Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-360/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər Cavabdehndən vəsaiti hesabına inşa edilən daş tikili olan köşkün və dayanacağın ətrafındakı tikililəri sökdüyünə görə tikili üzrə 88.500 manat, torpağa istifadə hüququ üzrə 178.500 manat, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklar üzrə 12.000 manat, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ümumi ödənilməli olan kompensasiya məbləğinin 20 faizinin, hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi ziyan olaraq 5.000 manat kompensasiyanın tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Cavabdeh Başçısının 1365 nömrəli, 14.09.1993-cü il tarixli Sərəncamı ilə ona Qobustan qəsəbəsi, Bakı-Salyan yolunun kənarında köşk ilə birlikdə avtobus dayanacağının tikintisinə icazə verilmiş və həmin dayanacağın tikintisi ona həvalə edilərək, dayanacağın yerləşdirmə sxeminin hazırlanması rayonun baş memarına həvalə edilmişdir. Həmin sərəncama əsasən vəsaiti hesabına daş tikili inşa edilmiş tikililərin sxemi Qaradağ rayon İcra Hakimiyyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. Həmin tikili sənəd üzrə 29,0 kv. metr təşkil etmiş və bir müddət sonra isə əlavə olaraq 35,0 kv. metr tikililər artırılmaqla müasir dövrə uyğun əlavələr edilmişdir. Bundan əlavə tikililərin ətrafında bağ salınmış və qarşısında beton döşəmələrdən ibarət olan 4 metr x 15 metr ölçüdə ümumi sahəsi 60,0 kv. metr təşkil edən meydança salınmışdır. Sözügedən tikilinin ona məxsus olması cavabdeh tərəfindən etiraf edilsə də, faktiki ona məxsus tikililərin razılığı olamadan sökülərək, ona hər-hansı bir kompensasiya ödəməkdən əsassız cavab göndərməklə yayınır. Cavabdeh ona məxsus olan tikililərin arxasında digər şəxsə tikinti aparılmasına icazə vermişdir. Göründüyü kimi onun bərabərlik hüquqları pozulmuş və qəsdən əmlaklarından məhrum edilib, hər dəfə müxtəlif bəhanələr ilə onun kompensasiyasını ödəməkdən yayınırlar. Cavabdeh Bakı şəhər Cavabdeh 21.10.2019-cu il tarixli cavabını əsassız hesab edir. İddia ərizəsinə əlavə edilmiş sərəncamdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin tikili cavabdehin razılığı əsasında inşa edilmiş, hətta belə tikililər razılıq olmadan inşa edilsə idi belə həmin tikilinin sökülməsi nəticəsində ona kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 14.09.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, məhkəmənin 02.04.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, göstərmişdir ki, Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş.“Qobustan qəsəbəsində avtobus dayanacağının tikintisinə icazə verilməsi haqqında” 14.09.1993-cü il tarixli 1365 №-li sərəncama əsasən X1 Qobustan qəsəbəsi Bakı-Salyan yolunun kənarında köşklə birlikdə avtobus dayanacağının tikintisinə icazə verilmişdir. Həmin sərəncama əsasən mühbahisəli dayanacağın tikintisi Qobustan qəsəbə sakini X1 həvalə edilmişdir. X1 Qobustan qəsəbəsi ərazisində avtobus dayanacağının tikintisi üçün ayrılmış sahənin cizgisi Qaradağ rayonunun baş memarı H.Səmədov və Cavabdeh başçısı E.T.İskəndərov tərəfindən təsdiq edilmişdir. Lakin sonradan iddiaçıya məxsus köşk müasir tələblərə uyğun olmaması səbəbindən icra hakimiyyəti tərəfindən sökülmüşdür. Cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 11.01.2013-cü il tarixli 79 saylı çıxarışı ilə verilmiş Bakı şəhəri Cavabdeh başçısının “Qobustan qəsəbəsində avtobus dayanacağının tikintisinə icazə verilməsi haqqında” 14.09.1993-cü il tarixli 1365 №-li Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X1 Qobustan qəsəbəsi Bakı-Salyan yolunun kənarında köşklə birlikdə avtobus dayanacağının tikintisinə icazə verilmişdir. Həmin Sərəncamın 2-ci bəndinə əsasən mübahisəli dayanacağın tikintisi Qobustan qəsəbə sakini X1 həvalə edilmişdir. X1 Qobustan qəsəbəsi ərazisində avtobus dayanacağının tikintisi üçün ayrılmış sahənin cizgisi Qaradağ rayonun Baş memarı H.Səmədov və Cavabdeh başçısı E.T.İskəndərov tərəfindən təsdiq edilmişdir. Cavabdeh başçısının müavini Nadir Muradov tərəfindən İddiaçı ünvanlanmış 21.10.2019-cu il tarixli Ş-30-149 №-li məktubda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpağın çıxarışının və sərəncamın əslinin rayon icra hakimiyyətinə təqdim edildikdən sonra ərizələrində qaldırılan məsələyə yenidən baxılacağı qeyd olunmuşdur. Cavabdeh başçısının müavini Nadir Muradov tərəfindən İddiaçı ünvanlanmış 14.11.2019-cu il tarixli Ş-30/2-149/2 №-li məktubda gələcəkdə bələdiyyələr tərəfindən torpaq ayrıldığı zaman onun müraciətinin də nəzərə alınacağı qeyd olunmuşdur. İş materiallarından görünür ki, iddiaçının tələbi şəxsi vəsaiti hesabına Qobustan qəsəbəsi Bakı-Salyan yolunun kənarında inşa etdirdiyi daş tikili olan köşkün və dayanacağın ətrafındakı tikililərin cavabdeh tərəfindən söküldüyünə görə ona vurulmuş zərərin əvəzi kimi kompensasiyanın ödənilməsidir. Cavabdeh başçısının müavini tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 02.03.2020-ci il tarixli 5/149 №-li məktubda göstərilmişdir ki, İddiaçı Cavabdehnə kompensasiyanın tutulması barədə 09.10.2019-cu il və 04.11.2019-cu il tarixli iki müraciəti daxil olmuşdur. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünün vəsaiti hesabına inşa etdirdiyi köşkün və dayanacağın cavabdeh tərəfindən söküldüyünə görə cavabdehdən ona kompensasiya və söküntü işləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bakı İnzibati Məhkəməsinin 03 mart 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Cavabdeh Başçısının 14.09.1993-cü il tarixli 1365 №-li Sərəncamı ilə X1 Bakı- Salyan yolunun kənarında köşk və avtobus dayanacağının tikintisi üçün ayrılmış sahədə sonuncunun vəsaiti hesabına inşa edilmiş köşkə (iş materiallarında olan sənədlərə əsasən ölçüləri nəzərə alınmaqla) sərf olunmuş mal-materialların və həmin köşkün inşa edilməsi üçün görülmüş işlərin (təmir-tikinti işlərinin) real bazar dəyəri nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 29 iyun 2020-ci il tarixli, 10/544 nömrəli məktubu ilə, ekspertin ekspertiza aparmaqdan imtina etməsi barədə 29 iyun 2020-ci il tarixli 10/544 saylı məlumatı məhkəməyə təqdim edilərək, ekspert qarşısında qoyulmuş suallar üzrə rəy verilməsi üçün tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması barədə məhkəməyə 06 may 2020-ci il tarixli 10/544 saylı vəsatət göndərildiyi, məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinin 18.06.2020-ci il tarixinə təyin edildiyi, göstərilən tarixdə tədqiqat obyektinə baxış keçirilməsi üçün gedildiyi, lakin tədqiqat obyektinin (köşk) faktiki olaraq yerinə mövcud olmadığından baxış keçirilməsinin mümkün olmadığı, bu səbəbdən də, qərardadda qoyulmuş sual üzrə tədqiqat aparılmadığı qeyd olunmuş və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2.3-cü bəndinin tələblərinə müvafiq olaraq, məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə 03 mart 2020-ci il tarixli qərardadı icra olunmadan mülki iş Bakı İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmənin 09.07.2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-565/2020 saylı, 03 mart 2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün inzibati işinin materiallarının yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 30 dekabr 2020-ci il tarixli, 10/1894 nömrəli məktubu ilə, ekspertin ekspertiza aparmaqdan imtina etməsi barədə 30 dekabr 2020-ci il tarixli məlumatı məhkəməyə təqdim edilərək, ekspert qarşısında qoyulmuş suallar üzrə rəy verilməsi üçün tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması barədə məhkəməyə 10 avqust 2020-ci il tarixli vəsatət göndərildiyi, vəsatətin təmin olunması ilə bağlı heç bir məlumatın Mərkəzə daxil olmadığı qeyd olunmuş və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2.3-cü bəndinin tələblərinə müvafiq olaraq, məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə 03 mart 2020-ci il tarixli qərardadı icra olunmadan mülki iş Bakı İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmənin 27.05.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-565/2020 saylı, 03 mart 2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi üçün inzibati işinin materiallarının yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 07 sentyabr 2020-ci il tarixli, 10/3179 nömrəli məktubu ilə, ekspertin ekspertiza aparmaqdan imtina etməsi barədə 07 sentyabr 2021-ci il tarixli məlumatı məhkəməyə təqdim edilərək, qeyd olunmuşdur ki, qərardadla ekspert qarşısında sualların həlli üçün tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil olunması, tətqiq olunan tikilinin inşa olunmasına dair layihə-smeta və tikinti materiallarının alınmasına dair qaimə sənədlərinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 02 iyul 2021-ci il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi 03.09.2021-ci il tarixə təyin edilmişdir. Baxış zamanı tədqiq olunan tikilinin tamamilə sökülüb götürüldüyü və həmin sahədə başqa bir obyekt (yanacaqdoldurma məntəqəsi) inşa edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar qeyd olunur ki, hər hansı tikilinin inşa olunması üçün çəkilmiş xərclərin dəyəri, həmin tikiliyə dair tərtib edilmiş layihə-smeta sənədləri əsasında və ya həmin tikiliyə yerində baxış keçirilərək, müvafiq ölçü işləri aparılmaqla müəyyən edilir. Lakin tədqiq olunan tikili faktiki olaraq söküldüyündən və həmin tikilinin inşa olunmasına dair layihə-smeta sənədləri təqdim edilmədiyindən (məhkəmə tərəfindən 13.07.2021-ci il tarixli məktubla rəsmi qaydada iddiaçıya təqdim olunması təklif olunsa da təqdim olunmamışdır), ekspert qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2.3-cü bəndinin tələblərinə müvafiq olaraq, məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə 03 mart 2020-ci il tarixli qərardadı icra olunmadan mülki iş Bakı İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.5-ci maddəsinin tələbinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ekspertizanın aparılması üçün tələb olunan layihə-smeta və tikinti materiallarının alınmasına dair qaimə sənədləri ekspertizaya təqdim olunmadığından, bu səbəbdən və mübahisələndirilən tikili artıq mövcud olmadığından, hazırki işin həlli üçün əhəmiyyət kəsb edən ekspertizanın keçirilməsi mümkün olmadığından iddiaçının iddiası vəsaiti hesabına inşa edilən daş tikili olan köşkün və dayanacağın ətrafındakı tikililəri sökdüyünə görə tikili üzrə 88.500 manat, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklar üzrə 12.000 manat pulun cavabdehdən tutulması hissəsində sübuta yetirilmiş hesab oluna bilməz. Torpağa istifadə hüququ üzrə 178.500 manatın tutulması hissəsində məhkəmə hesab edir ki, torpağa dair heç bir hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim olunmadığından iddia həmin hissədə əsassız hesab olunmaqla təmin olunmamalı və qeyd olunanlara müvafiq olaraq iddiaçının iddia tələbi Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ümumi ödənilməli olan kompensasiya məbləğinin 20 faizinin tutulması hissəsində də rədd olunmalıdır. İddiaçının mənəvi ziyanla bağlı tələbinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı hazırki iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində İddiaçı mənəvi ziyan vurulması sübuta yetirilməmişdir və belə olan halda məhkəmə hesab edir ki, iddia mənəvi ziyanın tutulması hissəsində də təmin oluna bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-360/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-360/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver