxxxx 1991-ci il tarixdə 97 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İttifaqının hüquqi varisidir. -Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx xxxx 1966-cı il tarixli, 40/1986 nömrəli Qərarından Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti “Azovçubirlik”in müraciəti əsasında indiki Bakı şəhəri, Yasamal rayonu, (əvvəlki Б.Авакян küçəsi) 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanda yerləşən torpaq sahəsindən 0,14 ha “Ovçular evi”nə ayrılmışdır. -Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx xxxxxx 1965-ci il tarixli, 956 nömrəli Protokoldan Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti “Azovçubirlik”in müraciəti təmin olunaraq Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1964-cü il tarixli, 21/1132 nömrəli qərarı əsasında Qubkin adına yaşıllaşdırma institutuna ayrılmış indiki Bakı şəhəri, Yasamal rayonu (Oktyabr), 3141-ci məhəllə, Mətbuat prospekti (əvvəlki Б.Авакян küçəsi) 29 ünvanda yerləşən torpaq sahəsindən 0,5 ha torpaq sahəsi “Ovçular evi”nə ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2015-ci il tarixli, 110 saylı “Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələşdirilməsi məqsədilə ayrılmış torpaq sahəsinin əvəzləşdirilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2014-cü il tarixli, 01- 1-78 saylı müraciətini və Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin xx.xx.2015-ci il tarixli, 22 saylı razılığını nəzərə alaraq, Nəsimi rayonu, A.Qurbanov küçəsi, 636-cı məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 71 saylı sərəncamı ilə Milli Məclisə əməkdaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsi Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli, 22/956 saylı və xx.xx.1966-cı il taerixli 40/1986 saylı saylı qərarları ilə Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinə ünvan 9 ünvanda ayrılmış torpaq sahəsi ilə əvəzləndirilsin və həmin ərazidə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Milli Məclisə icazə verilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 71 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 2017-ci il tarixli, 164 saylı Sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, ünvan 9 qnvanda Azərbayan Respublikası Milli Məclisinin əməkdaşları üçün yaşayış binasının tikintisinin layihələşdirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 mart 2015-ci il tarixli, 110 saylı sərəncamı ləğv edilməsi, 2-ci bəndinə əsasən həmin ərazidə yeni park kompleksinin salınması qeyd edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədrinə ünvanlanan xx xxxxxx 2017-ci il tarixli, 7-4122/17 saylı məktubunun mətnindən müəyyən edilir ki, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin müvafiq yerlə təmin edilməsi barədə Azərbayan Respublikası Nazirlər Kabinetindən və Milli Məclisdən daxil olmuş növbəti məktublara Bakı şəhər İcra Hakimiyyətində baxılaraq bildirilmişdir ki, Milli Məclisin xx.xx.2014-cü il tarixl, 01-1-78 saylı müraciəti və Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 0203.2015-ci il tarixli, 22 saylı razılıq məktubu nəzərə alınaraq, Yasamal rayonu, 3141-ci məhəllə, Mətbuat prospekti, 29 ünvanda yalnız layihələndirmə üçün əsas olan Bakı şəhər İcra Hakimiyəti Başçısının xx.xx.2015-ci il tarixli, 110 saylı Sərəncamı ilə Milli Məclisin əməkdaşlarının məzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və həmin Sərəncamın 2.5-ci bəndi ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada layihələndirmə işləri tam başa çatdıqdan sonra sözügedən obyektin tikintisinə icazənin və tikinti işlərinin başlanması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə tikinti layihəsinin (ekspertiza edilmiş) Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma baş İdarəsinə təqdim edilməsi sifarişçiyə tapşırılmışdır. Lakin buna baxmayaraq, müvafiq icazə sənədləri alınmadan və inşaat norma və qaydalarının tələblərinə riayət olunmadan ərazidə aparılan söküntü və qazıntı işləri, habelə mövcud yaşıllığın qanunsuz kəsilərək məhv edilməsi yaxınlıqda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə səbəb olmuş və nəticədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 110 saylı sərəncamı xx.xx.2017-ci il tarixli, 164 saylı sərəncamla ləğv edilərək, həmin ərazidə yeni park kompleksinin salınmasına icazə verildiyi, Bakı şəhər İcra Hakimiyyətinin balansında boş və istifadəsiz daşınmaz əmlak və torpaq sahəsi olmadığından, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin müvafiq yerlə təmin etmək imkanının xaricindədir. -Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri, “A3 X1” MM və Azərbaycan Respublikası Ovçuluq və Balıqçılıq Cəmiyyətləri Birliyi “Azərovçu” Birliyi arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən “Birinci tərəf’ üçüncü tərəflə razılaşma əsasında ona ayrılmış AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 29 ünvanda yerləşən 0.70 ha torpaq sahəsini və onun üzərində tikinti işləri aparılması hüquqlarını ondan alaraq bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada sifarişlərini yerinə yetirmək məqsədi ilə "İkinci tərəfin istifadəsinə və sahibliyinə verməyi; 1.2-ci bəndinə əsasən “İkinci tərəf’ həmin müqavilənin 1.1 bəndində göstərilən torpaq sahəsini və tikinti işlərinin aparılması üçün müvafiq dövlət orqanları tərəfindən verilmiş bütün hüquqları bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə “Birinci tərəfdən qəbul etməyi və hündürmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisini həyata keçirməyi və həmin torpaq sahəsinin müqabilində həmin müqavilə əsasında inşa edilən yaşayış binasının 1-ci və ya 2-ci mərtəbəsindən 2500 (iki min beş yüz) kv.metrlik qeyri-yaşayış sahəsini əlavə dəyər ödənilmədən “Üçüncü tərəfə təhvil verməyi öhdəsinə götürmüşdür. Tikintinin davam etdiyi 2 (iki) ildən artıq olmayan müddət ərzində "Üçüncü tərəfi öz vəsaiti hesabına münasib icarə sahəsi ilə təmin etməyi və hər ay "Üçüncü tərəfə ən azı 5000 (beş min), ən çoxu isə 8000 (səkkiz min) manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən “Birinci tərəf’ bu müqavilə ilə müəyyən olunan qaydada 1.1 bəndində göstərilən torpaq sahəsini “Üçüncü tərəfdən almağı və “İkinci tərəfə təhvil verilməsini təşkil edir, həmçinin yaşayış binasının tikintisi üçün tikintiyə icazə sənədlərinin alınmasına, layihənin birgə təsdiqinə, həmin müqavilənin 1.1 bəndində qeyd olunan ərazidə məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsinə (başqa ərazidə yerləşdirilməsinə) hər cür təşkilati hüquqi köməkliklər göstərməyi, eləcə də həmin müqavilə əsasında inşa edilən yaşayış binasının 2 (iki) və 3 (üç) otaqlı 70 (yetmiş) ədəd mənzilinin hər 1 (bir) metr2 sahəsinin dəyərinin 650 (altı yüz əlli) manat müəyyən edilməklə özünün təqdim etdiyi siyahıda göstərilən vətəndaşlar tərəfindən satın alınmasını və dəyərinin "İkinci tərəfə ödənilməsini təmin etməyi üzərinə götürmüşdür. Göründüyü kimi iddiaçının hazırkı iddia tələbi iki hissədən ibarət olmaqla “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə məxus və 50 il qanuni istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0,64 ha. torpaq sahəsində mövcud 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sökülməsi ilə bağlı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə dəymiz ziyanın əvəzi olaraq 13.200.000 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması və iddiaçının 0,64 ha. torpaq sahəsi ilə Yasamal rayonu ərazisində təmin etmək vəzifəsinin cavabdeh Bakı İcra Hakimiyyətinin üzərinə qoyulmasından ibarətdir. İddiaçı qeyd olunan təblərlə bağlı cavabdehə müraciət etsə də, lakin müraciətin təmin edilməsindən xx xxxx 2017-ci il tarixli, 7-176/1 saylı və 7-5944/17 saylı, xx xxxxxx 2018-ci il tarixli məktublar əsasında imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qeyd olunan inzibati binanın və ona bitişik yardımçı tikililərin Bakı şəhər ica Hakimiyyəti tərəfindən sökülmədiyindən iddiaçının xahişinin yerinə yetirilməsi mümkün deyil. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı hazırki iddia tələbi üzrə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda yerləşən 3 mərtəbəli qeyri - yaşayış sahəsi və ətrafındakı tikililərin, o cümlədən ofis inzibati binası, mağazası, anbarları, yeməkxana və kafesi, istirahət güşəsi, avtomobil qarajları və s. xidməti otaqların Bakı İcra Hakimiyyətinin xx xxxx 2015-ci il tarixli 110 saylı sərəncamın icrası ilə bağlı olaraq, həmin ərazidə yeni bina inşa edilənədək və ya İctimai Birlik üçün torpaq sahəsi ayrılıb, yeni ofis binasının inşası tamamlana kimi Birliyin ofisinin yerləşdirilməsi məsələlərin həlli gedişatında xəbərdarlıq edilmədən cavabdeh Bakı İcra Hakimiyyəti tərəfindən İctimai Birliyə məxsus əmlakların bir günün içərisində dağıdığı, sonradan sözügedən sərəncamın cavabdehin digər sərəncamı əsasında ləğv edildiyindən və tikililərin yerləşdiyi ərazinin dövlət ehtiyacları üçün götürülərək yerində park salındığını və iddiaçıya bununla bağlı heç bir kompensasiyanın ödənilmədiyini qeyd edədərək iddianı əsaslandırmağa çalışmışdır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında sözügedən mübahisə predmeti olan 3 mərtəbəli qeyri - yaşayış sahəsi və ətrafındakı tikililərin, o cümlədən ofis inzibati binanın, mağaza, anbarların, yeməkxana və kafenin, istirahət güşəsinin, avtomobil qarajlarının və s. xidməti otaqlarının yerləşdiyi torpaq sahəsinə dair iddiaçının müvafiq hüquqmüəyyənedici sənədinin olması müəyyən edilməmiş və qeyd olunan tikililərin məhz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi işin araşdırılan halları ilə müəyyən edilməmişdir . Belə ki, işdə olan Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx xxxx 1966-cı il tarixli, 40/1986 nömrəli Qərarından Çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti “Azovçubirlik”in müraciəti əsasında indiki Bakı şəhəri, Yasamal rayonu, (əvvəlki Б.Авакян küçəsi) 3141-ci məhəllə, Mətbuat prospekti 29 ünvanda yerləşən torpaq sahəsindən 0,14 ha, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx xxxxxx 1965-ci il tarixli, 956 nömrəli Protokoldan Çıxarışa əsasən Azərbaycan Respublikası Ovçular və Balıqçılar Cəmiyyəti “Azovçubirlik”in müraciəti təmin olunaraq Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1964-cü il tarixli, 21/1132 nömrəli qərarı əsasında Qubkin adına yaşıllaşdırma institutuna ayrılmış indiki Bakı şəhəri, Yasamal rayonu (Oktyabr), 3141-ci məhəllə, Mətbuat prospekti (əvvəlki Б.Авакян küçəsi) 29 ünvanda yerləşən torpaq sahəsindən 0,5 ha torpaq sahəsi “Ovçular evi”nə ayrılmışdır. Lakin işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının qeyd olunan Qərarlar əsasında onun adına ayrılan torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmamış, müvafiq çıxarış əldə edilməmişdir. Göründüyü kimi qeyd olunan torpaq sahəsinin hüquqi rejimi dövlət mülkiyyətində olan torpaq hesab edildiyindən iddiaçının qeyd olunan torpaqlar üzərində sərəncam vermək hüququ olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Dövlət mülkiyyət hüququ dedikdə, dövlətin mənsub olduğu əmlak üzərində qanunla müəyyən edilmiş çərçivədə sahiblik, istifadə və sərəncam vermək hüququ başa düşülür. Başqa subyektiv hüquqlar kimi dövlət mülkiyyət hüququ da müəyyən hüquq münasibəti çərçivəsində yaranır, bu və ya digər maddi dəyərlərin idarəçiliyi sahəsində konkret səlahiyyətləri xarakterizə edir. Dövlət başqa mülkiyyətçilərin malik olmadığı mülkiyyət obyektlərini əldə edə bilər və əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.2-ci maddəsinə müvafiq olaraq fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Bu obyektlərin geniş dairəsi «Azərbaycan Respublikasında mülkiyyət haqqında» x xxxxxx 1991-ci il tarixli Qanunu ilə tənzimlənir. Məhkəmə o cümlədən qeyd edir ki, iddiaçı ikinci tələb üzrə qeyd olunan əmlakların Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən və ya onun səlahiyyətli şəxslərinin tapşırığı əsasında aparılmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, işdə olan sənədlər, həmçinin məhkəmə araşdırması zamanı söküntü işlərinin məhz Bakı şəhəri Bakı şəhər İca Hakimiyyəti tərəfindən aparılması müəyyən edilmədiyindən, buna görə də iddiaçının cavabdehdən ona məxsus əmlakın sökülməsi ilə bağlı kompensasiya tələbi əsassızdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin xx xxx 2018-ci il tarixli qərardadı ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olmuş və sökülmüş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0,64 ha torpaq sahəsindəki 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin sahəsi izahedici məktub və çertyojlara, həmçinin smeta materiallarına əsasən neçə kvadrat metr təşkil etdiyi, həmin əmlak kompleksinin halhazırki bazar qiymətinin nə qədər olmasının müəyyənləşdirilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ticarət və X3 Birliyinin 190 nömrəli xx xxxx 2019-cu il tarixli rəyinin nəticə hissəsində “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olmuş və sökülmüş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0,64 ha torpaq sahəsindəki 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin tikintisinə çəkilən xərc 4865012,12 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olmuş və sökülmüş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda 0,64 ha torpaq sahəsindəki 3 mərtəbəli inzibati ofis binası və yardımçı tikililərdən ibarət əmlak kompleksinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsinə dair iddiaçı tərəfindən əsaslı sübutları təqdim edə bilmədiyi əsası ilə ekspert rəyinin sübut kimi qəbul edilməsində zərurət olmadığı qənaətindədir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilən maddi hüquq normalarının mahiyyətinə görə, zərərin əvəzinin ödənilməsini tələb edən şəxs məhkəməyə müraciət edərkən, əvvəla hüquq pozuntusunun baş verməsini sübut etməli, hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Məhkəmə tərəfindən iddiaçıya məhz Bakı şəhəri Bakı şəhər İca Hakimiyyəti və ya onun səlahiyyətli şəxslərinin tapşırığı əsasında aparılması, bununla bağlı hər hansı inzibati aktın qəbul olunduğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehdən sözügedən əmlakların söküntüsü ilə bağlı kompensasiya ödənilməsi tələbi əsassızdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar