Məhkəmə qərarları › İş №2-1(112)-361/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-361/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-361/2021 26.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla “kompensasiyanın ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üçüncü şəxs kimi göstərilməklə “ona vurulmuş maddi və mənəvi ziyanın - əlindən alınmış torpaq sahəsinin 2 sot olmaqla, hər bir sotuna görə 6.000 (altı min) manat, uçurulmuş 2 hasarın hər bir kv.metrinə görə 20 (iyirmi) manat, həmçinin uçurulmuş 1 darvazaya görə 500 manat pulun, eləcə də 10.000 (on min) manat mənəvi ziyanın ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus zəbt edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1037ə saylı 0.12 ha torpaq sahəsinin 3.71 sotuna görə yenidən kompensasiya hesablanmaqla hər sotu 10.000 manat olmaqla 37.100 manatın, iddiaçıya məxsus hər ikisi 0.12 ha olmaqla 1037ə və 685c saylı torpaq sahələrini əhatə edən tam şəkildə uçurulmuş 444 kv.m daş hasarların hər 1 kv.m-nə 20 manat olmaqla 8.880 manat pulun və sökülmüş dəmir darvazaya görə 1.000 manat, qanunsuz olaraq mülkiyyətindən məhrum edildiyinə görə iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəymiş 10.000 manat həcmində mənəvi ziyan olmaqla cəmi 56.980 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil X7 üzərinə qoyulmasını xahiş etmişdir, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Novxanı-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində layihələndirilmiş avtomobil yolu çəkilmişdir. Layihə həyata keçirilərkən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər biri 0.12 ha torpaq sahələrinin 3.71 sotu yolun tikintisi altına düşmüş, həmin torpaq sahəsinin hasar və darvazası sökülməklə yolun çəkilən hissəsinə qatılmışdır. Həmin torpaq sahibinin göstərilən ərazilərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışla mülkiyyət hüququ təsdiq edilmişdir. Məsələ ilə bağlı mülkiyyətçi şifahi olaraq “xxxx” ASC-yə müraciət etmiş, həmin qurumdan verilən məlumata görə yolun tikintisi altına düşən həmin ərazilərlə bağlı kompensasiya ödənilməsi üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıldığı bildirilmişdir. Bundan başqa İddiaçı zəbt edilmiş əraziyə görə, yəni 3.71 sot torpaq sahəsinə görə hər sotu 4.300 manat hesablanmaqla kompensiya ödənilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Lakin həmin bağ sahəsinin sökülmüş hasar və darvazaları ilə bağlı hər hansı ödəniş olub-olmayacağı barədə məlumat verilməmiş və əlavə olaraq bü cür söküntü işlərinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyi bildirilmişdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sənədlərin surətləri əlavə edilməklə müvafiq kompensasiyaların ödənilməsi tələbi ilə müvafiq məktublar ünvanlanmışdır. Azərbaycan Avtomobil X7 23.10.2019-cu il tarixli, Kol- 3/16-7932 saylı cavab məktubu ilə bildirilmişdir ki, Agentlik tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində İddiaçı məxsus reyestr № **********88 olan 1.200 kv.m torpaq sahəsinin yalnız 371.32 kv.m hissəsi yolun tikintisi altına düşmüş, bununla əlaqədar dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə əlaqədar agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Maliyyə Nazirliyi Agentlik tərəfindən cavab məktubunda deyildiyi kimi kompensasiyanın verilməsi ilə bağlı ona Agentlik tərəfindən müraciət edilibedilməməsi haqqında heç bir məlumat vermədən və araşdırma aparmadan mülkiyyətçinin müraciətini baxılması üçün aidiyyəti üzrə Agentliyə göndərmişdir. Hazırda həmin ərazidə yerləşən torpaqların hər 100 kv.m-i, yəni 1 sotunun 10.000 manat civarında olmasını nəzərə alsaq, hesablanmış və ödəniləcəyi şübhə doğuran kompensasiyanın ədalətsiz hesablandığı ortaya çıxır. Buna görə də zəbt olunmuş torpaq sahələrinin real bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə keçirilməli və ödəniləcək kompensasiya məbləği həmin həmin rəyə uyğun olaraq yenidən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ilə birlikdə məhkəmə sərəncamı icra edilməsi üçün cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh Azərbaycan Avtomobil X7 iddiaya dair etirazında bildirilmişdir ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 12 sot bağ sahəsinin 3.71 sot hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilmiş “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşüb və ona həmin torpağın bazar qiymətinə uyğun, hər sotu 10.000 (on min) manat olmaqla 3.71 sot ölçüdə torpaq sahəsinə görə, uçurulmuş hasara hər bir kv.m görə 20 manat, dəmir darvazaya görə 1.000 man və 10.000 manat mənəvi ziyana görə məbləğində kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddiasında qeyd etmişdir ki, 12 sot bağ sahəsi Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən verilmiş çıxarış əsasında onun mülkiyyətindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən İddiaçı məxsus (çıxarış № **********88) 12 sot torpaq sahəsindən 371,32 kv.m. hissəsi yolun təhkim zolağına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 16.709 manat 40 qəpik kompensasiya hesablanmışdır. İddiaçı ona məxsus torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altina düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Eyni zamanda “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi tikintisi altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması müxtəlif icra orqanlarının nümayəndələri tərəfindən (o cümlədən yerli icra hakimiyyəti, bələdiyyə, ƏMDK və s.) həyata keçirilmişdir. Sözügedən layihədə tikintisi altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması və söküntüsü Azərbaycan Avtomobil X7 səlahiyyətlərinə aid olmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini tərəfindən yol tikintisi həyata keçirilərkən iddiada qeyd edilən hasar və darvaza mövcud olunmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmayıb. Bundan əlavə dövlət ehtiyacları üçün alınan torpaqlar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bununla yanaşı qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının iddiasında göstərilən tikililər ilə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. Eyni zamanda, iddiaçının cavabdehə ünvanlandığı müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı ona kömək edilməsini xahiş etmişdi və ona verilmiş rəsmi cavablarda göstərilmişdir ki, qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış məktuba rəsmi cavabda göstərilmişdir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə 2020-ci ildə qeyd edilən obyekt üzrə kompensasiya ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. Buna görə də iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Sonda iddia tələbi əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında, eyni zamanda, işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, iş üzrə məhkəmə tikintitexniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi dəyişdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyib, iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun olaraq izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ tam payda daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının, 21297 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 26.10.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən 19.10.2013-cu ildə tərtib edilmiş AA seriyalı, 053724 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinə dair hüquq sahibi İddiaçıdur. Həmin sənədə əsasən torpaq sahəsinin təyinatı – yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - bağ sahəsi, mülkiyyət növü – xüsusi, sənəd üzrə və faktiki sahəsi – 0.12 ha., sənədin əsasları – Nərimanov rayonu Notariat Kontoru № 38, 04.10.2013-ci il tarixli 4ə/02-386 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsidir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış Kol-3/16-7932 saylı, 23 oktyabr 2019-cu il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində İddiaçı məxsus **********88 nömrəli reyestrdə olan 1200 m2 torpaq sahəsindən yalnız 371.32 m2 hissəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar İddiaçı həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 23 oktaybr 2019-cu il tarixli 09/05-1-326-5635 saylı iddiaçının nümayəndəsinə ünvanlanmış məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Novxanı-Pirşağı avtomobil yolunun tikintisi ilə əlaqədar tikinti altına düşən maneənin köçürülməsi ilə bağlı kompensasiya məbləğinin düzgün hesablanmaması və ona dəymiş mənəvi ziyanın ödənilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi daxil olmuşdur. Müraciətdə göstərilənlərin araşdırılması məqsədi ilə müraciət sizə göndərilir və araşdırmanın nəticəsi barədə onun müəllifinə məlumat verilməsi xahiş edilir. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 26.12.2019-cu il tarixli **********34 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış İddiaçı adına 26.10.2013-cu il tarixində qeydiyyatdan köçmüşdür ki, lakin sözügedən çıxarışın ləğv edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. - “xxxx” tərəfindən verilmiş 08.02.2019-cu il tarixli 0016/20/Mİ saylı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsi üvnanında yerləşən torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, həmin bağ sahəsinin 0.037132 ha-lıq hissəsinin bazar qiyməti 25.900 manat təşkil edir. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə ünvanlanmış 20.04.2020-ci il tarixli DX-03/03-03-647 saylı məktubundan görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin yerləşdiyi yerlərə yaxın ərazilərdə müstəqil qiymətləndirici şirkət tərəfindən torpaq sahələrinin 1 kv.m bazar qiyməti bütün əlavələr də nəzərə alınmaqla 30 – 45 manat civarında müəyyən edilmişdir. Tərəflərin verdiyi izahatlardan və işdə olan sənədlərdən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Novxanı-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində layihələndirilmiş avtomobil yolu çəkilmişdir. Layihə həyata keçirilərkən İddiaçı məxsus mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər biri 0.12 ha torpaq sahələrinin 3.71 sotu yolun tikintisi altına düşmüşdür. İddiaçı kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilsə də, sonuncu tərəfindən kompensasiyanın ödənilməsi ilə əlaqədar cavabdeh tərəfindən imtina edilərək müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunduğu bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı (İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında) Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən (hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin, istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Avtomobil Yolları X3 1.1-ci bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. 2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Göründüyü kimi iş üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na bilavasitə daxil edilməsə də, fəaliyyəti ilə əlaqədar mövcud normativ hüquq aktlarına əsasən inzibati akt qəbul etmək səlahiyyəti verildiyindən, habelə balansında olan yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması ilə əlaqədar mühafizə zonasına düşən mövcud tikililərin sökülməsi zamanı əmlakın qiymətləndirilməsində sifarişçi qismində iştirak etməklə hesablanmış kompensasiyanın öz adından mülkiyyətçilərin hesabına köçürməsi ilə bağlı qəbul etdiyi qərarlar hüquqi nəticələr yaratdığından, hazırki iş üzrə də Azərbaycan Avtomobil X7 cavabdeh qismində göstərilməsi həmin Qərarın “qanunvericiliyə uyğun olaraq, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər inzibati orqanlar” adlanan V fəslinə tam uyğun hesab edilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezıdentinin 17 iyun 2004-cü il tarixli 78 saylı Fərmanının 2.2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş hallarda və şərtlərlə özgəninkıləşdirilə bilər. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictımai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsı nəzərdə tululmasın». Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrində əks olunan müddəalar yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X4rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Van Marle və başqaları Niderlanda qarşı iş üzrə qərarında qeyd olunmuşdur ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Sporronq və Lonnpot İsveçə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibedilməməsi müəyyənləşdirilməlidir. Mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüququ olaraq qalardı. Məhkəmə, həmçinin, qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə, işin yuxarıda şərh edilən hallarını nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmusu ilə qiymət verərək belə qənaətə gəlir ki, hazirkı iş üzrə iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin 3.71 sot ölçüdə olan hissəsinə görə 25.900 manat məbləğdə kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil X7 üzərinə qoyulması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Novxanı-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində layihələndirilmiş avtomobil yolu çəkilmişdir. Layihə həyata keçirilərkən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər biri 0.12 ha torpaq sahələrinin 3.71 sotu yolun tikintisi altına düşmüş, cavabdeh tərəfinfən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ona maddi ziyan vurulmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçıya qanunverciliyin tələblərinə əsasən nəinki qabaqcadan, hətta onun mülkiyyətində olan əmlakdan məhrum edildikdən sonra da heç bir kompensasiya ödənilməmişdir. Məhkəmə araşdırması zaman cavabdeh və üçüncü şəxsdən dəfələrlə tələb olunması baxmayaraq iddiaçı ona məxsus əmlakın dövlət ehtiyacları üçün alınması əlaqədar pul vəsaitinin ödənilməsi barədə sübutu məhkəməyə təqdim etməmişlər. Həmçinin, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər biri 0.12 ha torpaq sahələrinin 3.71 sotunun yolun tikintisi altına düşdüyünü təsdiq etsə də, ona hər hansı məbləğdə kompensasiyanın ödənilməsini iddia etməmişdir. Əksinə cavabdeh kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq qurumlara müraciət edildiyini bildirmişdir. Halbuki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər biri 0.12 ha torpaq sahələrinin 3.71 sotluq hissəsinə görə kompensasiyanı qabaqcadan iddiaçıya ödəməli, daha sonra isə onu dövlət ehtiyacları üçün istifadə etməli idi. “xxxx” MMC tərəfindən verilmiş 08.02.2019-cu il tarixli 0016/20/Mİ saylı qiymətləndirilməsinə dair hesabata əsasən həmin torpaq sahəsinin 3.71 sotluq hissəsinin bazar qiyməti 25.900 manat təşkil edir. Buna görə də iddiaçıya onun iddia tələbində göstərdiyi kimi 37.100 manat məbləğində deyil, 25.900 manat məbləğində kompensasiya ödənilməlidir. Bundan başqa, iddiaçı caabdehə qarşı iddiaçıya məxsus hər ikisi 0.12 ha olmaqla 1037ə və 685c saylı torpaq sahələrini əhatə edən tam şəkildə uçurulmuş 444 kv.m daş hasarların hər 1 kv.m-nə 20 manat olmaqla 8.880 manat pulun və sökülmüş dəmir darvazaya görə 1.000 manat, qanunsuz olaraq mülkiyyətindən məhrum edildiyinə görə iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəymiş 10.000 manat həcmində mənəvi ziyan olmaqla kompensasiya tələb etməkdə haqlı olmamışdır. Belə ki, yuxarıda göstərilmiş ziyanın vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin 3.71 sot ölçüdə olan hissəsinə görə 25.900 manat məbləğdə kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil X7 üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin 3.71 sot ölçüdə olan hissəsinə görə 25.900 manat məbləğdə kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil X7 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar