Məhkəmə qərarları › İş №2-1(112)-3609/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3609/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3609/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə başçısının itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1.-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya ailə başçısını itirməyə görə 260.95 manat əmək pensiya təyin olunmuşdur. Müraciətinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən ailə başçısının itirməyə görə əmək pensiyası yenidən hesablanmış və ona 316.80 manat məbləğində pensiya təyin olunmuşdur. Əmək pensiyasının necə hesablanması barədə DSMF-yə müraciət etsə də, ona şablon cavab verilmiş və cavabdeh öz imtinasını əsaslandırmamış, pensiyanın yenidən necə hesablanması barədə ona məlumat verilməmişdir. Belə ki, mərhum yoldaşı X5 pensiyaya çıxdıqdan sonra 3 il 9 ay (45 ay) əmək fəaliyyəti ilə məşğul olmağı nəzərə alınmamışdır. Bundan əlavə 2017, 2018, 2019 və 2020-ci illər üzrə toplanmış pensiya kapitalı 6249,99 manat olduğu halda, yanlış olaraq 5796,67 manat göstərilmişdir. Həmçinin qeyd etmişdir ki, əmək pensiyası hesablanarkən inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işləyən əmək pensiyaçıların pensiya kapitalı işlədiyi müddətlər çıxılmaqla mütənasib aylara bölünməlidir, ancaq pensiya kapitalı adi qaydada 144-ə bölünmüşdür. Həmçinin əmək pensiyası hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbələri də pozulmuş, 2018, 2019-cu illər üzrə indeksasiyalar nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin həmin dövrdə qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya 24.06.2016-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bu Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin üzrə alındığı subhesabdır. Qeyd olunan Qanunun 5.1 -ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci yarımbəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1dən ödənilir. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya müvafiq yaşa çatdığına görə 18.01.2021-ci il tarixli müraciəti əsasında mərhum X2 ölümü ilə əlaqədar 01.02.2021-ci il tarixində 260.95 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Mərhum arvadı Z.Y.Cəbrayılovanın yaşa görə əmək pensiyası hüququ yaranan tarixindən (18.02.2017-ci ildən) ölüm tarixinə (28.11.2020-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5796.67 manat pensiya kapitalına əsasən ailə başçısını itirməyə əmək pensiyası yenidən hesablanmış və 01.02.2021-ci il tarixindən aylıq pensiya məbləği 316.80 manata çatdırılmışdır. İddiaçıya ötən dövr üzrə (01.02.2021 tarixindən) hesablanmış məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - cavabdehin iddiaçının müraciəti üzrə ünvanlanmış 22 sentyabr 2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaş həddi 65 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin həmin dövrdə qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya 24.06.2016-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bu Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin üzrə alındığı subhesabdır. Qeyd olunan Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci yarımbəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçıya müvafiq yaşa çatdığına görə 18.01.2021-ci il tarixli müraciəti əsasında mərhum X2 ölümü ilə əlaqədar 01.02.2021-ci il tarixində 260.95 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Mərhum arvadı Z.Y.Cəbrayılovanın yaşa görə əmək pensiyası hüququ yaranan tarixindən (18.02.2017-ci ildən) ölüm tarixinə (28.11.2020-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5796.67 manat pensiya kapitalına əsasən ailə başçısını itirməyə əmək pensiyası yenidən hesablanmış və 01.02.2021-ci il tarixindən aylıq pensiya məbləği 316.80 manata çatdırılmışdır. Məlumat üçün bildirilmişdir ki, iddiaçıya ötən dövr üzrə (01.02.2021 tarixindən) hesablanmış məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. - iddiaçının mərhum yoldaşı X3 pensiya işinin təsdiq edilmiş surətindən görünür ki: Mərhum Z.Cəbrayilovaya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması barədə qərarı ilə 01.01.2006-cı ilədək təhsil müddəti daxil olmaqla 32 il stajına görə 18.02.2017-ci il tarixindən ömürlük yaşa görə 276,55 manat məbləğində əmək pensiyası təyin edilmişdir. - iddiaçının pensiya işinin təsdiq edilmiş surətindən görünür ki: -iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsi barədə 6194 nömrəli, 16.02.2021-ci il tarixli Qərarı ilə müvafiq yaşa çatdığına görə 18.01.2021ci il tarixli müraciəti əsasında mərhum arvadı X2 ölümü ilə əlaqədar 01.02.2021-ci il tarixindən ailə başçısını itirməyə görə 260,95 manat məbləğində əmək pensiyası təyin edilmişdir; - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması barədə 6977 nömrəli, 05.07.2021-ci il tarixli Qərarı ilə 01.02.2021-ci il tarixindən pensiya kapitalının əlavəsi səbəbi ilə yenidən hesablanmış 316,80 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. - X1 Sisteminin Pensiya altsistemindən çıxarışdan görünür ki, mərhum Z.Y.Cəbrayılovanın yaşa görə əmək pensiyası hüququ yaranan tarixindən (18.02.2017ci ildən) ölüm tarixinə kimi (28.11.2020-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5796.67 manat təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 yanvar 2022-ci il tarixli, **********9 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru cənab Abuzər Mütəllimova ünvanlanmış Xidməti Məktubuna əsasən İddiaçı hüququnun yarandığı 24.06.2016-cı il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müvafiq yaşa çatdığına görə 18.01.2021-ci il tarixli müraciəti əsasında mərhum arvadı X2 ölümü ilə əlaqədar 01.02.2021-ci il tarixində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müraciəti əsasında mərhum arvadı Z.Y.Cəbrayılovanın yaşa görə əmək pensiyası hüququ yaranan tarixindən (18.02.2017-ci ildən) ölüm tarixinə kimi (28.11.2020- ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5796.67 manat pensiya kapitalına əsasən İddiaçı ailə başçısını itirməyə əmək pensiyası aşağıdakı qaydada yenidən hesablanmışdır: Qanunun 18.3-cü maddəsinə görə vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. İddiaçı mərhum arvadı Z.Y.Cəbrayılovanın vəfat etdiyi 28.11.2020-ci il tarixində yaşa görə əmək pensiyasının məbləği 276.55 manat təşkil etmişdir. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Z.Y.Cəbrayılovanın 01.01.2006-cı il tarixinədək 31 il 7 ay 13 gün sığorta stajına əsasən həmin tarixədək fərdi hesabının sığorta kapitalı 5374,72 manat təşkil edir: (31+7/12+13/30/12)x170=5374,72; 01.01.2006-cı il tarixinədək olan fərdi hesabının sığorta kapitalının yaşa görə əmək pensiyası təyin olunduğu 18.02.2017-ci il tarixinə indeksləşdirilmiş məbləği 11642,4 manat təşkil edir: 5374,72+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4=11642,4 . Pensiyanın sığorta hissəsinin hesablanması: 11642,4:144=80,85 X1 Sisteminin Pensiya altsisteminə əsasən Z.Y.Cəbrayılovanın 01.01.2006-cı il tarixindən 18.02.2017ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 2017-ci il tarixinə indeksləşdirilmiş məbləği 3889,44 manat təşkil edir: 5928,05-11,4%- 16,6%-3%-5,7%-12,4%=3889,44; 3889,44:144=27,01 Pensiyanın 2017-ci il tarixinə məbləği: P=80,85+110(baza hissə)+27,01=217,86 manat- 217,86+5,7%=230,28 manat; 01.01.2019- 230,28+3%=237,19 manat və 01.01.2020- 237,19+16,6%=276,55 manat. Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3.1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Z.Y.Cəbrayılovanın yaşa görə əmək pensiyası hüququ yaranan tarixindən (18.02.2017-ci ildən) ölüm tarixinə kimi (28.11.2020-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5796.67 manat təşkil edir. Qanunun 13.3-cü maddəsinə görə əlilliyə görə (Qanunun 18.2-ci maddəsinə əsasən analoji olaraq ailə başçısının itirməyə görə) əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/(TxK) düsturu ilə müəyyən edilir (5796.67/144x1=40,25manat). burada: SH - əlilliyə (analoji olaraq ailə başçısını itirməyə) görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (5796,67) T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144); K - sığorta davamiyyəti əmsalıdır (1), pensiya təyin olunan dövrdə qüvvədə olan Qanunun 13.2-ci və 18.2-ci maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə sığorta davamiyyəti əmsalı ailə başçısını itirməyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Ailə başçısının itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 12.1 və 17.1 -ci maddələrinə uyğun olaraq vəfat etmiş ailə başçısının 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün mərhum arvadının tələb olunan sığorta stajı 16 il təşkil edir. ((63- 15)x4=192 ay=16 il) K=192ay: 192=1 Odur ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği mərhum arvadı Z.Y.Cəbrayılovanın yaşa görə əmək pensiyasının məbləği və onun pensiyası hüququ yaranan tarixindən (18.02.2017-ci ildən) ölüm tarixinə kimi (28.11.2020-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının sığorta hissəsinin cəminə əsasən 316,80 manat təşkil edir: 276,55+40,25=316,80 manat. İşin hallarından göründüyü kimi iddiaçıya 24.06.2016-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçıya müvafiq yaşa çatdığına görə 18.01.2021ci il tarixli müraciəti əsasında mərhum arvadı X2 ölümü ilə əlaqədar 01.02.2021-ci il tarixində 260.95 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciəti üzrə mərhum arvadının yaşa görə əmək pensiyası hüququ yaranan tarixindən (18.02.2017-ci ildən) ölüm tarixinə (28.11.2020-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5796.67 manat pensiya kapitalına əsasən ailə başçısını itirməyə əmək pensiyası yenidən hesablanma aparılaraq 01.02.2021-ci il tarixindən aylıq pensiya məbləği 316.80 manata çatdırılmışdır. Daha sonra iddiaçı mərhum arvadı pensiyaya çıxdıqdan sonra 3 il 9 ay (45 ay) əmək fəaliyyətinin nəzərə alınmadıgını, əlavə 2017, 2018, 2019 və 2020-ci illər üzrə toplanmış pensiya kapitalı 6249,99 manat olduğu halda, yanlış olaraq 5796,67 manat göstərildiyini, əmək pensiyası hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinin pozuldugunu (işləyən əmək pensiyaçıların pensiya kapitalı işlədiyi müddətlər çıxılmaqla mütənasib aylara bölünməlidir, ancaq pensiya kapitalı adi qaydada 144-ə bölünmüşdür), həmçinin əmək pensiyası hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbələrinin də pozuldugunu, 2018, 2019-cu illər üzrə indeksasiyaların nəzərə alınmadıgını bildirərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, iddiaçı imtina ilə razılaşmayıb hüququnun pozulduğunu iddia edərək məhkəməyə müraciət etmişdir. Hazırki iddiasında iddiaçı ailə başçısının itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ I.Hər kəsin sosial təminat hüququ vardır. II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Qanununun maddələri: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin sözügedən tələblərini pozmuşdur. Hazırki işə tətbiq edilməli olan hüquq normaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun aşagıdakı maddələrindən ibarətdir: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 37.3.3. ailə başçısını itirməyə görə əmək pensiyası tam məbləğdə ödənilir. İşin hallarına görə iş üzrə tərəflərin arasında yaranmış mübahisə, iddiaçıya təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması üzrə yaranmasıdır. Məhkəmə hesab edir ki, bu münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları ilə tənzimlənir. Belə ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin normaların tələbləri iddiaçıya tətbiq olunduqda, mərhum arvadına pensiya təyin edildikdən sonrakı dövrdə 18.02.2017-ci il tarixdən 28.11.2020-ci il tarixədək 3 il 9 ay 11 gün işləyərək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra, hazırki halda isə öldüyü vaxtadək pensiyanın yenidən hesablanmasını pensiya təyin olunduqdan sonrakı dövr üzrə mərhumun qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyaçı kimi tələb edə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli 2017-ci il 11 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə əsasən Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəməsi həmçinin cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin ailə başçısını itirməyə görə əmək pensiyasına münasibətdə tətbiq oluna bilmədiyi, buna görə də iddiaçının hər hansı hüququnun pozulmadığı barədə dəlilini qəbul etmir. Qanunvericiliyə uyğun olaraq iddiaçının mərhum arvadı yaşa görə əmək pensiyasına çıxmışdır ki, bununla bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Mübahisə yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin iddiaçıya şamil olunub-olunmaması ilə bağlıdır. İddiaçının mərhum arvadı pensiyaya çıxdıqdan sonra işləməyə davam etmiş və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Cavabdeh hesab edir ki, qeyd edilən norma iddiaçıya şamil edilməməlidir. Halbuki, iddiaçının istinad etdiyi norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə də nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçının mərhum arvadı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan ona münasibətdə də tətbiq edilməlidir. Beləliklə, məhkəmə iş hesab edir ki, cavabdehin iddiaçının ərizəsinin təmin edilməsindən imtina etməsi qanunazidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Lakin eyni zamanda Məhkəmə qeyd edir ki, legitim gözlənti sadə ümiddən daha konkret xarakterə malik olmalıdır və hüquqi müddəaya və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır. Uzun müddət ləğv edilmiş əmlak hüququnun yenidən bərpa ediləcəyinə ümid “mülkiyyət” kimi qəbul edilə bilməz; nə də şərtin baş verməməsi nəticəsində əldən buraxılmış şərti tələb bu cür qəbul edilə bilməz. Habelə, milli hüququn düzgün təfsiri və tətbiqi barəsində mübahisənin mövcud olduğu və nəticədə ərizəçinin müraciətlərinin milli məhkəmələr tərəfindən rədd edildiyi yerdə “legitim gözlənti”nin əmələ gəlməsindən söhbət gedə bilməz (Béláné Nagy Macarıstana qarşı iş üzrə Böyük Palatanın 13 dekabr 2016-cı il tarixli Qərarı). Dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir (“Andreyeva Latviyaya qarşı” məhkəmə işi 18 fevral 2009-cu il tarixli qərar). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısının itirməyə görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1.-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1.-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4

SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar