Məhkəmə qərarları › İş №2-1(112)-36/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-36/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-36/2023 05.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyоva Miminat Tacib qızı İddiaçı cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 101 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması” barədə iddia tələbinə dair inzibati iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair iddiaçının ərizəsinə məhkəmənin binasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 101 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2621/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon məhkəməsinin icraatında olan iddiaçı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı (üçüncü şəxslər – “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC və Xətai rayon Polis İdarəsi) “orderin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-36/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(011)-5764/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7184/2020 saylı iş üzrə yekun məhkəmə aktı qüvvəyə mindiyi üçün haızrki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 101 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 101 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar