Məhkəmə qərarları › İş №2-1(112)-3609/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3609/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3609/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh “xxxx” ASC-nin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 30 noyabr 2020-ci il tarixli, 5/İ- 752/18-067/3 saylı məktubu ilə cavabdeh orqana göndərilən suvarma suyu ilə təmin edilmə barədə 23 noyabr 2020-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 30 noyabr 2020-ci il tarixli ərizəyə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə münasibət (etiraz) təqdim edərək, “xxxx” ASC-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.20077-ci il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati oranların təsnifatı”nda inzibati orqan kimi müəyyən edilmədiyindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə dəlilləri araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırki işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 23.11.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı suvarma suyu ilə təmin edilmə barədə ərizə ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisinə – Azərbaycan Respublikası Prezidentinin X1 Şöbəsinə ərizə ilə müraciət etmişdir. - Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 5-İ-752/18-067/3 nömrəli, 30 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal rayon sakini İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına edilmiş müraciət aidiyyəti üzrə baxılması üçün “xxxx” ASC-yə göndərilmiş, müraciətdə göstərilən məsələyə baxıb nəticəsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və müraciət müəllifinə məlumat verilməsi xahiş edilmişdir. - “xxxx” ASC X4 İdarəsi tərəfindən “xxxx” ASC-yə və İddiaçı ünvanlanmış 07.12.2020-ci il tarixli, 155 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti bina 24-də yaşayan vətəndaş İddiaçı Azərbaycan Respublikasının Birinci- Vitse Prezidentinə, Baş nazirin müavininə, Prezidentin köməkçisinə ünvanladığı 29 oktyabr 2020-ci il tarixli müraciətində Navahı kənd ərazisində mülkiyyətində olan torpaq sahəsinin suvarma suyu ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. xxxx” ASC X4 İdarəsi tərəfindən İddiaçı müraciətinə baxılaraq bildirilmişdir ki, Navahı-Pirsaat massivində suvarılan torpaqların su təminatı Pirsaat çatından X7 yığılan suyun hesabına həyata keçirilir. Bir neçə ildir Respublikada havaların davamlı olara quraq keçməsi ilə əlaədar Pirsaat çayında su olmaması və buna görə X6 su yığılmaması səbəbindən Pirsaat-Navahı massivində suvarılan torpaqlarda əkinlərin su təminatında çətinliklər yaranmışdır. Suvarma suyunun su istifadəçilərinə verilməsini “Meliorasiya və İrriqasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ərazilərdə yaradılmış və dövlət qeydiyyatından keçmiş X2 qrafik əsasında həyata keçirir. Navahı ərazisində sərbəst fəaliyyət göstərən SİB bağlanmış müqavilə əsasında X4 İdarəsindən suvarma suyunu su ayrıcından alaraq qrafik əsasında su istifadəçilərinə verir. Hal-hazırda Navahi kəndində 920 ha payızlıq əkin mövcuddur. Quraqlıqla əlaqədar olaraq X6 su olmadığından bu əkin sahələri, müraciət edən vətəndaşın əkin sahələri daxil olmaqla suvarılmamış alır. X7 su daxil olduğu halda, su istifadəçiləri SİB tərəfindən suvarma suyu ilə təmin ediləcəkdir. Kənd təsərrüfatı sahəsində təbii fəlakət (quraqlıq, daşqın, yanğın) nəticəsində vətəndaşlara dəymiş ziyanı qarşılamaq üçün Respublikada “Aqrar sığorta” qurumu bu ildən fəaliyyətə başlamışdır. Odur ki, əkinlərin “Aqrar sığorta” qurumu ilə sığortalanması məqsədə müvafiqdir. Göründüyü kimi, iddiaçının müraciəti aidiyyəti üzrə cavabdeh izibati orqanın İdarəsi tərəfindən cavablandırılmışdır. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh “xxxx” ASC-nin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 30 noyabr 2020-ci il tarixli, 5/İ- 752/18-067/3 saylı məktubu ilə cavabdeh orqana göndərilən suvarma suyu ilə təmin edilmə barədə 23 noyabr 2020-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 30 noyabr 2020-ci il tarixli ərizəyə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair 2-1(112)-3609/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar