Məhkəmə qərarları › İş №2-1(112)-3604/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3604/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3604/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əlilliyinin səbəbinin dəyişdirilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “İddiaçı əlilliyinin səbəbinin (“Ümumi xəstəlik” ifadəsinin) dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar “əlillik” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N №-li əmrilə hərbi hissəyə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 72 №-li əmrilə sıravi Füzuli rayonu döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N4-cü ildə xəsarət almış və xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilədək X6 müayinə və müalicə almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N8-ci il tarixli, N743 nömrəli qəran ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərara alınmışdır. Lakin ikinci dərəcəli əlillik təyin edilərkən, əlilliyin səbəbi kimi “Ümumi xəstəlik” qeyd edilmişdir. Halbuki diaqnoz olaraq bunlar göstərilmişdir: “bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar, sol budun orta N/3-nin yumşaq toxumasını dəlib keçən güllə yarasından sonrakı hal (N4). Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Sağ kürək sümüyünün travmasından sonrakı bitişmiş sınığı. Oynaqların kontrakturası”. Əlillik səbəbi “ümumi xəstəlik” ifadəsindən dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməlidir. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun N.N-ci maddəsinə görə, hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin N.N-ci bəndinə görə, bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbihəkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Həmin Əsasnamənin 7.N-ci bəndinə görə, hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi hallan istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Həmin Əsasnamənin 7.2-ci bəndinə görə, Hərbihəkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; «Xəstəlikdir, Çemobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; «Ümumi xəstəlikdir». Həmin Əsasnamə ilə a) «Hərbi travmadır, Azərbaycan Respublikasıriın müdafiəsi zamanı alınmışdır» qərarına bunlar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks- kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N4-cü il may ayının N2-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Həmin Əsasnamə ilə c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına bunlar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. 20N9-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin N fevral 20N6- cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır” 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 20N7-ci il tarixli, N9-N nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.2." Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.N. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.N.N. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa 2.2.N.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa 2.2.N.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa 2.2.N.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N4-cü il may ayının N2-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.N.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N6-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin tələblərinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdınlmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini N (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.N, 4.3, 4.N6-cı bəndlər). “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdınlmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini N (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Təlimata görə, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N8-ci il tarixli, N743 nömrəli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərara alınmışdır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın N.5.2.N-ci bəndinə görə, şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Həmin qaydaların 3.N.N-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın N.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda Əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Bütün yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsaslı və qanunidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Pentensiar Xidmətinin Müalicə müəssisəsi xx.xx.20N5-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X2: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>..., Diaqnozun mətni: Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar, sol budun orta N/3-nin yumşaq toxumasını dəlib keçən güllə yarasından sonrakı hal (N4). Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Sağ kürək sümüyünün travmasından sonrakı bitişmiş sınığı. Oynaqların kontrakturası, sol diz oynağının konturakturası, hərəkət funksiyasının pozulması ilə. sağ çiyin oynağının konturakturası. əl funksiyasının pozulması ilə.Virus mənşəli xroniki C hepatiti, subklinik forma.” “Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar, sol budun orta N/3nin yumşaq toxumasını dəlib keçən güllə yarasından sonrakı hal (N4). Sağ əlin qəlpə yara...” səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla xx.xx.20N6-cı il tarixli göndəriş əsasında “Səbəbi: Ümumi xəstəlik, X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>..., Diaqnozun mətni: Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar, sol budun orta N/3-nin yumşaq toxumasını dəlib keçən güllə yarasından sonrakı hal (N4). Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Sağ kürək sümüyünün travmasından sonrakı bitişmiş sınığı. Oynaqların kontrakturası, sol diz oynağının kontrakturası, hərəkət funksiyasının pozulması ilə. sağ çiyin oynağının kontrakturası. əl funksiyasının pozulması ilə.Virus mənşəli xroniki C hepatiti, subklinik forma., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar, sol budun orta N/3-nin yumşaq toxumasını dəlib keçən güllə yarasından sonrakı hal (N4). Sağ əlin qəlpə yara...” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Bakı 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.20N9-cu il tarixli göndərişi əsasında əsasında baxılmış, “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Üzvi mənşəli emosional labil [astenil ] pozuntu, sol budun orta 3/N yumşaq toxumasının dəlib keçən güllə yarasından sonrakı hal. Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ kürək sümüyünün travmasından sonrakı bitişmiş sınığı. Sol diz oynağının kontrakturası Hərəkət funksiyasının pozulması. Sağ çiyin oynaöğının kontrakturası. Əl funksiyasının pozulması. Virus mənşəkli xroniki C hepatiti, subklinik forma, Mərkəzə göndərilmənin səbəbi: Göndərişin natamam doldurulması. Səbəb: Əsas diaqnozu təsdiq edən stasionar müalicə və köməkçi diaqnostik müayinələr yoxdur. Status localisdə xəstəlik haqqında ətraflı məlumat qeyd edilməyib.” Səbəbi ilə imtina verilmişdr. Bakı 32 nömrəli X4 xx.xx.20N9-cu il tarixli göndıərişi əsasında baxılmış və X3: XİX Sinif – Travmalar, zəhərlənmələr, və xarici səbəblərin təsirinin bəzi digər nəticələri. T 90 – Başın ..., Diaqnozun mıətni. Kəllədaxili travmaların nəticələri, labil emosional pozuntu. Sol budun orta 3/2 yumşaq toxumasının dəlib keçən güllə yarasından sonrakı hal. Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol diz oynağının kontrakturası, hərəkət funksiyasının pozulması. Sağ çiyin oynağının kontrakturası. Əl funksiyasının pozulması. Kəllədaxili travmaların nəticələri. Sağ kürək sümüyünün və sağ İİ-Vİİ qabırğanın qeyri-düzgün bitişmiş sınığı. Sağ körpücük sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Döş qəfəsinin sağ tərəfli deformasiyası. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış travmanın ağırlaşmaları qeyd edilməyib. HMK-nin nəzərinə: Hərbi travmanın ağırlaşmaları ən azı üçüncü dərəcə əlilliyin təyininə əsas verdiyi halda göndəriş rəsmiləşdirilə bilər” səbəbi ilə imtina verilmişdir. Bakı 32 nömrəli Şəhər Birləşmiş Xəstəxanasının xx.xx.20N9-cu il tarixli göndərişi əsasında baxılmış “X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri = M00-M25 – Artropatiyalar = M20-M25 Oynaqların dgər zədələnmələri = M20 – Əl və ayaq barmaqlarının qazanılma deforma. Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, barmaqların deformasiyaları, sağ əlin qəlpə yaranlanmasından sonrakı vəziyyət. Barmaqların açıb-bükmə hərəkətlərinin pozulması. Sağ yuxarı ətrafın parezi. Mərkəzə göndərilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Əsas diaqnoz (Kəllədaxili travmaların nəticələri) təsdiqləyici stasionar müayinə və müalicə qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 26 nömrəli Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri = M00-M25 – Artropatiyalar = M20-25 – Oynaqların törədilmiş zədələnmələr. Ağırlaşma M24.5. Oynaqların kontrakturası. Sağ bazu oynağının uzaqlaşdırıcı kontrakturası – 45 dər. Sol diz oynağının deformasiyaedici astrozu, ağrı sindromu ilə. Sol diz oynağının kontrakturası. Bükmə 90 dər. Açma N70 dər. Sol budun N/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Yerişin pozulması. Çapıq kistlər. Ağırlaşma M20.0 Barmaqların deformasiyaları. Barmaqların deformasiyası. Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyət. Barmaqların açıbbükmə funksiyasının pozulması. Ağırlaşma M84.0. Sümük sınığının pis bitişməsi. Sağ körpücük sümüyünün distal ucunun kürək sümüyünün boynunun və sağ İİ-Vİİ qabırğanın qeyri-düzgün defektli bitişmiş sınığı. Mərkəzə göndərilmənin səbəbi: Göndərişin natamam doldurulması. Səbəb – Ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmalar dəqiqləşdirilsin” səbəbi ilə imtina edilmişdir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son N2 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın N.5.Nci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yəni, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdr. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş 9/2-5080 saylı xx.xx.20N8-ci il tarixli arayışa əsasən N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli N №-li əmrilə (əsas: §-2,səh-87) İddiaçı hərbi hissəyə daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 72 №-li əmrilə (əsas: §-2,sıra-682) sıravi İddiaçı Füzuli rayonu döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 2N №-li əmrində (əsas: §-5,səh-70; qeyd: əmrdə atasının adı yazılmamışdır) atıcı İddiaçı Füzuli rayonu döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. Nizami RHK-dan çağırılmış, N973-cü il təvəllüdlü, sürücü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N8 noyabr N3-cü il tarixli 322 №-li əmrilə (əsas: §-4,səh-298,sıra- N32) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 2-ci MAT-ın sıravisi İddiaçı hərbi-hissəni - özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N dekabr N3-cü il tarixli 339 №-li əmrində (əsas: §-2,səh-35N,sıra-N29; qeyd: əmrdə atasının adı yazılmamışdır) qazan təminatından çıxarılması və fərarilikdən qayıtdığına görə hərbi hissə komandirinin N dekabr N3-cü il tarixli 36N №-li əmrində (əsas: §-N0,səh-368,sıra-2N; qeyd: əmrdə atasının adı yazılmamışdır) 2-ci MAT-ın qazan təminatına qoyulması barədə məlumat var. 2-ci MAT-da xidmət edən İddiaçı xx.xx.N4-cü il tarixdə yaralandığı üçün N nömrəli hərbi hissə komandirinin N9 yanvar N4-cü il tarixli N9 №-li əmrində (əsas: §-N2,səh-Nu4,sıra-2N; qeyd: əmrdə atasının adı yazılmamışdır) hərbi hospitala göndərilərək qazan təminatından çıxarılması barədə məlumat var. İddiaçı dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N743 saylı xx.xx.20N8-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N4-cü ildə aldığı və xx.xx.N4-cü ildən xx.xx.N4-cü ilə kimi X6 müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sol budun orta N/3-nin yumşaq toxumasını dəlib keçən güllə yarası" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.20N8ci il tarixli 5N9 nömrəli göndərişi, xx.xx.20N8-ci il tarixli 245 nömrəli arayışı, X5 verilmiş xx.xx.N4-cü il tarixli çıxarış epikrizi, müayinə vərəqəsindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır". Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş 865 saylı xx.xx.20NN-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.N4-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: Sol baldırın orta N/3-nin yumşaq toxumalarını dəlib keçən odlu silah yaralanması. Yaralanma Azərbaycan Respublikasının müdafiəsi zamanı baş vermişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N987-ci il 260 saylı əmrinin 33 maddəsinin İ bəndinə əsasən 30 gün müddətində məzuniyyət verilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-N7-4/2-N637N0/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən verilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si 4449003AAAMG) (X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri) Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar, sol budun orta N/3-nin yumşaq toxumasını dəlib keçən güllə yarasından sonrakı hal (N4). Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Sağ kürək sümüyünün travmasından sonrakı bitişmiş sınığı. Oynaqların kontrakturası, sol diz oynağının konturakturası, hərəkət funksiyasının pozulması ilə. sağ çiyin oynağının kontrakturası. əl funksiyasının pozulması ilə.Virus mənşəli xroniki C hepatiti, subklinik forma.” diaqnozu ilə qiymətləndirilmiş və xx.xx.20N5ci il tarixdən (ilkin) bir il müddətinə əlillik təyin edilmişdir (Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar, sol budun orta N/3-nin yumşaq toxumasını dəlib keçən güllə yarasından sonrakı hal (N4). Sağ əlin qəlpə yarası). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, elektron təyinatla verilmiş İddiaçı haqqında xx.xx.20N6-cı il tarixli göndərişə əsasən (X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri) Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar, sol budun orta N/3-nin yumşaq toxumasını dəlib keçən güllə yarasından sonrakı hal (N4). Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Sağ kürək sümüyünün travmasından sonrakı bitişmiş sınığı. Oynaqların kontrakturası, sol diz oynağının kontrakturası, hərəkət funksiyasının pozulması ilə. sağ çiyin oynağının kontrakturası. əl funksiyasının pozulması ilə.Virus mənşəli xroniki C hepatiti, subklinik forma.” diaqnozu ilə qiymətləndirilmiş və xx.xx.20N6cı il tarixdən təkrar beş il müddətinə əlillik təyin edilmişdir (Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Bədənin bir neçə nahiyələrini əhatə edən sınıqlar, sol budun orta N/3-nin yumşaq toxumasını dəlib keçən güllə yarasından sonrakı hal (N4). Sağ əlin qəlpə yarası). İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı 32 nömrəli Şəhər Xəstəxanası tərəfindən verilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si 2788003AABQ4, xx.xx.20N9-cu il) xx.xx.20N9-cu il tarixdə “(X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...) Kəllədaxili travmaların nəticələri. Üzvi mənşəli emosional labil [astenil ] pozuntu, sol budun orta 3/N yumşaq toxumasının dəlib keçən güllə yarasından sonrakı hal. Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ kürək sümüyünün travmasından sonrakı bitişmiş sınığı. Sol diz oynağının kontrakturası. Hərəkət funksiyasının pozulması. Sağ çiyin oynağının kontrakturası. Əl funksiyasının pozulması. Virus mənşəkli xroniki C hepatiti, subklinik forma” diaqnozu ilə qiymətləndirilmiş və əlilliyin təyin edilməsindən “Göndərişin natamam doldurulması. Səbəb: Əsas diaqnozu təsdiq edən stasionar müalicə və köməkçi diaqnostik müayinələr yoxdur. Status localisdə xəstəlik haqqında ətraflı məlumat qeyd edilməyib” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı 32 nömrəli Şəhər Xəstəxanası tərəfindən verilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si 2788003AABRN, xx.xx.20N9-cu il) xx.xx.20N9-cu il tarixdə müayinə edilərək “(X2: XİX Sinif – Travmalar, zəhərlənmələr, və xarici səbəblərin təsirinin bəzi digər nəticələri. T 90 – Başın ...) Kəllədaxili travmaların nəticələri, labil emosional pozuntu. Sol budun orta 3/2 yumşaq toxumasının dəlib keçən güllə yarasından sonrakı hal. Sağ əlin qəlpə yaranlanmasından sonrakı vəziyyət. Sol diz oynağının kontrakturası, hərəkət funksiyasının pozulması. Sağ çiyin oynağının kontrakturası. Əl funksiyasının pozulması. Kəllədaxili travmaların nəticələri. Sağ kürək sümüyünün və sağ İİ-Vİİ qabırğanın qeyridüzgün bitişmiş sınığı. Sağ körpücük sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Döş qəfəsinin sağ tərəfli deformasiyası” diaqnozu ilə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması, Azərbaycan Respublikasının müdafiəsi zamanıl alınmış travmanın ağırlaşmaları qeyd edilməyib. HMK-nin nəzərinə: Hərbi travmanın ağırlaşmaları ən azı üçüncü dərəcə əlilliyin təyininə əsas verdiyi halda göndəriş rəsmiləşdirilə bilər” səbəbi ilə imtina edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı 32 nömrəli Şəhər Xəstəxanası tərəfindən verilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si 2788003AABRN, xx.xx.20N9-cu il) xx.xx.20N9-cu il tarixdə müayinə edilərək “(X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri = M00-M25 – Artropatiyalar = M20-M25 Oynaqların digər zədələnmələri = M20 – Əl və ayaq barmaqlarının qazanılma deforması) “Kəllədaxili travmaların nəticələri, barmaqların deformasiyaları, sağ əlin qəlpə yaranlanmasından sonrakı vəziyyət. Barmaqların açıbbükmə hərəkətlərinin pozulması. Sağ yuxarı ətrafın parezi” diaqnozu ilə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması – Səbəb: Əsas diaqnoz (Kəllədaxili travmaların nəticələri) təsdiqləyici stasionar müayinə və müalicə qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına verilmiş İddiaçı haqqında xx.xx.20N9-cu il tarixli göndərişə əsasən (göndəriş №-si 2788003AABUN) xx.xx.20N4-cü il tarixdən 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.N4-cü il tarixdən müəyyən edilmişdir. Xəstəliyin adı: T90.5 Kəllədaxili travmaların nəticələri. Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri. Ağırlaşma: M84.0 Sümük sınığının pis bitişməsi, sağö kürək sümüyünün və sağ İİ-Vİİ qabırğanın qeyri-düzgün bitişmiş sınığı. Sağ körpücük sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Döş qəfəsinin sağ tərəfi. T90.5 Kəllədaxili travmaların nəticələri. M20.0 Barmaqların deformasiyaları. Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyət. Barmaqların açıb-bükmə hərəkətlərinin pozulması. Sağ yuxarı ətrafın parezi. F06.6. Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Sbudun orta 3/N yumşaq toxumasının dəlib keçən güllə yarasından sonrakı hal. Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyət. Barmaqların açıb-bükmə hərəkətlərinin pozulması. Sağ yuxarı ətrafın parezi. Sol diz oynağının kontrakturası, hərəkət funksiyasının pzulması. Sağ çiyin oynaöğının kontrakturası. Əl funksiyasının pzulması. Sağ yuxarı ətrafın çiyin oynağının kontrakturası. Yanaşı xəstəlik: Virus mənşəli xroniki C hepatiti subklinik forma. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı 36 nömrəli Şəhər Xəstəxanası tərəfindən verilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si 2786003AAFWN, xx.xx.2022-ci il) xx.xx.2022-ci il tarixdə müayinə edilərək “(X2: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri = M00-M25 – Artropatiyalar = M20-25 – Oynaqların digər zədələnmələri = Oynaqların digər spesifik zədələnmələri) Əsas diaqnoz: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Ağırlaşma M24.5. Oynaqların kontrakturası. Sağ bazu oynağının uzaqlaşdırıcı kontrakturası – 45 dər. Sol diz oynağının deformasiyaedici astrozu, ağrı sindromu ilə. Sol diz oynağının kontrakturası. Bükmə 90 dər. Açma N70 dər. Sol budun N/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Yerişin pozulması. Çapıq kistlər. Ağırlaşma M20.0. Barmaqların deformasiyaları. Barmaqların deformasiyası. Sağ əlin qəlpə yaralanmasından sonrakı vəziyyət. Barmaqların açıb-bükmə funksiyasının pozulması. Ağırlaşma M84.0. Sümük sınığının pis bitişməsi. Sağ körpücük sümüyünün distal ucunun kürək sümüyünün boynunun və sağ İİ-Vİİ qabırğanın qeyri-düzgün defektli bitişmiş sınığı.” diaqnozu ilə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması. Səbəb – Ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmalar dəqiqləşdirilsin” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmət tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-N6-N7/6/2-5334/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.N973-cü il təvəllüdlü həbs edilmiş şəxs İddiaçı halhazırda Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən 3 saylı istintaq təcridxanasında saxlanılır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmət tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-N6-N7/6/2-8429/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, xx.xx.N973-cü il təvəllüdlü məhkum İddiaçı hazırda Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsi ərazisində yerləşən müalicə müəssisəsində saxlanılır. Məhkum İddiaçı barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surəti təqdim edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin N(007)-N98/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 0N il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi” kimi dəqiqləşdirməklə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair ərizənin qısa müddətdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 20N7-ci ilin N yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 20N6-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N3 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddia tələbindən görünür ki, iddiaçının tələbi əlillik səbəbinin Ümumi xəstəlikdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə dəyişdirilməsidir. İddia xx.xx.2022-ci il tarixdə qaldırılmışdır. Hazırki iddia məcburetməyə dair iddiadır. İşin materialları ilə müəyyən edilir ki, müvafiq tələbə dair iddiaçıya sonuncu imtina xx.xx.20N9-cu il tarixdə verilmişdir. Sözügedən imtina iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Daha sonra iddiaçının ümumi xəstəlik səbəbindən təyin edilmiş əlilliyin (xx.xx.20N6-xx.xx.202N) müddəti qurtarmış, iddiaçı əlillik müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə imtina olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia ərizəsində əlillik səbəbinin Ümumi xəstəlikdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə dəyişdirilməsi tələbini irəli sürmüş, məhkəmə tərəfindən ona iddia tələbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi” kimi dəqiqləşdirməklə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair ərizənin qısa müddətdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N5-ci il 30 dekabr tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin N.2-ci bəndinə əsasən, əlillik və ya N8 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli N077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və XN 3.N.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin N.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin N.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - N.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK N0 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən N5 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.N.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. AHİM presedent hüququna əsasən 6-cı Maddənin N-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 6N; X8rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 8N). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X9rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli N0 aprel 20N5-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (N.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (N.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.N-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı əlillik vəziyyətinə 26 nömrəli Şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə əlillik təyinatından imtina edilmişdir. İddiaçı həmin vaxtdan təxminən 06 ay 22 gün sonra məhkəməyə şikayət etmişdir. Məhkəmə iddiaçının buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi və iddia tələbinin dəqiqləşdirilmsi barədə ərizənin məhkəməyə təqdim edilməsi üçün dəfələrlə iddiaçıya hüquqi yardım məktubları göndərərək məhkəmə iclasını təxirə salsa da, qeyd edilən çatışmazlıqlar Aradan qaldırılmamışdır. Odur ki, məhkəmə iclasının təkrar olaraq təxirə salınmasını və ünvanına hüquqi yardım məktubu göndərilməsini zəruri hesab etmir. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar