Məhkəmə qərarları › İş №2-1(112)-3611/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3611/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3611/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı3, iddiaçıların vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X9, üçüncü şəxsin vəkili Vəkil2n iştirakı ilə iddiaçılar İddiaçı1, X5 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X14 cəlb olunmaqla) «fərdi yaşayış evə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, X13 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmirşdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, hal-hazırda faktiki olaraq ünvan 1 ünvanında yerləşən özbaşına tikili 1933-cü ildə Süleyman Məmməd oğlu tərəfindən inşa edilmişdir, 1956-cı ilədək bu şəxs həmin evdə yaşamış, daha sonra isə qardaşı Cəmil Məmmədov həmin evdə yaşamağa davam etmişdir. Bu mənzil sonralar Süleyman Məmməd oğlunun övladı X7 istifadəsində olmuşdur. O, bu mənzil üzərində mülkiyyət hüquqlarının tanınması üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 27 oktyabr 1992-ci il tarixli qərardadı ilə özbaşına tikili olan mübahisəli evə mülkiyyət hüququnun tanınması iddiası üzrə icraata xitam verilmişdir. Beləliklə, bu ev üzərində heç kimin sahiblik hüququ qeydə alınmadığından, sözügedən mənzil Bakı şəhəri Yasamal RİH MKTB 61 saylı MKİSin balansına keçirilmişdir. Sonralar mərhum İmanov İntiqam (İddiaçı1 əri, digər iddiaçıların atası) 21 oktyabr 1985-ci il tarixdə 61 saylı MKİS-in göstərdiyi “sahibsiz ev olaraq adlandırılan” mənzili alqı-satqı yolu ilə əldə etmişdir. İddiaçılar o vaxtdan ailəvi olaraq sözügedən mənzildə yaşayırlar və 1985-ci ildən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İntiqam İmanov vəfat etdikdən sonra avtomatik olaraq sözügedən mənzilə qeydiyyatdan çıxmış olsa da, onun ailə üzvləri kimi hazırkı iddiaçılar İddiaçı1, X13 və İddiaçı3 bu mənzildə faktiki yaşayış yeri üzrə qeydiyyatdadır. Lakin, sonradan məlum olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 1992-ci il tarixli qərardadı ilə özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmamasından və yaşayış sahəsinin sahibsiz ev olaraq qalmasından istifadə edən X14 adlı şəxs qanunsuz yollarla, qeydiyyat vəsiqəsi və digər sənədlərdə əsassız düzəlişlər edərək, bu tikilini iddiaçıların özlərinin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 79 ünvanında yerləşən mənzilləri ilə birləşdirmiş, ev 79/81 ünvanı adı altında mənzil onun adına 4 noyabr 2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Adıçəkilən şəxs iddiaçıların əldə etdiyi və qanuni istifadəsində olan mənzillə bağlı qanunsuz yolla əldə etdiyi qeydiyyat vəsiqəsi əsasında qanunsuz iddia edərək, özünü mənzilin sahibi adlandıraraq, hazırkı iddiaçıların evdən pasport qeydiyyatından çıxarılmalarını tələb edir, hətta bununla bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır və hazırda həmin iş məhkəmənin icraatdadır. Məhkəmənin “ünvanlara dair müvafiq məlumatın verilməsi” barədə sorğuna cavab olaraq “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi 26 avqust 2022-ci il tarixli **********31 saylı məktubu ilə bildirmişdir ki, ünvan 6 saylı fərdi yaşayış evi ilə Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 81 saylı fərdi yaşayış sahəsi eynidir. Hazırkı iddiaçılar bu cavabla qətiyyən razılaşmır, onlara naməlum qalan önəmli bir məsələni məhkəmənin diqqətinə çəkir. İnzibati orqan hər hansı bir hərəkətlilik göstərmədən, mübahisəli tikintiyə baxış keçirərək protokol tərtib etmədən, həmin protokolu məhkəməyə təqdim edərək hüquqi əsaslandırmadan və sübuta yetirmədən, hansı əsas üzrə belə bir qənaətə gəlmiş və qətiyyətlə birmənalı cavab vermişdir. İddiaçılar həmin əsaslarla tanış olmaq, xəbərləri olmadan baxış keçirilmişdirsə həmin sənədlərlə tanış olmaq istəyirlər. Beləliklə, bu mübahisəli vəziyyətin davam etməsi səbəbi ilə, iddiaçılar hal-hazırda mənzildə faktiki yaşayan şəxslər kimi yaşayış yeri üzrə pasport qeydiyyatında olsalar da, onların qanuni istifadəsində olan mənzili öz adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçirə bilmirlər. Bu səbəbdən də, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsinə 16 sentyabr 2022-ci il tarxili ərizə ilə müraciət etmişlər. Cavabdeh orqan tərəfindən müraciətə baxılaraq, iddiaçıllara imtina cavabı verilmişdir. İmtina cavabında qeyd olunmuşdur ki, sözügedən ünvan (Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 79/81) üzərində iddiaçılar İddiaçı3, X5 və İddiaçı1 istifadə hüquqları müəyyən olunmuş, lakin bu barədə hüquqmüəyyənedici sənədlər təsbit edilməmişdir. Bu barədə iddiaçılara istifadə hüququ verən sənədlər hal-hazırda faktiki olaraq onların əlində olmamış, bunun üçün müvafiq arxiv idarəsinə müraciət etmişlər. Lakin həmin arxiv idarəsindən gələn cavab məktubu ilə iddiaçıların hüquqmüəyyənedici sənədlərinin təsbit olunmadığı qeyd edilmişdir. Lakin ünvan 1 ünvanında yerləşən özbaşına tikilinin 1933-cü ildə Süleyman Məmməd oğlu tərəfindən tikilməsi, 1956-cı ilədək bu şəxsin həmin evdə yaşaması, daha sonra isə qardaşı Cəmil Məmmədovun həmin evdə yaşamasını təsdiq edən sənəd mövcuddur və müvafiq quruma təqdim olunmuşdur. Bu qeyd olunanların həqiqi və əsaslı olduğunu bir daha sübut edir. Bu səbəbdən iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, 60-cı maddələrinə, Mülki Məcəllənin 27.1, 149.2, 152, 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 123-cü maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsaslanaraq, məhkəmədən ünvan 3 ünvanında yerləşən mənzilə dair X8 adına aparılmış 4 noyabr 2021-ci il tarixli ********** saylı qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında (19 yanvar 2023-cü il tarixli məktubunda) bildirilir ki, iddiaçılar İddiaçı1, X5 və İddiaçı3 iddiası etirazla qarşılanır. İddiaçılar müvafiq tələblə 19 sentyabr 2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya 3 noyabr 2022-ci il tarixli **********92 nömrəli məktub ünvanlanmışdır. İddia tələbində qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 79/81 ünvanında yerləşən fərdi yaşayış evi 1/5 hissədən bir hissə X1, 1/5 hissədən bir hissə X2, 1/5 hissədən bir hissə X6, 1/5 hissədən bir hissə X4, 4/5 hissədən bir hissə X8 və 4/5 hissədən bir hissə X27 ağa qızının paylı mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 mülkiyyətində olan 4/5 hissədən bir hissə 1H/54 nömrəli, 12 noyabr 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 13-cü bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 35.1, 48.2-ci maddələrini rəhbər tutaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məhkəmənin qərardadı ilə X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Üçüncü şəxs X8 məhkəməyə iddia ilə bağlı təqdim olunmuş vəsatətində bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində qeyd olunur: Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçılar 1931-ci ildən xüsusi mülkiyyətdə olan və onun (X8) xüsusi mülkiyyət hüququnu vərəsəliklə əldə etdiyi halda hansı subyektiv hüquqla inzibati məhkəmədə daşınmaz əmlak üzərindəki hüququ mübahisələndirirlər?! Əsaslı iddia olmasa da, açıq-aşkar mülki məhkəmə icraatı qaydasında baxılması tələb olunan işin (iddia ərizəsi 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur) məhkəmə tərəfindən hələ 2 ay sonra hazırlıq icraatının təyin edilməsi təəccüb doğurur. Bundan əlavə, iddiaçıların bu qeydiyyatı mübahisələndirməyə subyektiv hüququ belə yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasmı araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənlərə və İPM-nin 35-ci maddəsinə əsaslanaraq, məhkəmədən İddiaçı1, X5 və İddiaçı3 iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. Üçüncü şəxsin nümayəndəsinin (vəkilinin) məhkəməyə iddia ilə bağlı təqdim olunmuş vəsatətində bildirilir ki, iddia ərizəsinin mətni heç bir sübuta əsaslanmadığından orada yazılanlara münasibət bildirməyə lüzum yoxdur. 8 dekabr 2022-ci il tarixdə məhkəmənin dəftərxanasına iş üzrə iddianın mümkün sayılmaması barədə yazılı vəsatət təqdim edilmiş və 22 dekabr 2022-ci il tarixli hazırlıq iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi X17 bir daha həmin vəsatəti təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qərarının 17-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati- hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Yasamal Rayon Xalq Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 sentyabr 1996-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçılarin ailə başçısı X10 və digərlərinin X11 və digərlərinə qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Yasamal Rayon Xalq Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.1997-ci il tarixli qətnaməsindən və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Şəhər Məhkəməsinin 12 dekabr 1997-ci il tarixli qərarından görünür ki, iddiaçılarin ailə başçısı X18 (hansı ki, iddiaçılar onun ailə üzvi kimi xüsusi mülkiyyətdə olan evə qeydiyyata alınmışlar) ailə üzvləri ilə M.Fətəli küçəsi, 81 saylı evin birinci mərtəbəsindəki 2 otaqda yaşadığından həmin 2 otağa mülkiyyət hüququnun müəyyən edilməsi barədə qarşılıqlı iddia qaldırmış, lakin iddiası rədd edilmişdir. Qətnamədə göstərilmişdir k, məhkəmə texniki-tikinti ekspertinin rəyindən bəlli olur ki, M.Fətəli küçəsi 79/81 saylı ev bir bünövrə üstündə tikilməklə yaşayış otaqlarından və məsciddən ibarətdir. Göstərilən mülk bütövlükdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Quliyev Vaqifin və qeyrilərinin xüsusi mülkiyyətinə keçmiş və qeydiyyat vəsiqəsi almışlar. Beləliklə M.Fətəli küçəsi 79/81 saylı ev Vaqif Quliyevin və qeyrilərinin xüsusi mülkiyyətində olmasına baxmayaraq . . . və İntiqam İmanov iddia qaldırmışlar ki, həmin ev üzərində sahiblik və mülkiyyət hüquqları müəyyən edilsin. Öz iddialarını əsaslandırmaq üçün sübut təqdim edə bilmədilər. Yalnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzləri əsas göstərdilər. Bu hallar isə məhkəmə hesab edir ki, mülkiyyət hüququnun müəyyən olunması üçün əsas verə bilməz. Yasamal Rayon Xalq Məhkəməsinin qanuni qüvvəyə minmiş 7 iyul 2005-ci il tarixli qətnaməsindən, həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 31 avqust 2005ci il tarixli qərarından və həmin qərarın dəyişdirilmədən saxlanılması barədə Ali Məhkəmənin 11 yanvar 2006-cı il tarixli qərarından görünür ki, M.Fətəli küçəsi 79/81 ünvanında yaşamış digər kirayəşin X7 mülkiyyətçilərə qarşı qeydiyyat vəsiqəsinin ləğv olunması barədə iddiası da rədd edilmişdir. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İmanovlar ailəsinin M.Fətəli küçəsi 79/81 saylı evə mülkiyyət, sahiblik hüquqlarının olmadığı və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçilərin adma olan qeydiyyatın qanuni olması müəyyən olunmuşdur. Göstərilənlərə və İPM-in 1.2, 35-ci maddələrinə, MPM-in 82.3-cü maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçılar İddiaçı1, X5 və İddiaçı3 iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə təqdim olunmuş vəsatətdə göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X17 iddianın mümkün sayılmamasını məhkəmədən xahilş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı iş üzrə mübahisələndirilən – daşınmaz əmlakın dövlət reyestrində X8 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatına əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı məhkəmə tərəfindən cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış 26 dekabr 2022-ci il tarixli məktub və həmin məktuba əlavə edilmiş sənədlərdən məlum olur ki, daşınmaz əmlakın dövlət reyestrində ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə X8 mülkiyyət hüququ “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında aparılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçılar hazırda ünvan 6 ünvanlnda yerləşən fərdi yaşayış evinə X8 mülkiyyət hüququnun (paylı) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatını inzibati məhkəmə icraatı qaydasında deyil, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə ilə birlikdə mülki məhkəmə icraatı qaydasında mübahsələndirməlidir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar