Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3608/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X6 22 noyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş Diaqnoz: “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyünün kafi bitişmiş, bayır topuğunun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 6EMQEG90004 №-li, xx.xx.2022-ci il tarixli qərarına əsasən X5 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik səbəbilə birinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz: Mədənin kiçik əyriliyinin dəqiqləşdirilmiş hissəsinin, Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəziyə invaziya, boyun, sol körpücüküstü, paraortal limfa düyünlərinə Mədənin sarkoması T4N2M1 İV mərhələ Gx Limfa düyünlərinin ikincili və dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi, Limfa düyünlərinə MTS/Bədxassəli yenitörəmənin kimyəvi terapiyasından sonra müayinə, 7+3 sxemi üzrə 2 kurs PKT-dən sonrakı vəziyyət. Kəskin mieloblast leykemiya [KML], Kəskin miyeloid leykoz, M5 Massiv ekstramedulyar zədələnmə ilə. xx.xx.2022-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü paraaortal, parakaval limfa düyünlərinə metastaz. cT4N2M1 mərhələ İV. Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə” və “Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 1,0 olmaqla” diaqnozları ilə olan xəstəliklərin səbəb əlaqəsi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi, “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repoziyası vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyünün kafi bitişmiş, bayır topuğun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteartrozu, miogen kontrakturası” diaqnozu ilə olan yaralanmanın səbəb əlaqəsi ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmiş və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 8a, 9a və 65c maddəsinin İİ qrafasına əsasən “HƏM DİNC DÖVRDƏ, HƏM DƏ, MÜHARİBƏ DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZDİR” sayılmışdır. AZ-İİ 298686 №-li Ölüm haqqında Şəhadətnaməyə əsasən X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. İddiaçı mərhum oğlunun xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (bundan sonra – cavabeh) müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir. İmtina məktununda qeyd edilmişdir ki, “...mərhum oğlunuz xx.xx.2022-ci ildə Mərkəzi Hərbi poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz, cT4N2Mq mərhələ İV. Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla” diaqnozu və “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” səbəb əlaqəsi ilə, “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repoziyası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyünün kafi bitişmiş, bayır topuğun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası” diaqnozu və “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN REPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” səbəb əlaqəsi ilə “HƏM DİNC DÖVRDƏ, HƏM DƏ MÜHARİBƏ DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZDİR” hesab edilmişdir. xx.xx.2022-ci ildə şəhadətləndirilmə zamanı təyin edilmiş səbəb əlaqələir düzgün təyin edilmiş və dəyişdirilməsi üçün heç bir əsas yoxdur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 3983 nömrəli Şəhadətnaməsi ilə müəyyən edilmiş mərhum oğlu X4 “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz cT4N2M1 mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə”. Diaqnozunun “Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsini dəyişdirərək “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması (dəyişdirilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu X6 2020-ci ilin sentyabr ayında başlamış vətən müharibəsinin iştirakçısı olmuşdur. Həmin döyüşlərdə şücaət göstərmiş və şərəflə xidmət etmişdir. Mərhum övladı 25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, düşmən təxribatının qarşısını alarkən “ Sağ aşıq sümüyünün boyunun qapalı, yerdəyişmiş sınığı” diaqnozlu xəsarətlər almışdır. 22 noyabr 2021-ci il tarixli Xəstəlik haqqında şəhadətnaməyə əsasən “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repoziyası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyün kafi bitişmiş, bayır topuğun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası” diaqnozlu xəsarətlərinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmanın olması qeyd edilmiş, sonradan 01 aprel 2022-ci il tarixli qərara əsasən isə “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz cT4N2Ml mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla” diaqnozun hərbi xidmət dövründə alınmış ümumi xəstəliyin olması qeyd edilmişdir. Hesab edir ki, “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz cT4N2Ml mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə.” Diaqnozu hərbi xidmət dövründə alınmış ümumi xəstəlik kimi qeyd edilməsi əsassızdır. Belə ki, həmin diaqnoz səbəb əlaqəsi əslində “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi qeyd edilməlididir. Belə ki, bütün xəstəliklərin fəsadı məhz müharibə vaxtı baş qaldırmışdır. Digər xəstəliklə əlaqəsi vardır. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, SHXÇDX-nı Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən xx.xx.2020-ci ildə hərbi xidmətə çağırılmış X6 xx.xx.2022-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü paraaortal, parakaval limfa düyünlərinə metastaz. cT4N2M1 mərhələ İV. Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə” və “ Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 1,0 olmaqla” diaqnozları ilə olan xəstəliklərin səbəb əlaqəsi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi, “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repoziyası vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyünün kafi bitişmiş,bayır topuğun qopmuş bitişməmiş sınığı,aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu,miogen kontrakturası” diaqnozu ilə olan yaralanmanın səbəb əlaqəsi isə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi təyin edilmiş və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 8a, 9a və 65c maddəsinin İİ qrafasına əsasən “HƏM DİNC DÖVRDƏ, HƏM DƏ, MÜHARİBƏ DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZDİR” sayılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə -tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. 1. vətəndaş E.Səmədov xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək hərbi xidmətdə olmuşdur. “Mədənin kiçik əyriliyinin sarkoması,mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü paraaortal, parakaval limfa düyünlərinə metastaz. CT4N2M1 mərhələ İV. Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə” diaqnozu ilə olan xəstəlik E.Səmədovda hərbi xidmətdən buraxıldıqdan 3 ay sonra (22.01.22-24.01.22) əmələ gəlməsinə baxmayaraq MN MHHK xəstəliyin əmələ gəlmə müddətini (3ay) nəzərə alaraq səbəb əlaqəni vətəndaşın xeyrinə “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin etmişdir. 2. Bu xəstəliyin müharibə və travma ilə hec bir əlaqəsi yoxdur. 44 günlük müharibə 10 noyabr 2021 -ci ildə başa çatmışdır. Bundan 1 il 2 ay sonra isə (22.01.22- 24.01.22) E.Səmədovda qeyd olunan xəstəlik aşkar edilmişdir. Hərbi xidmət dövründə E.Səmədov bu xəstəlilk ilə əlaqədar müayinə və müalicə olunmamış, həmçinin 22.11,2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən bütün müyinələrdən keçirilmiş və onda bu xəstəliyin əlamətləri aşkar edilməmişdir. 3 .Vətəndaş E.Səmədovun xəstəliyinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Belə ki, xəsarət, travma,xəstəlik, əlillik və bunların arsındakı səbəb-əlaqə məsələləri hüquqi deyil, sırf tibbi kateqoriyalardır və tibbi meyarlarla müəyyən edilir. 4. Vətəndaş E.Səmədovda təyin edilmiş xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008- ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin “a” bəndinin 4-cü abzasının tələblərinə ziddir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İş materiallarından müəyyən edilir ki, başqa məhkəmə mübahisəsində iddiaçı oğluna şəhid statusunun verilməsi ilə bağlı tələb irəli sürmüşdür. Hazırkı iddianı qaldırmaqda məqsədi də, oğlunun ölümünün Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar alınmasına nail olmaqdan ibarətdir. Odur ki, iddiaçı hazıkır iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Tətbiq edilən hüquq: “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: ... Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların; ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi; ... V. Hərbi qulluqçuların şəhadətləndirilməsi 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. ... 5.7. Vətənin müdafiəsi, hərbi xidmət vəzifələrinin icrası, fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində hərbi xidmətin digər tapşırıqlarının yerinə yetirilməsi zamanı, döyüş əməliyyatları aparılmış dövlətlərdə hərbi xidmətkeçmə dövründə, xaricdə kəşfiyyat və ya əks-kəşfiyyat işlərində olma dövründə xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almış, Vətənin müdafiəsi zamanı xəstələnmiş hərbi qulluqçuların şəhadətləndirilməsi müalicənin müddətindən asılı olmayaraq, stasionar müalicə başa çatdıqdan sonra keçirilir. Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; ... ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; ... a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; ... ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; ... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: İşin hallarına görə, iddiaçının mərhum oğlu X6 2020-ci il 8 maydan 2021-ci il 6 oktyabradək hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövründə, yəni 2020-ci ilin 25 oktyabrında Vətən Müharibəsində düşmən təxribatının qarşısını alarkən sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş sınığı diaqnozlu xəsarətlər almışdır. Aldığı xəsarətlərlə əlaqədar hərbi xidmət və ondan sonrakı (ölümünədək) dövrdə, yəni 2022-ci il 18 sentyabrınadək müalicə və müayinələrdə olmuşdur. Mərhuma hərbi xidmətdən tərxis olunandan (2021-ci il 6 oktyabrdan) 5 ay 23 gün sonra, ölümündən (2022-ci il 18 sentyabr) isə 5 ay 20 gün əvvəl, yəni 2022-ci il 29 martda sümük iliyinin transplantasiyasına ehtiyac yarandığına dair arayış verilmişdir. X6 xx.xx.2022-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü paraaortal, parakaval limfa düyünlərinə metastaz. cT4N2M1 mərhələ İV. Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə” və “ Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 1,0 olmaqla” diaqnozları ilə olan xəstəliklərin səbəb əlaqəsi “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi, “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repoziyası vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyünün kafi bitişmiş,bayır topuğun qopmuş bitişməmiş sınığı,aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu,miogen kontrakturası” diaqnozu ilə olan yaralanmanın səbəb əlaqəsi isə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi təyin edilmiş və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 8a, 9a və 65c maddəsinin İİ qrafasına əsasən “HƏM DİNC DÖVRDƏ, HƏM DƏ, MÜHARİBƏ DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZDİR” sayılmışdır. 2022-ci il 1 mayda mərhum X5 onkoloji xəstəliklərinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci dərəcə əlillik təyin edilmişdir. X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 3983 nömrəli Şəhadətnaməsi ilə müəyyən edilmiş mərhum oğlu X4 “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz cT4N2M1 mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə”. Diaqnozunun “Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsini dəyişdirərək “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, E.Səmədovda təyin edilmiş xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008- ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin “a” bəndinin 4-cü abzasının tələblərinə ziddir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nazirliyinin xx.xx.2025-ci il tarixli 846 №-li ekspert rəyində qeyd edilmişdir ki, mərhum E.İddiaçı xx.xx.2022-ci il tarixdə şəhadətləndirilərkən müəyyən edilmiş “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü paraaortal, parakaval limfa düyünlərinə metastaz, İV mərhələ, kəskin mieloblast leykoz massiv ekstramedulyar zədələnmə ilə” və “Hər iki gözün sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin hər iki gözdə 1,0” diaqnozunda göstərilənlər onun xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərdən yaranması mümkün deyildir. Belə ki, bu xəsarətlər ayrı-ayrılıqda nazoloji vahid olmaqla sarkoma və kəskin mioloblast leykoz bəd xassəli törəmə, sadə miopik astiqmatizm isə əksər insanlarda müşahidə edilən görmə itiliyinin dəyişməsidir. E.İddiaçı xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsi zamanı qeyd edilən “Sağ aşıq sümüyünün boynunun qapalı yerdəyişmiş, bayır topuğun kənarı qopmuş sınıqlarına görə aparılmış osteosintez cərrahi əməliyyatından sonrakı aşıq sümüyünün kafi bitişmiş, bayır topuğun bitişməmiş sınığı, ilkin mərhələ osteoartroz, əzələ kontrakturası” diaqnozu ilə həmin şəhadətləndirilmədə qeyd edilən “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, kimfa düyünlərinə metastaz İV mərhələ, kəskin mieloblast leykoz, ekstramedulyar zədələnmə” və “Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozları arasında hər hansı səbəbli əlaqənin olması mümkün deyildir. Mərhum E.İddiaçı ölümünə onun xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlər səbəb ola bilməzdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin tələblərinə görə, əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa Hərbi-həkim komissiyası «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» barədə qərar qəbul edilir. Ekspert rəyindən və Əsasnamənin tələblərindən göründüyü kimi, iddiaçının oğlunun ölümünə onun Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərin səbəb olmaması ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-3608/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3608/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver