Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3607/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, üçüncü şəxs X7 nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X13 Bağlar sahəsindəki 221 saylı Koorperativi tərəfindən verilmiş 43 saylı order və Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 saylı qərarı əsasında X4 məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5742 saylı 0,12 ha ölçüdə bağ sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi və həmin bağın koordinatlarının və naturada yerinin müəyyən edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X13 bağlar sahəsindəki 221 saylı Kooperativi tərəfindən verilmiş 43 saylı orderə əsasən Ləhiş bağlar massivində 221 saylı BTK-nın nəzdində 0,12 ha olan 5742 saylı bağ torpaq sahəsi iddiaçının atası X4 verilmiş, həmin bağ sahəsini hasara almaqla təyinatı üzrə istifadə etmişlər. Qeyd olunan orderin verilməsinə əsas isə Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli 6/387 saylı qərarı olmuşdur. Qeyd olunan bağ sahəsini hasara aldırmaqla mərhumun vərəsələri təyinatı üzrə istifadə edirlər. Mərhumun vərəsəsi vərəsəliklə bağlı aidiyyəti üzrə Bakı şəhəri 11 saylı Notariat Ofisinə müraciət etmiş, həmin notariat ofisi tərəfindən mərhumun vərəsələrini dairəsi müəyyən edilmiş, lakin 5742 saylı bağ sahəsinə dövlət reyestrindən çıxarış verilmədiyinə görə bu barədə 04 may 2023-cü il tarixli XK-1107 saylı məktubla 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmiş və həmin bağ torpaq sahəsinə dair Mədət Mürsəlovun adına dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. Hazırda isə mərhumun vərəsələrinin həmin dədə-baba torpaq sahəsində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün, həmin bağ torpaq sahəsinə müvafiq arayışın verilməsinə zərurət yaranmışdır. Bu məqsədlə cavabdeh inzibati orqana sənədlərlə birgə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edilmiş, lakin cavabdeh həmin ərizəyə xx.xx.2023-cü il tarixli ərizə ilə cavab verərək, Ləhiş bağ massivində yerləşən 5742 saylı bağ sahəsi ilə əlaqədar vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verildiyini bildirmişdir. Halbuki, bu müraciət cavabdeh inzibati orqana iddiaçının etibarnamə əsasında səlahiyyətli nümayəndəsi tərəfindən edilmişdir. Bundan sonra ikinci dəfə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edilərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X13 bağlar sahəsindəki 221 saylı Kooperativi tərəfindən verilmiş 43 saylı order və Bakı şəhər İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli 6/387 saylı qərarı əsasında X4 məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5742 saylı 0,12 ha ölçüdə bağ sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın verilməsi və həmin bağın koordinatlarının və naturada yerinin müəyyən edilməsi xahiş olunmuşdur. Hesab edir ki, cavabdehin hərəkətsizliyi əsassız və qanunsuz olmaqla hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Üçüncü şəxs X7 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə daxil olmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamı rəhbər tutularaq tərtib edilmiş xx.xx.2000-ci il tarixli ləğv olunma aktında X4 verilmiş 5742 №li bağın ləğvinə dair qeyd mövcuddur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamı istifadə edilməyən bağlarla əlaqədar aktın tərtib edilməsi və sənədlərin etibarsız hesab edilməsi ilə bağlıdır. Həmçinin, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X10) adına **********16 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 5742 saylı bağ sahəsi faktiki iddiaçının istifadəsində olmadığından sahədə ölçmə işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X14 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X7 nümayəndəsi və vəkili X11 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 №-li qərarının arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 195 nömrəli qərarına və Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/333 saylı qərarına uyğun olaraq Bakı şəhər İcraiyyə Komitəsi X18 tərəfindən 221-66 №li bağ tikinti kooperativlərinin şəxsi tərkibi təsdiq edilmişdir. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 №-li qərara əsasən 1 №-li əlavə ilə 221 №-li Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında; …
43. X3 adı qeyd olunmuşdur.
Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 252982 №li “Ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 xx.xx.2007-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin 06-cı ayının 19-cu günündə 650 № ilə qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə qeyd olunmuşdur ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdur və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: - ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə X4 verilmiş **********97 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsidən ibarətdir. ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli, XK-1107 №-li cavab məktubunda göstərilmişdir ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 11 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X1 qanun üzrə vərəsəsi İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. X1 adına Ləhiş bağlar sahəsində 5742 nömrəli ümumi sahəsi 0.12 ha təşkil torpaq sahəsinə dair mülkiyyət hüququ onun ölümünə qədər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ləhiş bağlar sahəsində 5742 nömrəli ümumi sahəsi 0.12 ha təşkil torpaq sahəsinə dair X1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur.
İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********20 №li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 5742 saylı bağ sahəsi ilə əlaqədar olaraq bildirirlər ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.
Məhkəmənin müvafiq sorğularına əsasən:
Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3-52/2-915/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin “Bağ-tikinti kooperativlərini iki ildən çox bağ sahəsində təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə” xx.xx.1992-ci il tarixli, 941 №-li sərəncamında göstərilmişdir ki, 1988-ci ildən Bağlar təsərrüfatı idarəsinin boş bağlar balansında olan bağ sahələri bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə verilmiş və bir çox vətəndaşlar bu günə kimi onlar üçün ayrılmış bağ sahələrindən heç bir abadlıq və becərmə işləri aparmamışdır. İstifadə olunmayan belə bağlar barədə aşağıda qeyd olunanlar qərara alınmışdır: - Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yenidən akt tərtib etsinlər. - Akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələri geri alınsın və onlardakı orderlər etibarsız sayılsın. - Geri alınmış bağ sahələri Balar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilsin. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********12 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) akt”ından görünür ki, müayinə zamanı müəyyən olunmuşdur ki, bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Sahəyə xx.xx.2023-cü il tarixdə vətəndaşın oğlunun (Elxan) iştirakı ilə yerli baxış keçirilmiş, vətəndaş sahəni çöldən göstərmiş, içəri daxil olmamış və bildirmişdir ki, sözügedən sahə digər vətəndaş tərəfindən hasarlanmış və 5742 saylı bağ sahəsi kimi digər vətəndaşın adına qeydiyyatdan keçmişdir, faktiki digər vətəndaşın istifadəsindədir. Bu səbəbdən sahədə ölçmə işləri aparmaq mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, (çöldən görülünə görə) sözügedən sahədə digər vətəndaş tərəfindən 1 mərtəbəli ev inşa edilib, tikinti tamamlama işləri davam edirdi. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********52 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş 00501 ******* reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,1051 ha torpaq sahəsindən ibarət 5742 saylı bağ sahəsi xx.xx.2012-ci il tarixdə Tağıyev X12 adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X5 adına və xx.xx.2023-cü il tarixdə isə X7 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********19 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı Səhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamı rəhbər tutularaq tərtib edilmiş xx.xx.2000-ci il tarixli ləğv olunma aktı”nın təsdiq edilmiş surətindən görünür ki, ..... 221 saylı BTK tərkibində N.Tusi küçəsi, 3, mənzil 157-də yaşayş X6 verilmiş 5742 saylı ..... bağ sahəsinin gələcəkdə zibilxanalara çevrilərək antisanitariyanın qarşısını almaq məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısınını 13 iyul 1992-ci il tarixli 941 saylı sərəncamını əsas tutaraq, yuxarıda göstərilmiş bağ sahələrinə verilmiş orderlərin ləğv olunaraq, həmin bağ sahələrinin Bağlar təsərrüfatı birliyinin boş bağlar balansına daxil olması məqsədə uyğun hesab olunmuşdur.
Tətbiq edilən hüquq.
Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
... - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır.
... - 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur.
... - 9. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.).
... - 10.2.1. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur.
... - 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
... - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinin tələblərindən göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı atası X4 Bakı şəhər Sovet İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6/387 №-li qərara əsasən 1 №-li əlavə ilə 221 №-li Ləiş bağ-tikinti kooperativi üzvü olan X4 5742 saylı bağ torpaq sahəsi ayrılmışdır. Lakin daha sonra Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 941 №-li sərəncamı ilə Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yenidən akt tərtib edilməsi və Akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması qərara alınmışdır. Qeyd olunan sərəncamı rəhbər tutaraq xx.xx.2000-ci il tarixli Akt tərtib olunaraq Ləhiç ərazisində 1988-1991-ci illərdə bağ tikinti koorperativləri tərkibində vətəndaşlara paylanmış və hal-hazıra qədər istifadə olunmayan bağ sahələrin aşkar edilərək, iddiaçının mərhum atası X4 ayrılmış bağ sahəsinə dair order ləğv edilmiş, mübahisəli bağ sahəsi bağlar təsərrüfatının balansına qaytarılmış və daha sonra, yəni xx.xx.2001-ci il tarxli müqavilə ilə digər fiziki şəxsin Tağıyev X12 istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarından müəyyən olunur ki, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Göründüyü kimi, X4 ayrılmış torpaq sahəsi geri alınmış və torpaq sahəsinə dair sənədlər etibarsız sayılmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev