Məhkəmə qərarları › İş №2-1(112)-36/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-36/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-36/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndələri Vəkil2 Sucahət oğlunun və Vəkil3, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs: X7) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC barəsində cavabdehin xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının və akta baxılması nəticəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196367 saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-4701/2020 saylı qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4701/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Bu qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilərək işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-2016/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4701/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Həmin qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)- 2016/2020 nömrəli qərardadının ləğv edilməsini və növbəti prosessual hərəkətlərin edilməsi üçün işin məhkəməyə göndərilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 462/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(104)- 2016/2020 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4701/2020 saylı qəraradadı qismən-iddia tələbinin mümkün sayılmayan "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********196367 nömrəli qərarın ləğv edilməsi" hissəsində ləğv edilmiş və iş həmin hissədə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İİ Tərəflərin əsaslandırması

9. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin əsas fəaliyyəti tibbi xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Əvvəlki illərdə şirkət fəaliyyət göstərsə də, artıq bir neçə ildir ki, fəaliyyət göstərmir, fəaliyyətini dayandırmışdır. MMC-nin təsisçiləri arasında anlaşılmazlıqların olması, ümumiyyətlə, fəaliyyət göstərməsini mümkünsüz etmişdir. Şirkətin təsisçisinin nümayəndəsinin Vergilər Nazirliyinə etdiyi müraciətlərlə bağlı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cəmiyyətin xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə fəaliyyəti yoxlanılmış, yoxlama xx.xx.2018-ci il tarixli qərara əsasən xx.xx.2018-ci il tarixdə başlamış və nəticəsi **********142295 saylı, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəhbərliyi tərəfindən baxılaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196367 saylı, xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd edilən qərarda göstərilmişdir ki, ilkin mühasibat sənədlərinə, bank, kassa çıxarışları, qaimələr, müqavilələr, malların (işlərin, xidmətlərin) alış və satış sənədlərinə və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə əsaslanaraq müəssisənin dövriyyəsinin 2015-ci il üzrə 692553,39 manat (ƏDV-siz) məbləğində olduğu müəyyən edilmişdir. 2016cı il üzrə hesabat göstəriciləri təqdim edilmədiyindən həmin dövrlərin xidmət dövriyyəsi müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticələrinə və yoxlama zamanı əldə olunmuş vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən 234724.97 (ƏDV-siz) manat müəyyən edilmişdir. Nəticədə müəssisə tərəfindən mənfəət vergisinin 21905,31 manat, ƏDV-nin 145681.78 manat yayındırılması, sadələşdirilmiş verginin isə 7153,7 manat artıq hesablanması müəyyən edilmişdir. Qərara alınmışdır ki, 2015-ci il üzrə mənfəət vergisinin 21905,31 manat, 2015-ci il üzrə ƏDV-nin 103431,31 manat, 2016-cı il üzrə ƏDV-nin 42250,47 manat azaldılmasına görə "xxxx" MMC vergi məsuliyyətinə cəlb edilsin, hesablanmış əlavə vəsaitlər şəxsi hesab vərəqəsinə daxil edilsin. Yoxlama məhz "xxxx" MMC barəsində təsisçisinin nümayəndəsi tərəfindən başqa dövlət orqanları kimi vergi orqanına etdiyi şikayətlər olmuşdur. Vergi orqanına edilmiş müraciətdə göstərilmişdir ki, guya "xxxx" MMC gəlirlərini gizlətmiş, vergidən yayınmışdır. Müraciətdə göstərilənlərin həqiqətə oxşadılması üçün vergi orqanına "xxxx" MMC-yə aid olmayan mühasibatlıq sənədləri təqdim edilmiş, klinikanın binasından zorla çıxarıldığı və binaya buraxılmadığı üçün aparılmış mühasibatlıq sənədlərini yoxlamaya təqdim etmək mümkün olmamışdır. Qeyd edilənlər səyyar vergi yoxlaması aktında əksini tapsa da, vergi orqanı yoxlamanı apararkən məhz şirkətə aid olmayan həmin mühasibatlıq sənədlərini mötəbər kimi qəbul edərək nəzərə almış, onlardan istifadə etmişdir. Təsisçinin nümayəndəsinin eyni növ şikayətlə Sosial Sığorta orqanlarına etdiyi müraciət əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (iddia ilkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi tərəfindən verilmişdir) "xxxx" MMC-yə qarşı məcburi sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakın satılması yolu ilə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1718/2019 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, "xxxx" MMC-nin 01 iyul 2017-ci il tarixinədək 348650,12 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Qeyd edilən qərar əsassız olmuşdur ona görə ki, iddianın təmin edilməsinin əsası kimi iddiaçı tərəfindən aparılmış yoxlama deyil, məhz "xxxx" MMC-nin təsisçilərindən birinin nümayəndəsinin məcburi dövlət sosial sığorta üzrə təqdim etdiyi rüblük (2017-ci ilin 2-ci rübü) hesabat olmuşdur. Belə ki, "xxxx" MMC-nin təsisçilərdən biri xx.xx.2016-cı il tarixdə birtərəfli olaraq verdiyi əmrlə cəmiyyətin qanuni təmsilçisi (direktor baş həkim) olan Yeganə Əliyevanı tutduğu vəzifədən azad etmiş və cəmiyyətin təsis sənədləri, möhürü və digər rəsmi sənədləri (o cümlədən PİN KOD) ona verilmişdir. Bu addımlardan sonra xx.xx.2017-ci il tarixinə təsisçi tərəfindən sığorta haqları üzrə 239487.55 manat borcun olduğu əsassız olaraq etiraf edilmişdir. Məhz bu hesabat əsasında iddiaçı tərəfindən cavabdehin üzərinə əsas məbləğlə yanaşı, 109162.57 manat maliyyə sanksiyası və cərimə qoyulmuşdur. AR Ali Məhkəməsinin 08 may 2019-cu il tarixli Qərarı ilə İlqar Əliyevin "xxxx" MMC-nin direktoru Yeganə Əliyevanı işdən azad etməsi və özünün həmin vəzifəyə təyin etməsi qanunsuz hesab olunmuş və bununla bağlı dəyişikliklər dövlət qeydiyyatına alınmamış, təsisçi tərəfindən hesabatın verilməsinin heç bir hüquqi əsası olmamışdır. Çünki 2016-cı ilin noyabr ayından "xxxx" MMC-nin fəaliyyəti güc tətbiq etməklə dayandırılmış, işçi heyəti klinikadan çıxarılmış, bütün avadanlıq və sənədlər klinikada qalmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlasa da, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə müddət uzadılmaqla, müvəqqəti dayandırma haqqında xx.xx.2018-xx.xx.2019cu il tarixlərdə qərarlar da verilməklə Vergi Məcəlləsi ilə səyyar vergi yoxlamasının keçirilməsi üçün müəyyən edilmiş müddət qərəz nəticəsində dəfələrlə ötürülmüşdür. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar iddiaçıya göndərilməmişdir. Aktın 1.8-ci bəndində (vərəq 7) göstərilmişdir ki, İ.Əliyev xx.xx.2018-ci il tarixdə Lokal Gəlirlər Departamentinə ünvanladığı 12 saylı məktubda xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi klinikanın faktiki rəhbəri olmuş Ş.Şahbazov tərəfindən həmin klinikada 15119583,35 manat dövriyyə olduğu halda verilmiş hesabatda vergi orqanlarına 59219,71 manat vəsait ödənilməklə yanaşı digər qanun pozuntularına yol verildiyi göstərilmiş, məktuba klinikanın xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi olan dövr üzrə çoxsaylı mühasibat sənədləri əlavə edilmişdir. Səyyar vergi yoxlaması zamanı məhz qeyd edilən, əslində klinikaya aid olmayan sənədlərdən istifadə edilmişdir. Həmin sənədlər saxtadır və kim tərəfindən tərtib edilməsi bəlli deyildir. Sənədlərdə direktor və klinikanın digər məsul işçilərinin imzası yoxdur. Aktda məhz həmin «sənədlərdəki» rəqəmlər əsas götürülərək dövriyyə, doğum sayı müəyyən edilmiş və vergi hesablanmışdır. Səyyar vergi yoxlamasında vergi orqanı tərəfindən doğumu qeyd edən müvafiq icra hakimiyyəti orqanları kimi Səhiyyə və Ədliyyə Nazirliklərinə edilmiş sorğulara verilən cavablardakı doğum sayı əsas götürülmək əvəzinə, hər hansı təsdiqi olmayan, kim tərəfindən bəlli olmayan «sənədlərdəki» doğum sayı əsas götürülmüşdür. Bu azmış kimi yoxlayıcı doğumların hamısının qeysəriyyə əməliyyatı ilə həyata keçirildiyi qənaətinə gəlmiş və qeysəriyyə əməliyatının qiymətlərini tətbiq etmişdir. Halbuki doğumların yalnız kiçik bir hissəsi qeysəriyyə əməliyyatı ilə həyata keçirilir. Doğum sayının azaldılması mümkün deyil, konkretdir. Tibb müəssisəsi tərəfindən verilən arayışla doğumun qeydi həyata keçirilir, belə arayış olmadan doğum qeydi, doğum haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Klinika tərəfindən göstərilən tibbi xidmətlər üçün "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Tibbi xidmətlərin göstərilməsi haqqında» müqavilədə göstərilən tibbi xidmətlərin qiymət cədvəllərindən istifadə edilmişdir. Tarixindən də göründüyü kimi müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmış və həmin qiymətlər müqavilədən əvvəlki tarixlər üçün (2012-2015-ci illər) tətbiq edilə bilməz, yalnız 2016-cı ildən sonrakı dövr üçün tətbiq edilə bilər. Aktın 1.9.4-cu bəndində göstərilir ki, xx.xx.2018ci il tarixli qərarla ekspertiza təyin edilmiş və ekspertiza aparılmışdır. Daha sonra göstərilir ki. ekspertizanın aparılmasına zərurət yaranmadı. Əgər ekspertiza təyin edilmişsə, bu barədə qərar, əgər ekspert rəyi varsa, rəy iddiaçıya təqdim edilməli və aktda əks olunmalı idi.

10. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********141892 nömrəli qərarına əsasən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi faktiki olaraq xəstəxanaların fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 160433,39 manat məbləğində vergilərin (2015-ci ilin mənfəət vergisi üzrə 21905,31 manat azaldılama, ƏDV üzrə 145681,78 manat (o cümlədən 2015-ci il üzrə 103431,31 manat və 2016-cı il üzrə 42250,47 manat) azaldılma və sadəlşdirilmiş vergi üzrə isə 7153,70 manat (2016-cı il üzrə) atrıq hesablama) dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmiş və yoxlamanın nəticəsi üzrə xx.xx.2019-cu il tarixli **********142295 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********196367 nömrəli qərar qəbul edilmişdir. 2015-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilmiş xidmətlərin təqdim edilməsindən əldə edilən gəlir 126018,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 120119,00 manat (o cümlədən əmək haqqı və ona bərbər tutulan ödəmələr 84180,0 manat; sosial sığorta haqları 18519,0 manat; icarə haqqı 10000,0 manat; enerji xərcləri 4137,0 manat; su və kanalizasiya xərcləri 1065,0 manat; rabitə xərcləri 657,0 manat; mühafizə xərcləri 711,0 manat; bank xidməti üzrə xərcləri 850,0 manat), vergiyə cəlb edilən mənfəət 5899,00 manat göstərilməklə 1179,80 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Lakin, yoxlamaya sənədlər tam həcmdə təqdim edilmədiyindən və həmin göstəricilərin düzgünlüyü şübhə doğurduğundan "xxxx" MMC tərəfindən göstərilən tibbi xidmətlərə Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən bazar qiymətləri tətbiq edilmişdir. Bazar qiyməti tətbiq edilərkən "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış "Tibbi xidmətlərin göstərilməsi haqqında" A7/16/021 nömrəli müqavilədə göstərilən tibbi xidmətlərin qiymət cədvəllərindən istifadə edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə və təsisçi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş xəstəlik tarixçələrinə bazar qiymətləri təqdim edilməklə müəssisənin dövriyyəsi 2015-ci il üzrə 817213,00 manat (ƏDV ilə) məbləğində müəyyən edilmişdir. Gəlirin əldə edilməsinə çəkilən xərclərə dair sənədlər yoxlamaya tam həcmdə, yəni ödənişi nağd qaydada aparılmış mal-materialların alınmasına dair sənədlər təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin 2015-ci il üzrə mənfəəti aşağıdakı qaydada hesablanmışdır. Beləliklə, yoxlama ilə 2015-ci il üzrə 21905,31 (23085,11-1179,8) manat mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, əlavə dəyər vergisinin yoxlanılması zamanı əldə olunmuş və vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən müəssisənin 2015-ci il üzrə tibb fəaliyyəti üzrə göstərilən xidmətlərin dəyəri 231907,35 (ƏDV-siz) manat, 2016-cı il üzrə 234724,97 manat (ƏDV-siz) təşkil etmişdir. Lakin Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə və təsisçi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş xəstəlik tarixçələrinə əsaslanaraq bazar qiymətləri təqdim edilməklə müəssisənin dövriyyəsi 2015-ci il üzrə 692553,39 manat (ƏDV- siz) müəyyən edilmişdir. 2016-ci il üzrə isə hesabat göstəriciləri təqdim edilmədiyindən həmin dövrlərin xidmət dövriyyəsi müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticələrinə və yoxlama zamanı əldə olunmuş vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən 234724,97 (ƏDV -siz) manat müəyyən edilmişdir. Yoxlama zamanı 2015-ci il üzrə 103431,31 manat, 2016-cı il üzrə 42250,47 manat, ümumilikdə isə 145681,78 manat ƏDV-nin azaldılması müəyyən olunmuşdur. Sadələşdirilmiş verginin yoxlanılması zamanı 2016-cı ildə sadələşdirilmiş vergi üzrə artıq hesablanmış 7153,70 manat nəzərə alınmalıdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafıq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

12. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

13. Üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir.

15. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).

16. İddia müddəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1719/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında göstərilmişdir ki, “..Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir.”

17. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-2057/2017 saylı qərarı ilə iddiaçı "Nigar Klinikası” MMC-nin iddiası təmin edilmiş, "Nigar Klinikası” MMC-nin xx.xx.2012-ci il tarixdən 05 noyabr 2016-cı il tarixədək olan dövrün maliyyə-təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması qaydasında yoxlanılması Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir.

18. İşdən görünür ki, həmin qərardan üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-2172/2017 saylı qərarı ilə təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2057/17 saylı iş üzrə qəbul etdiyi 12 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmşdır.

19. Həmin qərardan üçüncü şəxs X4 apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-300/18 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə üçüncü şəxs Şahbaz Şahbazov tərəfindən Bakı Apellyasiya Məhkəmusiı İnzibati-İqtisadi Kollegiyasının 06 oktyabr 2017-ci il tarixli, 2-1(103)- 2172/2017 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün hesab edilməmiş və onun qəbulundan imtina edilmişdir.

20. İşdən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********141892 saylı qərarına əsasən "Nigar Klinikası” MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda gösərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir: Yoxlama ilə əhatə olunan vergi dövrü – İyun 2012- Noyabr 2016.

21. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********142295 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2018 tarixli **********141892 saylı qərarına əsasən "Nigar Klinikası” MMC-də Vergi məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Akta əsasən: -1.1. Yoxlama xx.xx.2018 tarixdə başlanılmış və xx.xx.2019 tarixdə başa çatdırılmışdır. -1.8. Yoxlanılan dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti faktiki olaraq xəstəxanaların fəaliyyəti ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. “Səhiyyə sahəsində vergidənyayınma hallarının aradan qaldırılması üzrə tədbirlər barədə Metodiki Göstərişlərə” istinad edərək "xxxx" MMC tərəfindən 2012-2016-cı illər üzrə təqdim edilmiş “Tibb müəssisələrinin stasionar fəaliyyəti haqqında” 14 nömrəli, “Müalicə profilaktika müəssisəsinin fəaliyyəti haqqında” 30 nömrəli, “Hamilə, doğan və sahı qadınlara göstərilən tibbi yardın, abortlar və kontrasepsiya haqqında” 32 nömrəli illik hesabat formalarının surətlərinin alınması üçün Vergilər Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixli **********035500 nömrəli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmiş və xx.xx.2018-ci il tarixdə **********997500 nömrəli məktubla sorğuya cavab verilmişdir. 1.9.1. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2018 tarixli **********142298 nömrəli Tələbnamə verildi. Tələbnamə tanış olunması üçün Cəmiyyətin direktoru Yeganə Əliyevaya təqdim edilmişdir. Lakin direktor Yeganə Əliyeva sənədlərin onlarda olmadığını, təsisçi tərəfindən götürüldüyünü bildirmişdir. Belə ki, Yeganə Əliyeva verdiyi rəsmi izahatında 2016-cı ilin noyabr ayının 5də MMC-nin təsisçilərindən biri olan X5 nümayəndələrindən ibarət mühafizə dəstəsi tərəfindən klinikanın zəbt edilərək bütün işçi heyəti və xəstələrin zorla həmin klinikadan çıxarıldığından və həmin tarixdən klinikaya hər hansı formada girməklərinə fiziki maneələr yaradıldığından mühasibata aid bütün sənədlərin yoxlamaya təqdim edilməsinin mümkünsüz olduğunu bildirmişdir. 1.11. Müəssisədə mühasibat uçotunun hansi formada aparılmasını müəyyən etmək mümkün olmadı. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən bəyannamələr Bakı şəhəri Lokal Gəlirlər Departamentinə təqdim edilmişdir. Vergi uçotunun metodu: Hesablama. 2.1. Yoxlama zamanı müəyyən edildi ki, müəssisə 2012-2014-cü illər üzrə mənfəət vergisinin ödəyicisi olmalı olduğu halda vergi orqanına bu vergi üzrə bəyannamə təqdim edilməmişdir. 2015-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilmiş xidmətlərin təqdim edilməsindən əldə edilən gəlir 126018.00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 120119.00 manat (o cümlədən əmək haqqı və ona bərbər tutulan ödəmələr 84180.0 manat; Sosial sığorta haqları 18519.0 manat; İcarə haqqı 10000.0 manat; Eneıji xərcləri 4137.0 manat; Su və kanalizasiya xərcləri 1065.0 manat; Rabitə xərcləri 657.0 manat; Mühafizə xərcləri 711.0 manat; Bank xidməti üzrə xərcləri 850.0 manat), vergiyə cəlb edilən mənfəət 5899.00 manat göstərilməklə 1179.80 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı əldə olunmuş (bu barədə aktın 1.8-ci bəndində geniş məlumat verilib) və vergilərin hesablanması üçün zəruri hesab edilmiş Qəbzlərə (qeyd olunmalıdır ki, qəbzlər “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli qəran ilə təsdiq edilmiş ciddi hesabat blanklarına uyğun deyil) əsasən müəssisənin 2014-cü il üzrə tibb fəaliyyətindən gəliri 898,31 manat, 2015-ci ildə tibb fəaliyyətindən gəliri 231907.35 manat məbləğində müəyyən edilmişdir. Lakin yoxlamaya sənədlər tam həcmdə təqdim edilmədiyindən və həmin göstəricilərin düzgünlüyü şübhə doğurduğundan müəssisə tərəfindən 2012-2016-cı illər üzrə təqdim edilmiş illik hesabat formalarının surətlərinin alınması üçün Vergilər Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixli **********035500 nömrəli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmiş və xx.xx.2018-ci il tarixdə **********997500 nömrəli məktubla cavab alınmışdır. Müəssisə tərəfindən göstərilən tibbi xidmətlərə VM-nin 14.9-cu maddəsinə əsasən bazar qiymətləri tətbiq edilmişdir. Bazar qiyməti tətbiq edilərkən AzSığorta ASC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış "Tibbi xidmətlərin göstərilməsi haqqında" A7/16/021 nömrəli müqavilədə göstərilən tibbi xidmətlərin qiymət cədvəllərindən istifadə edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə və təsisçi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş xəstəlik tarixçələrinə bazar qiymətləri təqdim edilməklə müəssisənin dövriyyəsi 2012-ci il üzrə 196943.00 manat (ƏDV ilə), 2013-cü il üzrə 1464433.00 manat (ƏDV ilə), 2014-cü il üzrə 1173452.00 manat(ƏDV ilə), 2015-ci il üzrə 817213.00 manat (ƏDV ilə) məbləğində müəyyən edildi. 2016-ci il üzrə hesabat göstəriciləri təqdim edilmədiyindən həmin dövrlərin xidmət dövriyyəsi yoxlama zamanı əldə olunmuş və vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2015-ci il tarixli Xronometraj metodu ilə müşahidə aparılması haqqında **********4752 nömrəli Qərarına əsasən keçirilmiş xronometraj müşahidəyə və xx.xx.2015-ci il tarixdə Xronometraj metodu ilə müşahidənin nəticəsinə tərtib edilmiş OVN seriyalı 054715 sayh yekun akta əsasən müəssisənin 2016-cı il üzrə dövriyyəsi 276975.5 (ƏDV ilə) manat məbləğində müəyyən edildi. Gəlirin əldə edilməsinə çəkilən xərclərə dair sənədlər yoxlamaya tam həcmdə, yəni ödənişi nağd qaydada apanlmş mal-materiallann alınmasına dair sənədlər təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığına görə Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.İCİ maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Göstərilənləri nəzərə alaraq, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin mənfəəti hesablanmışdır. Yoxlama ilə 2012-ci il üzrə 5563.36 manat, 2013-cü il üzrə 41368.16 manat, 2014-cü il üzrə 33148.36 manat, 2015-ci il üzrə 21905.31 (23085.11 - 1179.8) manat, ümumilikdə isə 101985.19 manat mənfəət vergisinin azaldılması müəyyən olundu. Vergi Məcəlləsinin 56-cı maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu səbəbdən yoxlama ilə 2012-2014-cü illər üzrə müəyyən edilmiş 80079.88 manat mənfəət vergisi hesablanmadı. Yoxlama ilə 21905.31 manat mənfəət vergisi hesablandı. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2006-cı il tarixli 510 nömrəli “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği haqqında” Fərmanına əsasən müəssisənin həyata keçirdiyi fəaliyyət növü xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinə aid edilmişdir. Lakin müəssisə tərəfindən xəstəxanaların fəaliyyətinə xüsusi lisenziya xx.xx.2013-cü il tarixdə alınmışdır. Göründüyü kimi, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan müddətdə müəssisə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2013-cü il tarixdən lisenziyanın alınması təmin edilmişdir. Qeyd etmək lazımdır ki, müəssisəyə verilmiş həmin xx.xx.2013-cü il tarixli 071761sayh xüsusi lisenziyanın fəaliyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli 96-S saylı sərəncam ilə Səhiyyə Nazirliyi tərəfindən Cəmiyyətə verilmiş xüsusi razılığından (lisenziya) göstərilən tibb xidmətlərindən kənar doğuşayardım xidmətinin göstərilməsi faktı aşkar edildiyindən xx.xx.2014-cü il tarixdən dayandırılmşdır. Bu sərəncamın icrasının araşdırılması zamanı Səhiyyə Nazirliyinin əməkdaşlarının "xxxx" MMC-nin ünvan 1 ünvanda özəl tibb fəaliyyətini davam etdirildiyi müəyyən edilərək xx.xx.2014-cü il tarixli akt və eyni zamanda xx.xx.2014-cü il tarixli SNA/Pİ140029 saylı inzibati xətalar haqqında protokol tərtib edilmişdir (aktda konkret olaraq hansı növ tibb fəaliyyətinin olduğu göstərilməmişdir). Həmin protokol əsasında qəbul edilmiş xx.xx.2014-cü il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında SNA/140077 saylı qərar üzrə müəssisə 30000.00 manat məbləğində cərimə edilmişdir. Kəsilmiş cərimə xx.xx.2014-cü il tarixdə aidiyyaü üzrə tam məbləğdə ödənilmişdir. X3 Nazirliyinin xx.xx.2016-cı il tarixli 341-İ saylı Qərarı ilə xx.xx.2013-cü il tarixli 071761 saylı xüsusi lisenziya bərpa edilmiş və ona özəl tibb fəaliyyətinin həyata keçirilməsinə dair xx.xx.2016-cı il tarixli müddətsiz lisenziya verilmişdir. Bundan sonra Cəmiyyətin təsisçisi Şahbazov Şahbaz tərəfindən Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli 96-S saylı və xx.xx.2014-cü il tarixli 341-İ saylı sərəncamlarının qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması və qeyd olunan 23 sayda ixtisas növləri üzrə işlərin görülməsinin dayandırılmasına yönəldilmiş hərəkətlərin qanunsuz hesab edilməsi barədə iddia qaldırılmışdır. İddiaya Azərbaycan Respublikası 2 saylı İnzibati İqtisad Məhkəməsində baxılaraq qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(82)- 1830/2017 saylı Qərardadda "xxxx" MMC tərəfindən ləğv olunmamış lisenziya əsasında özəl tibb fəaliyyətinin davam etdirildiyi üçün cəmiyyətin təsisçisinin və ya qanuni təmsilçisinin hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməsinə (məhkəmə mübahisəsinə) ehtiyac qalmadığı qeyd edilmişdir. Eyni zamanda mövcud qanunvericilikdə təsisçinin MMC adından vəkalətnaməsiz çıxış etmək və onu təmsil etmək hüququ təmzinlənmədiyindən iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin X1 xx.xx.2017-ci il tarixli qərardadı ilə 2 saylı İnzibati İqtisad Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-1830/2017 saylı Qərardadından cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və 3-cü şəxs Əliyev İlqar tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə apelyasiya icraatı mümkün sayılmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, Bakı şəhər Baş Polis İdarəsində apanlmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarda “Nigar Klinikası" MMC tərəfindən göstərilən müddətdə həyata keçirilmiş tibb fəaliyyətinin qanunsuz olmaması qənaətinə gəlinmişdir. Müəssisənin yoxlanılan dövr üzrə xüsusi razılıq olmadan (lisenziyasız) fəaliyyəti aşkar edildi. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 071761 saylı xüsusi razılıqda (lisenziyada) göstərilən 23 adda göstərilən tibbi xidmətlərdən kənar doğuşayardm xidmətinin göstərilməsi faktı aşkar edilmişdir. “Dövlət vergi xidməti haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin birinci hissəsinin üçüncü bəndinin şərhinə dair 8 sentyabr 2000-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin qəran ilə “gəlirin məbləği” dedikdə, onun əldə edilməsi üçün çəkilmiş xərclər çıxıldıqdan sonra qalan gəlir başa düşülür. Müəssisə tərəfindən xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən yoxlama ilə müəssisənin mənfəəti (xalis gəliri) birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən yoxlama ilə yoxlanılan dövrdə illər üzrə mənfəət (xalis gəlir) Məcəlləsinin 83.9 maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülərək müəyyən edildi. Yuxarıda göstərilən qaydada müəssisənin xalis gəliri ödədiyi və hesablandığı vergilər çıxılmaqla 2012-ci il üzrə 22103.45 manat, 2013-cü il üzrə 159319.61 manat, 2014-cü il üzrə 117412.80 manat, 2015-ci il üzrə 63543.08 manat, 2016-cı il üzrə 12560.25 manat, ümumilikdə isə 374939.19 manat məbləğində müəyyən edildi. Müəssisə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Departamentində ƏDV qeydiyyatına alınmış və ona qeydiyyatın xx.xx.2014-cü il tarixdən qüvvəyə minməsi haqqında **********4 saylı ƏDV ödəyicisinin qeydiyyata alınmasına dair bildiriş verilmişdir. Yoxlanılan dövr ərzində vergi orqanına təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlamaya təqdim edilmiş sənədlər və vergi orqanı tərəfindən keçirilmiş xronometraj müşahidəsinin nəticələri nəzərə alınmaqla yoxlanıldı. Yoxlama zamanı əldə olunmuş (bu barədə aktm 1.8-ci bəndindi geniş məlumat verilib) və vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə (qeyd olunmalıdır ki, qəbzlər “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azəraycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blanklarına uyğun deyil) əsasən müəssisənin 2014-cü il üzrə tibb fəaliyyəti üzrə göstərilən xidmətlərin dəyəri 898.31 (ƏDVsiz) manat, 2015-ci il üzrə tibb fəaliyyəti üzrə göstərilən xidmətlərin dəyəri 231907.35 (ƏDV-siz) manat, 2016-cı il üzrə 234724.97 manat (ƏDV-siz) təşkil etmişdir. Lakin Səhiyyə nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə və təsisçi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş xəstəlik tarixçələrinə əsaslanaraq bazar qiymətləri təqdim edilməklə müəssisənin dövriyyəsi 2012-ci il üzrə 166900,90 manat (ƏDV-siz), 2013-cü il üzrə 1241044.92 manat (ƏDV -siz), 2014-cü il üzrə 994450.85 manat (ƏDV -siz), 2015-ci il üzrə 692553.39 manat (ƏDV-siz) məbləğində müəyyən edildi. 2016-ci il üzrə hesabat göstəriciləri təqdim edilmədiyindən həmin dövrlərin xidmət dövriyyəsi müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticələrinə və yoxlama zamanı əldə olunmuş vergilərin hesablanması üçün zəruri hesab edilmiş qəbzlərə əsasən 234724.97 (ƏDV-siz) manat məbləğində müəyyən edildi. Yoxlama ilə 2012-cı il üzrə 30042.16 manat, 2013-cü il üzrə 223388.09 manat, 2014cü il üzrə 179001.15 manat, 2015-ci il üzrə 103431.31 manat, 2016-cı il üzrə 42250.47 manat, ümumilikdə isə 578113.18 manat ƏDV-nin azaldılması müəyyən olundu. Vergi Məcəlləsinin 56-cı maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu səbəbdən yoxlama ilə 2012-2014-cü illər üzrə müəyyən edilmiş ƏDV-si hesablanmadı. Yoxlama ilə 145681.78 manat əlavə vergi hesablandı. Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş hesabat göstəricilərinə bazar qiymətləri təqdim edilməklə müəssisənin 2012-ci il üzrə dövriyyəsi 120000.0 manat təşkil edir. Həmin dövriyyəyə əsasən 4800.0 manat (120000.0 x 4 % =4800.0) vergi hesablanmalı idi. Müəssisə tərəfindən yoxlanılan dövrlər üzrə vergi orqanına təqdim edilmiş Sadələşdirilmiş vergi bəyannamələri araşdırılarkən müəssisə tərəfindən yoxlanılan dövr üzrə 4567.90 manat verginn azaldılması, 11461.98 manat isə artıq hesablanması müəyyən edilmişdir. Göründuyi kimi müəssisə VM-nin 157.3.1-ci maddəsinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən aymda (aylarında) vergi tutulan əməliyyatların həcmi 120000.0 mantdan artıq olduqda növbəti ayın birinci günündən məcburi ƏDV qeydiyyatına alınmalı idi. Verginin artıq hesablanmasının səbəbi müəssisənin 2013-cü ilin 4-cü rübü üzrə əldə olunmuş sənədlərlə azalmanın təsdiq edilməməsi və xx.xx.2017-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Departamentində ƏDV qeydiyyatına alınması və ona qeydiyyatın xx.xx.2014-cü il tarixdən qüvvəyə minməsi haqqmda **********4 saylı ƏDV ödəyicisinin qeydiyyata alınmasına dair bildiriş verilməsinə baxmayaraq vergi ödəyicisinin həmin dövr üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etməsi olmuşdur. Vergi Məcəlləsinin 56-cı maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu səbəbdən yoxlama ilə 2012-ci il üzrə azaldılmış 4567.90 manat sadələşdirilmiş vergi məbləği, eləcədə 2013-2014-cü illər üzrə artıq hesablanmış 4308.28 vergi məbləği nəzərə alınmadı. Lakin 2016-cı ildə sadələşdirilmiş vergi üzrə artıq hesablanmış 7153.70 manat vəsait nəzərə alınmalıdır. Yoxlama ilə əhatə olunan dövr üzrə vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 23 nəfər, ümumi əmək haqqı fondu 211381.00 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 167.90 manat olmaqla əmək haqqından 8851.15 manat gəlir vergisi tutulmuş və aidiyyatı üzrə ödənilmişdir. Bu göstəricilərin düzgünlüyünü təsdiq edən sənədlər təqdim edilmədiyindən yoxlama AVİS uçot-baza məlumatları əsasında aparıldı və kənarlaşma aşkar edilmədi. 3.1. Vergi yoxlamasının nəticəsi və təkliflər barədə məlumat: a) Əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən ümumilikdə 145681.78 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, yayındınlmş vergi məbləğinin 50 % miqdarında, yəni 72840.89 manat məbləğində maliyyə sanksiyası təklif olunur. b) Mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən ümumilikdə 21905.31 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, yayındınlmş vergi məbləğinin 50 % miqdannda, yəni 10952.66 manat məbləğində maliyyə sanksiyası təklif olunur. c) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən bəyannamələrin əsas olmadan müəyyən edilmiş müddətdə təqdim etməməsinə görə cəmi 960,0 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur.

22. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********1963671 nömrəli qərarından görünür ki, iddiaçı 2015-ci il vergi dövrü üzrə 21905.31 manat mənfəət vergisi, 103431.31 manat əlavə dəyər vergisi, 2016-cı il vergi dövrü üzrə 42250.47 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə, 167587.09 manat vergi məsuliyyətinə cəlb edilmişdir.

23. İddiaçı hazırda bu qərarın ləğv edilməsini xahiş edir.

24. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından görünür ki, cavabdeh iddiaçının 2012-2016-cı il vergi dövrü üzrə fəaliyyətini yoxlamış, nəticədə vergi qanunvericiliyinin pozulmasını aşkar edərək, xx.xx.2020-ci il tarixdə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi haqqında **********1963671 nömrəli qərar qəbul etmişdir.

25. Məhkəmə qeyd edir ki, birincisi, cavabdeh iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə istinad etməklə həyata keçmişdir, hansı ki, həmin maddəyə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda həyta keçirilə bilər.

26. Qanunverici həmin norma ilə vergi orqanına yalnız cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş hallarda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin vergi orqanından yoxlama keçirilməsi barədə qəbul etdiyi qərarın icrası məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi səlahiyyəti vermişdir.

27. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır.

28. Lakin işdən görünür ki, cavabdeh vergi orqanı iddiaçı müəssisədə səyyar vergi yoxlamasını cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı əsasında deyil, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-2057/2017 saylı qərarı əsasında həyata keçmişdir.

29. İkincisi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna əsasən: -maddə 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. -madə 1.1.3. yoxlayıcı orqan - qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı və ya publik hüquqi şəxslərdir. - maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -maddə 2.2-1. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. - maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. - maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

30. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə görə: -bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

31. Göründüyü kimi, yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formalhüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır.

32. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı müəssisədə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

33. Belə olan halda aydındır ki, həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır.

34. Cavabdehin nümayəndəsi məhkəmə iclasında səyyar vergi yoxlaması məhkəmə qərarı əsasında keçirildiyindən, yoxlama barədə məlumatın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmədiyini bildirdi.

35. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Çünki “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun yuxarıda qeyd olunan müddəalarından aydın olur ki, həmin Qanun cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş hallarda cinayət təqibi orqanının və ya məhkəmənin qərarı əsasında aparılan yoxlamalara şamil edilmir.

36. Belə ki, qanunverici həmin məsələlərin xüsusi normativ hüquqi aktla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə tənzimlədiyini və həmin qərarların inzibati orqanın nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyətini həyata keçirmək məqsədilə deyil, cinayət işi üzrə sübutların toplanması məqsədilə qəbul edildiyini nəzərə alaraq, belə yoxlamaları Qanunun tətbiq dairəsinə aid etməmişdir, hansı ki, hazırkı iş üzrə belə bir hal yoxdur. Belə ki, müvafiq yoxlama başlanmış cinayət işi çərçivəsində sübutların toplanması məqsədilə cinayət təqibi orqanı və ya məhkəmə tərəfindən deyil, inzibati orqanın öz səlahiyyətlərini həyata keçirməsinin təmini ilə bağlı fiziki şəxsin verdiyi iddia çərçivəsində qəbul edilmişdir. Buna görə də Qanunun 2.2-1-ci maddəsi hazırkı hala tətbiq edilə bilməz.

37. Bundan əlavə, istər səyyar vergi yoxlamasının əhatə etdiyi 2012-2016-cı illərə dair dövrdə, istərsə də, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının qəbul edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: -maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - maddə 36.3. Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -maddə 56.1. Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. - maddə 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. - maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.

38. Lakin işdən görünür ki, cavabdeh iddiaçının ən son 2016-cı ildə əlavə dəyər vergisi üzrə vergi qanunvericiliyin pozulması qənaətinə gəlsə də, bununla bağlı onu 3 il keçdikdən sonra, xx.xx.2020-ci ildə vergi məsuliyyətinə cəlb etmiş, bununla da yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozmuşdur.

39. O da qeyd edilməlidir ki, yoxlama keçirilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş günə qədər artırıla bilər.

40. Lakin işdən görünür ki, cavabdeh iki dəfə səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması, 4 dəfə əlavə vergi yoxlaması tədbirinin keçirilməsi barədə qərar qəbul etməklə ümumilikdə səyyar vergi yoxlaması 6 ay (180 gün) davam etmiş, 9 aydan artıq bir müddətdə isə yoxlama dayandırılmış, bununla qanunvericiliyin qeyd edilən tələbləri də pozulmuşdur.

41. Məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.

42. Hazırkı halda cavabdeh orqan tərəfindən prsessual hüquq normalarını pozulması, qəbul edilmiş qərarın hüquqi qüvvəsinə birbaşa təsir etdiyindən məhkəmə hesab edir ki, maddi hüquq normnalarının tətbiqinə qiymət verilməsinə zərurət olmadan İPM-in 70.1-ci maddəsinə əsasən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********1963671 nömrəli qərar ləğv olunmalıdır. 43.İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1963671 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar