Məhkəmə qərarları › İş №2-1(112)-3602/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3602/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3602/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı X14, X15 və X11 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyinə görə həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Mürsəl oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı X14, X15 və X11 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyinə görə həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə (bundan sonra mətndə Nərimanov RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov RİH başçısının 48 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən əlilliyi olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 mənzil uçotunun 4 (dörd) nəfərdən ibarət ailə tərkibi (iddiaçının özü, qızları - xx.xx.1993-cü il təvəllüdlü X14, xx.xx.1986-cı il təvəllüdlü X17 və xx.xx.1991-ci il təvəllüdlü X12) ilə birlikdə onun yəni, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı üçün saxlanılması barədə sərəncam verilməsi vəzifəsinin Nərimanov RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov RİH başçısının 48 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən X8 ailə tərkibi 5 nəfər (özü, arvadı, 3 qızı) olmaqla yaşayış yeri üzrə 2-ci qrup hərbi xidmət dövrü əlili kimi mənzil növbəsinə götürülmüşdür. X16 onun mərhum əridir. O, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydaları”nın tələbləri nəzərə alınmaqla və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən Nərimanov RİH başçısının 48 nömrəli, xx.xx.2013cü il tarixli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış mərhum əri, X8 əvəzinə 3 (üç) qızı ilə birlikdə uçota alınmağı barədə ərizə ilə Nərimanov RİH-yə müraciət emişdir. Nərimanov RİH-nin xx.xx.2024-cü il tarixli, 5-14/2-A-99-068/2024 nömrəli cavabında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli, 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydaları”nın 1.2.2-ci və 2.1-ci yanmbəndlərinə istinad edilməklə qeyd edilmişdir ki, müraciətdə toxunulan məsələlər həmin Qaydaların tələbləri ilə ziddiyyət təşkil edir və mənzil növbəsinin saxlanılması yolverilməzdir. Bir neçə səbəblərə və əsaslara görə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qəran ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydaları”nın 3-cü maddəsində əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsinin hüquqi əsasları qəti olaraq müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq Qaydaların 3.1-ci maddəsində göstərilmiş imtina əsaslarından hər hansı birinə istinad edilməmişdir. O cümlədən həmin Qaydaların 2.2-ci bəndində qeyd edilən sənədlər əlavə edilməklə müvafiq formada və məzmunda ərizə (notariat qaydasında təsdiq edilmiş 8İ-36115 reyestr nömrəli) ilə cavabdeh inzibati orqana müraciət edilmişdir. Nərimanov RİHB-nın 48 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamından da göründüyü kimi, X16 ailə tərkibi 5 nəfər (özü, arvadı, 3 qızı) olmaqla yaşayış yeri üzrə 2-ci qrup hərbi xidmət dövrü əlili kimi mənzil növbəsinə götürülərkən Bakı şəhəri, Nərimanov rayonu, 30/6 nömrəli mənzildə qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamışdır. Adıçəkilən şəxs vəfat etdikdən sonra isə, ümumi sahəsi 36.80 kv.metr təşkil edən və ünvan 1 ünvanında yerləşən mənzil vərəsəlik qaydasında onun, yəni İddiaçı tərəfindən tam olaraq qəbul edilmiş, həmin mənzil üzrə xüsusi mülkiyyət hüququnun qeydiyyatı barədə adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxanş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan da göründüyü kimi, o, İddiaçı mərhum əri, X16 ilə ümumi birgə nikahlarından doğulmuş X14, X17 və X12 ilə birlikdə əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamına keçmiş yaşayış sahəsində, yəni ünvan 1 ünvanında yerləşən mənzildə 5 (beş) nəfər qeydiyyatda olmaqla yaşayırlar. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Müvafiq mənzildə mərhum X8 ailə üzvləri kimi 4 (dörd) nəfər şəxsin yaşaması o nəticəyə gəlməyə əsas verir ki, qeyd edilən Qərann və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydalarının 3.1-ci, 3.1.2- ci bəndlərinin tələbləri baxımından əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamına keçmiş yaşayış sahəsi müvafiq uçot normasına əsasən ailə üçün kifayət deyildir. O, və 3 (üç) qızı mərhum X16 tərəfindən ləyaqətsiz vərəsə hesab edilməmişlər. Yuxanda şərh edilmiş hallardan və əsaslandırmalardan göründüyü kimi, Bakı Şəhəri Cavabdeh başçısının 48 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən əlilliyi olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 mənzil uçotunun 4 (dörd) nəfər ailə tərkibi ilə birlikdə onun üçün saxlanılması barədə sərəncam verilməsinə dair ərizənin təmin edilməməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydalarında təsbit edilmiş əsaslardan heç biri mövcud deyildir və müvafiq imtina formal xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X14, X15 və X11 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Nərimanov RİH-nin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlara əsasən iddianı əsassız hesab edirlər. İş üzrə iddiaçı Nərimanov RİH-yə ərizə ilə müraciət edərək, hərbi xidmət dövrü əlili olan əri X6 vəfatı ilə əlaqədar, onun güzəştli şərtlərlə olan mənzil növbəliyinin adına saxlanılmasına dair müvafiq Sərəncamın verilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar tərəflərindən ona xx.xx.2024-cü il tarixli 5-14/1-H99-068/2024 nömrəli imtina məktubu verilmişdir. İddiaçının əri X1 RİH başçısının xx.xx.2013-c il tarixli, 48 nömrəli Sərəncamı ilə ailə tərkibi 5 nəfər (özü, arvadı və 3 qızı) olmaqla 2-ci dərəcəli Hərbi xidmət dövrü əlil statusunda mənzil növbəsinə götürülmüş və imtiyazlı şəxslərin siyahısına daxil edilmişdir. R.M.Ağayev 18 may 2021-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydaları təsdiq edilmişdir. İddia tələbində toxunulan məsələlər həmin Qaydaların tələbləri ilə ziddiyyət təşkil edir və mənzil növbəliyinin iddiaçının adına saxlanılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkədən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişlər və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Mürsəl oğlu iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: 13 fevral 1985-ci il tarixdə Şəki rayonu Zərzid kənd soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 ilə X4 həmin tarixdə nikaha daxil olmuşlar və nikahdan sonra arvada Ağasıyeva soyadı verilmişdir. Nərimanov RİH başçısının “vət. R.M.Ağasiyevin yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında” xx.xx.2013-cü il tarixli 48 №li Sərəncamından müəyyən olunur ki, qeyd olunan sərəncamla X8 5 nəfərlik ailə tərkibi ilə (özü, arvadı, 3 qızı) yaşayış yeri üzrə 2-ci qrup Hərbi xidmət dövrü əlili kimi mənzil növbəsinə götürülməsi və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 193920 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 xx.xx.2021-ci ll tarixdə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən xx.xx.2022-ci il tarixli, № ********** qeydiyyat nömrəli Çıxarışdan (surəti) müəyyən olunur ki, 36,80 kv. metrdən ibarət ünvan 1 (Yeni qaydalarla: AZ 1033, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə “Asan 7 tərəfindən İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, İddiaçı, X14, X15, X19 və X11 ünvan 1 (Yeni qaydalarla: AZ 1033, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. X14, X15 və X11 tərəfindən xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiqlənmiş ərzədən görünür ki, onlar, Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 48 №li Sərəncamı ilə Nərimanov RİH-də yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış, vəfat etmiş X8 18 yaşına çatmış ailə üzvləri olaraq, mənzil uçotunun saxlanılması üçün müraciətin edilməsi məqsədilə ailələrini təmsil edən şəxs qismində İddiaçı qeydə alınmasına razılıqlarını bildirmişlər. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Nərimanov RİH-nin xx.xx.2024-cü il tarixli, 5-14/2-A-99-068/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Sizin mənzil növbəliyinə dair ərizənizə Nərimanov RİH-də baxılmışdır. Bildiririk ki, əriniz X21 Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli, 48 №li Sərəncamı ilə ailə tərkibi 5 nəfər (özü, arvadı və 3 qızı) olmaqla 2-ci dərəcəli Hərbi xidmət dövrü əlili statusunda mənzil növbəsinə götürülmüş və imtiyazlı şəxslərin siyahısına daxil edilmişdir. Ərizənizə əlavə etdiyiniz sənədlərdən göründüyü kimi əriniz R.M.Ağasıyev 18 may 2021-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydaları (1.2.2 və 2.1.-ci bəndlərə istinad olunmuşdur) təsdiq edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi müraciətinizdə toxunulan məsələlər həmin Qaydaların tələbləri ilə ziddiyyət təşkil edir və mənzil növbəliyinin adınıza saxlanılması yolverilməzdir”. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-47789/2024 №li cavab məktubunda qeyd olunmuşdur ki, məhkəmənin İddiaçı, X2, X5 və X3 adlarına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakın olub-olmaması barədə məlumat verilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirmişlər ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 30/6, 8 saylı mənzil 2 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-257 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 2 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-176 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X7 adına Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 15, 13 saylı mənzil 1/3 hissəsi Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd edilən digər şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 51.1 bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2 yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydaları: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. 1.2. Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 1.2.3. uçota alınmanı həyata keçirən orqan - əlilliyi olan şəxsin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanı. 2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. ... 2.2-1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir.[ ... 3.1. Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: 3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə (bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) 3.1.2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; 3.1.3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə. 3.2. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır. 3.3. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırki işin faktiki hallarından da göründüyü kimi, iddiaçının müraciətinin təmin edilməməsinin əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydalarının 1.2.2-ci (əlilliyi olan şəxsin ailə üzvləri- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslərdir) və 2.1-ci (Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana bu ərizə ilə müraciət edir) bəndlərinin tələbləri təşkil edir. Qeyd olunmalıdır ki, Cavabdeh inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan yerli icra hakimiyyəti orqan kimi inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Nərimanov RİH inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilib-edilməməsi ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot normasının müəyyən edilməməsi səbəbi ilə imtina etmiş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Məhkəmə bir daha qeyd edir ki, cavabdeh Nərimanov RİH öz səlahiyyətləri çərçivəsində iddiaçının müraciəti üzrə inzibati icraat aparmalı olduğu halda, normativ hüquqi aktın qəbul edilməməsı əsası ilə vətəndaşların yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilməsinin dayandırıldığını bildirərək, ümumiyyətlə inzibati icraatın aparılmasına başlamamış, formal əsaslara söykənərək vətəndaşın dinləmə hüququnu təmin etməmiş, ən əsası isə qanunvericilikdə belə bir əsas olmadığı halda bu əsası imtina əsası kimi göstərərək inzibati icraatı düzgün aparmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İş materiallarından göründüyü kimi iddiaçı və onun qızları yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs mərhum X6 ailə üzvləri (müvafiq olaraq arvadı və övladları) olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə birinci növbə vərəsələr sırasından olan və sonuncunun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslərdir. Digər tərəfdən, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs olub-olmamasının müəyyən edilməsi üçün ilkin olaraq yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxsin hansı kriteriyalara malik olması müəyyən edilməlidir ki, bu hissədə qiymətləndirilmənin aparılması aşağıda sadalanan qanunvericiliyin müddəaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilməsi qərara alınmışdır. İşin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs mərhum X6 vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamına keçmiş yaşayış sahəsi müvafiq uçot normasına əsasən ailə üçün kifayət həddə deyildir. Bundan əlavə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydaları”nda vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsinin əsasları müəyyən olunmuşdur. Qaydalardan göründüyü kimi cavabdeh inzibati orqanın istinad etdiyi “əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana müraciət etməlidir” əsası imtina əsaslarında təsbit olunmamışdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X10 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. İPM-nin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının 48 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən əlilliyi olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 mənzil uçotunun 4 (dörd) nəfərdən ibarət ailə tərkibi (İddiaçı, qızları - xx.xx.1993-cü il təvəllüdlü X14, xx.xx.1986-cı il təvəllüdlü X17 və xx.xx.1991-ci il təvəllüdlü X12) ilə birlikdə xx.xx.1960-cı il təvəllüdlü İddiaçı üçün saxlanılması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhər Cavabdehin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar