Məhkəmə qərarları › İş №2-1(112)-3603/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3603/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3603/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X33 üzrə Baş İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X33 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X33 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1000 (bir min) manat cərimə olunmağı haqqında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1878 №li və 10000 (on min) manat cərimə olunmağı barədə olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1922 №li qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Sünbül”un məmulatları sexini 2019-cu ilin may ayından başlayaraq rəsmi surətdə vergi orqanlarından sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçirməklə işlətməyə başlamışdır. VÖEN qeydiyyat №-si ********** onun adınadır. Elə həmin vaxtdan da nəzarət kassa aparatını vergi xidmətinin əməkdaşları olan (xüsusi servis xidmətindən) 250 AZN-ə almışdır. O, özü qadın olduğu üçün bu işlərdən də anlayışı olmadığından və təhsili buna imkan vermədiyinə görə əri X32 işinə köməklik göstərmişdir. Onlar ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsində icarə müqaviləsi əsasında fəaliyyət göstəririlər. Həmin nəzarət kassa aparatı 2019-cu ilin mayından 2021-ci ilin dekabr ayının sonuna qədər onların un məmulatları sexində fəaliyyət göstərmiş və vaxtaşırı olaraq alver-satış olduqca NKA-dan istifadə edilərək, müvafiq qəbzlər çap olunmuş və sadələşdirilmiş hesabatlar tərtib olunaraq, Vergi Xidmətinin Suraxanı rayon şöbəsinə təqdim olunmuşdur. O, bu günə qədər heç bir vergidən yayınmamışdır və vergi hesabatlarını da vaxtında tərtib edərək Vergi Xidmətinin Suraxanı rayon şöbəsinə təqdim etmişdir. Onların NKA-nı 2021-ci ilin dekabr ayının sonunda vergi xidməti əməkdaşı kimi tanıdıqları soyadını bilmədiyi Vüsal adlı şəxs onlardan onun yenisi ilə dəyişdirilməsinin vacibliyini dönə-dönə və israrla bildirərək, onlardan götürmüş və dediyi servis xidmətinə aparmışdır. Onun əvəzinə isə 10-15 gün ərzində qiyməti 423 manat olan yeni bir NKA gətirib quraşdıracağını bildirmişdir. Onlara isə NKA olmadan fəaliyyət göstərə biləcəyini və bunun heç bir qanunsuzluq olmadığını və bu haqda Vergi Xidmətinin müvafiq idarəsinə və Suraxanı rayon şöbəsini məlumatlandıracağını bildirmişdir. Odur ki, onlar rahat fəaliyyət göstərsələr də gün aşırı Vüsaldan NKA-nı tez gətirməsini xahiş etmişlər. Bu arada, yəni xx.xx.2022-ci il tarixdə saat 12-13 radələrində Vergi Xidmətinin bir neçə əməkdaşı onların fəaliyyət göstərdiyi bulka, qoğal, şor-çörək və digər un məmulatları hazırladığı sexə gəlmiş və NKA-nın olmadığını görüb cərimə olunmaqları barədə akt yazmışlar və sonra da onu qərarlaşdıracaqlarını bildirmişlər. Bundan sonra sexdə olan, bir neçə gün əvvəl və ya elə həmin gün sınaq keçməkdən yəni işləyə bilib - bilməməsini öyrənmək istədikləri işçilərdən 5 nəfərdən izahat alınmış və onların güya əmək müqaviləsi olmadan və müvafiq qeydiyyat aparılmadan əmək fəaliyyətinə cəlb olunmaları barədə akt tərtib etmişlər. Nəticə etibarı ilə NKA-nın olmamasına görə 1000 manat, işçilərin əmək müqaviləsinin qeydiyyatdan keçmədiyinə və onları alt sistemə keçirmədiyinə və vergidən güya yayındığına görə ona 10000 manat məbləğində cərimə tətbiq edilmişdir. Halbuki, o, heç bir işçinin əmək müqaviləsini dövlətdən-vergidən gizlətməmişdir, vergidən yayınmamışdır, belə bir niyyəti də olmayıb. Onların işinin xüsusiyyəti elədir ki, əvvəlcə işə qəbul edəcəkəri işçininşirniyyatçının işi bacarıb-bacarmamasının 1-2 gün yoxlayır və sonra işə qəbul edərək onunla əmək müqaviləsi bağlayırlar. Həmin işçilərin hər biri ilə elə həmin vaxt, ondan əvvəl və ya sonra müvafiq mərhələ keçəndən sonra əmək müqaviləsi bağlanır və qeyd olunur. Lakin, onun komputer bilikləri olmadığına və bacarmadığı üçün bu işləri onlar üçün Elnur Əliyev adlı mühasib icra edirdi. Onun NK aparatı olub, onu heç vaxt gizlətməmişdir eləcə də şirniyyatçıları olan qadınlarla da edildiyi kimi, müvafiq sınaq mərhələsindən sonra əmək müqaviləsi bağlamışdır. Bu müqavilələr mövcud olub, lakin onlarıelektron informasiya sisteminə işlənməməsi onun səhvi deyil, o, heç kimi vergidən yayındırmamışdır və vergiləri də vaxtı-vaxtında ödəmişdir. Ona tətbiq olunan 11000 manat vergi cəriməsi əsassız, qanunsuz və ədalətsizdir. Odur ki, həmin cərimələrin ləğvi üçün VX-nın müvafiq idarəsinə və İqtisadiyyat Nazirliyinin Xüsusi Apellyasiya Şurasına müraciət etmişdir ki, həmin cərimələri silsinlər. Amma heç bir şikayəti, ərizələri nəzərə alınmamışdır və cərimələr silinmədən, həmin qərarlar da ləğv edilmədən ərizələri təmin edilməmişdir. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 70 №-li qərarını 2022-ci ilin sentyabr ayının 29-da poçt vasitəsi ilə almışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM-nin) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə olunmuş, sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2022-ci il tarixli **********063700 №li yazılı etirazda göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2019-cü il tarixdə vergi uçotuna alındığı və əsas fəaliyyət növünün “suxarı və peçenye istehsalı, uzun müddət saxlanıla bilən unlu qənnadı məmulatlarının istehsalı" olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********9345 nömrəli qərarına əsasən Baş idarənin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 12:00-da İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində yerləşən “Sünbül" adlı şirniyyat evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nəzarət-kassa aparatının quraşdırılmadığının aşkar edildiyi, operativ vergi nəzarəti tədbirinin nəticəsinin xx.xx.2022-ci il tarixli DVX seriyalı 011643 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Eləcə də, araşdırma ilə müəyyən edilmişdir ki, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1878 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə Baş İdarənin xx.xx.2022-ci il tarixli **********377200 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2022-ci il tarixdə saat 12:56-da oxunmuşdur. Bundan əlavə, həmin obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 5 (beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 005952 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi, adları aktda qeyd olunmuş şəxslərin və vergi ödəyicisinin operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək yol verilmiş qanun pozuntularını etiraf etmişlər. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********1922 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 10.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə Baş idarənin xx.xx.2022-ci il tarixli **********551000 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2022-ci il tarixdə saat 12:56- da oxunmuşdur.Vergi ödəyicisi tərəfindən vergi orqanının qərarlarından xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********797100 nömrəli) inzibati qaydada şikayət verilmiş və vergi orqanının 27 aprel 2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X24 araşdırmaya təqdim etdiyi xx.xx.2022-ci il tarixli izahatında tərtib olunmuş aktdan sonra aktda adları qeyd olunmuş şəxlərlə əmək müqaviləsi bağlandığını və onların qeydiyyatdan keçdiyini, bunlardan 3 nəfərinin sonradan işdən çıxdığını, daha sonra yeni işçilərin işə qəbul edildiyini, onların da az müddət işlədikdən sonra işdən çıxdıqlarını, sahibkar işçi problemi yaşadığı üçün öz işini normal apara bilmədiyini, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarlar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" Çıxarışlar və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamələr ilə vergi ödəyicisinin tanış olduğunu, Tələbnamə əsasında vergi orqanı əməkdaşlarına sənəd təqdim edilmədiyini, xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin iştirak etdiyini, aktların imzalanmasınının səbəbini vergi ödəyicisinin savadsız olması ilə əlaqələndirdiyini, əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçmədən həmin şəxslərin işə cəlb edilməsi barədə heç nə deyə bilməyəcəyini, NKA-nın vaxtında quraşdırılmamasını STXM-in gecikdirməsi ilə əlaqələndirdiyini, vergi ödəyicisi ilə STXM arasında müqavilə bağlandığını, lakin araşdırmaya təqdim edə bilmədiyini bildirmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ile daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı, eləcə də həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə mindiyi təsbit olunduğu halda, vergi ödəyicisi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onun gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılmış, eləcə də həmin fiziki şəxs və vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdikləri izahatlarında, həmçinin araşdırma zamanı vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi E.İbrahimov da təqdim etdiyi izahatında yol verilmiş nöqsanları etiraf etmişlər. X2 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 10 gündür ki, İddiaçı tərəfindən şirniyyatçı vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, izahatı onun sözləri ilə Vəliyevə Sevil tərəfindən yazıldığını, ucadan oxunduğu və doğruluğunu imzası ilə təsdiq etdiyini bildirmişdir. X4 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən satıcı vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Tamara və Sevili tanıdığını bildirmişdir. X6 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən satıcı vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Təranə, Rübabə və Sevili tanıdığını bildirmişdir. X3 xx.xx.2022-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən xadimə vəzifəsinə işə götürüldüyünü, gündəlik əmək haqqını 15 manat olmaqla nağd formada aldığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Təranə, Sevili tanıdığını bildirmişdir. X7 xx.xx.2022-ci il tarixli etirafedici izahatında 3 gündür ki, İddiaçı tərəfindən şirniyyatçı vəzifəsinə işə götürüldüyünü, gündəlik əmək haqqını 15 manat olmaqla nağd formada aldığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, obyektdə özündən başqa işləyən işçilərdən Təranə, Tamara və Rübabəni tanıdığını bildirmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, əvvəlcədən işə qəbul edəcəyi işçinin işi bacarıbbacarmamasını 1-2 gün yoxlayır və sonra işə qəbul edərək onunla əmək müqaviləsi bağlayırıq. Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Yəni, işçinin sınaq müddətində olması onunla əmək müqaviləsi bağlamamağa əsas vermir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri bazasının məlumatlarına əsasən aktda adı qeyd olunmuş 5 nəfərin (X21, X16, X15, X11 və X22) operativ vergi nəzarəti tədbirindən sonra (xx.xx.2022-ci il tarixdə) vergi ödəyicisi İddiaçı işçisi kimi əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirildiyi, sonradan 3 nəfərin (X21 ilə xx.xx.2022-ci il tarixdən, X16 ilə xx.xx.2022-ci il tarixdən və X15 ilə xx.xx.2022-ci il tarixdən) bağlanılmış əmək müqaviləsi bildirişinin ləğv edildiyi müəyyən edilmişdir.Bundan əlavə Vergi Məcəlləsinin 16.1.8-ci və 16.1.9-cu maddələrinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları ve digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələri kimi təsbit olunduğu halda, İddiaçı tərəfindən qeyd edilən nəzarətkassa aparatı quraşdırılmamış və nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim edilməmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən yeni nəsil nəzarət-kassa aparatının quraşdırılması barədə müqavilə bağlamasının və onlar tərəfindən müqavilə öhdəliklərinin icrasının təmin etməməsi barədə vergi orqanına təqdim etdiyi izahatında gətirdiyi dəlilin də yol verilmiş qanun pozuntusunun əsaslandırılması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunun: 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İPM: İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Cavabdehin mübahisəli qərarı 1) inzibati orqan (BŞKSİÜBİ) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hüquqi şəxs olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (vergi ödəyicisi olan iddiaçıya maliyyə sanksiyası tətbiq edilməsi) qərar formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2. inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə (şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan (xx.xx.2022-ci il) inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində) xx.xx.2022-ci il tarixdə, müraciət etmişdir. İddia mümkündür.

İşin halları. İş materiallarında olan; “Fiziki şəxsin vergi uçotu haqqında” Şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu ildə 6 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi (Qeydiyyat № (VÖEN) **********) qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, “İcarəyə verən” X12 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1282,5 kv. m. olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 90 kv. m. sahəni “İcarəçi” İddiaçı icarəyə vermişdir. İcarə müddəti xx.xx.2031-ci il tarixədək, aylıq icarə haqqı 500 manat müəyyən edilmişdir. Bakı şəhəri X33 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********9358 №-li, xx.xx.2022-ci il tarixli tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı operativ vergi nəzarətinin aparılması üçün –“Nəzarət kitabçısı”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bakı şəhəri X33 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********9345 №-li, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Rasim Şahsuvarov 1 ünvanında yerləşən “Şirniyyat evində” nağd pul hesablaşmalarının aparılmasına qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarix daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında 005952 №-li DVX seriyalı, xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən “Sünbül Şirniyyat evində 22 fevral 2022-ci il tarixdə 12:15-də işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş 6 fiziki şəxsdən 5 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, əmək müqaviəsi hüquqi qüvvəyə minmədən həmin işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 011643 №-li DVX seriyalı, 22 fevral 2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri X33 üzrə Baş İdarəsinin 21 fevral 2022-ci il tarixli **********5343 saylı qərarına əsasən İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “Sümbül” şirniyyat evində X8 iştirakı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması operativ vergi nəzarəti həyata keçirilərkən “Sünbül” şirniyyat evində NKA-dan istifadə olunmadığı müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12:00-da Samirə Abuşovaya məxsus şirniyyat sexində müştəri tərəfindən alınmış 5 (beş) ədəd smitə görə 1,0 (bir) manat ödənilmişdir, lakin ödəniş müqabilində NKA-ya çek vurulub verilməmişdir. Bakı şəhəri X33 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1922 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə X13 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1878 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə X13 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Bakı şəhəri X33 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən izahatları alınmış: - X11 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında 10 gündür ki, Abuşova Samirə tərəfindən şirniyyatçı vəzifəsinə qəbul olunduğunu, onunla əmək müqaviləsinin bağlanmadığını və ona əmək bildirişinin təqdim olunmadığını, əmək haqqı kimi ayda 300 manat məbləğində pulun Abuşova Samirə tərəfindən ödənilməli olduğunu, lakin təzə gəldiyi üçün əmək haqqı almadığını bildirmişdir. - X16 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında xx.xx.2022-ci il tarixindən Abuşova Samirə tərəfindən satıcı vəzifəsinə qəbul olunduğunu, onunla əmək müqaviləsinin bağlanmadığını və ona əmək bildirişinin təqdim olunmadığını, əmək haqqı kimi ayda 300 manat məbləğində pulun Abuşova Samirə tərəfindən ödənilməli olduğunu bildirmişdir. - X21 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında xx.xx.2022-ci il tarixindən Abuşova Samirə tərəfindən satıcı vəzifəsinə qəbul olunduğunu, təzə işçi olduğu üçün onunla əmək müqaviləsinin bağlanmadığını və ona əmək bildirişinin təqdim olunmadığını, əmək haqqı kimi ayda 300 manat məbləğində pulun Abuşova Samirə tərəfindən ödənilməli olduğunu bildirmişdir. - X15 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında xx.xx.2022-ci il tarixindən Abuşova Samirə tərəfindən xadimə vəzifəsinə qəbul olunduğunu, təzə işçi olduğu üçün onunla əmək müqaviləsinin bağlanmadığını və ona əmək bildirişinin təqdim olunmadığını, əmək haqqı kimi gündəlik 15 manat məbləğində pulun müdiriyyət tərəfindən ödənilməli olduğunu bildirmişdir. - X17 xx.xx.2022-ci il tarixdə verdiyi izahatında 3 gündür ki, Abuşova Samirə tərəfindən şirniyyatçı köməkçisi vəzifəsinə qəbul olunduğunu, onunla əmək müqaviləsinin bağlanmadığını və ona əmək bildirişinin təqdim olunmadığını, əmək haqqı kimi gündəlik 15 manat məbləğində pulun nəqd şəkildə Abuşova Samirə tərəfindən ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********646600 №-li, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, X18 tərəfindən operativ vergi nəzarəti nəticəsində tətbiq edilmiş maliyyə sanksiyasının azaldılması barədə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə ünvanlanmış şikayətinə baxılaraq, fərdi sahibkar X1 operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi, Bakı şəhəri X33 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1878 və **********1922 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********646600 №-li, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayət üzrə qəbul edilmiş 70 №li 13 sentyabr 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, qeyd olunan qərarla ilə fiziki şəxs X8 şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********646600 №-li, xx.xx.2022-ci il tarixli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1878 və **********1922 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən şahid qismində dəvət olunmuş və məhkəmədə ifadə vermiş: X32 göstərmişdir ki, İddiaçı fəaliyyət göstərdiyi obyekt Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşir və orada şirniyyat istehsalı ilə məşğul olurlar. Obyektdə 2019-cu ilin may ayından NKA-dan istifadə olunur. Kassa qoşulduqdan sonra daimi olaraq vergilər ödənilmişdir. Kassa aparatında texniki nasazlıq olduğu üçün Vergi orqanına müraciət etdikdə, Suraxanı Rayon Vergi idarəsində işləyən Vüsal adlı əməkdaş yeni kassa aparatı ilə əvəz olunması üçün götürmüş, lakin 3-4 ay keçməsinə baxmayaraq dəfələrlə NKA-nın yenidən qoşulması ilə bağlı müraciət etsələr də yeni NKA qoşulmamışdır. NKA vergidə qeydiyyatdan keçmişdir. Kassa olmadığı müddətdə daimi vergilər ödənilmişdir, mühasib özü ümumi məlumat verirdi, ona əsasən ödənişləri etmişlər. X14 göstərmişdir ki, 3 ildir ki, iddiaçıya məxsus müəssisədə işləyir. Şirniyyat bişirməklə məşğul olur. Vergi orqanı tərəfindən yoxlama aparılan günü onun istirahət günü olduğu üçün işdə olmamışdır. Obyektə NKA əvvəldən olub, xarab olduğu üçün götürülmüşdür, lakin hansı əsasla xarab olması barədə məlumatım yoxdur. Obyektdə satıcı var, o, sadəcə şirniyyat bişirməklə məşğul olur, NKA olmadığı dövrlərdə satılan şirniyyat məhsulların hesabatının necə aparıldığından məlumatsızdır. X11 göstərmişdir ki, İddiaçı məxsus obyektdə 6 nəfər şirniyyat bişirməklə məşğuldur. O, 2-3 gün olardı ki, obyektə gedib-gəlirdi. İddiaçı ilə ilk öncə razılaşmışlar ki, sonuncu onun əl işinə (şirniyyat bişirməsinə) baxsın ondan sonra işə götürülməsi rəsmiləşdiriləcəkdir. İşə qəbul olacağı təqdirdə saat 2-yə kimi işləyəcək və əmək haqqı 300 manat olacaqdır. Yoxlamaya gələn şəxslər qəfildən icəri (obyektə) daxil oldular. Yoxlamaya gələn əməkdaşlara izahat vermiş və onlar da yazılı qeydlərini aparmışlar, lakin izahatını oxumadan imzalamışdır. Hal-hazırda həmin obyektdə işləmir. Səhhətində yaranan probləmlərlə əlaqədar olaraq işdən çıxmışdır.

Tətbiq edilən hüquq. Vergi Məcəlləsi. 13.2.70. Vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. -15.1.15-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüququdur. -16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0 və 24.1. vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7); nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi (50.1.11.); “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi (50.1.14.) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. -50.8-ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X43); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. - 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması”Qaydasının: - 2.3-cü bəndinə əsasən vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir. - 3.19-cu maddəsinə əsasən pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 219.3-cü maddəsinə əsasən işəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. 219.4-cü maddəsinə əsasən işçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir.

Məhkəmənin mövqeyi.

Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisi üzrə operativ vergi nəzarəti əsasən VM-nin tələblərinə uyğun olaraq həyata keçirilsə də, aşkar olunmuş faktlar qismən düzgün qiymətləndirilməmiş və bu hal da vergi ödəyicisinin törətdiyi vergi qanunvericiliyinin pozulması ilə yanaşı, törətmədiyi vergi qanunvericiliyinin pozulması əsası ilə də əlavə vergi öhdəliyinə (məsuliyyətə) cəlb olunması ilə nəticələnmişdir. Operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarəti keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi, nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmış malların siyahıya alınması VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi qanunvericlik vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi və əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi səbəbindən NKA-dan istifadə edilməməsi təşkil edir. Əlbəttə nəzərə alınmalıdır ki, bununla bağlı pozuntuya yol verdikdə, qanunvericilik vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsini şərtləndirmişdir. İş materiallarında olan sənəndləri şahidlərin ifadələri ilə birgə təhlil etdikdə məlum olur ki, iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinin əsasında duran hallardan biri kimi - NKA-dan istifadə edilməməsi halına yol verilməsi təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Bundan əlavə göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarların qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsi işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, 3 (üç) nəfər fiziki şəxsin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə "xadimə”, “şirniyyatçı köməkçisi” və “şirniyyatçı” vəzifələrində işləyirlər. Belə olan halda vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin ictimai-iaşə fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə "xadimə”, “şirniyyatçı köməkçisi” və “şirniyyatçı” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə "əmək müqaviləsi” bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bununla yanaşı məhkəmə araşdırması zamanı mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş aktda adı qeyd olunan X16 və X5 münasibətdə iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşın əmək funksiyalarının yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən olunmamışdır. Belə ki, adı çəkilən şəxslər OVN və məhkəmə araşdırması zamanı verdikləri izahatında işəgötürəndə heç bir məbləğdə əmək haqqı almadıqlarını, X16 OVN keçirilən gün, yəni xx.xx.2022-ci il tarixindən satıcı vəzifəsinə qəbul olunduğunu, X11 isə İddiaçı ilə aralarında əldə olunmuş razılaşaya əsasən sonuncu onun əl işinə (şirniyyat bişirməsinə) baxdıqdan sonra işə götürüləcəyini və buna görə də heç bir əmək haqqı almadıqlarını bidirmişlər, vergi orqanının əməkdaşları tərəfindən isə göstərilən hallar aydınlaşdırılmamışdır. Qeyd olunan hallar da iddiaçı ilə onların arasında heç bir əmək münasibətlərinin yaranmadığını sübut edir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). VM-nin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh BŞKSİÜBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1922 №-li, xx.xx.2022-ci il tarixli qərarı qismən - İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsi (X16 və X11) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri X33 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1922 №-li, xx.xx.2022-ci il tarixli qismən - İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsi (X16 və X11) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar